Aşağıdakı şərtlərdən hansısa biri ödəndikdə müəssisənin digər müəssisəyə nəzarət etmək imkanına malik olması hesab olunur


Əməliyyatlar üzrə məlumatların açıqlanması



Yüklə 217 Kb.
səhifə13/16
tarix20.01.2023
ölçüsü217 Kb.
#98873
1   ...   8   9   10   11   12   13   14   15   16

6.2 Əməliyyatlar üzrə məlumatların açıqlanması


Bu məlumat maliyyə hesabatlarının istifadəçilərinə maliyyə hesabatlarına münasibətin göstərə biləcəyi potensial səmərəni anlamağa imkan vermək üçün kifayət etməlidir.


Məlumatın açıqlanması üç elementdən ibarət olmalıdır:





  1. Müvafiq hesabın nisbəti kimi əməliyyatların həcminin göstərilməsi

  2. Hər hansı ödənilməmiş maddələrin nisbəti, və

  3. Əlaqəli üçüncü tərəflərlə bağlı aparılan əməliyyatlara uyğun olaraq qiymət siyasətləri

Bu məlumatların açıqlanması ilə bağlı tələblərin arxasında duran fərziyyə ondan ibarət idi ki, maliyyə hesabatlarının istifadəçiləri qiymət siyasətlərini bildikləri halda onlar üçüncü tərəf münasibətinin keyfiyyət xüsusiyyətini qiymətləndirə və müvafiq hesabların hissələrini bilməklə onlar münasibətin kəmiyyət səmərəliliyini hesablaya bilərdilər. Təsadüfi hallarda bu, “müvafiq hesabın” yalnız Gəlir kimi tək maddədən ibarət olduğu təqdirdə mümkün ola bilərdi.




6.2.1 Əməliyyatların həcminin müəyyən edilməsinə dair nümunə


Aysberq şirkətinin Xatirə şirkəti ilə əlaqəli üçüncü tərəf münasibəti var. Müvafiq ildə, Aysberq şirkəti Xatirə şirkəti ilə satışlar həyata keçirib. Məlumatın açıqlanması ilə bağlı tələblər yuxarıda göstərilənə uyğun gəldiyi təqdirdə maliyyə hesabatının istifadəçilərinə aşağıdakı məlumat verilmiş olar:


a) “Normal” satışlar 40 % həcmində ümumi gəlir gətirir


b) Xatirə şirkətinə satışlar 10 % həcmində ümumi gəlir vermək kimi qiymətləndirilib
c) İl ərzində ümumi satışlar 1.000.000 manat olub
d) Xatirə şirkətinə satışlar ümumi satışların 20 %-i həcmində hesablanıb

Bu məlumat əsasında əlaqəli tərəflər ilə bağlı satışın ümumi məbləğinin 200.000 manat həcmində qiymətləndirildiyini hesablamaq asandır, lakin bu, ümumi gəlirdən yalnız 5.9 % təşkil etmişdir.


Bununla belə, bir çox müxtəlif məbləğlərdən ibarət olan müvafiq hesab mürəkkəb olduğu təqdirdə tələb olunan məlumatın açıqlanması səviyyəsində hesablamaların qeyri–mümkün olması sübut olunur.





Yüklə 217 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə