Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə30/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

məmə  baxmayaraq  bir  nəticə  çıxara  bilmədim.  Yenə  də  o 
müəyyən naməlum  qorxu  duyğusunu  üstümdən tamamilə 
ata bilmədim. Hərçənd həftələr keçdikcə təsiri yüngülləşir və 
gündəlik  həyat  davam  edirdi.  Amma  əmimdə  dəyişikliklər 
yaranmağa başladığını fərq edirdim. Əvvəlkindən daha çox 
içməyə və cəmiyyətdən daha da çox uzaqlaşmağa başlamış-
dı. Zamanının çoxunu, qapısını içəridən kilidlədiyi otağında 
keçirirdi. Amma bəzən sərxoş kimi dəlicəsinə otaqdan bayıra 
atılır,  əlində  tapançası,  evi  alt-üst  edərək  bağçaya  çıxır  və 
kimsədən  qorxmadığını,  heç  kimsənin  onu  bir  qoyun  kimi 
yerə  soxa  bilməyəcəyini  söyləyirdi.  Əsəbi  keçdikdən  sonra 
evə  girir  və  ruhunun  dərinliklərindəki  qorxuya  təslim  olan 
adam  kimi  qapını  kilidləyir  və  mürgüləyirdi.  Belə  zaman-
larda, ən soyuq günlərdə belə, üzü tərdən islanırdı. Səbrinizi 
daha  çox  sınağa  çəkmədən məsələnin  özünə  gəlsək,  cənab 
Holms, bir gecə yenə sərxoş şəkildə evdən atıldı və daha geri 
dönmədi.  Onu  axtarıb  bağçanın  aşağısındakı  hovuzda  üzü 
suya  atılmış  halda  tapdıq.  Zorakılıq  əlaməti  olmadığından 
və  hovuz  da  yalnız  yarım  metr  dərinliyində  olduğu  üçün, 
məhkəmə əmimin qəribə davranışlarını da nəzərə alaraq “in-
tihar” qərarı verdi. Mən, onun ölümün düşüncəsindən belə 
qorxduğunu bildiyimdən, bunu necə etdiyini anlaya bilmə-
dim.  Lakin  məsələ  zamanla  unuduldu  və  atam  ərazini  və 
bankdakı 14.000 sterlinqi əldə etdi. 
-Bir  dəqiqə,  deyərək  Holms  onun  sözünü  kəsdi.  -  Bu, 
dinlədiyim  ən  maraqlı  hekayələrdən  biridir.  Lütfən,  əmini-
zin  məktubu  aldığı  və  intihar  etdiyi  iddia  edilən  tarixləri 
söyləyərsinizmi?  
-Məktub 10 Mart 1883-cü ildə gəldi və əmim yeddi həftə 
sonra, 2 may gecəsi öldü. 
-Təşəkkür edirəm. Lütfən davam edin. 
124
 
 


-Atam, Horşamdakı ərazini aldıqdan sonra, mənim istə-
yimə  görə,  hər  zaman  kilidli  olan  çardaqdakı  otaq  diqqətli 
şəkildə araşdırıldı. İçindəkilər yox edilmiş olmasına baxma-
yaraq, qutu orada idi. Atam həmişə qardaşına gülürdü, am-
ma  indi,  eyni  şey  onun  da  başına  gəlincə,  çox  qorxmuş  və 
çaşqın görünürdü. 
-Bu nə deməkdir Con? - deyə kəkələdi. 
-Tamam donmuşdum. “K. K. K.” dedim. 
-Zərfin  içinə  baxdı.  Eynidir,  deyə qışqırdı.  “Hərflər ey-
nidir. Amma üzərlərində yazılanlar nədir? 
-“Kağızları günəş saatının üstünə qoy”, atamın çiyininin 
üstündən oxudum. 
-Nə kağızları? Nə günəş saatı deyə soruşdu. 
-Bağçadakı  günəş  saatı.  Başqası  yoxdur,  dedim,  amma 
bəhs edilən kağızlar yox edilən kağızlardır yəqin. 
-Yaxşı  görək,  dedi  cəsur  görünməyə  çalışaraq.  Mədəni 
bir  ölkədə  yaşayırıq;  belə  axmaqlıqlara  inanası deyilik. Ha-
radan gəlib bu? 
-Dundidən, deyə cavab verdim markaya baxaraq. 
-Çox  axmaq  zarafatdır, dedi.  Günəş  saatıyla,  kağızlarla 
nə işim var? Belə axmaqlıqlara baş qoşmaram. 
-Polislə danışmalıyıq, dedim. 
-Sonra da lağ hədəfi olaq eləmi? Mümkün deyil belə şey! 
-Elə isə icazə ver mən özüm tək məşğul olum. 
-Xeyr sənə də icazə vermirəm. Belə bir axmaqlığa görə 
ortalığı qarışdırma. 
-Onunla  mübahisə  etmək  boş-boşuna  vaxt  itkisi  idi. 
İnadçı bir adamdır. Amma mənim içim rahat deyildi. Mək-
tub gəldikdən üç gün sonra, atam, Portsdovn Hilldə vəzifə-
də  olan  dostu,  mayor  Fribodyu  görməyə  getdi.  Getməsinə 
sevindim,  çünki  evdən  uzaq  olduğu  müddətcə  təhlükəsiz-
125
 
 


likdə olacağını düşünmüşdüm. Amma yanılmışam. Getdik-
dən iki gün sonra, mayordan, dərhal gəlməmi xahiş edən bir 
teleqraf aldım. Atam çuxura düşüb, kəllə sümüyünü qırmış, 
yatağa düşmüşdü.  
Təəssüf ki, mən ora çatmadan dünyasını dəyişdi. Deyi-
lənə  görə  qaranlıqda  Farhamdan  dönürmüş  və  yolu  yaxşı 
bilmədiyindən və ətrafında işarə olmadığından çuxura düş-
müşdü.  Məhkəmə  “qəza  nəticəsində  ölüm”  qərarı  verdi. 
Ölümüylə əlaqədar bütün gerçəkləri araşdırdım, amma cina-
yət olduğuna dair heç bir dəlil tapa bilmədim. Hər hansı bir 
şiddət  əlaməti,  ayaq  izləri,  soyğun,  ətrafda  görülən yad 
adamlar və s. yox idi. Heç nəyə baxmayaraq, düşüncələrimin 
heç də rahat olmadığını söyləməmə ehtiyac yoxdur, məncə. 
Bunun  sui-qəsd  olduğuna  aşağı-yuxarı  əmin  idim.  "Mirası 
belə  xoşagəlməz  bir  şəkildə  aldım.  Niyə  imtina etmədiyimi 
soruşa  bilərsiniz,  cavab  verim;  bu  bəlanın  hansısa  şəkildə 
əmimin  keçmişindən  qaynaqlandığını  və  təhlükənin məni, 
başqa bir yerdə də olsam, tapacağına əmin idim. Yazıq atam 
85-in  yanvarında  taleyin  toruna  düşdü  və  o  günün  üzərin-
dən  iki  il  səkkiz  ay  keçib.  Bu  müddət  boyunca  Horşamda 
xoşbəxt  şəkildə  yaşadım.  Qəfildən,  bu  lənətin ailəmin  üzə-
rində  olduğunu  və  son  nəsillə  birlikdə  sona  çatdığını  dü-
şünməyə  başlamışdım  ki,  dünən  səhər,  atama  gələn  şeyin 
eynisi mənə də gəldi. Gənc adam pencəyinin cibindən qırış-
mış  bir  zərf  çıxardı.  Masaya  yaxınlaşaraq,  zərfi  yellədi və 
içindən beş dənə kiçik portağal çəyirdəyi düşdü. 
-Zərf budur, - deyə davam etdi. Markaya baxsaq Londo-
nun qərb bölgəsindən gəlib. Atamın son məktubundakı “K. 
K. K.” və “Kağızları günəş saatının üstünə qoy” yazıları bu-
nun da içində var. 
-Yaxşı siz nə etdiniz? - soruşdu Holms. 
126
 
 


-Heç bir şey. 
-Heç nə? 
-Düzünü  demək  lazımdırsa,  -  üzünü  incə,  ağ  əllərinin 
arasına aldı – özümü  çarəsiz və üstünə gələn ilanı görən ya-
zıq bir dovşan kimi hiss etdim. Dözülməz və qarşısıalınmaz 
lənətin pəncəsindəki kimiydim. 
-  Belə  etməyin,  -  Holms  dedi.  -  Hərəkətə  keçməlisiniz 
dostum, yoxsa məhv olarsınız. Sizi yalnız hərəkət xilas edə 
bilər. Ümidsizliyin zamanı deyil. 
-Polisə getdim. 
-Eləmi? 
-Amma  hekayəmi təbəssümlə  qarşıladılar.  Müfəttişin, 
məktublara  zarafat  və  qohumlarımın  ölümünə  isə,  məhkə-
mənin də qərarına uyğun bir şəkildə, qəza gözüylə baxdığı-
na əminəm. 
Holms birləşdirdiyi əllərini havada yellədi. "Axmaqlar!" 
- deyə qışqırdı. 
-Amma  evdə  mənimlə  qalması  üçün  polis  məmuru  
ayırdılar. 
-O da bu gecə sizinlə gəlibmi? 
-Xeyr. Ona yalnız evdə qalmaq üçün əmr verilib. 
Holms yenə lənət oxudu. 
-Mənə niyə müraciət etdiniz? - deyə sual verdi. Niyə bü-
tün bunlardan sonra dərhal mənə müraciət etmədiniz?  
-Bilmirdim. Ancaq bu gün, problemimi Mayor Prender-
qasta  danışanda  eşitdim  adınızı.  Sizə  müraciət etməyimi  o 
tövsiyə etdi. 
-Məktubu aldığınızdan bu yana iki gün keçib. Onlardan 
əvvəl hərəkət etməliyik. Düşünürəm bu izah etdiklərinizdən 
başqa əlavə edəcəyiniz bir şey yoxdur. 
127
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə