Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə66/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   62   63   64   65   66   67   68   69   ...   76

 
218 
Aydın görünürdü ki, rəsmdən başqa onu heç nə maraqlandırmır. Tək yaşayırdı. Amma 
hər zaman çox süslü, bəzəkli idi. Gözəlliyə vurğun bir insan kimi yadımda qalıb”.  
Mehmet  Fuad  bu  kitabında  Nazim  Hikmətin  Çankırı  və  Bursa  həbsxanalarında 
yağlı  boya  ilə,  akvarellə,  kömürlə  çəkdiyi  tablolardan  söz  açır.  Maraqlı  faktlardan  biri 
də  odur  ki,  şair  məhbəsdə  ikən  sonralar  Türkiyənin  məşhur  rəssamı  olmuş  İbrahim 
Balabana  öz  boyalarını  və  fırçalarını  hədiyyə  etmişdi.  İbrahim  Balaban  da  Nazimi 
həmişə şükranlıqla yad edir, böyük sənətkara minnətdarlığını bildirirdi. Mehmet Fuadın 
kitabında Nazim Hikmətin çəkdiyi portretlərlə yanaşı, onun  əl işlərindən nümunələrin-
müxtəlif  mücrülərin,  çantaların,  üzük  və  digər  əşyaların  fotoları  da  verilmişdir.  Həm 
Ayişə  Cəlilənin,  həm  də  Nazim  Hikmətin  rəsm  əsərləri  sonralar  auksionlara  da  
çıxarılmışdı.  
Ayişə  Cəlilə  ilə  Nazimin  rəssamlıq  sahəsindəki  fəaliyyətlərini  bu  gün  şairin  oğlu 
Mehmet  Nazim  davam  etdirir.  (Bəziləri  Mehmet  Nazimi  Mehmet  Fuadla  qarışdırırlar. 
Mehmet  Fuad  Nazimin  ögey  oğludur.  Onun  atası  kinoşünas,  aktyor  və  romançı  Vedat 
Örfi  Bengu  olmuşdur.  Anası  isə  Nazim  Hikmətin  Münəvvər  Andaçdan  əvvəlki  həyat 
yoldaşı Pirayə xanım idi).  
Mən  Mehmeti  bir  fotoşəkildə  görmüşdüm.  Sonra  N.Hikmətin  cənazə 
mərasimindən təəssüratını Mehmet Fuadın  “Nazim Hikmət” kitabından oxudum  və bir 
gün  Mehmet  Bakıya  gəldi,  anası  Münəvvər  xanımla  və  ögey  bacısı  ilə  birlikdə.  Bu 
haqda  mən  Münəvvər  Andaça  həsr  etdiyim  “Qapadı  kitabı  Münəvvər”  yazımda  söz 
açmışam.  Münəvvər  Andaç  son  dərəcə  kübar,  əfəndi  bir  xanımdı.  Fransız  dilini  çox 
gözəl  bilirdi.  Nazim  Hikmətin  şeirlərini  fransızcaya  çevirmişdi.  Onunla  Bakıdakı 
görüşlərimiz, mehriban siması, gənclik təravətini itirməmiş işıqlı gözləri xatirimdədir... 
Nazim  Hikmət,  ölümündən  sonra  kitablarından  gələcək  məbləğin  dörddə  üç 
hissəsini  Münəvvər  xanıma  və  oğlu  Mehmetə,  dörddə  birini  isə  Türkiyə  Kommunist 
Partiyasına  əmanət  etmişdi.  Münəvvərin  ölümündən  sonra    təbii  ki,  bu  dörddə  üç 
hissənin  haqqı  Mehmet  Nazimə  aid  oldu.  Təxminən  beş  il  bundan  əvvəl  internet 
saytında  Mehmet  Nazim  haqqında  bir  xəbərə  rast  gəldim.  Xəbərin  başlığı  belə  idi: 
“Nazim Hikmətin oğlu Mehmet Böyükadada yerləşdi.” Xəbərdə deyilirdi: “Son iki ildir 
ki,  İstanbulun  Adaları  artıq  əvvəlki  kimidir,  çimərliklərində  dənizə  girirlər.  Qış 


 
219 
aylarında  10  min  nəfərin  yaşadığı  Adalarda  yay  fəslində  bu  rəqəm  100  mini  aşır.  Bu 
arada Adalara bir çox məşhur insanlar da yerləşməyə başladı. Bunların arasında məşhur 
şair  Nazim  Hikmətin  oğlu  Mehmet  Nazim  də  vardır.  Böyükadada  səssiz-sədasız 
yerləşən  Mehmet  Nazim  burada  “rəssam  Nazim”  olaraq  tanınır.  Uzun  illər  Fransada 
yaşayan  rəssam  Mehmet  Nazim  deyilənə  görə  Adalarda  yaşamaq  qərarına  gəlib. 
Deyirlər  ki,  o,  ilin  böyük  bir  hissəsini  burada  keçirir.”  Başqa  bir  xəbərdə  deyilirdi: 
“Məşhur şair Nazim Hikmətin Münəvvər Andaçdan olan rəssam oğlu Mehmet Nazim 
Türkiyədədir.  Bir  vaxtlar  Nazim  qürbətdə  olarkən  Mehmetə  belə  bir  şeir  yazmışdı: 
“Qarşı  yaka  məmləkət,  səslənirəm  Varnadan,  eşidirmisin,  Mehmet?”  Şairin  hələ  üç 
aylıqkən  tərk  etmək  məcburiyyətində  qaldığı  Mehmet  Nazim  uzun  illər  Fransada 
yaşadıqdan  sonra  Böyükadaya  yerləşdi.  Beləliklə  atasının  tərk  etmək  zorunda  qaldığı 
ölkəyə dönmək qərarını verdi”.  
Bu  gün  Mehmet  Nazim  60  yaşındadır.  Azərbaycandakı  nazimsevərlər  Mehmet 
Nazimin  yolunu  gözləyirlər.  Bəlkə  də  bir  gün  bu  həyata  keçəcək,  Nazimin  oğlu  bir  də 
Bakıya  gələcək,  şairin  çox  sevdiyi,  ilk  kitabının  nəşr  olunduğu  (1928)  Bakının 
bugününü görəcək.  
Nazim Hikmət haqqında bir çox tədqiqat işləri aparılıb, kitablar nəşr edilib. Nəinki 
Azərbaycanda,  Türkiyədə,  dünyanın  bir  çox  başqa  ölkələrində  də  Nazim  Hikmətin 
şeirləri  işıq  üzü  görür,  haqqında  əsərlər  yazılır.  Azərbaycanda  və  Rusiyada  Nazim 
Hikmətin  ilk  tədqiqatçısı  həmyerlimiz,  uzun  illər  Moskvada  yaşayan  Əkbər  Babayev 
olub.  Əkbər  Babayev,  əvvəlki  yazılarımda  dediyim  kimi,  “Nazim  Hikmət”  adlı 
fundamental bir kitabın müəllifidir. Eyni zamanda o, Nazim əsərlərinin tərcüməçisi idi. 
Nazim Hikmətin Bolqarıstanda çap olunmuş 8 cildliyinin tərtibçisi və redaktoruydu. Bu 
çoxcildliyə  “Ön  söz”ü  də  Əkbər  Babayev  yazmışdı.  “Ön  söz”  bu  cümlələrlə  başlayır: 
“Nazim  Hikmətin  otağı.  Divarlarda  Abidin  Dinonun  “Yürüyüş”  tablosu,  İstanbulun 
rəngli  fotosu,  Avninin  “Atlar”ı,  Bolqar  pionerlərinin  hədiyyəsi:  naxışlı,  toxunma  bir 
xalı, xalıda Nazimin çox gözəl, çox böyük və özünə ən çox oxşayan bir portreti. 
Nazimin masasında, Nazimin  yazı makinasında Nazimin kitabı üçün bir “Ön söz” 
yazıram, Nazimin mənə hədiyyə etdiyi qələmlə düzəlişlər edirəm.  


 
220 
Nazim  böyük  rus  şairi  Puşkin  üçün  belə  yazmışdı:  “Puşkini  kinoda,  teatrda  seyr 
etdim,  Puşkinə  aid  yazılmış  kitablar,  bioqrafilər  oxudum  və  hər  səfərimdə  ürəyim 
ağzıma gəldi, “aman özünü öldürdəcək” deyə və hər dəfə də dəhşətli bir kədər duydum, 
Puşkin öldü deyə”. 
Nazimlə 13 il çox yaxın arkadaşlıq etdim. Yazdığı şeirlərin demək olar ki, hamısını 
onun  öz  dilindən  dinlədim.  Moskvada  yazılan  şeirlərinin  ilk  oxucusu  oldum.  1951-ci 
ilin  29  iyununda  onu  Moskvanın  “Vnukovo”  təyyarə  meydanında  qarşıladım  və  1963-
cü ilin 3 iyununda Moskvanın “Novodeviçye” məzarlığında onunla vidalaşdım. Indi bu 
“Ön  söz”ü  yazarkən  o  13  il  gözümün  önündə  canlanır  və  3  iyun  1963-ə  hər 
yaxınlaşmamda  ürəyim  ağzıma  gəlir:  “Aman  Nazim  gedəcək”  və  dəhşətli  bir  kədər 
duyuram...”  
Bu  gün  Əkbər  Babayev  həyatda  yoxdur.  Onu  Moskvada  əvəz  edən  məşhur 
türkşünas  Tofiq  Məliklidir.  Tofiq  Məlikli  filologiya  elmləri  doktorudur,  Moskva 
Universitetinin professorudur. O da Nazim Hikmət vurğunudur. 2010-cu ildə Moskvada 
Tofiq Məliklinin “Nazim Hikmət. Poeziya və poetika” kitabı nəşr olunmuşdur. Kitabda 
XX  əsrin  türk  ədəbiyyatı  tarixi  fonunda  Nazim  Hikmətin  bir  şair  kimi  yaradıcılığına 
nəzər  salınır,  şeirlərinin  tarixçəsi,  poetik  dəyəri  açıqlanır.  Bu  dəyərli  tədqiqat  işinin  ən 
maraqlı fəsillərindən biri Nazim Hikmətin 1951-1963-cü ilə qədərki həyatının  əksi olan 
hissəsidir.  
Zahirən  N.Hikmətin  Moskva  həyatı  çox  dəbdəbəli  görünürdü.  Amma  əslində 
Nazim  Hikmət  zindandan  çıxıb  zindana  düşmüşdü.  Kitabda  müəllif  yazır  ki,  Nazim 
Hikmət  1951-ci  ildə  Sovet  İttifaqına  gəldikdən  az  sonra  Berlinə,  gənclər  festifalında 
iştirak  etmək  üçün  gedir.  Bu  səfər  boyu  hər  yerdə  onu  gizli  agent  müşayiət  edir.  Bu 
agent  1951-ci  il  avqust  ayının  27-də  Sovet  İttifaqı  Kommunist  Partiyası  Mərkəzi 
Komitəsinə, xarici əlaqələr komissiyasının sədri olan V.Q.Qriqoryana Nazim Hikmətin 
Berlin  fəaliyyəti  haqqında  ətraflı  hesabat  verir.  Agent  hesabatda  yazır  ki,  festivalda 
doqquz  türk  iştirak  edirdi.  Nazim  Hikmət  onlarla  tez-tez  görüşür,  söhbətləşirdi,  mən 
yaxınlaşanda  söhbətlərinin  mövzusunu  dəyişirdilər.  Hiss  edirdim  ki,  mənim  çıxıb 
getməyimi  istəyirlər.  Nazim  Suriya,  İsrail  və  Fransa  nümayəndə  heyətlərinin  başçıları 
ilə və festival iştirakçıları ilə də görüşür, onlarla ancaq fransız dilində danışırdı.  


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə