Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə22/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   18   19   20   21   22   23   24   25   ...   76

 
70 
Münəvvər  xanımın  və  Səbihə  Sərtəlin  xatirələri  “Azərbaycan”  jurnalında  çap  olundu. 
Zəkəriyyə Sərtəl isə çoxdan yazmağa başladığı “Mavi gözlü dev” əsərini tamamladı və 
günlərin birində mənə dedi: 
–Mən  istəyirəm  ki,  bu  kitabı  Azərbaycan  dilinə  sən  tərcümə  edəsən.  Özü  də  çox 
tez! Bir aya. Sizin Mərkəzi Komitənin katibi Cəfər Cəfərovla danışmışam. 
“Mavi  gözlü  dev”i  oxudum.  Gözəl  əsərdi.  Amma  bir  aya  çatdıra  bilməzdim. 
Fikrimi Zəkəriyyəyə deyəndə narazı qaldı və dedi: 
–Eybi yox. Amma başqa adama verməyəcəyəm. 
Nəhayət,  çox  böyük  çətinliklə  tərcümə  başa  çatdı.  Həyat  yoldaşım  Müzəyyən 
xanım  bu  əsəri  dilimizə  çevirdi,  makinada  da  özü  yazdı.  Mən  də  oxudum.  Bunu 
Zəkəriyyəyə  dedim  və  əlavə  etdim  ki,  tərcümə  yoldaşımındır.  Təbii  ki,  onun  imzası 
getməlidir.  
Zəkəriyyə bəy etiraz etmədi. 
Bu əsnada Səbihə xanım xəstələndi, yatağa düşdü. 
Səbihə  mələk  kimi  qadındı.  Əqidəli,  sözübütöv,  mülayim,  səxavətli  bir  insandı. 
Gözəl  də  qələmi  vardı.  Ən  yaxşı  əsəri  “Roman  kimi”ydi.  Bu  maraqlı  və  oxunaqlı  əsər 
Səbihənin ömür kitabıydı. Bu kitabın ön sözündə Səbihənin dediklərinə – nəvəsi Dənizə 
müraciətinə nəzər salaq: 
“Nəvəm Dənizə.  
Sən  8  yaşında  bir  uşaqdın.  İstanbulda  dəniz  kənarındakı  evin  balkonunda,  sənə 
rəngarəng,  zəngin  xəyallarla  dolu  Şərq  əfsanələrini  söyləyirdim.  “Leyli  və  Məcnun”  , 
“Fərhad və Şirin”, “Əsli və Kərəm”. Sən bunları böyük bir diqqətlə dinləyərdin, mavi 
gözlərində alovlar yanardı. Əfsanə bitər- bitməz yerindən qalxar: 
–Haydı, nənəcan, bunu səhnədəki kimi oynayaq,- deyərdin. 
Əfsanəni, usta bir rejissor kimi “səhnəyə qoyar” , mənə öz rolumu verər, öz rolunu 
da həyəcan və zövqlə oynayardın. 
Sənin xəyal zənginliyinə , sənət əlamətlərinə baxaraq anana: 
–Bu  çocuq  ya  aktyor,  ya  da  rejissor  olacaq.  Çocuğun  bu  istedadına  diqqət  edin. 
Baxın, korlanmasın- dedim. 


 
71 
İllər  keçdi.  İndi  Amerikada  teatr  səhnələrində  Şekspiri  uğurla  oynadığının  sədası 
gəlir  qulaqlarıma.  Mən  səhnədə  deyil,  həyatda  kiçicik  bir  rol  oynadım.  Sənə  və 
oxucularıma bunu yenə bir əfsanə kimi, roman kimi söyləyəcəyəm. 
Qürbətdəki  həyatımı  anlatmanın  sırası  gəldiyi  zaman,  əgər  yaşasam,  sənə  və 
oxucularıma bunun da əfsanəsini söyləyəcəyəm. Savaş dolu bir həyatın hekayəsini”. 
Kitabda  Səbihə  Sərtəlin  Nazim  sənəti  haqqında  fikirləri  çox  maraqlıdır.  Səbihə 
xanımın sözlərini bu dəfə dilimizə uyğunlaşdırmadım. Olduğu kimi verdim: 
«Nazım  realist  bir  şairdir.  Bu  realizmi  şiirlerində  bir  dahi  üstatlığı  ilə  inceledi. 
Mistik,  romantik  edebiyata  karşı  cephe  aldı.  Nazım,  yalnız  kendi  memleketinin 
insanlarının  değil,  dünya  ölçüsündə  ezilen  insanların  savuncusu  idi.  Onu  milletlerarası 
bir şair haline getiren, insana, insanlığa, ezilenlerin kurtuluşu için duyduğu heyecan ve 
beslediyi  fikirlerdi.  Şiirleri,  kelimeleri  yalnız  sadelik  bakımından  değil,  heyecanlarını  , 
duygularını  ,  fikirlerini  aksettirme  bakımından  da  bir  kıvılcım  niteliği  taşırdı.  Kuvetli 
şahsiyeti,  edebiyattaki  dehasıyle  devrinin  gençleri  üzerine  büyük  bir  etki  yaptı.  Onun 
attığı  temel  üzerindedir  ki,  bugün  yetişen  yeni  şairler,  edipler,  romancılar  edebiyat 
alanında büyük yer aldılar. Yeni bir edebiyat meydana geldi». 
Zəkəriyyə Sərtəl isə ömrünün son  günlərində qələmə aldığı “Nazim Hikmətin son 
illəri”  adlı  kitabında  şairin  Moskva  həyatını  əks  etdirmişdi.  Zəkəriyyəyə  yazırdı:  (Bu 
sitatı da türkcə verdim.) 
«Nazım  Hikmet  rüyalarının  memleketinde  polisin  elinden  kurtulamamıştı.  Stalin 
ölünceye  kadar  bu  gölge  Nazımın  yanından  ayrılmadı.  Nazım  nereye  gittiyse,  o  da 
beraberinde gitti. Yalnız yolculuklarda mı? Evinde bile Nazım Hikmet gizli bir kontrol 
altında  olduğunu  biliyordu.  Moskovada  yaşayıp  da  polisin  gözünden  uzakta  kalmak 
mümkün değildi. Nazım Hikmet barış çalışmalarına birçok bakımdan  önem  veriyordu. 
Bu işin onun için bir çok çekici yanları vardı. Bir kere konsey ve kongre toplantılarına 
katılmak  vesilesiyle  Batı  (Qərb)  memleketlerini  görmek  fırsatını  buluyordu.  Barış 
kongreleri  onun  için  Batıya  açılmış  birer  pencereydi.  Çünki  Sovyetlər  Birliğinde 
yaşadıkça  sosyalist  alem  ona  dar  gelmeye  başlamıştı.  Bir  de  sınırları  aşıp  Batı 
dünyasına çıkabilmek onun için büyük ve bulunmaz bir nimetti». 


 
72 
Zəkəriyyə və Səbihə Sərtəllər keşməkeşli ömür yaşadılar. Bu ömrün bir parçası da 
Nazim Hikmətlə bağlı idi. Ona görə də bu insanların xatirəsi mənə əzizdir. 
 
“Panorama”qəzeti, 29 iyun 1996-cı il. 
 


 
73 
Rəsul Rza 
 
Nazim  Hikmətin  1927-ci  ildə  Bakıya  gəlişi,  1928-ci  ildə  onun  “Günəşi  içənlərin 
türküsü”  adlı  ilk  kitabının  Azərbaycanda  nəşri  poeziyamıza  yeni  ruh,  yeni  nəfəs 
gətirmişdi.  Bu  ruh,  bu  yeni  nəfəs  Azərbaycan  şairlərindən  Səməd  Vurğunun,  Mikayıl 
Rəfilinin,  Süleyman  Rüstəmin,  Rəsul  Rzanın,  Nigar  Rəfibəylinin  yaradıcılığında 
xüsusilə  bariz  şəkildə  öz  təcəssümünü  tapmışdı.  Adlarını  çəkdiyim  bu  şairlərin  hər 
birinin  yaradıcılığında  Nazim  poeziyasının  ətri  duyulur.  Amma  bu  şairlərin  içərisində 
Rəsul Rzanın özünəməxsus yeri vardır. 
Nazimin  əsərlərini  Azərbaycan  dilinə  bir  çox  şairlərimiz  çevirmişlər.  Bunların 
içərisində Rəsul Rza xüsusilə seçilir. Rəsul Rza Nazim poeziyası nümunələrini dilimizə 
çevirərkən həm orijinala sədaqətlə yanaşır, həm də yeri gəldikcə bəzi kəlmələr də əlavə 
edirdi. Bu kəlmələr şeiri gözəlləşdirirdi. 
Rəsul Rzanın oğlu, xalq yazıçısı Anarın xatirələrində oxuyuruq: 
“...  Moskvadan  atamgilə  paket  gəldi.  Paket  Nazim  Hikmətdən  idi.  Nazim 
azərbaycancaya  tərcümə  olunmaq  üçün  bir  neçə  şeirini  göndərmişdi...  Paketə  Əkbər 
Babayevin  məktubu  da  əlavə  olunmuşdu.  Əkbər  şeirlərdəki  bəzi  sözlərin  izahını 
yazmışdı: “Deneme- sınaq, masal-nağıl, fici-çəllək”. 
Atamın  əlində  təcili  işi  vardı.  “Bu  işi  qurtarım,  sonra  tərcümə  edərəm”-dedi. 
Amma elə həmin gün, təxminən gecə yarısına yaxın məni çağırdı: 
– Rəfiliyə yazdığı şeiri çevirdim. Qulaq as: 
Nəslimin yarpaq tökümü başlandı 
Çoxumuz qışa qalmayacağıq. 
Dəliyə döndüm, Rəfili, 
Ölüm xəbərini alanda... 
Təbii  ki,    tərcümə  orijinala  yaxın  idi,  türk  sözləri,  ifadələri  Azərbaycan  sözlərilə, 
ifadələrilə  əvəz  olunmuşdu.  “Ağlındamı  Mikayıl”  yerinə  azərbaycanca  “yadındamı 
Mikayıl”,  “donanmış  şam  ağacı”  yerinə  “bəzəkli  şam  ağacı”,  “orman”  -  “meşə”, 
“yılbaşı  gecəsi”-  “yeni  il  gecəsi”,  “kəmik  -  sümük”,  “kardeşim,  bir  kemik  yığınısan 
Baküdə bir mezarlıqda”- “Qardaşım, bir sümük yığınısan Bakıda, qərib bir məzarlıqda”, 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə