Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə68/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   64   65   66   67   68   69   70   71   ...   76

 
224 
Doğrudur, Nazimin şeirləri, pyesləri, məqalələri Bolqarıstanda türk dilində işıq üzü 
görürdü.  Azərbaycanda  da  Nazim  Hikmətin  azəri  türkcəsində  nəşr  olunmuş 
əsərləri,  “Kəllə”,  “Qəribə  adam”,  “Şöhrət  və  ya  unudulan  adam”,  “Türkiyədə”, 
“Damokl qılıncı” pyesləri oxucu və tamaşaçı rəğbəti qazanmışdı. Nazim Hikmətin 
dram əsərlərinə Adil İsgəndərov, Tofiq Kazımov, Məhərrəm Haşımov kimi məşhur 
rejissorlar  quruluş  vermişdilər.  Onun  yaratdığı  surətlər  teatr  səhnələrində  azəri 
türkcəsində  danışırdılar.  Ancaq  bütün  bunlar  Nazim  üçün  ana  vətəni  Türkiyəni 
əvəz edə bilmirdi. 
Türkiyə  isə  susurdu,  Nazimin  əsərlərini  nəşr  etmirdi.  Şair  belə  deyirdi: 
“Əsərlərim  Türkiyədə  mən  öləndən  sonra  nəşr  olunacaq.  Ona  görə  də  ölmək 
zorundayam”.  
Dünya  nəşriyyatlarında  Nazimin  şeirləri  müntəzəm  çap  edilir,  pyesləri 
səhnələri  bəzəyirdi.  Bu  şeirlərin  və  pyeslərin  ruhu,  mayası  dünyəvi,  bəşəri 
mövzular  idi:  azadlıq,  sülh,  bərabərlik,  qardaşlıq!  Nazimin  amalı  bütün  dünyada 
əbədi sülhün bərqərar olması idi. Şair təkcə əsərlərində yox, çıxış və məqalələrində 
də  sülhün,  təkcə  ayrılıqda  götürülmüş  bir  ölkədə  yox,  bütün  yer  üzündə  bərqərar 
olmasını arzulayır və sülh uğrunda mübarizəni belə mənalandırırdı: 
“Sülh  uğrunda  mübarizə  dünya  xalqlarını  birləşdirmişdir.  İndi  hər  addımda 
sülh uğrunda mübarizə aparılır.  
Cavan bir oğlanın bir qızı sevməsi-sülh uğrunda mübarizədir! 
Kəndlinin öz torpağını əkib-becərməsi-sülh uğrunda mübarizədir! 
Nə vaxt ki, uşaqlar doğulur,-bu, sülh uğrunda mübarizədir.  
Nə  vaxt  ki,  Türkiyədə  xalqın  sədaqətli  oğulları,  öz  cəlladlarını  görərkən 
məğrur başlarını əymirlər-bu, sülh uğrunda mübarizədir! 
Nə vaxt ki, Vyetnamda adamlar əldə silah, azadlığı müdafiə edirlər,- bu, sülh 
uğrunda mübarizədir! 
Nə vaxt ki, qaralar dünyası Afrika ayağa qalxır və zəncirlərini qırır,-bu, sülh 
uğrunda mübarizədir! 
Nə vaxt ki, biz  yaxşı, namuslu  və mərdanə şeirlər  yazırıq,-bu, sülh uğrunda 
mübarizədir!” 


 
225 
Nazimin  dünyəvi  şeirlərinin  sadəcə  adlarını  sadalasaq,  onun  poeziyasının 
mövzu  dairəsi  aydın  nəzərə  çarpar:  “Sözüm  sizədir,  fransızlar”,  “Lehistan 
məktubu”,  “Macarıstan  notları”,  “Yapon  balıkçısı”,  “Faustun  evi”,  “Varna 
şeirləri”,  “Paris  üstünə  bilməcələr”,  “Berlində  Astoriya  lokantasında”,  “  Havana 
reportajı”,  “İspanya”,  “Tanqanika  reportajı”,  “Kız  çoçuğu”...  Sonuncu  şeir 
Xirosima faciəsindən söz açır. Atom bombasından “kağız kimi yanmış” yeddi yaşlı 
qızcığaz bütün bəşəriyyətə üz tutur: 
                                                Kapıları çalan benim 
                                                Kapıları birer- birer. 
                                                Gözünüze görünemem 
 Göze görünmez ölüler... 
 
                                                 Xirosimada öleli 
  Oluyor bir on yıl kadar. 
    Yeddi yaşında bir kızım, 
    Büyümez ölü çoçuklar... 
Bu şeir bir çox dünya dillərinə, o cümlədən yaponcaya da çevrilmiş və geniş 
yayılmışdır. Xalq şairi Rəsul Rza  “Canlı Nazim” adlı məqaləsində yazırdı: “Bir il 
idi ki, böyük şairin yaralı qəlbi əbədi susmuşdu. Nazimin Moskvadakı mənzilində 
onun  bir  neçə  yaxın  dostu  ilə  oturub  Nazimin  şeirlərini  oxuyur,  ondan  danışırdıq. 
Bu vaxt bir kağız qovluq gətirdilər. Yaponiyadan idi. Qovluğun içində bir məktub 
və rəngli kağızdan kəsilib ipək sapa düzülmüş durna ülgüləri vardı. Bunları tokiolu 
uşaqlar-“Min durna” klubunun üzvləri göndərmişdilər. Xirosima faciəsindən sonra 
Yaponiyada belə klublar yaradılmışdı. 
... Maraqlı orası idi ki, yaponiyalı uşaqlar Nazimə “Əziz Nazim, sən bilirsən 
ki,  biz  ilk  atom  bombasının  dəhşətinə  hədəf  olmuş  ölkənin  uşaqlarıyıq”-deyə 
yazırdılar. Bu məktub canlı, diri Nazimə  yazılmışdı. Məktubdan aydın görünürdü 
ki,  onlar  Nazimin  bir  il  əvvəl  vəfat  etdiyini  bilirlər.  Lakin  tokiolu  balalar  varlığın 
bu amansız hökmünü qəbul etmək istəmirdilər. Onlar yazırdılar: “Böyük şair, sənin 
Xirosimalı  Ölü  çoçuq-  yəni  ölü  qız  haqqındakı  şeirini  heç  bir  şair  təkrar  yazmalı 


 
226 
olmasın  deyə,  biz  mübarizə  edirik.  Bu  mübarizədə  sən  də  bizim  sıramızdasan, 
bizim dəstəbaşımızsan”. 
...  Yaponiyalı  balalar  “Min  durnanın  üzvləri  haqlıdırlar,  Nazim  Hikmət  haqqında 
həmişə  sıramızda  olan  mübariz,  humanist,  novator  bir  şairdən,  canlı  bir  insandan 
danışan kimi danışmalıyıq”. 
Mənə  elə  gəlir  ki,  tokiolu  uşaqların  məktubundan  və  Rəsul  Rzanın 
sözlərindən  sonra  əlavə  şərhə  ehtiyac  yoxdur.  Bu  sözlər  Nazim  Hikmətin  adına, 
sənətinə, şəxsiyyətinə verilən ən yüksək qiymətdir. 
Nazim Hikmət türk dünyasının pasibanı, təəssübkeşi idi. Onu ən çox narahat 
edən  problemlərdən  biri  bolqar  türklərinin  acınacaqlı  vəziyyətiydi.  Nazimşünas 
Mehmet  Fuad  “Nazim  Hikmət”  adlı  kitabında  Bolqarıstanda  yaşayan  türklərin 
başına  gətirilən  müsibətləri  belə  şərh  edirdi:  “...Türkləri  dillərindən,  dinlərindən 
uzaqlaşdırmağa  çalışırdılar.  Türk  məktəbləri  bağlanmışdı.  Bolqar  məktəblərində 
həftədə  iki  saat  türkcə  tədris  olunmaqla  kifayətlənirdilər.  İstəyənin  evində  namaz 
qıla biləcəyi, məscidlərə gələn olmadığı irəli sürülərək məscidlər də bağlanırdı. 
Nazim  Hikmət,  istirahət  üçün  gəldiyi  Bolqarıstanda  bu  vəziyyəti  görüncə, 
onunla  təkcə  bir  kommunist  şair  deyil,  Moskvadan  gələn  bir  şəxs  olaraq  da 
hörmətlə  davranan  partiya  yetkililəriylə,  hökümət  adamları  ilə  açıq  savaşa 
girmişdi”. 
Ümumiyyətlə, Nazim Hikmət səfər etdiyi ölkələrdə, əgər orada türk toplumu 
varsa,  mütləq  onlarla  maraqlanar,  yardımını  əsirgəməzdi.  Azərbaycanda,  Orta 
Asiya  respublikalarında  da  olarkən  Nazim  qələm  sahiblərinin  problemlərini 
öyrənir,  ev  şəraitlərinin  yaxşılaşması  üçün  çalışır,  əlindən  gələni  edirdi.  Və  heç 
vaxt onun sözünü yerə salmırdılar. 
Nazim  Hikmətin  Türkiyədən  sonra  ən  çox  sevdiyi  ölkə  Azərbaycan  idi. 
Nazimin  dünya  miqyasında  tanınmasında  Azərbaycanın  sənət  adamlarının  da, 
kiçicik də  olsa  rolu  vardır desəm, zənnimcə səhv  etmərəm. Hamıya  məlumdur ki, 
məşhur  bəstəkarımız  Arif  Məlikov  “Məhəbbət  əfsanəsi”  baletini  Nazim  Hikmətin 
“Bir  aşk  masalı”  əsəri  əsasında  yaratmışdır.  Dünyanın  65  ölkəsində,  o  cümlədən 
şairin vəfatından sonra onun vətəni Türkiyədə də böyük uğurla tamaşaya qoyulan 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə