Art – Peşə və ömürboyu təhsil şöbəsinin əməkdaşı Microsoft Office Word 2019 proqramı



Yüklə 2,05 Mb.
səhifə19/22
tarix31.01.2023
ölçüsü2,05 Mb.
#99859
1   ...   14   15   16   17   18   19   20   21   22
Microsoft Word 2019

(Design - Дизайн) alt menyusunda cədvəlin çəkil məsi, lazımsız xətlərin pozanla silinməsi, xətlərin rəngi, qalınlığı, xanaların və cədvəlin sərhədləri, cədvəlin içinin rənglənməsi, hazır cədvəl stilləri (üslubları) və s. əmrlər yer alır.


(Layout - Макет) alt menyusunda isə lazımsız sətr və sütunların yaxud cədvəllərin silinməsi, lazım olan yerlərə sətr və sütunların əlavə olunması, xanaların bölünməsi və birləşdirilməsi, cədvəlin eninin içərisindəki yazıya uyğunlaşdırılması, sətrlərin hündürlüyünün və sütunların eninin artırıb azaldılması, yazıları xanaların istənilən yerinə sürüşdürmək, xanaların daxilində üfiqi və şaquli yazmaq, məlumatları artma və azalma aralığına görə sıralamaq, cədvəl bir neçə səhifədə yerləşərsə birinci sətri dəyişməz saxlamaq, cədvəli mətnə cevirmək, cədvələ düstur əlavə etmək əmrləri yer alır.
Cədvəlin hər hansı bir sətrini seçmək üçün kursoru həmin sətirdəki hər hansı bir xanaya yerləşdirib (Table Tools - Работа с таблицами) menyusunun (Layout - Макет) alt menyusundan (Table -Таблица) bölməsinin (Select – Выделить) – (Select Row - Выделить строки) əmri seçilir.
Cədvəlin hər hansı bir sütununu seçmək üçün isə kursoru həmin sütunun hər hansı bir xanasına yerləşdirib (Table Tools - Работа с таблицами) menyusunun (Layout- Макет) alt menyusundan (Table -Таблица) bölməsinin (Select – Выделить) – (Select Column- Выделить строки) əmri seçilir.
Cədvələ sətir və sütun əlavə etmək üçün kursoru sətrdə yerləşdirib (Table Tools - Работа с таблицами) menyusunun (Layout - Макет) alt menyusundan (Rows & Columns - Строки и столбцы) bölməsinin (Insert Below /Above - Вставить снизу\ сверху və Insert Left/ Right - Вставить слева/справа) əmrlərindən biri seçilir.
Cədvəldə sətri və sütunu silmək üçün onu seçdikdən sonra (Table Tools - Работа с таблицами) menyusunun (Layout- Макет) alt menyusundan (Rows & Columns - Строки и столбцы) bölməsinin (Delete – Удалить) – (Delete Rows / Columns - Удалить Строки / столбцы) əmrləri seçilir.
Cədvələ xana əlavə etmək üçün (Table Tools - Работа с таблицами) menyusunun (Layout - Макет) alt menyusundan (Rows & Columns - Строки и столбцы) əmri seçilir. Bu zaman ekrana (İnsert Cells - Добавление ячеек) pəncərəsi açılır.
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə