Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə23/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   19   20   21   22   23   24   25   26   ...   76

 
74 
“Qərib”  -  atamın  əlavəsi  idi.  Bir  də  yalnız  bircə  yerdə,  şeirin  sonluğunda  bir  əlavə 
etmişdi. Nazimdə şeir belə bitir: 
Tesellisiz yaşamayı becerdim 
Beceririm tesellisiz ölmesini de. 
Senin gibi, Refili. 
 
Atamın tərcüməsində şeir belə bitirdi: 
Təsəllisiz yaşamağı bacardım 
Təsəllisiz ölməyi də bacararam 
Senin kimi Rəfili, 
“bədbəxt adam”. 
 
Tərcüməni  oxuyub  qurtarandan  sonra  atam  izah  etdi:  -“Axı  Rəfili  özü-özünə 
həmişə zarafatla: ”Mən – bədbəxt adam” deyərdi”. 
...  Şübhəsiz,  Rəfili  özünü  “bədbəxt  adam”  adlandıranda  zarafat  edirdi.  Neçə-neçə 
qiymətli  tədqiqatın,  sanballı  kitabın  müəllifi,  tanınmış  alim,  tənqidçi,  gözəl  bəlağətli 
natiq,  azərbaycanca  və  rusca  kamil  savadlı  elmlər    doktoru,  professor,  yüzlərlə 
pərəstişkar  tələbənin  ali  məktəb  müəllimi  –  bir  sözlə,  seçdiyi  peşəsiylə  məşğul  olan, 
nəhayət,  zəngin  bir  kitabxana  sahibi,  istədiyi  vaxt,  istədiyi  kitablarla  söhbət  etmək 
imkanına  malik  insanı  bədbəxt  saymaq  mümkündürmü?  Əlbəttə,  yox.  Amma  Rəfili 
xoşbəxt adam idimi? 
 
Nəğmələri gah coşğun olurdu,  
gah həzin. 
Arıdılmamış budağıydı şeirimizin. 
Şeiri, - deyirlər, - bir az qəribə, 
bir az kələ-kötürdü. 
Yüz adama zor olan tənələrin yükünü, 
Tək boynuna götürdü. 
 


 
75 
R.Rza,  Nazim  azadlığa  çıxanda  da,  ömrünün  son  illərini  Moskvada  keçirəndə  də, 
onunla birgə nəfəs almış, onun qardaşı, sirdaşı olmuşdur. 
Rəsul  Rzanın  “Şairin  anası”,  “Rənglər”  silsiləsindən  olan  “Saman  sarısı”,  habelə 
“Ulu  şair”,  “Burda  bir  insan  ölüb”  və  başqa  əsərləri  Nazim  Hikmətə  həsr  olunmuş 
poetik  nümunələrdir.  Bu  nümunələrdə  Nazimin  həyatı,  mübarizəsi,  amalı,  çırpıntılı  bir 
həyat  yolu    keçməsi  göstərilməklə  yanaşı,  Rəsul  Rzanın  Nazim  Hikmətə  olan  böyük 
sevgisi də bədii boyalarla əks olunmuşdur. 
Türklərin dili ilə desək, Nazimlə Rəsul Rzanın “ruh yapısı” demək olar ki, eyni idi. 
Amma bu eyniyyət bənzərlik deyil. Bu eyniyyət bir-birinə dərin rəğbət bəsləyən, həyata 
baxışları, duyğuları ilə bir-birinə  bağlı olan insanların cazibə qüvvəsi idi. 
Rəsul  Rzanın  Nazim  Hikmətə  həsr  etdiyi  şeirlərindən  biri  “Gülhanə  parkında  bir 
ceviz  ağacı  var”  adlanır.  Oxuculara  məlumdur  ki,  Nazim  Hikmət  Türkiyə 
vətəndaşlığından  kənar  edildikdən  sonra  böyük  kədərinə  rəğmən  ümid  dolu  bir 
nikbinliklə “Ceviz ağacı”(1957) şeirini yazmış və demişdi: 
 
“Ben bir ceviz ağacıyım 
Gülhane parkında, 
Nə sen bunun farkındasın, 
Nə də polis farkında”. 
 
Rəsul Rza yuxarıda adı çəkilən şeirində Nazimin “Ceviz ağacı” nı xatırlayaraq belə 
deyirdi: 
Sən bir ceviz ağacıydın 
Gülhanə parkında. 
Minarələr qarşında, 
Minarələr arxanda. 
Baharlarda boylanıb 
Baxardın Boğaziçinə. 
Hərdən polis kölgəsi düşərdi 
Gülhanə parkının 


 
76 
Divar kərpicinə... 
 
Hələ  1950-ci  ildə  Nazim  Hikmət  həbsxanada  ikən  Rəsul  Rza  şairin  anasına 
müraciətlə yazmışdı: 
 
Mən səni görmədim möhtərəm qadın, 
Doğma qardaşımdır o mərd övladın. 
 
Rəsul  Rza  anaya  xitabən  Nazimin  keçdiyi  şərəfli  həyat  yolu  ilə  fəxr  etdiyini 
bildirir,  Cəlilə  xanımın  şair  oğluna  qolundakı  zəncirləri  qırıb  qaranlıq  və  kəsafətli 
zindanlardan azadlığa çıxacağı günü arzulayırdı.  
1963-cü  il  iyun  ayının  3-də  Nazimin  qəfil  ölümü  onu  sevənləri  sarsıtdı.  Ölümünə 
ağılar  deyildi,  şeirlər  yazıldı.  Yenə  bu  ağıların,  şeirlərin  içərisində  Rəsul  Rza  sözü  və 
onun ömür dostu, unudulmaz şairəmiz Nigar Rəfibəylinin göz yaşları ilə dolu misraları 
fərqli bir ahənglə səsləndi. Rəsul Rza yazırdı: 
 
Bir dostumuz öldü. 
adamların yaxşılarından idi. 
Sözü, işi, arzularıyla İnsan idi. 
Bu ölümə yerin torpağı yandı, 
Ağacın yarpağı yandı. 
 
Nigar Rəfibəyli isə bu ağır dərdi belə ifadə edirdi: 
 
İndi sevdiyin, məhəbbətlə baxdığın 
Gözlər ağlayır, 
İllərlə həsrətini çəkdiyin 
Balaca oğlun Məhməd ağlayır, 
Anaların ən gözəli- 
Münəvvər ağlayır. 


 
77 
 
Nazim Hikmət Varnada bir şeir yazmışdı oğlu Məhmədə müraciətlə. Şeir belə idi: 
 
Karşı yaka memleket, 
Sesleniyorum  Varnadan, işitiyormusun 
 Memet, Memet. 
Kara deniz akıyor durmadan, 
deli hasret, deli hasret, 
oğlum, sana sesleniyorum, işitiyormusun 
Memet!.. Memet. 
 
Şairin bu ürək titrədən misralarına balaca Məhməd deyil, sonralar Rəsul Rza cavab 
vermişdi: 
 
Üfüqdə göy gözlərin sarı həsrəti. 
Bir səs: 
-Oğlum, oğlum!- deyə 
Çağırır Məhmədi... 
Miz üstü – bir işıq gölü. 
Miz arxasında Məhməd. 
Dəftər, kağız miz üstünə tökülü. 
 
...Qara dənizin üstündən 
Qara yellər əsdimi? 
 
Məhməd gecikdimi? 
Çağıran tələsdimi? 
 
...Üfüqdə göy gözlərin sarı həsrəti. 
Səhifələrdə yaralı qəlbin məhəbbəti. 


 
78 
Məhməd dərs oxuyur 
Lehistanın baş kəndində. 
Şəkərim, qardaşım, ustad! 
Bir də çağırma, 
Çağırma Məhmədi ! 
 
Rəsul  Rzanın  şəxsi  arxivindəki  Nazim  Hikmətə  həsr  etdiyi  şeirlərə,  məqalələrə, 
onun  adi  bir  teleqramının  da  necə  diqqətlə  qorunub  saxlanmasına,  bu  səliqə-səhmana 
heyran  qalmaya  bilmirsən.  Nazimi  düşünəndə  Rəsul  Rzanın  aşağıdakı  misraları  yada 
düşür : 
 
Qəlbində insanların 
Kədərini, sevincini  daşıdı. 
Ünvanı pasportdan məlum. 
Nə bir şəhər, bir küçə, bir tindədir. 
Ünvanı  
milyonlarla insan qəlbindədir. 
 
Rəsul Rzanın arxivində Nazimin imzaladığı belə bir məktub da var: 
 
“Rəsulcuğum! 
Salam.  Sənə  Anarla  bu  qısacıq  məktubu  yollayıram.  Süleymana,  Mehdiyə, 
Mirzəyə də bir neçə sətir yazdım. Onların da məktublarını özlərinə çatdır. Sizin dərgidə 
son  şeirlərimi  oxudum,  çox  bəyəndim.  Əllərin  kədər  görməsin.  Sentyabr  ayında 
Qafqaza  gəlmək  niyyətindəyik.  Sənə  teleqram  vuracağıq.  Bəlkə  də  imkan  olarsa, 
yolçuluğumuzu  səninlə  birlikdə  yaparıq.  Anar  sənə  təfsilatı  ilə  danışar.  Səni,  Nigar 
xanımı, balaca sultanı qucaqlayıram. 
Yaxında görüşmək ümidi ilə. 
Nazim Hikmət.” 
 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə