5.1.5 Əlaqəli tərəflərin münasibətlərinə dair nümunələr
Birbaşa və ya dolayı yolla (vasitəçilərlə) nəzarət edən, nəzarətdə olan və ya hesabat verən müəssisələrlə birlikdə birgə nəzarət altında olan müəssisələr. Bura holdinq şirkətləri, törəmə müəssisələr və tərəfdaş törəmə müəssisələr aiddirlər.
Hesabat verən müəssisənin, kapitaldakı səhmlərinə birbaşa və ya dolayı yolla sahib olan şəxslər. Bu, onlara müəssisə üzərində kifayət qədər təsirə malik olmaq imkanı verir.
Müəssisənin əsas idarə heyətinin yaxın ailə üzvləri
Yaxın ailə üzvləri üzərində əhəmiyyətli təsirə malik olan şəxslər. Yaxın ailə üzvləri həmin şəxsə təsir edə bilən və yaxud da onların müəssisə ilə əməliyyatlarında həmin şəxsin təsiri altına düşən insanlardır.
Yüksək vəzifəli idarə heyəti - müəssisələrin direktorları, menecerləri və onların yaxın ailə üzvləri daxil olmaqla hesabat verən müəssisədə planlaşdırma, idarəetmə və nəzarət üzrə cavabdeh olan insanlar və səlahiyyətli şəxslərdir.
Yuxarıda qeyd olunan şəxslərin hər hansı birinin birbaşa və ya dolayı yolla xüsusi marağının olduğu və ya üzərində həmin şəxsin əhəmiyyətli təsir edə bilmək imkanı olan müəssisələr. Bura əsas səhmdarların və ya direktorların sahib olduğu hesabat verən müəssisələr və hesabat verən müəssisədə olduğu kimi eyni yüksək vəzifəli idarə heyətinə malik müəssisələr daxildir.
Arka Şirkətini hesabat verən müəssisə qismində istifadə edərək əlaqəli tərəflərə dair nümunələr:
Dostları ilə paylaş: |