boşluq var. Bu varlığın yeri oradır. Hər gün orada, qucağın-
da kibritləriylə bardaş qurub oturur. O qədər yazıq bir gö-
rünüşü var ki, gələn keçən önündəki dəri şapkaya sədəqələ-
rini atır. Nə iş gördüyüylə maraqlandığım üçün onu bir neçə
dəfə izlədim. Qısa müddətdə əldə etdiyi qazancı eşitsən ça-
şarsan. O qədər fərqli xarici görünüşü var ki, heç kim onu
görmədən keçə bilməz. Portağal rəngi saçlar, solğun üz, üst
dodağına qədər enən iyrənc bir yara izi, bir buldok çənəsi və
saçlarının rəngiylə tam bir kontrast meydana gətirən dəlisov,
tünd rəng bir cüt göz. Bütün bunlar, onu digər dilənçilərdən
ayırmağa yetər. Artıq o murdar evin kirayəçisini və axtardı-
ğımız adamı ən son görən adamın o olduğunu bilirik.
-Amma adam şikəst imiş! - dedim. Tək gözlə gənc bir
adama nə edə bilər ki?
-Yalnız bir qıçı axsayır; əslində güclü və sağlam adam-
dır. Tibbi təcrübənlə sən də bilərsən ki, Uatson, bir orqanda-
kı zəiflik çox vaxt digərlərinin daha güclü olmasına gətirib
çıxarar.
-Lütfən hekayəyə davam et.
-Xanım St. Kleyr, pəncərədəki qanı görüncə huşunu itir-
miş və polis araşdırmaları əsnasında artıq bir işə yaramaya-
cağını düşünərək, onu evinə aparmışdır. Müfəttiş Barton, evi
diqqətlə araşdırmış amma məsələyə işıq tutacaq bir şey tapa
bilməmişdir. Edilən yeganə səhv Bunesi dərhal, o anda həbs
etməmələri idi; çünki bu beş-on dəqiqəlik
müddətdə Las-
karla danışmış ola bilər. Nəysə, bir müddət sonra bu səhvi
kompensasiya edib, onu tutaraq üstünü axtarmışlar, amma
əleyhinə bir dəlil tapa bilməmişlər. Hərçənd
köynəyinin sağ
qolunda bir qan izi tapmışlar, amma o, sağ barmağındakı
yara izini göstərərək vəziyyəti izah etməyə çalışıb. Eyni za-
manda, qısa müddət əvvəl pəncərəyə tərəf getdiyində o qan
150
ləkələrini görmədiyini və bütün ləkələrin qətiliklə eyni qay-
naqdan gəldiyi ehtimalını da ifadəsinə əlavə etmişdir. Cənab
Neville St. Kleyri daha əvvəl görmədiyinə və otağındakı pal-
tarların ən az polisi çaşdırdığı qədər onu da çaşdırdığına and
içmişdir. Xanım St. Kleyrin, ərini pəncərədə gördüyünü ifa-
də etdiyi xatırladıldığında isə, qadının ya havalanmış, ya da
xəyal görmüş olduğunu deyib. Ciddi şəkildə etiraz etməsinə
baxmayaraq polis bölməsinə aparılıb. Müfəttiş isə dalğalar
çəkiləndə təzə ipuclarına rast gəlmək
ümidiylə orada qal-
mışdır.
Amma dalğalar çəkilincə, palçıq yığınının arasında tap-
dıqları çox təəssüf ki, Neville St. Kleyrin özü deyil, pencəyi
olmuşdur. Yaxşı ciblərində nə tapıblar səncə?
-Təxmin edə bilmirəm.
-Təxmin edə bilməzdin onsuz da. Pencəyin cibləri xarab
pullarla doluymuş - 421 peni və 270 peni yarım. Pencəyin
dalğalarla axıb getməməsinin səbəbi də bu olmalıdır. Amma
bədən söz mövzusu olunca işlər dəyişir. Ağır pencək batar-
kən, içindəki bədənin çaya axıb getməsi təxmin edilir.
-Amma anladığım qədəriylə, digər paltarlar otaqday-
mış. Üstündə yalnız bir pencək ola bilərmi?
Xeyr cənab, amma hər şeyə şübhəylə yaxınlaşmaq la-
zımdır. Fərz et ki, bu Bune deyilən adam Neville St. Kleyri
pəncərədən itələdi. Onu kiminsə görməsi qeyri-mümkün ol-
duğuna görə orda niyə qalırdı? Təbii ki, digər paltarlardan
xilas olmaq! Tam pencəyi tutub atacaqkən, batmayıb üzəcəyi
ağlına gəlmiş ola bilər. Amma çox zamanı qalmamışdır, çün-
ki aşağıda qadının yaratdığı səs-küyü, arxasınca da polisin
gəldiyini eşitmişdir. İtirəcək bir saniyə belə yoxdur. Dilənçi-
likdən əldə etdiyi qazancı saxladığı yerə qaçaraq pencəyin
ciblərini bu xarab pullarla doldurub və sonra pəncərədən
151