mühüm yer tutur və “A” və “B”qruplarının xüsusi çəkiləri təxminən
bərabər olur, yəni hərəsi təxminən 50% təşkil edir.
Ölkələr daxilində istehsal edilən sənaye məhsulları çoxlu
miqdarda xammal və yanacaq tələb edir.Sənaye məhsulunun maya
dəyərində material-enerji xərcləri 60-90% təşkil edə bilər.Buna görə də
istehsalın rəqabətdözümlü olmasında material-enerji xərclərinin
azaldılması xüsusi əhəmiyyət kəsb edir.Tədqiqat göstərir ki, ölkələrin
inkişaf səviyyəsini təyin etdikdə və onları qruplaşdırdıqda istehsal
olunmuş məhsul vahidinə düşən xammal və yanacaq sərfinin
səviyyəsi göstəricisindən istifadə edilməsi yaxşı nəticə verir. Məsələ
burasındadır ki, bir qayda olaraq ölkə iqtisadi cəhətdən intensiv inkişaf
etdikcə istehsal olunan məhsul vahidinə daha az miqdarda xammal –
enerji tələb olunurvə təbii materialların əvəzinə süni materiallardan daha
çox istifadə edilir. Bu göstəriciyə görə də dünya ölkələrini yüksək
inkişaf etmiş, orta səviyyədə inkişaf etmiş və s. bu kimi ölkələr qrupuna
bölmək olar. Ölkələrin bu və ya digər qruplara aid edilməsi dünya
miqyasında məhsul vahidinə düşən xammal –yanacağın sərfinin orta
qiymətini ölkənin əldə etdiyi müvafiq göstərici ilə tutuşdurmaqla həll
edilir. Orta qiymətdən aşağı göstərici əldə edən dövlət yüksək inkişaf
etmiş ölkələr qrupuna daxil edilir və əksinə, göstərici orta qiymətdən
yuxarı olduqda ölkə zəif inkişaf edən ölkələr qrupuna daxil edilir.
Dünya təsərrüfatını yarımsistemlərə bölərkən istifadə edilən
kriteriyalardan biri də “iqtisadi inkişafın tipidir”. Bu kriteriya görə
bütün dünya ölkələrini iki böyük yerə-intensiv və ekstensiv yolla inkişaf
edən ölkələrə bölmək olar. Bu kriteriya ilə qruplaşdırmada nəzərə
almaq lazımdır ki, təcrübədə “təmiz” intensiv və yaxud da “təmiz”
e
kstensiv inkişaf edən ölkəyə çox çətin rast gəlmək olur.Buna görə də
qruplaşmada “əsasən intensiv”, “əsasən ekstensiv ” inkişaf
kriteriyalarından da istfadə edilir. Bir cəhəti də yadda saxlamaq
lazımdır ki, istər intensiv və istərsə də ekstensiv inkişaflar tipi daimi
olmurlar.Eyni bir ölkədə müəyyən dövr intesiv, sonra isə ekstensiv
inkişaf tipi ola bilər. Məsələn, tədqiqatçıların göstərdiklərinə görə keçən
əsrdə sənaye cəhətdən inkişaf etmiş ölkələrin iqtisadi inkişafında iki
mərhələ-1960-cı ilin ortalarına qədər ekstensiv inkişaf, keçən əsrin son
30 ilində isə intensiv inkişaf tipləri qeydə alınmışdır.
Ayrı-ayrı
yarımsistemlərin dünya təsərrüfatında
tutduqları mövqe onların xarici iqtisadi əlaqələrdə iştirakı ilə təyin edilə
bilər. Bu kriteriya ilə ölkələri qruplaşdırdıqda əmtəə və xidmətlər və
kapitalın hərəkəti üzrə idxal və ixracın həcmi əsas götürülür.Eyni
zamanda ölkənin beynəlxalq əmək bölgüsündə iştirak forması,
istiqaməti,dərəcəsi nəzərə alınır. Müasir dövrdə dünyada çox mürəkkəb
pros
eslər baş verir.Məhsuldar qüvvələrin inkişaf səviyyəsi elədir ki, heç
bir dövlət və ya dövlətlər qrupu ayrıca, qapalı şəkildə inkişaf edə bilmir.
Lakin beynəlxalq mübadilələr vasitəsilə hər bir ölkə özünə daha çox sərf
edən əmtəə, kapital və bazar tipləri tapa bilər.
Hər bir ölkənin xarici iqtisadi əlaqəsini bir sıra
göstəricilərlə səciyyələndirmək olar. Mühüm göstərici kimi “ixrac və
idxal ”kvotalarını”, “xarici ticarətin əmtəə strukturunu”, “kapitalın,
texnologiyanın,əməyin beynəlxalq hərəkəti”ndə ölkənin iştirakını
xarakterizə edən göstəricilər belə göstəricilərdəndir.
“Ölkə təsərrüfatlarının açıqlıq səviyyəsi” də xarici iqtisadi
əlaqələri xarakterizə edə bilən göstərici ola bilər. Açıq iqtisadiyyat
dedikdə elə təsərrüfat sistemi başa düşülür ki, onun inkişaf parametrləri
dünya təsərrüfatında da qəbul edilmiş meyllərə uyğun təyin edilsin və
xarici iqtisadi əlaqələr durmadan genişlənsin. Mütəxəssislər
hesablamışlar ki, xarici ticarət dövriyyəsi ölkənin ümumi daxili
məhsulunun 25%-ni təşkil etdikdə, “iqtisadiyyatın açıqlıq siyasəti”
ümumi iqtisadi inkişafın stimullaşdırılmasına kömək göstərir. Qapalı
iqtisadiyyata malik ölkənin inkişafı iki cəhətdən –daxili bazarın
çərçivəsi və ölkənin resurslarının miqdarı ilə məhdudlaşa bilər. Bu da öz
növbəsində iqtisadi inkişafı ləngidər.Açıq iqtisadiyyatda isə vəziyyət
dəyişilir: ölkə çatışmayan hər cür resursları digər ölkələrdən əldə edə
bilər.
Yarımsistemlər qruplaşdırılarkən istifadə edilən növbəti
kriteriya “
ölkələrin iqtisadi potensialı”dır. İqtisadi inkişaf səviyyəsindən
fərqli olaraq iqtisadi potensial həm də məhsuldar qüvvələrin
miqyasından, əhalinin ümumi sayından , ölkənin ərazisindən, təbii
sərvətlərin ümumi həcmindən və strukturundan asılı olur. Məhz elə
buna görə də “Çin Xalq Demokratik Respublikası və Hindistan kimi
dövlətlər ayrıca yarımsistemə daxil edilməlidir” fikrini irəli sürən
tədqiqatçılar haqlıdırlar.
Müasir dövrdə beynəlxalq təcrübədə dünya ölkələrini üç
böyük qrupa bölmək geniş yayılmışdır. 1980-cı ildən başlanan bu
təsnifləşməyə görə birinci qrup ölkələrə sənaye cəhətdən inkişaf etmiş