377
səbəblərdən dolayı, həmçinin eyni zamanda müharibələr, köçlər,
ticarət əlaqələri, müxtəlif dini inanclar (şamanizm, sufizm və s.)
digər xalqların basqıları və s. ilə əlaqədar olaraq yüzlərcə-
minlərcə xalq mahnılarımız (bunu folklor yaradıcılığının digər
sahələri haqqında da söyləmək mümkündür) itib-batmış, yalnız
xalqın yaddaşında qalmış, nəsillərdən-nəsillərə ötürülməsi yolu
ilə günümüzə qədər gəlib çatmış, bir daha müasir mənəvi mədə-
niyyətimizin ayrılmaz parçasına çevrilmişdir. Aşıq havalarının
əski Türk soylu xalqların mədəni həyatında son dərəcə əhə-
miyyətli rol oynadığını bir daha xatırlatmaq istəyirik. Aşıq
havalarının xalqın xeyrində, şərində, bayramlarında, müxtəlif
mərasimlərində, xüsusilə də toylarında, mövsüm mərasimlərində
(məsələn; Novruz Bayramında və s.) önəmli rol oynamasına aid
saysız-hesabsız yazılara, məqalələrə, monoqrafiyalara rast gəl-
mək mümkündür. Bir daha xatırladaq ki, aşıq sənəti və ifaçılığı
bu zamanlar daha çox kütləvi xarakter daşımasını, daha çox insan
birliyinə, xalq kütlələrinə xitab etməkdə olduğunu söyləyə bilərik.
Lakin aşıq havalarının heç də hamısı öz idea-məzmununa görə
kütləvi xarakter daşımamaqdadır. Daha doğrusu bu qəbildən olan
havalar heç də hər zaman xalq kütləsinin ümumiləşdirilmiş
istəyini, birlik, bərabərlik, ədalət, azadlıq kimi cəmiyyətin demək
olar ki, bütün sosial zümrələri için önəmli ola bilən vətənpər-
vərlik, vətənsevərlik ideyalarını ifadə etməməyi qarşısına məqsəd
qoymamışdır. Aşıq havaları insanlarımızın bu qeyd etdiyimiz
arzu və istəklərini, mənəvi-estetik ideallarını ifadə etməklə
birlikdə onların fərdi hiss və həyəcanlarının müxtəlif tərəflərini,
ruh hallarını ifadə edə bilən gözəl nümunələrini də görmək
mümkündür. Sevgi, hörmət, mərifət, yaşlıya, uşağa, qadına
hörmət, təbiət gözəlliklərinə heyranlıq, təbiətdə-insanlarda,
cəmiyyət içərisində, eyni zamanda insan davranışlarında gözəlliyi
görmək, dərk etmək, onun əhəmiyyətini anlamaq kimi ülvi hiss-
378
ləri ifadə edən yüzlərcə nümunə tapmaq mümkündür. Lakin bu
baxımdan onları müşayiət edən aşıq havalarının əlimizə çatan
örnəklərinin saylarının yuxarıda da ifadə etdiyimiz kimi az
olduğunu da söyləyə bilərik. Bununla birlikdə ixtiyarımızda olan
bu klassikləşmiş aşıq melodiyaları (mütəxəssislər onların sayını
120-qədər çıxardırlar) belə aşıq ruhunda, daha doğrusu aşıq şeir
formalarında söylənmiş (yazılmış) şeirlərin ifası zamanı aşıqlar
tərəfindən müvəffəqiyyətlə istifadə olunur. Mütəxəssislər bəzən
belə bir yaradıcılıq sintezinin səbəbini daha çox şeirlərin metro-
ritm xüsusiyyətləri, mətnin fonetik xüsusiyyətləri, eyni zamanda
musiqinin, aşıq havalarının ritm, tempo, ifadə-təsvir vasitələri,
intonasiya xüsusiyyətləri və s. kimi texniki-estetik tərəfləri ilə
gerçəkləşə bilməsinə inanırlar. Bu haqlı fikirlərlə birlikdə (irəlidə
bu problemlər üzərində dayanacağıq), eyni zamanda bu mahnıla-
rın, daha doğrusu aşıq melodiyalarının emosional məzmununu da
unutmamaq lazımdır. Yəni mətnin idea-məzmunu, onun realist
istiqaməti bu baxımdan ona uyğun ola bilən bir aşıq havasına
müraciət edilməsini lazımlı edir deyə düşünürük. Məsələn,
"Yanıq Kərəmi" kimi məşhur və qəm-kədərlə dolu bir melodiya
texniki (zahiri) baxımdan ona uyğun gələ bilən, lakin başqa bir
ruh halını (qəhrəmanlıq, cəsarət, vətənpərvərlik və s.) ifadə
etməkdə olan mətnlə bədii əlaqəsinin gerçəkləşdirilməsi heç
şübhəsiz, istənilən estetik nəticəni verə bilməməkdədir. Aşıq
havalarının emosional məzmununu gözəl hiss edən ustad aşıq,
təsadüfi deyil ki, bu mahnıdan monumental dastan yaradıcılı-
ğında, daha doğrusu onların ifası zamanı yaradıcılıqla istifadə edə
bilirlər. Məsələn, dastan qəhrəmanlarının ruh halını, sevgisini,
mübarizəsini, gələcəyə olan inamını, estetik və mənəvi ideal-
larını, insana xas bu söylədiyimiz fenomenləri ifadə etməkdən
ötrü, eyni zamanda insana xas bu söylədiyimiz fenomenləri əks
etdirməkdən ötrü aşıqlar adətən onlara emosional baxımdan,
379
ruhən yaxın olan aşıq havalarına müraciət etmək məcburiyyətində
qalırlar. Dastan yaradıcılığına, onun klassik aşıqlar tərəfindən
icra olunmasına diqqət etsək bu yaradıcılıq üsulunun nə qədər də
faydalı olduğunu, eyni zamanda ozan-aşıq yaradıcılığında bir
daha ortaya çıxarmış oluruq. Onlarla xalq dastanlarımızın gü-
nümüzə qədər gəlib çatmaması, onların yalnız adlarının, izlərinin,
hətta natamam variantlarının olduğu faktı bilinənlər arasındadır.
Bu baxımdan aşıq melodiyaları ilə əlaqədar dastanlarımızın bir
bütün olaraq (yəni epik xarakterli, burada mətn ilə birlikdə
melodiyaların istifadə edilməsini də nəzərə almaq şərtiylə) yazıya
köçürülməsi, yazıda "maddiləşməsi", hal-hazırda son dərəcə
böyük əhəmiyyət kəsb edir. Tanınmış müzikoloq Prof. Dr. Nazim
Hidayətoğlunun "Aşıq Qərib" adlı kitabı xüsusi bir əhəmiyyət
kəsb edir. Zənnimizcə Nazim bəyin bu zəhmətini dastanlarımızın
bir bütün halında ələ alınmasında ilk və müvəffəqiyyətli addım-
lardan saymaq mümkündür. İrəlidə bu istiqamətdəki fəaliyyət-
lərin davamının gəlməsini ümid etmək mümkündür. Dastan-
larımızın belə bir üsulla qələmə alınma problemi əslində zəhmətli
və çətin bir işdir. Belə ki, bu qəbildən olan işlərdə poetik
qabiliyyət və yaddaş ilə birlikdə professional musiqi bilgiləri də
böyük əhəmiyyət kəsb edir. Haqqında söz açdığımız dastanın
qələmə alınmasında Nazim bəy bu iki əhəmiyyətli istiqaməti,
yəni ədəbi mətnlə musiqinin notalarla ifadəsini yüksək bir
professionallıqla həyata keçə bilmişdir. Dastanı ustad aşıq Aslan
Kösalıdan qələmə alan və bundan ötrü Gürcüstan Respublika-
sının Qarayazlı bölgəsinin Kosalı kəndinə gələn müəllif, dastanı
söyləndiyi kimi qələmə almış, aşıq tərəfindən oxunan havaların
notalarla ifadəsini (quruluşunu, kompozisiyasını) gerçəkləşdirə
bilmişdir. Dastanda Aşıq Aslan Kosalının söylədiyinə uyğun
olaraq dastan quruluşuna, onun kompozisiya xüsusiyyətlərinə,
eyni zamanda asıq danışma (dastan söyləmə) üslubuna riayət
Dostları ilə paylaş: |