AqiL ƏLİyev ariF ŞƏKƏRƏLİyev



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə11/144
tarix20.10.2017
ölçüsü3,63 Mb.
#5598
1   ...   7   8   9   10   11   12   13   14   ...   144

 

iqtisadiyyatının  dünyəvilik  əmsali  ilk  dəfə  olaraq  özünün  ən  yüksək 

səviyyəsinə çatmağa kurs götürmüşdü.Dünya sosializm sistemi yox oldu 

və  onun  guya  özü  üçün  yaratdığı  “sosializm  bazarının”  fəaliyyəti 

dayandı.  Dünya  bazarı  bütövləşdi,daha  da  beynəlmiləlləşdi  (bəlkə  elə 

buna  görə  “dünya  iqtisadiyyatı”nı    indi    “beynəlxalq  iqtisadiyyat” 

adlandırmağa meyl göstərilir.) 

       


Hazırkı    dövrdə  bütün  ölkələrin  inkişafında  müəyyən 

o

xşarlıqlar vardır. 



Dünya iqtisadiyyatının vahidliyi bir də ona görə yüksəlir ki, Qərbi 

Avropada  çoxdan  yaranmış  iqtisadi  və  siyasi  strukturlara    oxşar 

stukturların  digər  ölkələrdə  yaranması  sürətlənir.  Bu  da  planetimizdə 

məcmuu  ictimai  məhsulun  təkrar  istehsalının  səmərəliliyi  üçün  şərait 

yaradır. 

        


               

§ 3.Dünya təsərrüfatının yarımsistemləri və onların  

                                       

qruplaşdırılması 

 

  



        

Dünya  iqtisadiyyatını  tam  spektləri  ilə  öyrənmək,  onun 

qanunauyğunluqlarını  dərk  etmək  üçün  ilk  növbədə  onu  təşkil  edən 

yarımsistemləri bilmək lazımdır. “Yarımsistem” məfhumu hər hansı bir 

idarə  olunan  tam  obyektin  hissələrini  ifadə  etmək  üçün  işlədilir.Əgər 

dünya təsərrüfatı bir vahid sistemidirsə onun yarım (dörddə bir, üçdə bir 

və  s.)sistemləri  də  vardır.Dünya  iqtisadiyyatı  fənni  baxımından 

“yarımsistem” anlayışı ayrı-ayrı ölkələri və qrup  ölkələri ifadə etmək 

üçün işlədilir. 

      


Dünya  iqtisadiyyatı  ayrı-ayrı  ölkələrin  iqtisadiyyatından 

bilavasitə  asılı  olduğuna  görə  ilk  növbədə  milli  təsərrüfatlar  dərindən  

öyrənilməli  və  təhlil  edilməlidir.  Lakin  planetimizdə  çoxlu  sayda  ölkə 

və  vilayətlər,region  və  qitələr  vardır.  Dünya  iqtisadiyyatının  sürətlə 

inkişaf  etdirilməsi,  onun  düzgün  idarə  edilməsi  dünya  təsərrüfatının 

oxşar  əlamətlərinə  görə  təsnifləşdirilməsini  tələb  edir.  Təsnifləşdirmə 

ölkələrin oxşar əlmətlərinə görə qruplaşdırılması üçün şərait yaradır ki, 

bu  da  dünya  iqtisadiyyatının  inkişaf  meyllərini,    dinamikasını  və 

perspektivini təmin etmək üçün çox vacibdir. 

       


Dünya  təsərrüfatını  yarımsistemlərə  bölərkən  müxtəlif 

əlamətlərdən,  göstəricilərdən  və  kriteriyalardan  istifadə  edilir.  Dünya 




 

iqtisadiyyatını  yarımsistemlərə ayırarkən müxtəlif əlamətlərdən istifadə 

edilsə də bir cəhət nəzərdən qaçırılmamalıdır ki, təsnifləşdirmənin əsas 

məqsədi  yarımsistemin  iqtisadi  inkişaf  səviyyəsini  təyin  etmək  və 

konkret  yarımsistemin  dünya  iqtisadiyyatında  tutduğu  yerini  təyin 

etməkdir.  Ona  görə    də  göstərici  və  kriteriyalardan  istifadə  edərkən 

diqqətli olmaq lazımdır. Təyin etmək lazımdır ki, qəbul edilən kriteriya 

yarımsistemi  hansı  tərəfdən  (cəhətdən)  xarakterizə  edəcək.  Belə 

yanaşma  dünya  təsərrüfatını  qruplara  ayırarkən  obyektivliyi    təmin 

etməyə imkan verir. 

         

Dünya  iqtisadiyyatı  ilə  məşğul  olan  əksər  alimlərin  və 

tədqiqatçıların  ümumi  fikrinə  görə  ölkələrin  qruplaşdırılmasında  

“Təsərrüfatın  sosial strukturu”, “Xarici iqtisadi əlaqələrin səviyyəsi və 

xarakteri”,  “İqtisadi  inkişafın  tipi”,  “İqtisadi  potensialın  həcmi 

(səviyyəsi)”, “Adambaşına düşən ümumi daxili məhsulun miqdarı” kimi 

göstəricidən  istifadə  etmək  olar.  Bunlardan  başqa  digər  müxtəlif 

göstəricilərdən,  ölkədə  hansı  sahənin  daha  da  inkişaf  etməsi  haqda 

məlumatlardan da istifadə etməklə ölkələr qruplaşdırıla bilər. 

          

Dünya  təsərrüfatını  yarımsistemlərə  bölərkən  ən  çox 

istifadə  edilən  kriteriya    kimi  ölkələrin  iqtisadi  inkişaf    səviyyəsi 

götürülür. Bu kriteriya üzrə ölkələrin qruplaşdırılmasında  “Əhalinin hər 

bir  nəfərinə  düşən  ümumi  məhsul”  göstəricisindən  istifadə  edilir. 

Bununla  yanaşı  dövlətlərin  qruplaşdırılmasında  milli  gəlirin 

yaradılmasında  mühüm  rol  oynayan  sənayeləşmənin  səviyyəsi  və 

istehsalın strukturundan da istifadə edilir. 

           

Əhalinin hər birinə düşən ümumi məhsulun miqdarına görə 

dünya  ölkələri  bir  neçə  qrupa  bölünürlər.  İqtisadi  və  siyasi 

ədəbiyyatlarda  və  beynəlxalq  təşkilatlarda  bu  göstəriciyə  görə  dünya 

təsərrüfatı yüksək inkişaf etmiş ölkələrə, orta inkişaf etmiş ölkələrə və 

digər ölkələrə bölünür. Təhlil etmək və dövlətləri bu və digər qrupa aid 

etmək  üçün  müqayisə  obyekti  kimi    ABŞ-ın  əldə  etdiyi  adambaşına 

ümumi məhsulun həcmi götürülür.  Bu  göstəriciyə görə  yüksək inkişaf 

etmiş  ölkələr  qrupuna  o  dövlətlər  daxil  edilir  ki,onların  ölkələrində 

adambaşına  düşən  ümumi  məhsulun  miqdarı  ABŞ-da  əldə  edilən  bu 

göstəricinin yarısından çox olsun. O ölkələrdə ki, bu göstərici ABŞ-ın 

müvafiq  göstəricisinin    30-50%  -ni  təşkil  edir,  o  ölkələr  orta  inkişaf 

səviyyəli  ölkələr qrupuna, 30 %-dən aşağı  təşkil edirsə digər ölkələr 




 

qrupuna  daxil  edilir.  Əlbəttə,  bu  normalar  şərtidir  və  sonralar  dəyişilə 

bilər.       

           

Hər  bir  ölkə  səmərəli  inkişaf  etmək  üçün  tarix  boyu 

özünün  məhsuldar  qüvvələrini  (məcmu  əmək  cismini,  əmək  alətini, 

ixtisaslı  əməyin  özünü  və  elmi  potensialını)  formalaşdırır.  Məhsuldar 

qüvvələrin səviyyəsindən asılı olaraq konkret olaraq götürülmüş dövlət 

müəyyən  məhsul  istehsal  etmək,  ya  da  xidmət  göstərmək  və 

sonradan,yəni öz tələbatlarını ödədikdən sonra, onların ixracı ilə məşğul 

olmaq  qabiliyyətində  ola  bilər.  Burada  məhsuldar  qüvvələr  ölkənin 

iqtisadi  inkişafı  üçün  faktor  rolunu  oynayır.  Lakin  dünya  təsərrüfatı 

yarımsistemlərinin  fəaliyyətinin  təhlili  göstərir  ki,  eyni  səviyyəli 

məhsuldar  qüvvələrinə  malik  dövlətlər  belə  müxtəlif  inkişaf 

mərhələsndə  olurlar.  Bunun  əsas  səbəbi  məhsuldar  qüvvələrin  hansı 

istehsal münasib

ətləri  şəraitində  fəaliyyət  göstərməsidir.  Sağlam,  elmə 

söykənən,  demokratik  istehsal  münasibətləri  yaradılan  ölkələrdə 

məhsuldar qüvvələrin tam səmərə verməsi üçün şərait yaranmış olur və 

belə ölkələr daha yüksək inkişaf əldə edirlər. Dünya iqtisadiyyatına aid 

iqtisadi  ədəbiyyatlarda    da  bu  cəhət  nəzərə  alınır  və  dövlət 

qruplaşdırılarkən    iqtisadiyyatın  sosial  strukturası  kriteriyasından  

da  istifadə  edilir.  Məsələ  burasındadır  ki,  bir    dövlət  daxilində 

təsərrüfatın  ayrı-ayrı  fazaları  müxtəlif  sürətlərlə  inkişaf  etdirilə  bilər. 

Bəzən  növbə  ilə  inkişaf  baş  verir    və  məhz  bundan  asılı  olaraq 

gələcəkdə dövlətlər üçün inkişaf perspektiv yarana bilər. Məsələn, vaxtı 

ilə ABŞ-ın düzgün struktur siyasətinin nəticəsidir ki, bu gün o, yüksək 

kompüter texnologiyasından bu qədər bəhrələnə bilir... 

          

Təkrar istehsalın strukturunda prioritet istiqamətlərin yerini 

dəyişməklə  və  deməli,  milli  gəlirin  bölüçdürülməsində  bunları  nəzərə 

almaqla  da  ölkənin  gələcək  inkişaf  perspektivlərini  və  istiqamətlərini 

təyin etmək olar. Bunları nəzərə alaraq “sənaye cəhətdən inkişaf etmiş 

ölkələr”,   “aqrar tipli ölkələr” və s.qruplar fərqləndirilir. 

            



İqtisadi  inkişafın  səviyyəsi    kriteriyasına    əsasən  

qruplaşdırma  aparıldıqda  ölkələrdə  bərqərar  olmuş  sənaye  istehsalının 

strukturu  nəzərə  alınır.  Məlumdur  ki,  sənaye  istehsalını  “A”-istehsalı 

vasitələri  istehsalı  və  “B”-istehlak  şeyləri  istehsalı  kimi  iki  böyük 

qruplara  ayırmaq  qəbul  olunmuşdur.Sənaye    cəhətdən  inkişaf  etmiş 

ölkələrdə  uzun  müddət  istifadə  edilən  istehlak  şeylərinin  istehsalı 




Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə