Aşağıdakılardan hansı hüquq nəzəriyyəsi elmini düzgün ifadə edir?



Yüklə 199,96 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix05.09.2018
ölçüsü199,96 Kb.
#66844
1   2   3   4   5   6   7   8   9   10

Təhsil hüququ ilə əlaqədar dövlətin üzərinə düşən öhdəlik olmayan bəndi seçin

A) Pulsuz icbari ümumi orta təhsil almaq hüququnun təmin edilməsi;

B) Təhsil sisteminə nəzarət edilməsi;

C) Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə zəmanət verilməsi;

D) Minimum təhsil standartlarının müəyyən edilməsi;

E) Hər kəsin ali təhsil almasının təmin edilməsi.

Qeyd olunanlardan hansı publik hüquq prinsipidir?

A) Hüquq münasibətlərində dövlətin üstünlüyü;

B) Hüquq subyektlərinin bərabərliyi;

C) Hüquq subyektlərinin iradə sərbəstliyi;

D) Mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi;

E) Müqavilələr azadlığı.

"Qanun, fərman və ya digər normativ hüquqi akt referendum aktı ilə ziddiyyət təşkil etdikdə referendum aktı tətbiq edilir." ifadəsi hüququn 

hansı prinsipinə əsaslanır?

A) Lex posteriori;

B) Lex superiori;

C) Lex specialis;

D) Lex naturale;

E) Jus cogens.

Aşağıdakılardan biri normativ xarakterli akt deyil.

A) Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarları, təlimatları və izahları;

B) Maliyyə bazarları tənzimləyicisinin qərarları;

C) Məhkəmə-Hüquq Şurasının qərarları;

D) yerli özünüidarə orqanlarının qərarları;

E) Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamları;



Normayaratma orqanlarının fəaliyyətində aşkarlıq prinsipinin tələblərindən biri deyil.

A) normayaratma orqanlarının fəaliyyəti və onların qəbul etdikləri normativ hüquqi aktlar haqqında fiziki və hüquqi şəxslərin 

məlumatlandırılması;

B) beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyü;

C) normativ hüquqi aktların rəsmi nəşrlərdə, digər kütləvi informasiya vasitələrində dərc edilməsi və ya onların digər üsullarla açıqlanması;

D) normativ hüquqi aktların layihələrinin normayaratma orqanlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi;

E) normativ hüquqi aktın layihəsinin açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarılması.

"Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir." ifadəsi hüququn hansı 

prinsipinə əsaslanır?

A) Lex posteriori;

B) Lex superiori;

C) Lex specialis;

D) Lex naturale;

E) Jus cogens.

"Hüququn mahiyyətini ifadə edən rəhbəralıcı ideyalar" dedikdə, aşağıdakılardan hansı nəzərdə tutulur?

A) Hüququn dəyəri

B) Hüququn prinsipləri

C) Hüququn funksiyaları

D) Hüquqi tənzimləmə mexanizmi

E) Hüquq düşüncəsi

Qeyd olunanlar hüququn prinsiplərinin hansı təsnifatına daxildir? Qanunçuluq, sosial ədalət, sosial azadlıq, humanizm, hər kəsin qanun 

qarşısında bərabərliyi, təqsirə görə məsuliyyət.

A) Hüququn ümumi prinsipləri

B) Hüququn sahəvi prinsipləri

C) Hüququn sahələrarası prinsipləri

D) Ümumbəşəri prinsiplər

E) Hüquq yaradıcılığının prinsipləri



Hüququn ümumi prinsiplərindən hansının mənasına görə mükafat əməyə, cəza isə cinayətə müvafiq olmalıdır.

A) Qanunçuluq

B) Humanizm

C) Ədalət

D) Təqsirə görə məsuliyyət

E) Azadlıq

"Ignorantia juris non excusat" prinsipinin mənası aşağıdakılardan hansında düzgün ifadə olunub?

A) Müqavilə şərtlərinə əməl olunmalıdır

B) Mühakimə olunan şəxslərə öz mülahizələrini bildirmək və sübutlarını təqdim etmək imkanı verilməlidir

C) Müvafiq zamanda qüvvədə olan cinayət qanunvericiliyi ilə müəyyən olunmamış cinayət və cəza ola bilməz

D) Qanunu bilməmək məsuliyyətdən azad etmir

E) Təqsirli şəxsə verilən cəza, cinayətə müvafiq olmalıdır

"Yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha 

yüksək hüquqi qüvvəyə malikdir." ifadəsi hüququn hansı prinsipinə əsaslanır?

A) Lex posteriori;

B) Lex superiori;

C) Lex specialis;

D) Lex naturale;

E) Jus cogens.

Hipotezada ifadə olunan hüquqi faktların müəyyənlik dərəcəsindən asılı olaraq hipotezaların hansı növləri fərqləndirilir?

A) adi, mürəkkəb və alternativ hipotezalar

B) mücərrəd və kazual hipotezalar

C) sadə və mürəkkəb hipotezalar

D) kazual və alternativ hipotezalar

E) sadə və mücərrəd hipotezalar



Kazual hipoteza olmayan bəndi seçin?

A) Telefon xətlərinə qanunsuz daxil olmaqla danışıqlar aparma;

B) Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması;

C) Kreditor borclarını ödəməkdən yayınma;

D) İxrac nəzarətinə aid sənəd və məlumatları yayma;

E) Məhkəməyə hörmətsizlik etmə.

Normativ hüquqi akta aid tələblərdən biri deyil.

A) Normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır;

B) Normativ hüquqi aktın (onun struktur elementinin) adı yığcam olmalı, aydın ifadə edilməli və həmin aktın (struktur elementinin) əsas 

mahiyyətini əks etdirməlidir;

C) Normativ hüquqi aktın mətnində istifadə edilən termin və anlayışlar aydın və birmənalı olmalıdır;

D) Normativ hüquqi aktın normaları yığcam şəkildə, əsasən təsdiq formasında və indiki zamanda ifadə edilməlidir;

E) Hamısı aiddir.

Hüququn formalarından hansı hüquq münasibətləri subyektlərinin ikitərəfli və ya çox tərəfli razılaşması kimi müəyyən olunmuşdur?

A) Din normaları

B) Normativ hüquqi aktlar

C) Məhkəmə presedenti

D) Müqavilələr

E) Hüquqi adət

"Hüquqi presedent" və "Normativ müqavilə" anlayışılarının ifadə olunduğu ümumi termin aşağıdakılardan hansıdır?

A) Hüquq normalarının təfsiri aktları

B) Normativ hüquqi aktlar

C) Hüquq tətbiqetmə aktları

D) Hüququn funksiyaları

E) Hüququn mənbələri



Yüklə 199,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə