III Fəsil. Pensiyanın anlayışı və onun əlamətləri
Pensiya sistemi üzrə normaların məcmusu əsasən üç müxtəlif xarakterli ictimai münasibətlər qrupunu nizama salır. Birinci qrupa pensiyaların maliyyələşdirilməsi mənbələrinin (daha dəqiq desək dövlət büdcəsinin və Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fondunun) formalaşdırılması üzrə olan münasibətlər daxildir. Respublikamızda pensiyalar bir qayda olaraq Azərbaycan Respublikası DSMF-nin vəsaitləri hesabına ödənilir. Bu qrupa daxil olan münasibətlər geniş mənada maliyyə hüququnun predmetmi təşkil edir. İkinci qrup isə pensiya təminatı sisteminin təşkili və idarəçiliyi üzrə münasibətləri əhatə edir. Bu münasibətlər isə əsasən inzibati hüquq normaları ılo tənzimlənir. Üçüncü qrup münasibətlər isə cəmiyyət üzvlərinin pensiyalar və digər pensiya ödənişləri ilə maddi təminatı üzrə münasibətlərdən ibarətdir. Bu münasibətlər mahiyyətinə görə pensiya və onunla sıx bağlı olan münasibətləri nizama salan normaların məcmusudur, yəni pensiya hüququdur.
Hüququn bir sahəsi kimi sosial təminat hüququnda üçüncü qrupa daxil olan münasibətləri tənzim edən normalar (pensiya hüququ) mərkəzi yer tutur.
Bəzi alimlər sosial təminat hüququnu pensiya hüququnun tənzimetmə predmeti vasitəsilə müəyyən edirlər. V.S.Andreyev belə hesab edir ki, sosial təminat hüququ hüququn bir sahəsi olub, özündə pensiya və digər ictimai münasibətləri tənzim edən hüquq normalarının sistemini ifadə edir1. Bəzən sosial təminat hüququ predmetinin əsasını məhz pensiya təminatı sahəsində yaranan ictimai münasibətlər təşkil etdiyi göstərilir. Bir sıra müəlliflər isə pensiya münasibətlərinin hüquqi tənzimlənməsi dərəcəsini və bu sahədə normaların çoxluğunu nəzərə alaraq həmin normalar məcmusunun yarımsahə təşkil etməsi fikrim irəli sürmüşlər. Onlar fikirlərini aşağıdakı kimi əsaslandırırlar: bu yarımsahənin öz predmeti pensiya münasibəti, eləcə də bu yarımsahənin öz sistemi var. Lakin digər mənbələrdə pensiya təminatına «baş institut», yəni diferensiallaşdırılmış institutlarda ifadə edilmiş ümumi hüquqi konstruksiyasını təsbit edən normalar kompleksi kimi baxılır.
Birinci mövqenin tərəfdarlarının fikirləri diqqətəlayiq olsa da, lakin pensiya təminatın hüququnun yarımsahə hesab etmək üçün mühüm bir cəhət — onun predmetində müxtəlif növlü eyni cinsli münasibətlərin olması çatışmır. Pensiya münasibətlərinin hamısı eyni növlü münasibətlərdir və sosial təminatın bir növü ilə əlaqədar olaraq yaranır. Pensiya təminatının baş institut hesab edilməsinə gəldikdə isə bununla razılaşmaq olar. Bu institutun strukturunda ayrı-ayrı pensiya növlərini tənzimləyən normaları birləşdirən subinstitutlar aydın görünür.
Beləliklə, sosial təminat hüququnun xüsusi hissəsində pensiya təminatı, hər şeydən əvvəl öz predmeti baxımından baş institut kimi çıxış edir.
Pensiya təminatı hüququnun strukturunda isə bir-biri ilə əlaqəli olan eynitipli pensiya münasibətlərini tənzim edən əsas institutları və ya hüquqi normalar qruplarını ayırmaq olar, məsələn, yaşa görə, əlliliyə görə, ailə başçısını itirməyə görə əmək pensiyaları. Onlar əmək pensiyalarının növləri üzrə normaları özündə birləşdirir. Xüsusi hissənin institutlarına pensiya təminatı sahəsində prosedur münasibətləri nizama salan hüquq normaları aiddir. Belə institutlara əmək pensiyalarının təyin edilməsi, hesablanması və ödənilməsi aiddir. Bu münasibətlər isə əsas institutlarla əlaqəlidir, pensiya növü kimi sosial təminat hüququna aiddir və pensiya hüquq münasibətlərindən əvvəl yarana və ya onunla birgə mövcud ola bilər.
Əvvəlki pensiya qanunvericiliyində, o cümlədən «Əmək pensiyaları haqqında» 7 fevral 2006-cı il tarixli qanunda pensiyanın leqal anlayışı verilməmişdir. Lakin bu sözün mənası hamıya yaxşı məlumdur. «Pensio» latın sözü olub, «ödəniş» mənasını verir. O, məcburi dövlət sığorta olunan şəxslərə müəyyən sosial sığorta hadisələrinin baş verməsi ilə (məsələn, müəyyən yaş həddinə çatma, əlillik, ailə başçısının itirilməsi) əlaqədar olaraq ödənilən pul ödəməsidir.
Respublikamızın dilçi alimləri «pensiya» sözünü Avropa mənşəli sözlər lüğətinə aid etmiş və onun latınca «p ensi o» sözündən götürüldüyünü, ödəniş mənasını verməsini göstərmiş və ona vətəndaşların maddi təminatı üçün aylıq pul kimi anlayış vermişlər. Digər lüğətlərdə də (ingilis - azərbaycan, rusca - azərbaycanca, rusca - ukraynaca, fransızca - azərbaycanca) «pensiya» termini «pensiya» kimi tərcümə edilmişdir.
Dünya dövlətlərinin pensiya qanunvericiliyində pensiya termini olduğu kimi saxlanılmışdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin dördüncü hissəsində pensiya termini «təqaüd» termini ilə əvəz edilmişdir.1 Lakin Konstitusiyanın rus dilində olan mətnində «pensiya» termini «pensiya» kimi göstərilir. Əslində isə «pensiya» termini bu zaman rus dilində olan «stipendiya», yəni «təqaüd» termini ilə qarışdırılmışdır.
Təqaüd isə tələbələrə, aspirantlara və bu kateqoriyadan olan digər şəxslərə dövlət tərəfindən verilən maddi yardımdır. Bunun ən bariz nümunəsi kimi «Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün prezident təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli fərmanını göstərmək olar.
Göründüyü kimi sosial təminat hüququnun öz məqsədlərinə və təqdim edilməsi əsaslarına görə tamamilə ayrı-ayrı olan iki termin, yəni «pensiya» və «təqaüd» terminləri əsas qanun səviyyəsində qarışdırılmışdır. Hətta Konstitusiya qəbul edildikdən sonra qəbul olunan qanunlarda da («Məhkəmələr və hakimlər haqqında», «Prokurorluq haqqında», «Dövlət qulluğu haqqında», «Dövlət qulluqçularının pensiya təminatı haqqında», «Əmək pensiyaları haqqında» qanunlarda və s.) «təqaüd» termini yox, məhz «pensiya» termini işlədilib. Pensiya münasibətlərini tənzim edən «Əmək pensiyaları haqqında» qanunun adı bu baxımdan Konstitusiyaya uyğun deyildir.
Cəmiyyətdə ödəmələr çox olduğundan pensiyanı digər ödəmə növlərindən fərqləndirən əlamətlərin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edirik. Göstərilən əlamətlər isə pensiyanın mahiyyətini müəyyən edən hüquq normalarında ifadə olunublar. Həmin əlamətlərə isə aşağıdakılar aiddir:
Birincisi, pensiya — dövlət adından pensiya təminatını həyata keçirmək səlahiyyətinə malik olan müvafiq dövlət orqan tərəfindən pensiyaçılara ödənilir. Pensiyaları ödəmək üçün dövlət müvafiq maliyyə vəsaitlərinin mərkəzləşdirilmiş fondda, yəni DSMF toplanmasını təşkil edir. Eyni zamanda dövlət öz büdcəsindən də həmin fonda müvafiq vəsaitlər köçürür. Hazırda DSMF əsasən məcburi dövlət sosial sığorta haqları, eyni zamanda dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına formalaşır.
İkincisi, pensiya — dövlət tərəfindən əmək qabiliyyətsiz (daimi və ya müəyyən müddət ərzində) hesab edilən şəxslərə ödənilir.
Üçüncüsü, pensiya — sosial sığorta stajına malik olmaqla (o cümlədən işin yerinə yetirildiyi dövrdə baş vermiş bədbəxt hadisə ilə əlaqədar olaraq) bağlıdır və onun məbləği keçmiş əmək haqqı ilə müqayisədə müəyyən olunıır.
Dördüncüsü, pensiyanın bütün aspektləri (yəni onun verilməsi şərtləri, minimum və maksimum məbləği, keçmiş əmək haqqına münasibətdə səviyyəsi və s.) mərkəzləşdirilmiş qaydada müəyyən edilir. Məhz bu əlamətlər pensiyanı hüquqi bir kateqoriyaya çevirir. Həm keçmiş SSRİ-də, həm də respublikamızın ilk pensiya qanunvericiliyində pensiya dövlət pensiyası adlandırılsa da «Əmək pensiyaları haqqında» qanunla bu termindən imtina edilmişdir.
Pensiya üçün xarakterik olan əlamətlərə bəzən digər əlamətləri də aid edirlər, məsələn, bu ödəmənin əmək qabiliyyətsiz vətəndaşlar üçün nəzərdə tutulan fondlardan ödənilən alimentar xarakterli olması; qocalıq, əlillik, xidmət illəri, ailə başçısının itirildiyi hallarda ödənilməsi göstərilir. Lakin bu əlamət öz əhəmiyyətini müasir dövrdə müəyyən qədər itirmişdir. Ona görə ki, bazar iqtisadiyyatı şəraitində pensiya təminatı heç də alimentar xarakter daşımır və pensiya ödəyən fondlar əsasən məcburi dövlət sosial sığorta haqları hesabına formalaşır.
Hüquq ədəbiyyatında pensiya üçün əlavə hesab edilən digər əlamətləri də nəzərdən keçirək. Bəzi mütəxəssislər göstərirlər ki, pensiya heç də alimentar xarakterli ödəmə deyildir. Onlar göstərirlər ki, bu termin sosial təminatın mahiyyətini, sərf edilən əməkdən asılı olaraq onun differensiasiyasım, sosial təminatın, o cümlədən pensiyanın mənşəyinin əhəmiyyətini itirir. Nəzərə almaq lazımdır ki, hazırda respublikamızda pensiyalar əsasən pensiya təminatı üçün yığılan məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Pensiyanın ümumi əlamətinə onun təyin olunması üçün tələb olunan konkret əsaslan da aid etmək (pensiya yaşına çatma, əlillik və s.) düzgün olmaz. Çünki bu əlamətlər növ xarakteri daşıyır və pensiyanın konkret növünün müəyyənləşdirilməsində nəzərdə tutulur: əlilliyə görə, pensiya yaşma çatmağa görə və s.
Pensiyanın məbləği isə pensiya almaq hüququ şəxsin ödədiyi məcburi dövlət sosial sığorta haqqına və əmək haqqına münasibətdə müəyyən edilir və aylıq olaraq hesablanılır.
Son dövrlərdə isə dövlət tərəfindən müəyyən edilən bəzi ödənişlər pensiya yox, başqa cür adlandırılır. Məsələn, fərdi təqaüdlər, dövlət pensiyasına əlavə müavinətlər, ömürlük sosial müavinətlər və s. Bununla belə bu cür ödənişlərin mahiyyəti dəyişmir, onlar pensiya ödənişi olaraq qalır.
Respublikamızda yaranan uzunmüddətli ənənəyə görə iki pensiya almaq mümkün deyil. Çünki «Əmək pensiyaları haqqında» qanun qəbul edilənə qədər qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» 23 sentyabr 1992-ci il tarixli qanun və «SSRİ-də dövlət pensiyaları haqqında» 14 iyul 1956-cı il tarixli qanunlara əsasən eyni vaxtda müxtəlif pensiya almaq hüququ olan vətəndaşlara onların seçiminə görə yalnız bir pensiya təyin oluna bilərdi. Hal-hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» qanunda da bu müddəa saxlanılmışdır.
«Əmək pensiyaları haqqında» qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunları ilə pensiya almaq hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Praktikada adətən vətəndaşlar daha yüksək məbləği olan pensiyanı seçirlər. Vətəndaşın eyni vaxtda iki və ya daha çox pensiya almaq hüququ ilə bağlı olan hallara o qədər də tez-tez rast gəlinmir. Məsələn, əlil (o cümlədən uşaqlıqdan əlil olanlar) pensiya yaşına çatandan əgər əlilliyi dövründə işləyibsə, yaşa görə pensiya hüququ qazanır.
Lakin müxtəlif əsaslara görə pensiya almaq hüququ bir sıra digər ölkələrdə, xüsusən də II dünya müharibəsində antihitler koalisiyasında iştirak edən ölkələrdə (İngiltərə, ABŞ və s.) tətbiq olunur. Rusiya Federasiyasında isə bu hüquq müəyyən kateqoriya şəxslər (məsələn, Böyük Vətən Müharibəsi iştirakçıları) üçün müəyyən edilmişdir.
Müasir pensiya qanunvericiliyi pensiya təminatının yalnız bir növünü - əmək pensiyası (sosial sığorta stajı əsasında verilən pensiyalar) növünü fərqləndirir.
Əmək pensiyasının leqal anlayışı isə «Əmək pensiyaları haqqında» qanunun 1-ci maddəsində verilmişdir. Bu maddəyə görə əmək pensiyası həmin qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan (bundan sonra -- sığorta olunan) şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq verilən pul ödənişidir.
Əmək pensiyalarının növləri əsasən sosial sığorta hadisələrindən (müəyyən yaş həddinə çatma, əlil olma və s.) asılı olaraq fərqləndirilir. Bəzi alimlər belə hesab edirlər ki, göstərilən bu hadisələrin hər biri hüquqi tərkibdə əsas, mərkəzi və ya «xüsusi hüquqi fakt» rolunu oynayır, bütün qalanlar isə hüquqi əhəmiyyətli hallara aiddir.
Pensiya hüquq münasibətinin yaranması üçün tam hüquqi tərkib, yəni bütün hüquqi faktların olması tələb olunur. Əgər onlardan biri olmasa pensiya hüquqi münasibəti yarana bilməz. Lakin məlumdur ki, məhz sadalanan həyati hadisələr hüquqi tənzimetmənin zəruriliyinin özü ilə əlaqəlidir, onlar faktik tərkibdə hüquqi fakt rolunu oynayırlar. Təsadüfi deyil ki, bu hallar «Əmək pensiyaları haqqında» qanunda əmək pensiyasının növləri üçün əsaslar kimi göstərilir. Hər üç əsas - müəyyən yaş həddinə çatma, əlillik və ailə başçısını itirmə AR Konstitusiyasının 38-ci maddəsində bilavasitə təsbit edilmişdir.
NƏTİCƏ
Beləliklə, bu kurs işində pensiya qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində irəli sürülən təklifləri aşağıdakı kimi ümumiləşdirə bilərik:
1. Respublikamızda əhalinin çox erkən qocalması və əmək qabiliyyətlərinin itirilməsi baxımından pensiya yaş həddinin 63 yaşdan artıq müəyyən edilməsi ziddiyyətli xarakter daşıyır və məqsədəmüvafiq deyil.
2. Könüllü sığorta haqlarına əsaslanan qeyridövlət pensiya təminatı ayrıca qanun qəbul edilməli və bununla bağlı normalar “Əmək pensiyaları haqqında” Qanunun mətnindən çıxarılmalıdır. Eyni zamanda qeyri-dövlət pensiya institutlarının formalaşdırılması üçün normativ hüquqi aktlar qəbul edilməli və qeyri-dövlət pensiya fondları yaradılmalıdır.
3. Pensiya pensiyaçıların əsas gəlir mənbəyi hesab olunduğu üçün pensiyanın minimum məbləğinin (116,27 manatın) çatdırılması Azərbaycan Respublikası Konstitusiyasının 12 və 16-cı maddələri baxımından ölkə üzrə pensiyaçılar üçün müəyyən olunmuş yaşayış minimumuna (144,0 manata) məqsədəmüvafiq hesab edilir.
4. Pensiya qanunvericiliyində yaş və ya xidmət illəri ilə bağlı yaranmış ziddiyyətlərin qaldırılması üçün xidmət illərinə görə pensiyaların bərpa olunması təklif edilir.
5. “Əmək pensiyaları haqqında” Qanunun 34- cü maddəsində təsbit edilmiş pensiyaçının yaşa görə pensiya növündən əlilliyə görə pensiya növünə keçirilməsini qadağan edən həmin Qanunun 5.1-ci maddəsində müəyyən olunan ümumi qayda ilə, eləcə də qazanılmış sosial təminat hüquqlarının realizə olunmasına maneə yaratmaqla Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi ilə ziddiyyət təşkil etdiyi üçün göstərilən qadağanın ləğv edilməsi məqsədəmüvafiq olardı.
Dostları ilə paylaş: |