Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə262/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   258   259   260   261   262   263   264   265   266

 

 

 



 

 

 



 

 

və təsərrüfatlara tövsiyə olunan gübrə normaları ilə müqayisə olunmuşdur. Tarla 



təcrübələrindən  və  laboratoriya  analizlərindən  alınan  nəticələr  göstərdi  ki, 

tərkibində  azot  və  fosfor  olan  “Azofos”  gübrəsi  həm  məhsuldarlığa  həm  də 

məhsulun  keyfiyyətinə  görə  hal-hazırda  təsərrüfatlara  tövsiyə  olunan  mineral 

gübrələrdən aşağı göstəricilərə malikdir. Bu da təsərrüfatlara tövsiyə edilən gübrə 

normalarında təsiredici maddə hesab ilə 60 kq kaliumun olması ilə bağlı ola bilər. 

 

Açar sözlər: gübrə, azofos,  buğda, zülal, mənimsənilmə əmsalı 

Ключевые  слова:  удобрения,  азофос,  пшеница,  белок,  коэффициент    

усвояемости   



Key words: fertilizer, azofos, wheat, protein, digestibility coefficient 

 

Kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığı,  məhsulun  keyfiyyəti,  iqtisadi 



səmərəliliyi  torpaq-iqlim  şəraitindən,  sələf  bitkisindən,  torpağın  münbitliyindən, 

eyni zamanda  gübrələrin forma, norma və nisbətlərindən də asılıdır. Ona görə də 

torpaq-iqlim  şəraitindən  və  sortun  bioloji  xüsusiyyətindən  asılı  olaraq  iqtisadi 

cəhətdən səmərəli gübrə normalarının müəyyənləşdirilməsi həmişə tədqiqatçıların 

diqqət mərkəzində olmuşdur. 

V.Q.Mineyevin  məlumatına  görə  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığı 

torpaq  tipindən  və  gübrə  normalarından  asılı  olaraq  kəskin  dəyişir  [1].    O  qeyd 

etmişdir  ki,    qara  torpaqlarda  payızlıq  buğdadan  dən  məhsulu  60  sen/ha  olduğu 

halda,  boz-meşə  və  podzol  tipli  torpaqlarda  müvafiq  olaraq  50  və  45  sen/ha 

olmuşdur. Boz-meşə torpaqlarında arpanın məhsuldarlığı hər hektardan 45 sentner 

olduğu halda, podzol torpaqlarda 32 sentner olmuşdur. 

İ.M.Hacıməmmədov,  S.R.Vəliyeva  öz  tədqiqatlarında  Abşeronun  boz-qonur 

torpaqlarında “Qobustan” yumşaq buğda sortunun dənində zülalın miqdarının qida 

normasından  və  tədqiqat  ilindən  asılı  olaraq  kəskin  fərqləndiklərini  müşahidə 

etmişlər  [2].    Belə  ki,  gübrəsiz  variantda  tədqiqat  illərindən  asılı  olaraq  dəndə 

zülalın  miqdarı  9,04-11,23%  olduğu  halda,  N

90

P

60



K

60

  və  N



120

P

60



K

60

  gübrə 



normalarında  bu  göstəricilər  müvafiq  olaraq  10,60-12,94  və  11,23-13,39% 

olmuşdur.  Qobustanın  nəmliklə  təmin  olunmamış  açıq-dağ  boz-qəhvəyi  (açıq-

şabalıdı)  torpaqlarında  mineral  gübrələrin  norma  və  nisbətlərindən  asılı  olaraq 

payızlıq buğdanın dən məhsulu gübrəsiz varianta nisbətən 6,22-20,95 sen/ha və ya 

18,76-63,20%  yüksək  olmuşdur.  Gübrəsiz  variantda  məhsuldarlıq  2011-2013-cü 

illərdə orta hesabla 33,5 sen/ha olmuşdur [3]. 

Payızlıq buğdadan yüksək keyfiyyətli, iqtisadi cəhətdən səmərəli dən məhsulu 

götürmək  üçün  torpaq-iqlim  şəraitindən,  torpaqda  əsas  qida  maddələrinin  (azot, 

fosfor  və  kalium)  asan  mənimsənilən  formalarının  ehtiyatından  asılı  olaraq  azot, 

fosfor  və  kalium  gübrələrinin  norma  və  nisbətlərinin  düzgün  nizamlanması  tələb 

olunur [4; 5; 6; 7]. 

Bu onu göstərir ki, dənli bitkilərin gübrələmə sistemində yuxarıda göstərilən 

əsas amillər nəzərə alınmalıdır. Hər il respublikada 900 min hektardan artıq sahədə 

becərilən dənli bitkilərin  gübrələnməsi üçün xaricdən mineral  gübrə idxal olunur. 

Ümumiyyətlə,  dənli  bitkilərlə  yanaşı  tərəvəz,  bostan,  texniki  bitkilər,  meyvə 



 

 

 



 

 

 



 

 

bağları  altında  olan  1,5  mln  hektar  sahəyə  üzvi  və  mineral  gübrə  verilməsi  tələb 



olunur. Tələb olunan gübrələrin müəyyən hissəsi respublikada istehsal olunan üzvi 

gübrələr hesabına, əsas hissəsi isə kənardan idxal olunan mineral gübrələr hesabına 

ödənilir.  Hər  il  külli  miqdarda  “valyuta”  bu  gübrələrin  alınmasına  sərf  olunur. 

Təkcə dənli bitkilərdən yüksək keyfiyyətli sabit məhsul almaq üçün hər il 240-250 

min ton ammonium şorası (selitra), 275-280 min ton sadə superfosfat, 105-110 min 

ton  kalium-sulfat  gübrəsi  tələb  olunur.  Azot  gübrəsinin  alınmasına  100-105  mln. 

manat, fosfor üçün 100-110 mln. manat tələb olunur. Keçmiş postsovet məkanında 

Sumqayıtda  sadə  superfosfat  (dənəvər),  Gəncədə  isə  çox  yüksək  keyfiyyətli, 

tərkibində  0,3-0,5%  kobalt  mikroelementi  olan  kalium  gübrəsi  (kalium-sulfat–

K

2



SO

4

)  istehsal  olunurdu.  Bu  gübrələr  respublikanın  tələbatını  ödəməklə  yanaşı, 



başqa  respublikalara  da  ixrac  olunurdu.  Bütün  bunlar  respublikada  mineral  gübrə 

istehsalına başlamağın nə qədər vacib olduğunu göstərir. 

Tədqiqatın məqsədi AMEA Neft-Kimya Prosesləri İnstitutunun hazırladığı və 

sınaq  üçün  Əkinçilik  Elmi-Tədqiqat  İnstitutuna  təqdim  etdiyi  “Azofos”  adlanan 

mürəkkəb  gübrənin  payızlıq  buğdanın  məhsuldarlığına,  məhsulun  keyfiyyət 

göstəricilərinə,  bitkinin  gübrədən  azotu  mənimsəməsinə  təsirini  öyrənmək  və 

ölkədə  dənli  bitkilərin  becərilməsi  üçün  tövsiyə  olunan  gübrə  normaları  ilə 

müqayisə etmək olmuşdur. 

Bu  məqsədlə  Əkinçilik  Elmi-Tədqiqat  İnstitutunun  Abşeron  Yardımçı 

Təcrübə  Təsərrüfatının  (YTT)  suvarılan  boz-qonur  torpaqlarında  5  variantda,  4 

təkrarda tarla təcrübələri qoyulmuşdur. Hər bölmənin sahəsi 45 m

2

 olmuşdur. 



 

1.

 



*Gübrəsiz; 

2.

 



Nəzarət (N

120


P

60

K



60

); 


3.

 

“Azofos” 300 kq/ha (N



90

P

81



); 

4.

 



“Azofos”  400 kq/ha (N

120


P

108


); 

5.

 



“Azofos”  500 kq/ha (N

150


P

135


); 

 

Qeyd:*Gübrəsiz  variantı  götürməkdə  əsas  məqsəd  bitkinin  gübrədən 

mənimsəmə əmsalını müəyyənləşdirmək olmuşdur. “Azofos” gübrəsində nəzarətlə 

müqayisədə kalium gübrəsi yoxdur. 

 

Nəzarət  variantında  fosfor  və  kalium  gübrələrinin  illik  norması  azot 



gübrəsinin illik normasının 50%-i səpinqabağı becərmədən əvvəl, azot gübrəsinin 

50%-i isə erkən  yazda verilmişdir. “Azofos” gübrəsinin bütün variantlarında onun 

illik  norması  səpinqabağı  becərmədən  əvvəl  verilmişdir.  Mineral  gübrələr 

verildikdən  sonra  sahə  diskli  mala  ilə  becərilmiş  və  hektara  5  mln  cücərən  toxum 

olmaqla “Qobustan” yumşaq buğda sortu götürülmüşdür. Səpin en götürümü 3,6 m 

olan toxumsəpən maşınla 2014-cü il oktyabr ayının III ongünlüyündə aparılmışdır. 

Sahəyə 1 səpsuvar və 2 vegetasiya suyu verilmişdir. 

Səpindən  əvvəl,  mineral  gübrələr  verilməmiş  sahənin  5  yerindən  kəsişən 

diaqonal  formasında  müxtəlif  dərinliklərdən  (0-25:  25-50  və  50-70)  aqrokimyəvi 

analizlər  üçün  torpaq  nümunələri  götürülmüşdür.  Torpaq  nümunələrində  ümumi 




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə