Aşağıdakı şərtlərdən hansısa biri ödəndikdə müəssisənin digər müəssisəyə nəzarət etmək imkanına malik olması hesab olunur



Yüklə 217 Kb.
səhifə11/16
tarix20.01.2023
ölçüsü217 Kb.
#98873
1   ...   8   9   10   11   12   13   14   15   16

6. MƏLUMATIN AÇIQLANMASI


(13 – 20 – ci maddələr)

Əlaqəli üçüncü tərəflərin məlumatlarının açıqlanmasında əhatə olunmalı görünən iki element var







6.1 Üçüncü tərəflərə məlumatının açıqlanması


Əlaqəli üçüncü tərəflərin kimlər olduğu ilə bağlı əsas və törəmə müəssisələr arasında münasibətə uyğun olaraq hətta onlar arasında heç bir əməliyyat keçirilmədikdə belə həmişə məlumatlar açıqlanmalıdır. Bu, mövcud olan nəzarətin səviyyəsi və ən azı əsas müəssisə üçün məhdudiyyətsiz olaraq əhəmiyyətli təsir göstərmək potensialı baxımından nəzərə alınır.


Eynilə, müəyyən mənada bu, əsas idarə heyətinin üzvü ilə mövcud olan üçüncü tərəf münasibətləridir. Bu cür idarə heyəti həmişə müəssisə ilə birlikdə və həmişə müəssisənin siyasətinə və idarəetmə fəaliyyətinə təsir etmək vəziyyətində olacaqdır. Əsas/törəmə müəssisə münasibətində əhəmiyyətli fərq ümumilikdə hansı məlumatın açıqlanması çərçivəsində özünü büruzə verəcəkdir. Aydındır ki, əsas/törəmə müəssisə münasibəti baxımından iki müəssisə arasında heç bir əməliyyatlar aparılmadıqda açıqlanası heç bir məlumat olmayacaqdır. Əsas idarə heyətinin üzvləri ilə bağlı münasibətdə idarə heyəti və müəssisə arasında bəzi əməliyyatların aparılması qaçılmaz olacaqdırdır və bu, idarə heyətinin əhəmiyyətli təsirə malik olma aspektini nəzərə alaraq müəssisə və idarə heyəti tərəfindən ödənilən məvaciblər və mükafatlar şəklində olacaqdır. Buna görə də, bu cür idarə heyətinin malik olduğu təsirin səviyyəsi bütövlükdə deyil, amma demək olar ki, məhdudiyyətsiz olduğundan bir daha bu münasibətlərin mövcudluğunun açıqlanmasını gözləmək məntiqli olar.


Müəyyən olunduğu kimi, bütün yerdə qalan digər əlaqəli üçüncü tərəflər üçün bu münasibətlərin mövcudluğunun açıqlanması yalnız o zaman vacib ola bilər ki, müəssisə və əlaqəli üçüncü tərəflər arasında əməliyyatlar aparılsın. Heç bir əməliyyatın aparılmadığı təqdirdə münasibətin açıqlanmasının az əhəmiyyət kəsb etməsi mübahisə doğura bilər. Yaxın ailə üzvləri olduğu halda heç bir əməliyyat aparılmadıqda məlumatın açıqlanmasını təkid etməklə əlaqəli üçüncü tərəflərin şəxsi həyatına icazəsiz və lüzumsuz müdaxilənin olması həqiqətən də mübahisə doğura bilər.





Yüklə 217 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə