6
Azərbaycan Dövlət Universitetinin böyük Toplantılar odasında (“Akt
zalı”nda) “Etik və Estetik Tərbiyə Klubu” yaratdı. Bu kluba axışan
insanlara azərbaycanlaşan mənalar, məzmunlar bəxş edirdi. Böyük
maraq, intizar, narahatlıq içində axışıb gələn insanlar yavaş-yavaş
Onun ideyalarının, böyük məqsədlərinin ilk rüşeymlərini öyrənməyə
başladılar. Bu insanlar artıq necə yaşamağın, necə duymağın, necə
vətənləşməyin tələbləri ilə görüşürdülər.
İnsanlar burada özlərini tapmağa başlayanda şər duyuq düşdü,
qeyzləndi, mane olmağın yollarını aradı və tapdı: Rəsmi konfransın
keçirilməsini, mikrofonun işləmədiyini, zalın təmir ediləcəyini bəhanə
gətirdi. Klub Respublika “Bilik” cəmiyyətinə köçürüldü, adı “Ocaq”
qoyuldu. “Klubun sədri Ocağın Atası ilə əvəz olunmalıdır” ideyası da
burada yarandı. Ocaq Məramı aydınlaşmağa başladı, Ocağı yaşatmağa
and içildi. Artıq burada böyük ideyalar, böyük fikirlər dilə gətirildi:
İnsanlaşmaq, özünü daxildən dəyişmək, Müqəddəsliyə tapınmaq,
Dünyanın Dünyadan böyük mənasına pənah gətirmək... Ruhani
İntibaha başlamağın zəruriliyi ağıllara yeridilir, düşüncələri fəth
edirdi. “İnsanlaşma olmadan Müstəqil Vətən, Azad Xalq yaratmaq
mümkün deyil” fikri güclü cazibə yaradırdı.
Söz yox ki, imperiya (SSRİ) içində belə bir hərəkatın başlaması,
yaşaması müşkül bir iş idi. “Bilik” cəmiyyəti rəhbərliyinin ürəyinə
dolan qorxu, çaşqınlıq, şübhələr qapını Ocağın üzünə burada da
bağlatdı. “Xatanı” özlərindən vaxtında uzaqlaşdırmağın yolu bu idi.
Ocaq isə yanmalıydı. Ata rayonlara, şəhərlərə səfərlər edir, təhsil
ocaqlarında olur, tələbələrlə, müəllimlərlə, elm adamları ilə, fəhlələrlə
görüşlər keçirirdi. Hər yerdə sevgi ilə, sevinclə qarşılanırdı. Yataq-
xanalarda, kitabxanalarda keçirdiyi görüşlərin sorağı sürətlə yayılırdı.
Nəhayət, xəbərdarlıq başladı, rəsmi tələblər Asif Atanın özünə
çatdırıldı: “Ocağı söndür, görüşə getmə – işdən qovularsan, hörmətdən
salınarsan”. O vaxtkı Evladlara da xəbərdarlıqlar edilirdi: “Bu adam-
dan əl çəkin, o, marksizm əleyhinə, kommunizm əleyhinə iş aparır,
millətçiliyi yayır, pantürkizmə xidmət edir və s.”.
Hətta Asif Atanı partiyadan, işdən çıxarmaq, elmi adını,
müəllimlik
dərəcəsini əlindən almaq qərarı verilir. Aparırlar, gətirirlər, dindirirlər,
mənəvi-psixoloji təsir göstərirlər. Basqı tükənmir, azalmır. Ailəsi