Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə35/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   30   31   32   33   34   35   36   37   38

-Səni orada görəndə həqiqətən çaşdım. 
-Bəs, mənim səni orada görməyim? 
-Tanışımı axtarırdım. 
-Mən də düşmənimi. 
- Düşmənini? 
-Bəli, əbədi düşmənlərimdən birini. Daha doğrusu, təbii 
ovlarımdan  birini.  Qısacası  Uatson,  çox  fərqli  araşdırmanın 
içindəyəm və  həmişə  etdiyim  kimi,  bir  ipucu  tapa  bilmək 
üçün bu sərxoşların ağzını aramağa gəldim. Əgər məni tanı-
saydılar həyatım böyük təhlükədə olardı. Oranı daha əvvəl 
də istifadə etmişəm; yeri işlədən alçaq Laskar məni tanıyır və 
məndən intiqam alacağına dair and içmişdi. Binanın arxasın-
dan Paul sahilinə çıxan gizli qapının dili olsaydı aysız gecə-
lərdə yaşanan qəribə hekayələri danışardı. 
-Nə? Cinayət baş verdiyini demək istəyirsən? 
-Bəli,  cinayət.  O  dəliyə  girib  öldürülən  hər  yazıq  üçün 
1000 sterlinq alsaydıq zəngin olmuşduq. Ora çay sahilindəki 
ən mərhəmətsiz cinayət tələsidir və məncə Neville St. Kleyr-
də bir daha heç vaxt çıxmamaq üzrə ora girib. Amma gözlə, 
tələmizi  buralarda  bir  yerə  qurmuşduq.  İşarə  barmaqlarını 
dişlərinin arasına apararaq fit çaldı. Bu işarəyə uzaqdan bir 
cavab gəldi və az sonra təkər cırıltıları və atların səsləri eşi-
dildi. 
-Hə, Uatson, - Holms, atlı araba qaranlığı yaran sarı fa-
ralarıyla  açıqlığa  çıxanda  dilləndi,  -  mənimlə  gəlirsən,  elə  
deyilmi?  
-Əgər köməyim toxunacaqsa. 
-Etibarlı bir dost hər zaman işə yarayar; bir hekayə ya-
zarı isə daha da çox işə yarayar. “The Cedars”dakı otağımda 
əlavə bir yataq var. 
-“The Cedars”? 
145
 
 


-Bəli, ora cənab St. Kleyrin evidir. İstintaqı icra etdiyim 
müddətdə orada qalacağam. 
-Bu yer tam olaraq haradadır? 
-Şəhərdə, Li yaxınlığındadır. Önümüzdə yeddi millik bir 
yol var. 
-Lakin hələ heç bir şey bilmirəm. 
-Əlbəttə  bilmirsən.  Bir  az  sonra  öyrənərsən.  Arabaya 
min. Tamam Con, artıq sənə ehtiyacımız yoxdur. Buyur, sə-
nə yarım qızıl. Sabah saat on bir ərəfəsində gəl. Görüşərik! 
Atları  yüngülcə  qırmancladı  və  birlikdə,  qaranlıq  və 
kimsəsiz küçələrə daldıq. Getdikcə genişləyən yol, altındakı 
murdar çayın lal axdığı geniş bir körpüyə çevrilirdi. İrəlidəki 
monoton  kirəmit  yığınının  səssizliyi,  bir  polisin  ağır  və  ni-
zamlı  ayaq  səsləri  və  ya  ətrafdan  keçən  bir  neçə  sərxoşun 
mahnıları  ilə  arada-sırada  pozulurdu.  Göydə  bir  bulud  ya-
vaşca  sürünür  və  sağda-solda,  buludların  arasından  bir-iki 
ulduz göz qırpırdı. Holms arabanı başı sinəsində, dərin dü-
şüncələrə dalmış bir halda səssizcə sürərkən mən də yanın-
da oturmuş, güclərini səfərbər etdiyi anlaşılan bu yeni araş-
dırmanın  detallarını  maraq  edirdim;  amma  düşüncələrinin 
axışını pozmamaq üçün soruşmağa çəkinirdim. 
Bir neçə mil daha getdikdən sonra şəhərin arxa məhəl-
lələrinin  sərhədinə  gəlmişdik  ki, Holms  silkələnib  çiyinləri-
ni düzəltdi və siqarını yandırdı: 
-Susmaq mövzusunda müdhişsən, Uatson. Bu sənin nə 
qədər  qiymətli  dost  olduğunu  göstərir.  Əslində  danışacaq 
bəzilərinin olması mənim üçün çox  əhəmiyyətlidir, çünki bu 
ankı düşüncələrim heç də xoş deyil. Bu gecə qapıda qarşıla-
şanda  kiçik qadına nə deyəcəyimi  düşünürəm. 
-Unutma ki, mən hələ bu məsələylə əlaqədar heç bir şey 
bilmirəm. 
146
 
 


-Sənə Liyə gedənə qədər izah edə bilərəm. Çox sadə gö-
rünməsinə baxmayaraq hələ irəliləyiş əldə edə bilməmişəm. 
İp çox, amma mən uclarını tapa bilmirəm. İndi sənə hadisə-
ni açıq və qısaca izah edim. Bəlkə də sən mənim görə bilmə-
diyim bir qığılcım görərsən. 
-Davam et. 
-Bir neçə il əvvəl – dəqiq desək, 1884-cü ilin mayında - 
adı Neville St. Kleyr olan və pulu çox olması hiss edilən bir 
cənab Liyə  gəlir.  Böyük  bir  villa  alıb  gözəlcə  döşəyir  və 
zövq-səfa içində yaşamağa başlayır. Zamanla ətrafda dostlar 
qazanır və 1887-ci ildə yerli pivə istehsalçısı olan bir emalat-
çının  qızıyla  evlənib və  iki  uşaqları  olub.  Konkret  işi  yox 
imiş,  amma  bir  neçə  şirkətlə  əlaqələri  olduğundan  səhərlər 
nizamlı  olaraq  şəhərə  gedər  və  axşamlar    Kannon  küçəsin-
dən 5:14 qatarıyla geri dönərmiş. Cənab St. Kleyr indi otuz 
yeddi  yaşındadır,  mülayim  şəxsiyyətə  sahib  olan  yaxşı  ər, 
sevgi dolu ata və onu tanıyan hər kəsin sevdiyi bir insandır. 
Öyrəndiyimizə görə, “Capital&Counties” bankında 220 ster-
linq krediti və buna uyğun 88 sterlinq borcu varmış. Ona gö-
rə, pulu düşünəcək biri olduğunu sanmıram. 
Keçən bazar ertəsi cənab Neville St. Kleyr, şəhərə hər za-
man olduğundan daha erkən gedib və gedərkən iki əhəmiy-
yətli işi olduğunu və evə döndüyündə kiçik oğluna bir qutu 
oyuncaq kirəmit aparacağını deyib. Yenə eyni gündə arvadı 
o  çıxdıqdan  dərhal  sonra,  gözlədiyi  paketin  Aberdin  Nəq-
liyyat  Şirkətinə  gəldiyini  bildirən  bir  teleqram  alıb.  Əgər 
Londonu  yaxşı  tanıyırsansa  bu  şirkətin  bürosunun  bu  gecə 
qarşılaşdığımız Yuxarı Svandam küçəsinin şimalında, Fresno 
küçəsində  olduğunu  bilirsən.  Xanım  St.  Kleyr  günorta  ye-
məyini yemiş, şəhərə getmiş, bir az alver etmiş, şirkətin bü-
rosuna gedərək paketini götürmüş və 4:35 radələrində Svan-
147
 
 


dam küçəsindən keçərək stansiyaya doğru yola düşmüşdür. 
Bura qədəri aydındırmı? 
-Hər şey çox açıqdır. 
-Xatırlayırsansa, bazar ertəsi günü hava həddindən artıq 
isti idi. Xanım St. Kleyr yavaş-yavaş gedərək bir fayton ax-
tarmağa başlamışdır, çünki olduğu səmt heç xoşuna gəlmir-
miş. Svandam küçəsindən aşağı gedərkən birdən bir qışqırıq 
eşitmiş və ərinin bir binanın ikinci qatından ona işarə etdiyi-
ni  görüb  təəccübündən  donub  qalmışdır.  Açıq  pəncərədən 
ərinin son dərəcə əzablı üzünü diqqətə çarpan bir şəkildə gö-
rə bilirmiş. Adam arvadına dəlicəsinə əl yelləyərkən, birdən 
arxadan kimsə onu çəkib və sonra  gözdən itib. İti gözləri sa-
yəsində bir şey qadının diqqətini çəkib; adamın əynində sə-
hər evdən çıxarkən geyinmiş paltara bənzər tünd rəngli pen-
cək olmasına baxmayaraq, yaxalığı da, qalstuku da yox imiş. 
Qadın  işlərin  yolunda  olmadığını  düşünərək  pilləkənlərə  - 
çünki həmin ev, bu gecə qarşılaşdığımız tiryək təkkəsi idi, - 
ön  otağı  keçib birinci  mərtəbəyə çıxan  pilləkənlərə  yönəlib. 
Amma sənə bəhs etdiyim alçaq Laskar, onu dayandırıb. Ya-
nındakı bir danimarkalıyla birlikdə qadını tutub küçəyə atıb-
lar.  Ağılını  başından  alan  şübhə  və  qorxularla  küçə  aşağı 
qaçmış  və  bəxtindən  yolda  bir  neçə  polislə  qarşılaşıb.  Bir 
müfəttiş və iki polislə birlikdə, ev sahibinin bütün etirazları-
na baxmayaraq cənab St. Kleyrin ən son göründüyü otağa çı-
xıblar. Amma adam orada yox imiş. O mərtəbədə oranı özü-
nə məskən seçmiş şikəst dilənçi varmış. O və Laskar, otaqda 
başqa kimsənin olmadığına and içir. Müfəttiş xanım St. Kley-
rin yanıldığını düşünməyə başlayanda, qadın qışqıraraq ma-
sanın üzərindəki kiçik qutuya doğru dartınır və qapağını qo-
pararaq  açır,  içində  uşaqların  oyuncaq  kirəmitləri  varmış. 
Adamın  evə  gətirəcəyini  söylədiyi  oyuncaqlardan  imiş.  Bu 
148
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə