Атяшэащ Сыьорта Ширкяти



Yüklə 208,3 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix21.10.2017
ölçüsü208,3 Kb.
#6236
növüQaydalar
1   2   3   4   5   6   7   8

_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

4

Avtonəqliyyat vasitəsinə dəymiş zərərin sığortası

Maddə 1. Sığorta riskləri

Bu Fəsil əsasında bağlanan Sığorta müqaviləsinə görə Sığortaçı, həmin Sığorta müqaviləsində təsbit

edilmiş sığorta haqqı müqabilində Sığortalı ilə razılaşır ki, əgər Sığorta müqaviləsinin qüvvədə olduğu müddət

ərzində aşağıda qeyd olunan sığorta risklərinin təsiri nəticəsində Avtonəqliyyat vasitəsi həmin Avtonəqliyyat

vasitəsinin təmir edilməsini və ya dəyişdirilməsini zəruri edən dərəcədə zədələnərsə, məhv olarsa və yə

oğurlanarsa və belə zədələnmə, məhv olma və ya oğurluq bütün Fəsillərə aid olan ümumi istisnalar və 1-ci Fəslə

aid olan xüsusi istisnaların qüvvəsi altına düşməzsə, Sığortaçı Sığortalıya belə zədələnmənin, məhv olmanın və

ya oğurluğun nəticəsində dəymiş zərərin əvəzini bu Qaydalarda nəzərdə tutulan qaydada ödəmə, zədələnmiş

Avtonəqliyyat vasitəsinin əvəz edilməsi və ya təmir edilməsi (Sığortaçının öz mülahizəsi əsasında) yolu ilə,

Sığorta müqaviləsində hər bir Avtonəqliyyat vasitəsi üçün nəzərədə tutulan sığorta məbləği çərçivəsində

ödəyəcək:

1.1. Yol-nəqliyyat hadisəsi (toqquşma, aşma, düşmə);

1.2. Yanğın, öz-özünə alışma;

1.3. Təbii fəlakət;

1.4. Avtonəqliyyat vasitəsinin və ya onun hissələrinin oğurlanması; Avtonəqliyyat vasitəsinin

oğurlanması, qaçırılması zamanı Avtonəqliyyat vasitəsinə ziyan vurulması; Avtonəqliyyat vasitəsinin ön və

arxa şüşələrinin və yan pəncərələrinin sınması və üçüncü şəxslərin digər qeyri-qanuni hərəkətləri;

1.5. Avtonəqliyyat vasitəsinə daşların dəyməsi və ya əşyaların düşməsi.



Maddə 2. Sığorta predmeti

2.1. Bu Fəsil üzrə sığorta predmeti sığortalanmış Avtonəqliyyat vasitəsidir.

2.2. Avtonəqliyyat vasitəsi istehsalçı tərəfindən nəzərdə tutulmuş bütün komplekti ilə birlikdə

sığortalanmış hesab olunur.

2.3. Sığorta müqaviləsində ayrıca olaraq göstərildiyi hallar istisna olmaqla, maqnitofonlar, radioötürücü

vasitələr, telefonlar, radar detektorları və ya hər hansı digər rabitə vasitələri və ya onların köməkçi aksessuarları,

skanlaşdırma cihazları, televizorlar və stereo sistemləri də daxil olmaqla bütün aksessuarlara və cihazlara

münasibətdə bu sığorta ilə təminat verilmir (Avtonəqliyyat vasitəsinin istehsalı zamanı istehsalçı tərəfindən

quraşdırıldığı hallar istisna olmaqla).

Maddə 3. I Fəslə aid olan Sığorta risklərindən istinalar və ya sığorta təminatında məhdudiyyətlər

Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, aşağıdakılara münasibətdə sığorta təminatı

verilmir:

3.1.Sığorta hadisəsinin nəticəsində Avtonəqliyyat vasitəsinin digər hissələrinin də eyni vaxtda

zədələnməsinin baş verdiyi hallar istisna olmaqla, Avtonəqliyyat vasitəsinin hərəkəti zamanı təkər şinlərinin və

disklərinin zədələnməsi;

3.2.Dəyərdən düşmə;

3.3.Avtonəqliyyat vasitəsinin vəziyyətini onun sığorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə

yaxşılaşdıran hər hansı təmir və ya dəyişdirilmə;

3.4.Əldən cıxmış fayda və digər dolayı itkilər;

3.5.Avtonəqliyyat vasitəsinin bütövlükdə və ya onun ayrı-ayrı hissə və qovşaqlarının təbii aşınması, onun

əmtəə görünüşünün itməsi, istehsalat və ya təmir zamanı büraxılmış nöqsanlar;

3.6.Avtonəqliyyat vasitəsinin hissələrinin nasazlığının yağlama vasitələrinin sızması, nəqliyyat vasitəsinin

daxilinə xarici əşyaların və maddələrin düşməsi (hidrozərbə və s.) nəticəsində baş verdiyi hallar da daxil

olmaqla, avtonəqliyyat vasitəsinin istismarı nəticəsində onun hissələrinin, qovşaqlarının və ya aqreqatlarının

sınması, sıradan cıxması və ya nasaz vəziyyətə düşməsi;

3.7.Tentin zədələnməsi və ya oğurlanması - yük avtomobillərinin, minik avtomobillərinin yük daşıyan

modifikasiyalarının, qoşqu və yarımqoşquların sığortası zamanı;

3.8.Avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin üçüncü şəxslərə könüllü verilməsi nəticəsində, belə

könüllü vermənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür

yaratmanın nəticəsi olub-olmamasından asılı olmayaraq Sığortalıya dəyən zərər;



_____________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Avtonəqliyyat vasitələrinin könüllü sığortası

QAYDALARI

5

3.9.Sığortalının, Səlahiyyətləndirilmiş sürücünün və ya Sərnişinlərin sığorta hadisəsinin baş vermə anında



nəqliyyat vasitəsində olan əmlakına vurulan ziyan və ya belə əmlakın məhv olması.

3.10.Hər hansı təmir vasitəsinin və ya alətinin oğurlanması;

3.11.Aşağıdakı hallar istisna olmaqla, qarajda və ya qapalı vəziyyətdə saxlanılmadığı hallarda,

Avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzli hərəkətlərin nəticəsində

Avtonəqliyyat vasitəsinin məhv edilməsi və ya ona maddi ziyanın dəyməsi nəticəsində yaranan zərər:

3.11.1.Bütün qapıların, pəncərələrin və digər dəliklərin istehsalçının nəzərdə tutduğu vasitələrlə

qapadılması və açarların həmin vasitələrdən aralı və təhlükəsiz yerdə saxlanılması;

3.11.2.Belə birbaşa maddi ziyan və ya oğurluq ilə əlaqəli olan hər hansı sığorta vəsatətinin (tələbinin)

zorakı daxilolmanın baş verməsini sübut edən dəlillərlə əsaslandırılması;

3.11.3.Avtonəqliyyat vasitəsinin təchiz edildiyi, Sığortaçıya bildirilmiş və onunla razılaşdırılmış

siqnalizasiya və (və ya) Avtonəqliyyat vasitəsinin mühafizəsinin digər sistemlərinin işlək vəziyyətdə olması və

istifadə edilməsi;

3.12.Yazılı və ya şifahi formada olmasından asılı olmayaraq girov, şərtli satış, icarə və ya digər müqavilə

və yaxud hər hansı razılaşma əsasında qanuni şəkildə girov saxlayan, alıcı, icarədar və ya Avtonəqliyyat vasitəsi

üzərində qanuni sahibliyi həyata kecirən digər şəxs tərəfindən saxlanılan Avtonəqliyyat vasitəsinin qeyri-qanuni

satışı, mənimsənilməsi və ya gizlədilməsi.



Maddə 4. Sığorta ödənişi

4.1. Sığortaçı sığorta hadisəsi nəticəsində Sığortalıya dəymiş zərərin əvəzini aşağıdakı qaydada ödəyir:

4.1.1. Avtonəqliyyat vasitəsinə qismən ziyan vurulması halında aşağıdakı məbləğlərdən ən az olanı:

4.1.1.1. Ziyan vurulmuş Avtonəqliyyat vasitəsinin texniki və xarici vəziyyətinin ziyanın vurulduğu andan

əvvəl olan vəziyyətinə qaytarılması ücün zəruri olan təmir xərcləri;

4.1.1.2. Ziyan vurulmuş Avtonəqliyyat vasitəsinin zədələnmiş müvafiq hissələrinin eyni növlü və eyni

keyfiyyətli hissələrlə dəyişdirilməsi xərcləri;

Sığorta müqaviləsində aşınma faizi təsbit edildiyi hallarda, ehtiyat hissələrinin əvəzinin ödənilməsi

xərcləri aşınma faizinə müvafiq olaraq azaldılır.

4.1.2. Avtonəqliyyat vasitəsinin tam məhv olması halında aşağıdakı məbləğlərdən ən az olanı:

4.1.2.1. Sığortaçının Avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından imtina etməsi şərtilə,

Avtonəqliyyat vasitəsinin sığorta hadisəsinin baş vermə anından sonrakı vəziyyətinə uyğun gələn bazar qiyməti

çıxılmaqla, onun sığorta hadisəsinin baş vermə anından əvvəlki bazar qiyməti;

4.1.2.2. Sığortaçının Avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından istifadə etməsi şərtilə,

ziyan dəymiş Avtonəqliyyat vasitəsinin eyni növlü, eyni keyfiyyətli və işlək vəziyyətli digər Avtonəqliyyat

vasitəsi ilə əvəz edilməsi xərcləri, və ya:

4.1.2.3. Avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqların Sığortaçıya keçməsi şərtilə, Sığorta

müqaviləsi üzrə müəyyən edilmiş sığorta məbləği;

4.1.2.4. Sığortaçının Avtonəqliyyat vasitəsinin qalıqlarına olan hüquqlarından istifadə etmək qararına

baxmayaraq Sığortalı bu Qaydalara əsasən tam məhv olmuş sayılan Avtonəqliyyat vasitəsini öz sərəncamında

saxlamaq qərarına gələrsə, bu halda Sığortaçı tərəfindən Sığortalıya verilməli olan sığorta ödənişi sığorta

məbləğinin 75% təşkil edəcəkdir.

4.1.3. Avtonəqliyyat vasitəsinin oğurlanması halında aşağıdakı məbləğlərdən ən az olanı:

4.1.3.1. Oğurlanmış Avtonəqliyyat vasitəsinin eyni növlü, eyni keyfiyyətli digər Avtonəqliyyat vasitəsi

ilə əvəz edilməsi xərcləri;

4.1.3.2. Sığorta müqaviləsində göstərilmiş Avtonəqliyyat vasitəsi üzrə müəyyən edilmiş sığorta məbləği.

4.2. Avtonəqliyyat vasitəsinin təmir xərcləri Sığortaçının, yaxud Sığortaçının təyin etdiyi Assistans

şirkətinin seçdiyi təmir emalatxanası tərəfindən aparılmış hesablamalar əsasında müəyyən edilir.



Maddə 5.Sığorta məbləği və sığorta dəyəri

5.1. Sığorta məbləği Sığorta müqaviləsində təsbit edilmiş və sığortalanmış risklər üzrə Sığortaçının

öhdəliyinin Sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.

5.2. Sığorta məbləği Sığortalı ilə Sığortaçı arasında razılaşma əsasında müəyyənləşdirilir və

Avtonəqliyyat vasitəsinin Sığorta müqaviləsinin bağlandığı yerdə və tarixdə olan həqiqi dəyərindən - sığorta

dəyərindən artıq ola bilməz.




Yüklə 208,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə