Aşağıdakı şərtlərdən hansısa biri ödəndikdə müəssisənin digər müəssisəyə nəzarət etmək imkanına malik olması hesab olunur


Əhəmiyyətli təsirə malik ola biləcək tərəflər



Yüklə 217 Kb.
səhifə5/16
tarix20.01.2023
ölçüsü217 Kb.
#98873
1   2   3   4   5   6   7   8   9   ...   16

5.1.1 Əhəmiyyətli təsirə malik ola biləcək tərəflər


Əlaqəli tərəflərlə münasibətlərdən danışılan zaman əsas müəssisə və törəmə müəssisə arasındakı münasibətlər buna kifayət qədər bariz nümunədir. Əsas müəssisənin törəmə müəssisənin biznes fəaliyyəti ilə bağlı qərarları üzərində əhəmiyyətli təsirə malik olduğu aydındır – faktiki olaraq, əsas müəssisə öz mövqeyinə görə törəmə müəssisəyə nəzarət edir. Bu həmçinin, əsas müəssisə ilə onun törəmə müəssisəsinin törəməsi arasında mövcud olan dolayı nəzarətə qədər genişləndirilə bilər.


Halbuki, əlaqələr yalnız əsas və törəmə müəssisə arasında, yəni birtərəfli şəkildə yox, eyni zamanda törəmə müəssisə və əsas müəssisə arasında da mövcuddur. Bu o demək deyil ki, törəmə müəssisə hər hansı şəkildə əsas müəssisənin qərarlarına təsir göstərir. Bu daha çox o faktı təsdiq edir ki, əlaqə, hər hansı münasibətlərdə olduğu kimi, iki tərəfli xarakter daşıyır. Beləliklə, əgər əsas müəssisə törəmə müəssisəyə onun öz hesabına əsas müəssisəyə iqtisadi səmərə gətirəcək əməliyyata daxil olmağı əmr edirsə və həmin əməliyyat haqqında məlumatlar açıqlanmalıdırsa, bu zaman əsas müəssisə əldə edilən mənfəəti, törəmə müəssisə isə ona dəyən zərəri açıqlamalıdır.


Müəssisənin səhmlərinin 50%-dən çox hissəsinə sahib olan şəxs tərəfindən həmin müəssisəyə nəzarət edilməsi əsas və törəmə müəssisə arasındakı münasibətlərə oxşar olan digər münasibətlərdir. Müəssisə ayrıca hüquqi şəxs olsa da, o səhmlərin nəzarət paketinə sahib olan mülkiyyətçi ilə çox yaxın münasibətlərə malikdir, belə ki, həmin mülkiyyətçi müəssisənin fəaliyyətlərinə nəzarət etmək hüququna sahibdir.


Əhəmiyyətli təsirin mövcud olması müəssisə və onun asılı təsərrüfat cəmiyyətləri arasında olan əlaqələrdə həmçinin danılmazdır. Həqiqətən də, 20 №-li Milli Mühasibat Uçotu Standartında verilən asılı təsərrüfat cəmiyyəti anlayışının açıqlamasında müəssisənin asılı təsərrüfat cəmiyyəti sayılması üçün “əhəmiyyətli təsirin” mövcud olması tələb edilir. Əsas və törəmə müəssisə arasında olduğu kimi, müəssisə və onun asılı təsərrüfat cəmiyyəti arasında olan əlaqə həmçinin ikitərəfli xarakter daşıyır və həmin əlaqənin şəxsi səviyyəyə qədər genişlənməsi mümkündür (məsələn, şəxsin (fərdi investorun) müəssisənin səhmlərinin tələb olunan faizinə malik olduğu halda olduğu kimi. Bu halda həmin şəxsin hüquqi şəxs olduğu təqdirdə 20 №-li Milli Mühasibat Uçotu Standartı tətbiq olunmalı idi).


Bu geniş kateqoriyadakı yekun vəziyyət birgə müəssisə ilə sahibkar arasında olan əlaqələri əhatə edir. Bu əlaqə, müəssisə ilə onun asılı təsərrüfat cəmiyyəti arasında olan əlaqənin üçüncü tərəf ilə yaxın əlaqə sayıldığı eyni səbəblərə görə əlaqəli tərəflə münasibət hesab edilə bilər. Belə ki, “birgə müəssisə” anlayışının açıqlanmasında birgə fəaliyyətdə iştirak edən bütün sahibkarların həmin fəaliyyət üzərində birgə nəzarətə sahib olması tələb edilir. “Birgə nəzarət” əhəmiyyətli təsirin mövcud olmasını açıq şəkildə nəzərdə tutur. Yuxarıda göstərildiyi kimi, əlaqə şəxsi xarakter də daşıya bilər, belə ki, bu əlaqənin bir tərəfi sahibkardır. Aydın olmayan yeganə mövzu sahibkarların özləri arasında üçüncü tərəflərlə əlaqənin mövcud olub-olmamasıdır. Yalnız bir tərəfin nəzərə alınmamalı olduğu demək olar ki, aydındır. Birgə fəaliyyət, onların qarşılıqlı iqtisadi mənfəətləri naminə çox sıx olaraq birlikdə işləmək üçün aydın şəkildə iki və ya çox tərəflərin olmasını tələb edir. Lakin bu əlaqə yalnız həmin birgə fəaliyyət ilə məhdudlaşır və əlavə olaraq, müqavilə şərtlərindən asılıdır. Müqavilə və birgə fəaliyyətdən başqa, sahibkarları bir-birinə heç bir başqa münasibət bağlamır və sözsüz ki, onlar bir-birlərinin biznes qərarlarına təsir edəcək mövqedə deyillər.





Yüklə 217 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə