380
edən Nazim bəy, aşığın ifasındakı melodiyaları səsləndikləri kimi
(bütün nüansları ilə birlikdə) və piano müşayiətində notaya ala
bilmişdir
7
.
Dastanda istifadə edilən melodiyalar yuxarıda da söylədiyimiz
kimi dastanın əsas idea-məzmununa, süjetinin gedişinə, qəhrə-
manların müxtəlif ruh hallarına, emosyonal vəziyyətlərinə uyğun
olaraq istifadə edilir. Məsələn, "Kərəm Köçdü" havası aşıq dastan
mətninin o hissəsində oxunur ki, burada Aşıq Qərib, sevgilisi
Şahsənəm ilə məcburi olaraq yeddi illiyinə vidalaşır və Şahsənəm
bunun səbəbini anasına bildirir. Yəni atasının Qərib ilə olan
sevgisinə razı olmamasından dolayı, Qəribdən qırx kisə qızıl
istədiyini, eyni zamanda Qəribin onları tapmaq üçün yola düş-
düyünü bildirir. Bu vəziyyətdə Şahsənəmin ayrılıqdan, hicrandan
doğan dərin kədər, həsrət hissləri musiqi vasitəsi ilə xüsusilə
emosional bir tərzdə ifadəsini tapmış olur. Aşıq, haqlı olaraq bu
ruh halını ifadə etmək məqsədiylə bu səhnəyə uyğun olan "Kətəm
Köçdü" yanğılı aşıq havasını çalıb oxuyur. Əslində bu musiqi
parçası ilə Şahsənəmin ayrılıqdan doğan keçirdiyi duyğuları əks
etdirməklə birlikdə, dinləyicilərin də bu həyəcanları, hissləri
yaşamasını təmin edir. Unutmamaq lazımdır ki, hər bir dastanın
bəzən bir çox variantları belə mövcud ola bilər. Məsələn, sözünü
etdiyimiz dastanın təxminən doqquz variantı vardır və bunun bu
variantlarının meydana gəlməsində bir çox sənətkar aşğın bila-
vasitə yaradıcılıq fəaliyyətinin olması heç bir şübhə doğurmur.
Buna görə də eyni dastanın aşıqlar tərəfindən ifası zamana,
məkana, aşığın fərdi qabiliyyətinə, estetik dünyagörüşünə və s.
bağlı olaraq onların dastanlara olan qatqılarından da söhbət
açmalı oluruq. Bu fikri dastanın musiqi müşayiətinə də aid etmək
mümkündür. Yəni aşıq repertuarının genişliyi və ya darlığı dastan
7
Nazim Hidayətoğlu. Aşıq Qərib, Trabzon, 1999
381
söyləyərkən aşıqların təsvir və ifadə imkanlarını ya genişləndirir,
ya da daraldır. “Aşıq Qərib” kimi digər dastanlarımızda da
melodiya, burada musiqi ilə ədəbiyyatın (daha dar mənada mət-
nin, şeirin) dialektik əlaqəsinin əhəmiyyətli olması ilə birlikdə,
eyni zamanda mürəkkəb və çox az tədqiq olunması fikrini ortaya
çıxarmaqdadır. Heç şübhəsiz, eyni aşıq havasında və ya melo-
diyasında, həmçinin bir dastanın müxtəlif ustad aşıqlar tərəfindən
ifa edildiyində belə bəzi fərqliliklərə, dəyişikliklərə rast gələ
bilirik. Bunun yuxarıda sıraladığımız səbəblərlə birlikdə bir də
aşıq sənətinin əslində improvizasiya xarakterli olması ilə də izah
etmək mümkündür. Hər bir aşığın bu və ya digər dərəcədə həmin
qabiliyyətə sahib olması, yəni şeir bəstələməklə birlikdə musi-
qiçilik və bəstəkarlıq qabiliyyətinə də sahib olması gerçəkliyi
eyni zamanda bu sənətin əhəmiyyətli xüsusiyyətlərindən sayıl-
maqdadır. Təsadüfi deyil ki, belə bir qabiliyyətə görə bəzən
aşıqların ustad aşıq olub olmaması, bu sənətin incəliklərinə sahib
olub olmaması kimi fikirlər ortaya çıxa bilir. Aşıqların ifaçılıq,
bədahətən şeir söyləmə məharəti xalq arasında uzun illərdən bəri
sevilən, rəğbət görən aşıqlar divanı kimi adlandırılan və əsasən
aşıqları bir araya gətirə bilən, onların ustalıqlarının, ifaçılıq
maharətlərinin inkişafına xidmət edən bir aşıq növünü də
unutmamaq lazımdır. Bu qəbildən olan "aşıqlar divanı" bütün
Türk dünyasında özünü göstərməkdədir. Xatırladaq ki, hal-
hazırda aşıqlar divanının ən qədim dövrlərdən başlayaraq sosial-
mədəni həyatımızda oynadığı rol, onun-dəyişdirici funksiyası,
xalq arasında bəyənilməsinin səbəbi ilə əlaqədar problemlər
folklorşünas alimlərimizin marağına səbəb olmaqdadır. Məsələn,
bu sahədə həm Azərbaycanda, həm də Türkiyədə bir çox araş-
dırmaların aparılmasını söyləmək mümkündür. Son zamanlarda
Türkiyədə ozan-aşıq sənəti, eyni zamanda aşıqlar divanı ilə
əlaqədar əhəmiyyətli fəaliyyəti ilə diqqət çəkən folklorşünas alim
382
Nazim İrfan Tanrıkulunun müsbət səyylərini xüsusi olaraq qeyd
etmək lazımdır. Onun "Aşıqlar Divanı" adlı əsərini son zaman-
larda Türkiyədə meydana gəlmiş və aşıq sənətini işıqlandıran ən
qiymətli əsərlərdən saymaq mümkündür. Əsərdə yazar zənni-
mizcə indiyə qədər görülməmiş bir üsuldan istifadə etməyi
qarşısına bir məqsəd olaraq qoyur. Daha doğrusu burada əsas
diqqəti, aşıqlar divanı və deyişmələrə istiqamətləndirir. Aşıq
sənəti üçün son dərəcə mühüm olan bu sahənin xüsusiyyətlərini
kitabdan, aşıq ədəbiyyatından, mütəxəssislərin fikirlərindən aldığı
məlumatlara görə deyil; aşıqların reallaşdırdıqları canlı aşıq
məclislərindəki deyişmələrin olduğu kimi qələmə alınması yolu
ilə şərhə çalışması və oxucuların ixtiyarına verilməsini əsas
götürür. Həqiqətən də müxtəlif aşıq məktəblərində, təcrübə və
səviyyəyə sahib aşıqların bir-biriləri ilə olan deyişmələrində
onların bu sənətə nə dərəcə yaxından sahib olduqlarını görmək
mümkündür. Aşıqların bədahətən bir-biriləri ilə deyişməsi, eyni
aşıq şeir formasında, eyni zamanda, eyni bir aşıq havası üstündə
söyləyib oxuması bu xalq sənətkarlarının həqiqətən böyük fitri is-
tedadından xəbər verir. Kitabda müəllif, hal-hazırda Türkiyədə
ad-san sahibi olan aşıqların müxtəlif zamanlarda bir-birləri ilə
olan deyişmələrini, burada söylədikləri sözlərdə heç bir dəyişiklik
və əlavə olmadan və həqiqətdə olduğu kimi təqdim etmişdir.
Əslində, bu cür deyişmələri təsvir edən, reallaşdıran və bu son
dərəcə əhəmiyyətli proseslərdə bilavasitə şəxsən iştirak edən
Nazim Tanrıkulu müasir deyişmə üslubunun bir çox xüsusiyyət-
lərinə sahib ola bilməsini aydın bir şəkildə hiss edirik. Canlı
olaraq bu deyişmələr olduğu kimi reallaşdırılmasını qələmə alan
müəllif, parallel olaraq bu prosesə qatılmış, aşıqlar haqqında da
məlumatlar vermiş, aşıqlıq sənəti haqqında qayğılarını da şərh
etməyə cəhd göstərmişdir. Kitabda göstərildiyi kimi deyişmə
Nazim Tanrıkulunun da iştirakı ilə əsasən üç aşıq tərəfindən
Dostları ilə paylaş: |