Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə20/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   16   17   18   19   20   21   22   23   ...   76

 
64 
-Ondan da muğayat olun.-dedi. - Zavvalının başı çox bəlalar çəkib həm Türkiyədə, 
həm  Sovetlərdə.  Vaxtilə,  bu  Allahın  yazığını  –  gül  kimi  adamı  sizinkilər  “xalq 
düşməni” kimi tutub həbs ediblər. Keçmiş ola. İndi yaşı çoxdur Affan əfəndinin, amma 
möhkəm adamdır. Elə adamlar çox yaşayır. 
Ancaq  çox  yaşamadı  Affan  əfəndi.  Bir  gün  küçəni  keçəndə  maşın  vurdu  onu 
Bakıda. Taleyin oyununa, özü də təsadüfi oyununa qurban getdi. 
Bir şeir də yazmışdım ona. Sonluğu belə idi:  
Baxışında dərd-ələm, 
O dərdə mən bələdəm. 
O dərd Nazimin dərdi... 
Nazimlə dərd bölərdi, 
Bizim Affan əfəndi. 
Bir payız günü getdi, 
Bir payız günü itdi, 
İlk bahar sorağında, 
Arzusu gözlərində, 
Həsrəti dodağında... 
Affan  əfəndi  ilə  söhbətdə  bir  şeyi  hiss  eləmişdim  ki,  onun  Zəkəriyyə  Sərtəldən 
xoşu gəlmirdi.Ancaq onun xanımı haqqında çox böyük rəğbət hissilə danışırdı.  
Zəkəriyyə zövq sahibi idi. Muzeylərə, teatrlara birgə gedərdik və mən hiss edərdim 
ki,  həm  Zəkəriyyə,  həm  də  Səbihə  xanım  musiqini,  rəssamlığı,  heykəltəraşlığı  gözəl 
bilirlər.  Xüsusən  Niyazi  heyran  etmişdi  onları.  Arif  Məlikovun  “Məhəbbət  əfsanəsi” 
baletinə  baxmağa  gələndə  Opera  və  Balet  teatrımızın  müdiriyyəti  Zəkəriyyəni,  Səbihə 
xanımı  böyük  məhəbbətlə  qarşıladı.  Çox  keçmədən  Niyazi  gəldi  və  özünəməxsus 
tələffüz  çalarıyla  Sərtəllərlə  türkcə  söhbət  etdi.  Söhbət  çox  tez  bir  vaxtda  yönünü 
dəyişdi. Nazim Hikmətdən danışdılar. Niyazi fəxrlə dedi: 
-Nazim bizim – Azərbaycanın şairidir. 
Səbihə xanım incə təbəssümlə əlavə etdi: 
-Nazim hamımızındır. Nazim dünyanındır. 


 
65 
Sərtəllərə  müdiriyyət  lojasında  yer  verildi.  Qabaq  sıralarda  oturanlar  nəsə 
yeyirdilər.  Zəkəriyyə  heç  vaxt  dilini  saxlamaz,  sözü  gələndə  deyərdi.  Üzünü  mənə 
çevirdi: 
-Canım, teatrda da yemək yeyərlər? 
Cavab  vermədim.  Əsər  başlandı.  Nazim  Hikmətin  sehirli  sözü,  Arif  Məlikovun 
cazibədar  musiqisi  Niyazi  möcüzəsində  şirin,  əfsanəvi  bir  nağıl  dünyası  idi.  Bu  nağıl 
dünyasında  mənə  elə  gəlirdi  ki,  Zəkəriyyə  nəinki  yemək  yeyənləri,  lap  məmləkəti 
Türkiyəni  də  unutmuşdu.  Əsər  bitəndə  ayaq  üstə  durub  əl  çaldılar  Sərtəllər.  Zəkəriyyə 
mənə dedi: 
-  Bu  əsərə  iki  dəfə  baxmaq  lazımdır.  Bir  dəfə  əsərin  özünə,  bir  dəfə  də  ancaq 
mayestro Niyaziyə. Dühadır Niyazi. 
Ümumiyyətlə,  türklər  Niyazini  çox  sevərdilər.  Türkiyədə  qaldığım  müddətdə 
qəzetlərdə  “Niyazi  bəyin  həyatından  fıkralar”  (lətifələr)  başlığı  altında  yazılar  çıxırdı. 
İkisi  yadımdadır.  Birincisi  buydu  ki,  bir  dəfə  banketdə  Niyazidən  soruşurlar: 
“Xanımınız  nə  içər?  Şampanmı,  konyakmı?  Niyazi  gülə-gülə  deyir:  xanımım  neçə 
illərdir  mənim  qanımı  içər”  İkincisi  isə  futbolla  bağlıdır.  Bir  dəfə  Niyazi  Türkiyədə- 
İstanbulda  imiş.  Orkestrlə  məşq  edirmiş.  Birdən  məşqi  saxlayır  və  deyir:  “Bugün 
hələlik  bu  qədər.  Sağ  olun.  Səhər  görüşərik”.  Səbəbini  soruşurlar.  Niyazi  deyir:  “Axı 
bugün  futbol  var.  Bizim  “Neftçi”  sizin  “Qalatasaray”la  oynayır.”  Orkestr  üzvlərindən 
biri  elə  bilir  ki,  çarə  tapıb.”Mayestro,-  deyir.-Yan  otaqda  televizor  var.  Televizorda 
lütfən  tamaşa  edin  futbola.  Sonra  məşqimizi  davam  etdirək.  Daha  stadiona  lüzum 
qalmaz.  Vaxt  itirməyək”.  Niyazi  belə  cavab  verir:  “Futbola  televizorda  baxmaq,  gözəl 
bir xanımın qolunu maşa ilə tutmağa bənzəyir. Haydı əfəndilər, getdik stadiona”. Qəzet 
son iki cümləni  qara şriftlərlə yığmışdı, oxuyanlar uğunub gedirdilər. 
Niyazi  həqiqətən  böyük  dühaydı.  Heykəli  torpağımızda  ucaldılacaq  sənətkardır. 
Zəkəriyyə  bu  “sənət  möcüzəsini”  dərhal  duymuşdu  və  evə  dönəndə,  ancaq “Maestro”- 
dan  danışırdı.  Bakıda  qaldığı  müddətdə  Zəkəriyyə  Niyazilə  sıx  əlaqə  saxlayırdı. 
Təbiətən  çox  səxavətli,  süfrəsi  həmişə  açıq  olan  Niyazi  Zəkəriyyə  üçün  nələr  etmirdi. 
Zəkəriyyə Sərtəl qayğı dənizində üzürdü. Hərə bir iş görürdü onunçun. 


 
66 
Yenə  bir  dəfə  Moskvadaydım.  Nazim  Hikmət  Zəkəriyyəyə  çatdırmaq  üçün  bir 
bağlama  verdi  mənə.  Üstünə  məktub  da  qoymuşdu.  Bakıya  gəldim,  bağlamanı 
Zəkəriyyə bəyə verdim. Pərdəlik imiş. 
–  İlahi,  necə  gözəl  insanmış  bu  Nazim.  Özü  seçib  pərdəliyi  evimiz  üçün,  -  dedi 
Səbihə xanım. - Vallah. Zəkəriyyə, bu pərdənin cizgilərinin hərəsi bir söz deyir. 
Bir  şey  də  yadıma  düşdü.  Bir  dəfə  Nazim  mənim  ev  şəraitimin  çətinliyini  bildi. 
Əkbər demişdi ona. Nazim dərhal rəfdən bir kitab götürdü. Öz əsəri idi. Vəli Axundova 
yadigar yazdı ( O vaxt Vəli Axundov Mərkəzi Komitənin birinci katibi idi.) və dedi: 
–Çox  həssas  insandır  o.  Kitabı  ver,  dərdini  anlat.  Utanma.  O  günkü  avtoqraf 
məsələsi olmasın ha... 
“O  günkü  avtoqraf  məsələsi”  o  idi  ki,  Nazim  Hikmətin  pyesinə  baxdığımız 
günlərin  birində  tənəffüs  vaxtı  hamı  kimi  mən  də  Nazimin  kitabını  ona  tərəf  uzadıb 
“avtoqraf”  aldım.  Güldü  Nazim  Hikmət.  Gülüşünün  mənası  təxminən  bu  idi  ki,  “ay 
zalım, sən ki, səhərdən axşamacan mənimləsən, bu kitabı evdə ver də mənə. Burda yad 
adam kimi niyə davranırsan?” 
Hə  bilim.  Utanırdım.  Və  bu  utancaqlıq  təkcə  böyük  sənətkar  qarşısında  deyildi. 
Hardasa çəkingənlik, gərəksiz  mütilik məni çox  geri qoydu həyatda.  Təsəvvür  edin ki, 
Nazim Hikmət məni Moskvada aspiranturaya düzəldirdi. Əkbər də az zəhmət çəkmədi 
bu işdə. Bu şad xəbəri Moskvadan evə, yoldaşıma da yazdım. Yazdım yığış, Moskvaya 
köçürük. 
Amma... Siz bilən nə mane oldu? Xəstə atamın bircə sözü. “Sənsiz mən burda tək 
qala bilmərəm. Getmə!” Nə bilim, görünür qismət beləymiş. Getmədim. 
Vəli  Axundova  kitab  çatdırmağım  da  belə  oldu.  Böyük  çətinliklə  Kirsanovu  (  V. 
Axundovun  köməkçisini)  tapdım.  Mərkəzi  Komitədə  liftin  qabağında  məni  qarşıladı, 
kitabı aldı və soruşdu: 
-Bəlkə Vəli Yusifoviçə deməli sözünüz var? 
-Yox, - dedim. 
“Yox” u elə dedim ki, Kirsanov bir yana, özüm də inandım. 
Əkbər Babayev biləndə ki, Moskvada aspiranturada oxumayacağam, çox pərt oldu.  
Zəhmət  çəkmişdi.  Asiya  Xalqları  İnstitunun  direktoru  ilə  danışmışdı.  Həm  də,  ən 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə