Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə64/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   60   61   62   63   64   65   66   67   ...   76

 
212 
Nazim Hikmətin Azərbaycan poeziyasında izi qaldı. O, təkcə poeziyamızın sərbəst 
şeir formasında yox, teatr və kino sənətimizdə də iz qoydu. Onun “Kəllə”, “Türkiyədə”, 
“Bayramın ilk günü”, “Qəribə adam”, “Şöhrət və ya unudulan adam”, “Damokl qılıncı” 
pyesləri Azərbaycanda uğurla tamaşaya qoyuldu. Əsərləri əsasında filmlər çəkildi.  
Nazim  Hikmət  haqqında  tədqiqat  işləri  Türkiyədə,  Azərbaycanda  və  dünyanın  bir 
çox  başqa  ölkələrində  də  yazılıb  və  indi  də  yazılmaqdadır.  Bu  tədqiqatlardan  biri 
nazimşünas  Aslan  Kavlakın  “Nazim  Hikmətin  Azərbaycanda  izləri”  adlanır.  Bu  haqda 
“Ədəbiyyat qəzeti”ndə bir yazı çap etdirdikdən sonra Türkiyədən məktub aldım. Aslan 
Kavlak  yazırdı:  “Ədəbiyyat  qəzeti”ndə  çıxan  yazınızı  oxudum,  sonsuz  dərəcədə 
sevindim.  Çox  təşəkkür  edirəm.  Kitabı  oxuduqdan  sonra  qeydlərinizi  gözləyirəm. 
Kitabda  yalnışlıqlar,  nöqsanlar,  düzəldilməsi  gərəkən  yerlər  varsa,  bildirməyinizi  rica 
edirəm”. 
Moskvada yaşayan həmyerlimiz Tofiq Məlikli də Nazimin poeziyası haqqında çox 
dəyərli  bir  kitab  yazıb  rus  oxucularına  təqdim  etmişdir.  Nazim  Hikmətlə  bağlı  bir  sıra 
əsərlər  qələmə  almış  tədqiqatçı-alim  Rəşid  Quliyev  də  son  illərdə  yeni  tədqiqat  işi  ilə 
oxucularını sevindirmişdir.  
Türkiyənin  Çağaloğlu  nəşriyyatı  isə  alman  tədqiqatçısı  Ditrix  Qronaunun  “Nazim 
Hikmət”  adlı  kitabını  türkcə  çap  edib.  Bu  alman  aliminin  həmin  nəşriyyat  tərəfindən 
buraxılmış  ikinci  kitabıdır.  Birinci  kitabı  “Mustafa  Kamal  Atatürk  və  cumhuriyyətin 
doğuşu”  adlanırdı.  Hər  iki  kitab  oxucular  tərəfindən  böyük  rəğbətlə  qarşılanıb.  Əsərin 
“Torpaq, günəş və mən”, “Köklər”, “Mənlik iddiası”, “Həbsxanada azadlıq”, “Öldürücü 
boşluq”  və  s.  bölümlərində  şairin  enişli-yoxuşlu  həyatı,  dönməz  mübarizliyi,  həbsxana 
illəri,  sonuncu  dəfə  Moskvaya  gəlişindəki  xəyal  qırıqlığı,  qəfil  ölümü,  bir  sözlə 
Nazimin 61 illik ömür  yolu əks olunmuşdur. Kitabda Nazim Hikmətə böyük heyranlıq 
duyulur.  Müəllif  sənətkarın  Almaniyanın  teatr  səhnələrində    nümayiş  etdirilən  dram 
əsərlərindən də söz açır və bu pyeslərlə bağlı alman mətbuatında çap olunmuş yazılara 
öz  münasibətini  bildirir.  Kitabın  ən  maraqlı  bölümlərindən  biri  şairin  ömrünün  son 
illərini  əhatə  edən  “Öldürücü  böşluq”  hissəsidir.  Həmin  hissədə  müəllif  N.Hikmətin 
Moskva həyatının son 13 ilində çəkdiyi iztirabları əks etdirmişdir.  


 
213 
Dünyanın  bir  sıra  ölkələrində  Nazim  Hikmət  yaradıcılığı  təkcə  filoloji  cəhətdən 
deyil,  sənətşünaslıq,  fəlsəfi,  tarixi  baxımdan  da  tədqiq  edilir,  araşdırılır.  Beləliklə 
Nazim  dünyanı  gəzir.  Ürəklərdə  əbədiləşir.  Zəkəriyyə  Sərtəlin  sözlərilə  desək,  “Ulu 
Ustad,  biz  səni  Anadolu  torpağına  gömə  bilmədiksə  də,  qəlbimizə  gömdük.  Orada 
əbədiyyən yaşayacaqsan.” 
2012-ci ilin yanvarında Nazim Hikmətin 110 yaşı tamam olur. Şübhə etmirik ki, bu 
tarixi gün Türkiyədə, Azərbaycanda, İranda, Rusiyada, Fransada, İtaliyada və dünyanın 
başqa  ölkələrində  də  qeyd  olunacaq,  Nazim  səsi,  Nazim  nəfəsi  bütün  yer  üzünü 
dolaşacaqdır.  
 
“Ədəbiyyat qəzeti”, 8 aprel 2011. 


 
214 
Nazimi yaşadanlar 
 
3  iyun  1963-cü  il...  Nazim  Hikmətin  61  illik  ömrünün  son  nöqtəsi.  “İnsanların 
bəzisi otların, bəziləri balıqların çeşidini bilir, mən ayrılıqların” deyən Nazim ağlına da 
gətirə  bilməzdi  ki,  ölümündən  sonra  həsrətində  olduğu  vətənində  –  Türkiyədə  o  qədər 
populyarlaşacaq  ki,  onun  nəinki  əsərləri  türk  dilində  çap  olunacaq,  pyesləri  tamaşaya 
qoyulacaq, hətta uşaq ikən çox sevdiyi, qəribədir, bugünəcən itib batmayan oyuncaqları 
da  xüsusi  olaraq  sərgilənəcək,  Nazimi  yaşadanlar  onu  rəssam  kimi  də  xalqa  təqdim 
edəcək, bəstəkarlar onun şeirlərinə dillər əzbəri olan nəğmələr qoşacaqlar. Bir zamanlar 
Hüseyn  Cavid,  Mikayıl  Müşviq,  Əhməd  Cavad,  Almaz  İldırım  Azərbaycanda  yasaq 
edildiyi  kimi,  Nazim  Hikmət  də  Türkiyədə  yasaqdı.  Türklər  demişkən,  buna  “keçmiş 
olsun” deyək. Bu gün Nazim vətənində çox sevilir. Türkiyədə Nazim Hikmət haqqında 
bir-birindən gözəl kitablar nəşr edilir. Türkiyədən Moskvaya gedən dövlət  nümayəndə 
heyətləri  şairin  məzarını  ziyarət  edir,  geri  dönəndən  sonra  gördüklərini  mətbuat 
səhifələrində  çap  etdirirlər,  internet  saytlarına  yerləşdirirlər.  Nazimsevərlər  də  bu 
saytlardakı  Nazim  Hikmətə  rəğbət  dolu  sətirləri  oxuyanda  sevinirlər,  fərəhlənirlər. 
Sevinirlər  ki,  Nazim  Hikmət  yaşayır,  bütün  dünyada  tanınır.  Hətta  bir  tədqiqatçı 
Amerikada və İngiltərədə 1930-cu illərdən bəri Nazim Hikmət haqqında yazılanları bir 
yerə  toplayıb  kitab  çıxarıb.  Fransalı  rejissor  şairin  həyatından  bəhs  edən  bir  tamaşanı  
səhnədə  canlandırıb.  Müjdət  Gezen  adlı  bir  türk,  bir  nazimsevər  çinar  ağacına  lövhə 
yapışdırıb, üstündə də  yazıb:  “Nazim Hikmət burada uyuyur.”(Nazim  Hikmət  vəsiyyət 
etmişdi ki, öləndə məni Anadoluda dəfn edin. Başım üstündə bir çinar olursa, daş-maş 
da  istəməz.)”  Müjdət  Gezen  bir  kitab  da  nəşr  etdirib,  adını  qoyub  “Cizgilərlə  Nazim 
Hikmət”. Kitabda müəllif Hoca Nəsrəddinin bir zarafatından istifadə edərək yazır ki, bir 
gün  Hoca  Nəsrəddin  sazı  sinəsinə  basır,  sol  əlinin  barmaqlarını  da  sazın  qolunun  bir 
yerində saxlayıb uzun-uzadı çalır. Arvadı ona deyir:  
-Ay  Hoca,  camaat  saz  çalanda  barmaqlarını  pərdələrin  üzərində  gəzdirir.  Sən  isə 
barmaqlarını bir nöqtədə saxlamısan.  
Hoca Nəsrəddin deyir:  


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə