Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə6/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   2   3   4   5   6   7   8   9   ...   74

 
22 
Ondan  sonra,  kəndimizdən  başqa  kəndlərə  yollar  gedirdi.  Uzun-
uzun  yollar  idi.  Yolların qırağında  yenə  də  balaca   təpələr  olurdu  və 
dağlar  olurdu.  Yollar  da  bir-birinə  calanardı.  Qəribə-qəribə  zəncir 
halqası yaranırdı, əl-ələ  verirdilər, qol-qola gəzirdilər, yallı gedirdilər 
yollar  –  dəhşətli  dərəcədə  bir-birinə  doğma.  İstəyirdim  ki,  o    yollara 
nəsə  yaxşı  bir  söz  deyəsən,  onlara  bir  nəğmə  qoşasan,  onları  bir 
oxşayasan,  bağrına  basasan,  deyəsən:  “A    yollar,  bilirsənmi  ki,  sən 
mənim üçün nəsən?!” 
Həm də kəndimizdə kolxoz var idi, həm də kəndimizdə kənd soveti 
var idi, kəndimizdə kolxozun briqadiri var idi,  kolxozun hesabdarı var 
idi.  Bütün  bunlar  hamısı  o  dağa  qarşıydı,  o  yola  qarşıydı,  o  fikirlərə 
qarşıydı. Hamısı  kobud, hamısı murdar, hamısı ictimai – yamaq kimi. 
Səhər  o  başdan  bağırırdılar:  “İşə  gəl,  işə  gəl,  a  köpək    qızı!”  Az 
qalırdım  ki,  bağıram,  qışqıram:  “A  korlar,  a  itlər,  görün  bir  Çay  nə 
danışır, görün bir Qaya nə  danışır!” Elə bilirdim ki, mənə yəqin dəli 
deyəcəklər.  
Bütün bu ictimai həyat hamısı kəndə qarşıydı. Kəndin  gözəlliyinə 
qarşıydı,  qürub  çağına  qarşıydı.  Hamı,  bəzən  müharibədən  qalanlar 
qadınların başına min oyun  açırdılar – kolxoz sədrləri, kəndxudalar... 
Kimsə başqa qadınların qapısını döyürdü. Çox pis təsir eləyirdi mənə. 
Və həmin kənddə də ilk sevgi yarandı, qəribə bir vəziyyətdə. Bunu 
sevgi adlandırmaq da mümkün deyil, amma hər  halda o yaranmışdı. 
İndi başa düşürəm ki, həmin qayanın möcüzəsiydi o, təbiətin möcüzə-
siydi o, meşənin  möcüzəsiydi, tək bir qadına olan deyildi o. Günlərin 
bir günündə bizə bir qız gəldi (deyəsən kürd idi, bizim  evdə qalan bir 
kirayəçinin  bacısı  idi),  onunla  mən  bir-iki  dəfə  söhbət  elədik,  bizim 
bağçada. İntəhası, o söhbətə  Qaya daxil olurdu, o söhbətə Çay daxil 
olurdu,  o  söhbətə  Göy  daxil  olurdu,  o  söhbətə  yollar  daxil  olurdu. 
Söhbət    birdən  də  çözələnirdi,  çözələndikcə  ipəkləşirdi,  ipəkləşdikcə 
nurlaşırdı, nurlaşdıqca Göyləşirdi. Və o qız  bir gün qaldı, çıxıb getdi 
rayona.  Mənim  bir  dostum  var  idi.  Dedim,  gərək  biz  gedək  rayona. 
Niyə gedək? Çünki  orada O Qız var idi. Hardadır?  – Heç bilmirəm, 
gərək axtaraq. Həmin o qayanın romantikası, həmin o dağın  romanti-
kası... Qız elə bilirdi hamısı odur, səhv eləyirdi, həmin o halın hamısı 
bir yerdə  –  bu olmalıydı. 


 
23 
Getdik rayona düşdük. Hara gəlmişik? Pulumuz da az... Yaxşı bir 
divanəlik. Və küçə-küçə də qızı axtarırdıq.  Bilmirdik haradadır. Sifəti 
yadımdadı, təbii ki. Bir də təsadüfən gördük – eyvanda gördük. Əliylə 
dedi  ki,  gedin.  Qərəz,  mən  onunla  görüşə  bilmədim.  Amma  axşam 
mənim  məktubum  ona  çatdı.  Təbiidir  ki,  bu  məhəbbət  elə    burda  da 
qurtarmalıydı, çünki o qızın zahirindən başqa nə dağa oxşarlığı vardı, 
nə  də  qayaya.  Çox  adi  qız  idi.  Onun  arzusu  o  idi  ki,  mən  prokuror 
olam. Təsəvvür eləyirsənmi, prokuror olmalıydım mən. 
Qaya, dağ hara, bu hara? Nəyə lazım imiş bu? Hər halda, o axtarış, 
o gecələr, onun birdən-birə gəlməsi,  birdən-birə itməsi – bunlar hamı-
sı, belə bir hal  –  o qayalıq, o çaylıq, o dağlıq, o sirr, o sehr  –  bu da 
həmin  o  “Dünyanın  mənası  dünyadan  artıqdır”  ideyasına  çox  uyğun 
gəldi.  Hələ  mən  indi  də  deyirəm  ki,  Qızla  bizim    görüşümüz  qızın 
özündən çox artıq idi... Sonra isə mənim gözümdə o qalmadı, o Qaya 
qaldı,  o  Dağ,  o  Meşə  qaldı  –  onun  bir  hissəsi  qaldı  və  mənim  o 
gecələrim  qaldı...  Mənim  məktubumu  alandan  sonra,    məktubuma 
cavab yazandan sonra yenə biz gecə gözəl bir yerdə görüşdük – cəmi 
on  dəqiqə,  ya  on  beş  dəqiqə.  O  gəldi  və    getdi.  Bu  cür  onun  gözlə-
nilmədən  gəlməsi,  gözlənilmədən  getməsi  –  o  da  yenə  həmin  o  mən 
deyən dünya idi, o kəndin  aləmiydi. 
Ondan sonra fəlakətlər gəldi. Xəbər verdilər mənim babamın 35-ci 
ildə  tutulmasını  –  bunu  öyrəndim.  Kənddəkilərin  fəlakətini  gördüm. 
Əmim  getdi  əsgərliyə,  gəlmədi.  Nənəmin  ağlamaqdan  gözü  tutuldu. 
Bax, bu cür  çox güclü təzad yarandı  –  xeyir və şər ideyası. Və bütün 
bunlar hamısı bir yerdə, mənim məktəbdə oxumağım,  dərsdən qaçma-
ğım,  dərsi  sevməməyim...  Dərsdə  qaya  yox  idi,  dərsdə  çay  yox  idi. 
Həsrət  başladı  məndə.  Otururdum,    deyirdim,  niyə  mən  burda  oturu-
ram? Bu saat mən qaya dibində olmalıyam, çay qırağında olmalıyam... 
Nədir bu? Dərs  deyə bilmirlər. Dərsi gərək elə keçəsən ki, ordan dağ 
çıxsın. Bəzən deyirdim də bunu müəllimlərə. Günlərin bir  günü bizə 
bir  marksizm-leninizm  müəllimi  gəldi.  Mən  də  uşaq  olsam  da, 
maraqlanırdım.  Başladı  proletar  diktaturasından  dəm  vurmağa.  Mən 
də  bilirəm  axı,  proletar  kimdi.  Proletar,  yəni  fəhlə.  Dedim  ki, 
bağışlayın,  proletar diktaturası deyirsiz, bax, orda bizim süpürgəçi var  
– onun diktaturasıdı? Dedi: “Səsini kəs!” Və bu  “səsini kəs” hələ də 


 
24 
qulaqlarımdadır, elə bərk dedi ki, onun ayrı sübutu-filanı yox idi. Mən 
başa  düşdüm  ki,  Dünya  özünün  mənasından  çox  ayrılıb.  Yenə 
deyirəm, bu sözlərlə yox, duyğularla, həyəcanla. Belə-belə düşdüm bu 
Məna  yoluna.  Məna  yoluna  məni  gətirdi  kəndimiz,  kəndçiliyimiz. 
Kəndimizdə bir də mənə çox təsir eləyən sadə  adamların çox böyük 
dözümü  və  çox  böyük  doğmalığı  oldu.  Orda  hər  bir  adamın  ömrü 
fəlakət idi. Bizim kənddə  qoşalaşırlar, sonra da üçləşirlər. 
Bizim kəndin adı Çaykənd idi. Qaraqoyunlu dərəsi deyirlər. Bizdən 
yuxarıda bir kənd, ondan aşağıda Bəryabənd  adında bir kənd, bizdən 
aşağıda gözəl bir kənd  – Qaraqaya kəndi. Qaraqaya kəndiylə də bağlı 
mənim  bir  eşqim  olub,  onu  deyəcəm.  Ondan  sonra  Çaylar,  ondan 
sonra    Polad  kəndləri  və  s.  Kəndlərin  ən  gözəli  bizim  kənd  idi,  –  
Çaykənd. Həmin dövrdə mənim ikinci bir halım oldu,  duyğularımın 
durulması – buna eşq demək olmaz. Hədsiz dərəcədə mənim duyğula-
rım durulmuşdu. O da yenə  zahirən çox adi bir şey idi. Biz Qazaxdan 
gəldik  –  Çayqarışan  deyilən  bir  yer  var,  ordan  piyada  gəldik  kəndi-
mizə  qədər, mən cavan bir qadınla. Yenə də həmin o ağaclar, yenə də 
həmin o meşələr, yenə həmin o dağ. Bunlar  hamısı yaratmışdı bizim o 
ünsiyyətimizi,  sonra  o  qara  qaya.  Ora  mən  hər  gün  gedib-gəlirdim. 
Beləcə görmək, ayrı  heç nə. Çünki mən onu görmək üçün getmirdim 
axı, əslində mən o dağı, o çayı görmək üçün gedirdim. Hər nə  eləyir-
dimsə, o, olanın özündən artıq olurdu. Sifətdə mən elə şeylər axtarıb 
tapırdım  ki,  o,  çaya  oxşayırdı,  dağa    oxşayırdı.  Təbiət  məndə  hədsiz 
dərəcədə  insaniləşirdi.  Sevdiyim  sifətlərdə  mən  təbiət  görürdüm. 
Sonra  mən  Darvinin əsərlərini  oxuyanda  iyrəndim.  Guya  insan  mey-
mundan əmələ gəlib. İnsanda hər şey var. İnsan dağdan  əmələ gəlib
daşdan əmələ gəlib, çaydan əmələ gəlib, göydən əmələ gəlib. Beləliklə 
də, kəndimiz mənim duyğular  məktəbim oldu. Əgər sonradan mənim 
çox zəka məktəblərim oldusa da, duyğu məktəbim mənim kənd oldu. 
Orda  heç    bir  xüsusi  əhvalat-filan  olmadı,  amma  hal  oldu    –  hədsiz 
dərəcədə. Kənd məni özümləşdirdi. Kənd məni açdı  – nəyim vardısa 
duyğu  aləmində.  Eyni  zamanda,  kənd  mənlə  camaat  arasında  indiyə 
qədər  davam  eləyən  təzadı  da  yaratdı.  Təbiətin  mənim  gördüyüm 
qadirliyi,  insanların  ayrı-ayrı  yaxşı  cəhətləri  və  adamların  balacalığı,  


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə