Aprel 2018-ci IL, cümə axşamı ˆ İnformasiya-kommunikasiya



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
tarix12.11.2018
ölçüsü1,08 Mb.
#79719


9

26 aprel 2018-ci il, cümə axşamı

 

ˆ

İnformasiya-kommunikasiya 



texnologiyalarının cəmiyyətin və dövlətin davamlı 

inkişafında, yeni hədəflərə doğru irəliləməsində rolu 

mühümdür.  İKT-nin inkişafında yeni, daha yüksək  

mərhələlərə keçid bu gün dünya üzrə dayanıqlı 

inkişafın təminində əsas hədəflərdən biridir. Davamlı 

və dayanıqlı inkişafa çatmaq, sənaye cəmiyyətindən 

informasiya cəmiyyətinə keçid, elektron xidmətlərin 

inkişafı kimi məsələlərə ölkəmizdə də mühüm əhəmiyyət 

verilir və bütün bu qeyd edilənlər ölkə rəhbərliyinin 

daim diqqət mərkəzindədir. 

Hazırda bu istiqamətdə ölkəmizdə 

də mühüm tədbirlər reallaşdırılır. 

İnformasiya və kommunikasiya 

texnologiyaları sahəsinin davamlı 

inkişafı istiqamətində son illər ərzində 

Prezident İlham Əliyev tərəfindən 

qəbul edilmiş bir çox dövlət proqram-

ları (“Azərbaycan Respublikasında 

informasiya cəmiyyətinin inkişafı-

na dair Milli Strategiyanın həyata 

keçirilməsi üzrə 2016-2020-ci illər 

üçün Dövlət Proqramı”, “Azərbaycan 

Respublikasında telekommunikasiya 

və informasiya texnologiyalarının 

inkişafına dair Strateji Yol Xəritəsi”, 

“Azərbaycan 2020: gələcəyə baxış” 

İnkişaf Konsepsiyası və s.) 

və digər normativ-hüquqi 

aktlar bu sahənin daya-

nıqlı inkişafında müstəsna 

rol oynayır və rəqəmsal 

transformasiya proseslərinin 

sürətli  şəkildə reallaşmasını 

şərtləndirir.  

Hazırda müasir ten-

densiyalara cavab vermək 

iqtidarında olan texnoloji 

sistemin qurulması, rəqəmsal 

transformasiyanın tam 

sürətlə həyata keçirilməsi 

heç də asan deyil. Bu həm müva-

fiq texnologiyaların tətbiqini, həm 

də sərmayə yatırımını tələb edir. 

Həmçinin mühüm məqamlardan biri 

də ilk növbədə texnoloji təməlin – 

sabit infrastruktur şəbəkəsinin (fixed 

infrastrukture network)  olmasıdır. 

Belə bir təməl olmadan texnoloji 

inkişaf mümkün ola bilməz. İnkişaf 

etmiş ölkələrdə müşahidə olunan 

texnoloji inkişafın da əsasında məhz 

sağlam və keyfiyyətli baza dayanır. 

Digər məqamlardan biri də texnoloji 

təməlin, yəni bazanın müasir standart-

lara cavab vermək imkanına malik 

olması, düzgün qurulması və onun 

üzərində innovativ texnoloji platfor-

maların yüksəldilməsidir.

Hazırda dünya miqyasında 

istər mobil biznes, “Fixed Broad-

band Business” (Sabit Genişzolaqlı 

Biznes), istərsə də MFS (Mobile 

Financial  Services - Mobil Maliyyə 

Xidmətləri), “FinTech” (Maliyyə 

texnologiyaları) və ya Iot kimi plat-

formalar üzrə sistemlər sabit texno-

loji baza və infrastruktur olmadan 

çalışa bilməz. Məsələn, keyfiyyətli 

İPTV və ya OTT xidməti üçün 

sürətli internet və proqram təminatı, 

MFS üçün mobil telefon üzərindən 

maliyyə ödəmələrinə imkan verən 

infrastruktur və hüquqi nizamlama 

mexanizmlərinin olması vacibdir. 

Həmçinin də FMC (Fixed Mobile 

Convergence – Sabit Mobil Konver-

gensiya) sisteminin işləməsi üçün sabit 

xətt biznesi ilə mobil biznesin konver-

gensiyası – yəni fəaliyyət nöqtələrinin 

birləşməsi istiqamətində tam bir 

infrastruktur olmalıdır. Əks halda bu 

biznes üçün böyük itkilərə gətirib çıxa-

ra bilər. Eləcə də M2M (Maşınlararası 

əlaqə – Machine to Machine), “Big 

Data” kimi texnoloji istiqamətlərdə də 

bu amil mühüm əhəmiyyət kəsb edir.

Bu gün mobil operatorların güclü 

sabit infrastruktur şəbəkənin (fixed 

infrastrukture network) üzərindən 

sürətli xidmətlər təqdim etməsi günün 

tələbidir. Hazırda bütün dünya üzrə 

mobil operatorlar özlərinin yeni inki-

şaf mərhələsinə qədəm qoyur, gələcək 

biznesin artıq səsli rabitə deyil, data 

xidmətləri və məzmun (kontent) 

əsasında inkişaf edəcəyini yaxşı anla-

yırlar. Mobil və sabit xətt biznesinin 

konvergensiyası şəraitində  

dünya üzrə telekommunikasiya 

operatorları tərəfindən təqdim 

edilən “triple play” (3 xidmət – 

mobil rabitə, televiziya, internet 

xidməti) və ya “quadruple play”  

  (4 xidmət – mobil rabitə, televiziya, 

sabit (fix) xətt telefon xidməti və 

internet) xidmətlərinin sürətli və 

qüsursuz şəkildə çalışması üçün də 

ilk növbədə sabit bazanın güclü və 

dayanıqlı olması lazımdır. 



“5G” şəbəkəsi 2025-ci ilə 

qədər dünya əhalisinin üçdə 

birini əhatə edəcək

Hazırda dünya miqyasında yeni 

inkişaf istiqaməti olan “5G” texno-

logiyasının tətbiqi ilə bağlı da mobil 

operatorların ilk növbədə bu sistemə 

hazır olması, sabit (fixed) şəbəkəni 

düzgün şəkildə qurması lazımdır 

ki, bu da yeni sərmayə yatırımı 

və əməliyyat xərclərini qaçılmaz 

edir. Qarşıdakı dövrdə mobil ope-

ratorların “4G” sistemindən “4.5G 

Pro” sisteminə daha sonra isə “5G” 

sisteminə keçidilə bağlı sabit infrast-

ruktur daha da güclənməli, innovativ 

texnoloji istiqamətlərdə həm dövlət, 

həm də özəl sektorun sərmayə yatırı-

mı ilə bağlı işlər aparılmalıdır. Bu gün 

dünya miqyasında “5G” texnologiyası 

test rejimindədir və yaxın müddətdə 

bu sistemin tətbiqi planlaşdırılır. 

Mobil operatorlar bu texnologiya-

nın onlara yeni imkanlar açacağını 

dərk edirlər. Onlar həm də bunun 

tətbiqi üçün sabit infrastruktura olan 

yatırımların da həcminin artacağını 

anlayırlar. Eyni zamanda opera-

torlar istifadəçilərin artan tələbləri 

fonunda mövcud “4G” sistemini də 

təkmilləşdirirlər. Mobil Operatorların 

Assosiasiyası olan GSMA təşkilatının 

“Mobil İqtisadiyyat 2017” adlı he-

sabatına əsasən, “5G” istiqamətində 

bir çox ölkələr tezliklə kommersiya 

buraxılışını həyata keçirəcəklər. 

Belə ki, Cənubi Koreyanın “KT” 

(Korea Telekom) korporasiyası “5G” 

kommersiya buraxılışını 2019-cu ildə 

reallaşdıracaq. Yaponiyanın “NTT 

DoCoMo” şirkəti bu xidməti 2020-ci 

ildə istifadəyə verəcək. Çin Xalq Res-

publikasının “China Mobile” şirkəti 

10 min “5G” stansiyasını 2020-ci 

ilə qurmağı planlaşdırır. Avropa 

ölkələrində Avropa İttifaqının ən azı 

bir şəhərində 2020-ci ildə bu xidmətin 

istifadəsi planlaşdırılır. Yaxın Şərqdə 

isə “Etisalat” şirkəti Birləşmiş Ərəb 

Əmirliklərində (BƏƏ) 2020 Expo 

üçün ümummilli miqyasda “5G”ni 

buraxmağı nəzərdə tutur. Təşkilatın 

hesabatına əsasən, “5G” şəbəkəsi 

2025-ci ilə qədər dünya əhalisinin 1/3 

hissəsini əhatə edəcək. 

“Deloitte” şirkəti də 2023-cü ilə 

qədər “5G” sisteminin bir çox inkişaf 

etmiş bazarlarda tətbiqini qeyd edir. 

Şirkət “Texnologiya, Media və Tele-

kommunikasiya proqnozları 2018” 

adlı hesabatında bildirir ki, 5G daha 

yüksək sürət və qoşulma imkanları 

təklif edəcək.

Ümumilikdə, beynəlxalq 

təşkilatlar operatorların gələcəkdə inf-

rastruktur xərclərinin artacağını qeyd 

edirlər. IDC (International Data Cor-

poration – Beynəlxalq Data Korpora-

siyası) təşkilatının proqnozlarına görə 

2021-ci ilə qədər bulud xidmətlərə 

və infrastruktura, avadanlıq, proqram 

təminatı və bulud hesablamaları üçün 

dünya üzrə xərclər ikiqat artacaq və 

530 milyard dollara çatacaq. 



Yerli şirkətlər düzgün 

texnoloji bazanın qurulmasına 

xüsusi diqqət yetirməlidirlər

Qeyd olunan məsələlər bu gün 

Azərbaycan üçün də aktuallıq kəsb 

edir. Hazırda ölkəmizdə İKT sahəsində 

yeni istiqamətlər formalaşmaqdadır. 

10 il öncə reallaşması çətin görünən 

texnoloji layihələr bu gün uğurla icra 

olunur. Dövlət tərəfindən İKT sahəsinin 

inkişafına mühüm diqqətin yetirilməsi, 

bu sahənin dayanıqlı inkişafı üçün 

cənab Prezident tərəfindən müvafiq 

sərəncam və fərmanların imzalanması 

bunun bariz nümunəsidir. Həmçinin 

son dövrlər ərzində müasir standartlara 

cavab verən Data Mərkəzlərin təsis 

edilməsi, operatorlar tərəfindən mobil 

maliyyə texnologiyaları istiqamətində 

ilk addımların atılması, internetə 

qoşulan əşyaların sayının gündən-günə 

artması və beləliklə də IoT (Əşyaların 

interneti – Internet of Things) və M2M 

(Maşınlararası əlaqə - Machine to 

Machine) istiqamətlərinin inkişafı da 

bunu göstərir. Qeyd etmək lazımdır ki, 

bir müddətdən sonra ölkəmizdə mobil 

maliyyə xidmətlərinin inkişafında yeni 

mərhələ açılacaq. Mobil operatorlar 

artıq səs, əlavə dəyər yaradan xidmətlər, 

internet rabitəsi ilə yanaşı, mobil 

ödəmələr bazarına daxil olacaqlar. Bu 

rəqəmsal ödənişlər sistemində yeni 

imkanlar yaradacaq ki, bunun üçün də 

müasir standartlara cavab verən texno-

logiyaların tətbiqi, sabit (fixed) texnolo-

ji bazanın qurulması və ya yenilənməsi 

indidən aktuallıq kəsb edir.

Hazırda ölkəmizin telekommuni-

kasiya sahəsinin iştirakçıları olan özəl 

sektorun nümayəndələri də innovativ 

texnologiyaların tətbiqi üçün texnoloji 

təməlin inkişafı məsələsinə xüsusi 

diqqət yetirməli, bu sabit bazanın 

inkişafı və yenilənməsinə sərmayə 

yatırmalıdırlar, çünki bir qayda olaraq 

məhz keyfiyyətli və sağlam sabit tex-

noloji baza gələcəkdə əlavə xərclərin 

çəkilməsinin qarşısını əhəmiyyətli 

şəkildə alır. Eyni zamanda, müxtəlif 

şirkətlərin – telekommunikasiya ope-

ratorlarının təşəbbüslərlə çıxış etməsi, 

yeni texnoloji istiqamətlərə sərmayə 

yatırması İKT sektorunun dayanıqlı 

inkişafını da təmin edər və informasiya 

cəmiyyətinə keçid prosesini daha da 

sürətləndirər.

Qeyd etmək lazımdır ki, indiki 

şəraitdə mobil cihazlar üzərindən 

əməliyyatların sayının artması, mobil 

telefonun artıq şəxsiyyətin iden-

tifikasiyası vasitəsinə çevrilməsi, 

elektron xidmətlərdə istifadəsi hər 

ötən gün texnoloji transformasiya-

nı, elektron hökumətin inkişafı və 

yeni istiqamət olan mobil hökumət 

konsepsiyasının daha da aktuallaş-

masını şərtləndirir ki, bu da məhz 

sağlam baza üzərində uğurla həyata 

keçirilə bilər. Yeri gəlmişkən, onu 

da bildirək ki, rəqəmsal ödənişlərin 

genişləndirilməsi, mobil hökumətə 

keçid məsələsi cənab Prezident 

İlham Əliyev tərəfindən 2016-cı 

il 6 dekabr tarixli fərmanla təsdiq 

edilmiş “Azərbaycan Respublikasında 

telekommunikasiya və informasiya 

texnologiyalarının inkişafına dair 

Strateji Yol Xəritəsi”ndə də qeyd 

olunur. Burada “Elektron hökumət”in 

növbəti inkişaf mərhələsi olan 

“mobil hökumət” (mGov) konsep-

siyasının hazırlanması məsələsi əks 

olunur. Ümumilikdə, Strateji Yol 

Xəritəsində qeyd olunur ki, infor-

masiya və kommunikasiya sektoru 

üzrə 2025-ci ildən sonrakı dövr üçün 

hədəf  uzunmüddətli perspektivdə 

İKT sahəsində regionda lider ölkəyə 

çevrilmək, güclü potensialı olan İKT 

sənayesi, cəmiyyətin artan tələbatını 

təmin edən telekommunikasiya inf-

rastrukturu yaratmaq, sabit və mobil 

genişzolaqlı şəbəkə vasitələrinin 

əhatə dairəsini 95 faizə çatdırmaq, 

təhsil sistemində texnologiyayö-

nümlü strukturlaşmanın, o cümlədən 

rəqəmsal iqtisadiyyatın daha da 

inkişafına şərait yaratmaq, ölkədə 

bank, maliyyə, təhsil, tibb və s. 

sosial sahələrdə artıma təkan vermək 

və elektron xidmətlərin daha geniş 

tətbiqinə nail olmaqdır.

Həmçinin qəbul olunan ən 

müxtəlif sənədlərdə elektron 

hökumətin inkişafı, vətəndaşlara 

şəffaf, operativ və resurslara qənaət 

etməklə xidmətlərin göstərilməsi 

üçün dövlət xidmətlərinin tam elekt-

ronlaşdırılması və rəqəmsal hökumətə 

keçid prosesinin sürətləndirilməsi 

zəruriliyi də hər zaman qeyd olu-

nur. Elə Prezident İlham Əliyev 

tərəfindən 14 mart 2018-ci ildə 

qəbul edilmiş “Elektron hökumətin 

inkişafı və rəqəmsal hökumətə 

keçidlə bağlı tədbirlər haqqında” 

fərmanda da bu məsələlərə toxunulub 

və fərmanla idarəetmə sisteminin 

təkmilləşdirilməsi, dövlət nəzarətinin 

gücləndirilməsi və görülən işlərin 

səmərəliliyinin artırılmasını təmin 

etmək məqsədi ilə Azərbaycan 

Respublikasının Prezidenti yanın-

da Vətəndaşlara Xidmət və Sosial 

İnnovasiyalar üzrə Dövlət Agentliyi-

nin tabeliyində “Elektron Hökumətin 

İnkişafı Mərkəzi” publik hüquqi 

şəxs yaradılıb. Fərmana əsasən, 

Azərbaycan Respublikasının Prezi-

denti yanında Vətəndaşlara Xidmət 

və Sosial İnnovasiyalar üzrə Dövlət 

Agentliyi “Rəqəmsal hökumətə keçid 

üzrə Fəaliyyət Planı”nın layihəsini 

hazırlayıb Azərbaycan Respublikası-

nın Prezidentinə təqdim etməlidir. 

Göründüyü kimi, ölkəmizdə 

elektron hökumətin inkişafı, rəqəmsal 

hökumətə keçid, texnoloji transforma-

siya, informasiya və kommunikasiya 

texnologiyalarının ölkə iqtisadiy-

yatında payının artırılması ilə bağlı 

ölkə rəhbərliyi tərəfindən kompleks 

tədbirlər həyata keçirilir ki, bütün bu 

tədbirlər ölkəmizin dünya miqyasında 

öncül yerə çıxmasına və innovasiyala-

rın cəmiyyətin ən müxtəlif sahələrində 

tətbiqinə, ölkəmizdə biliklərə 

əsaslanan bir iqtisadiyyatın qurul-

masına, eləcə  də müasir və gələcək 

çağırışlara adekvat cavab verməyə 

imkan yaradacaq.





İKT-nin inkişafı istiqamətində görülən tədbirlər rəqəmsal  

transformasiya proseslərinin reallaşmasını şərtləndirir”

Fuad ALLAHVERDIYEV,  

“AzerTelecom” MMC-nin Baş icraçı direktoru

Qazaxda tikinti-quruculuq işləri sürətlənir

 

ˆ

Qazaxda 2018-ci ilin birinci rübünə yekun vurulmuşdur. 



Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun hesabat 

məruzəsindən məlum olmuşdur ki, Qazaxda büdcəyə yerli daxilolmalar 

hər ay artır. 2018-ci ilin birinci rübündə yerli daxilolmalar 1 824 

849 manat proqnoza qarşı 2 045 427 manat və ya 112,09 faiz yerinə 

yetirilərək büdcəyə 220 578 manat artıq vəsait mədaxil olmuşdur. Ötən 

ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 279 499 manat və ya 15,83 

faiz çox vəsait daxil olmuşdur.

Bütövlükdə 2018-ci ilin birinci rübündə 

yerli gəlirlər cəmi 2 047 710 manat proqnoza 

qarşı 2 268 288 manat, yəni 110,77 faiz yerinə 

yetirilmişdir.

Qazaxda aparılan geniş abadlıq-qurucu-

luq işləri cari ilin birinci rübündə də davam 

etdirilmişdir. Şəhərdə 85 ədəd çoxmənzilli 

yaşayış binasında təmir işlərinin aparılması 

nəzərdə tutulub. Bu binalardan 74-nün dam 

örtüyünün dəyişdirilməsinə ehtiyac var. Artıq 

bu binalardan 15-də təmir işlərinə başlanılmış 

və işlər davam edir. Bununla əlaqədar 50 nəfər 

işlə təmin olunmuşdur.

2018-ci ilin 3 ayı ərzində rayonun təhsil, 

mədəniyyət və səhiyyə müəssisələri tərəfindən 

də bir sıra işlər görülmüşdür. 

Müxtəlif olimpiadalarda, müsabiqələrdə 

rayon məktəbliləri fərqlənmiş və mükafat-

lara layiq görülmüşlər. 2018-ci ilin mart 

ayında məktəblilərin yaz tətilində “Ölkəmizi 

tanıyaq” tur-aksiyasında rayonun yuxarı sinif 

şagirdlərindən 40 nəfəri Qəbələ-Şəki-Zaqatala 

bölgəsində ekskursiyada olmuşdur. 

2018-ci ilin əvvəllərində rayonda olan 

körpələr evi-uşaq bağçalarının maddi-texniki 

bazasının yaxşılaşdırılması sahəsində bir sıra 

işlər görülmüşdür. Qazax şəhərində fəaliyyət 

göstərən bütün uşaq bağçaları yeni bərk və 

yumşaq inventarlarla, elektrik cihazları və 

digər avadanlıqla təmin olunmuşdur. 

Əhalinin çoxsaylı müraciətlərini nəzərə 

alaraq bu ilin yanvar ayında bir sıra uşaq 

bağçası-körpələr evlərində əlavə qruplar açıl-

mışdır. Bağçalara maraq və tələbatın artması 

rayon icra hakimiyyətinin köməyi ilə həmin 

müəssisələrdə hərtərəfli şəraitin yaradılması 

ilə əlaqədardır. Bu qruplara, ümumilikdə 30 

nəfər yeni işçi götürülmüş və 100 nəfər uşaq 

cəlb edilmişdir. Yaranan vakant iş yerlərinə 

qəbul zamanı isə şəhid ailələrinə, Qarabağ 

müharibəsi əlillərinə, məcburi köçkünlərə və 

digər imtiyazlı vətəndaşlara üstünlük verilir. 

Yeni götürülmüş işçilərdən 3 nəfəri şəhid 

ailəsi, 3 nəfəri məcburi köçkün, 1 nəfəri 

Qarabağ müharibəsi əlilinin, digərləri isə işə 

ehtiyacı olan aztəminatlı ailələrdən seçilmişdir. 

Tezliklə rayonun 13 bağça binasında bərpa-

gücləndirmə və əsaslı təmir işlərinin aparıl-

ması, Çaylı kəndində isə 60 yerlik yeni uşaq 

bağçasının açılması nəzərdə tutulmuş, şəhər 2 

saylı uşaq bağçasının əsaslı təmirinə başlanıl-

mışdır.

Azərbaycan Respublikası Nazirlər 



Kabinetinin 30 dekabr 2012-ci il tarixli 

sərəncamına uyğun olaraq, köhnə mərkəzi 

 rayon xəstəxanasının yerində yeni 145 çarpayı-

lıq xəstəxana kompleksinin tikintisi sürətlə da-

vam etdirilir. Artıq xəstəxananın əsas binasının 

tikintisi yekunlaşmaq üzrədir. Ölkə Preziden-

tinin 29 mart 2018-ci il tarixli sərəncamı ilə 

xəstəxananın tikintisini başa çatdırmaq üçün 

səhiyyə nazirliyinə daha 14,6 milyon manat 

vəsait ayrılmışdır. 

Hesabat dövründə rayonun səhiyyə 

müəssisələrinə ambulator gəlişlərin sayı 13 

242 nəfər olmuş, 113 cərrahiyyə əməliyyatı 

aparılmış, 2 300 nəfər laborator müayinədən 

keçirilmişdir. 

Dövlət başçısının tapşırığına əsasən, 

ölkəmizdə əhalinin tibbi müayinədən 

keçirilməsi aksiyası Qazax rayonunda da 

uğurla davam etdirilir. Aprel ayınadək 51 316 

nəfər əhali tibbi müayinədən keçirilmiş, 3 910 

nəfər ambulator müalicəyə, 245 nəfər stasionar 

müalicəyə, 107 nəfər isə Bakı şəhərində əlavə 

müayinə və müalicəyə göndərilmişdir. 

 “Regionların sosial-iqtisadi inkişafı 

Dövlət Proqramı” ilə əlaqədar Qazax rayonun-

da davamlı surətdə yeni iş yerləri açılır. Birinci 

rübdə 9 yeni müəssisə yaradılmış, onun 123-ü 

daimi olmaqla 275 yeni iş yeri açılmışdır. 

Rayonda “Regionların sosial-iqtisadi inki-

şafı Dövlət Proqramı”na uyğun olaraq, təmir-

tikinti, abadlıq, bərpa, quruculuq işləri ötən 

ildə olduğu kimi, 2018-ci ilin birinci rübündə 

də davam etdirilmişdir.

Şəhərin küçələrinə 570 metr uzunluğunda 

bardür düzülmüş, 7 887 kvadratmetr əraziyə 

asfalt-beton, çınqıl örtüyü çəkilmişdir, 

“Azəravtoyol” ASC tərəfindən Qazax-

Uzuntala avtomobil yolundan ayrılan, ümumi 

uzunluğu 7 kilometr olan, Ermənistanla 

sərhəddə yerləşən Cəfərli strateji əhəmiyyətli 

avtomobil yolunun tikintisi işləri davam etdi-

rilir. İkinci Şıxlı kəndində də yaxın vaxtlarda 

4 kilometr uzunluğunda yola asfalt-beton 

örtüyünün çəkilməsi işlərinə başlanılacaq-

dır. 2018-ci ildə Daş Salahlı və Dəmirçilər 

kəndlərinin də avtomobil yollarının yenidən 

tikintisi nəzərdə tutulmuşdur. 

Məzəm və Quşçu Ayrım kənd sakinlərinin 

rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini 

təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım av-

tomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım 

kəndini birləşdirən hissəsində alternativ olaraq 

ikinci yolun çəkilişi davam etdirilir.

“Mətanət-A” şirkəti tərəfindən Qazax 

rayonunun Daş Salahlı kəndində və  “Carçıoğlu 

GROUP” MMC tərəfindən rayonun Xanlıqlar 

kəndində hər birinin illik gücü 50 min ton olan 

əhəng zavodunun tikintisi başa çatdırılmış, 

yaxın vaxtlarda istifadəyə veriləcəkdir. “Car-

çıoğlu GROUP” MMC tərəfindən rayonun 

Xanlıqlar kəndində illik gücü 9 600 ton olan 

elektrod zavodunun tikintisi sürətlə davam 

edir. “İnvestel GROUP” MMC tərəfindən 

İkinci Şıxlı kəndində “Aqropark” yaradılmış, 

41 ədəd texnika alınmış, tutumu 2 500 ton 

quru anbar və texnikaların təmiri və saxlanma-

sı üçün qaraj tikilmiş, tutumu 2 600 ton olan 

soyuducu anbarın, sahəsi 300 kvadratmetr olan 

ikimərtəbəli ofis binasının tikintisi davam edir. 

Xram çayı üzərində 3 pilləli nasos stansiyası-

nın tikintisi başa çatmış, mühərriklər quraş-

dırılmışdır. Sahələrdə tutumu 4 500 kubmetr 

olan iki ədəd su hovuzu inşa edilmişdir. 850 

hektar sahədə damcı üsulu və çiləmə sistemi-

nin quraşdırılması üçün 18 kilometr sahədaxili 

xətlər çəkilmiş, boru və qurğular alınmışdır. 

Həmçinin, “Aqrolizinq” ASC-dən Türkiyə 

Respublikasının Karataş firmasına məxsus özü 

yığılan və daşınan, hər birinin uzunluğu 500 

metr, ümumi dəyəri 89 100 manat olan 10 ədəd 

suvarma şlanqları alınmışdır. Ümumi suvarma 

işlərinin həyata keçirilməsi məqsədilə, quru və 

soyuducu anbarın işləməsi üçün 12,8 kilometr 

uzunluğunda elektrik hava xətti çəkilmiş, yeni 

transformatorlar quraşdırılmışdır. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir-

liyi tərəfindən Qarabağ müharibəsi əlilləri və 

şəhid ailələri üçün tikilmiş 14 fərdi yaşayış 

evindən 8-i istifadəyə verilmiş, 6 yaşayış evi-

nin tikintisi başa çatmış, daha 7 yaşayış evinin 

tikintisi davam edir.

Hesabat yığıncağında həmçinin 

vətəndaşların qəbulu, ərizə və şikayətlərə 

baxılmasının vəziyyəti və bu sahədə qarşıda 

duran vəzifələr barədə də söhbət açılmışdır.

Yığıncaq iştirakçıları belə qənaətə gəlmişlər 

ki, Qazaxda həyata keçirilən işlər əhali tərəfindən 

razılıqla qarşılanır və bundan sonra da bütün 

qüvvələr səfərbərliyə alınmalıdır.

Hamlet QASIMOV,  

“Xalq qəzeti”nin bölgə müxbiri

 

ˆ

Hər bir işin uğuru bünövrənin 



möhkəmliyindən asılıdır. Astarada bu həqiqəti kiməsə 

xatırlatmağa ehtiyac hiss olunmur. Çünki hər kəs 

çalışdığı sahədə işini elə qurur ki, nəticəsi fərəhli olsun, 

uğur yolu kölgələnməsin.

Birinci rübün yekunlarına 

həsr olunmuş hesabat yığın-

cağında qeyd olunub ki, illik 

nailiyyətlərin təməlində məhz 

indi atılan inamlı addımların 

böyük önəmi olacaq. 

Rayon rəsmilərinin, hüquq-

mühafizə orqanlarının, idarə və 

təşkilat rəhbərlərinin, inzibati 

dairələr üzrə nümayəndələrin 

və bələdiyyə sədrlərinin iştirak 

etdiyi yığıncağı giriş sözü ilə icra 

hakimiyyətinin başçısı Qəzənfər 

Ağayev açıb. O bildirib ki, 

aprelin 11-də ölkəmiz müstəqil 

dövlətçilik tarixinin yeni bir 

mərhələsinə qədəm qoymuş, 

prezident seçkilərində əsl müd-

riklik nümayiş etdirərək yenidən 

cənab İlham Əliyevə etimad 

göstərmişdir. Dövlətimizin başçı-

sını astaralılar adından təbrik edir, 

Azərbaycan naminə fəaliyyətində 

yeni-yeni uğurlar arzulayırıq. 

Sonra natiq vurğulayıb ki, 

möhtərəm Prezidentimiz cənab  

İlham Əliyevin sədrliyi ilə Nazirlər 

Kabinetinin 2018-ci ilin birinci 

rübünün sosial-iqtisadi inkişafı-

nın yekunlarına və qarşıda duran 

vəzifələrə həsr olunmuş iclasında 

Azərbaycanın bütün sahələrdə 

sürətli inkişafı, beynəlxalq 

mövqelərimizin möhkəmlənməsi, 

ölkə daxilində proseslərin müsbət 

istiqamətdə getməsi, iqtisadi 

inkişafın təmin edilməsi, sosial 

məsələlərin öz həllini tapması onu 

göstərir ki, bu il də ölkəmiz üçün 

uğurlu illərdən biri olacaq.

 Birinci rübdə Astara 

rayonunda da xeyli iş görül-

müşdür. Tikinti-quruculuq 

sahəsində həyata keçirilən ən 

böyük layihələrdən biri olan 

park-bulvar kompleksinin 

genişləndirilməsi istiqamətində 

işlər hazırlanmış layihəyə əsasən 

uğurla davam etdirilir. Cənab 

Prezidentin tapşırığına uyğun 

olaraq, kənd təsərrüfatının inkişaf 

etdirilməsi, yararlı torpaqların 

əkin dövriyyəsinə qaytarılması, 

əhalinin məşğulluğunun təmin 

olunması üçün fiziki şəxslərə, 

fermer və sahibkarlara lazımi 

köməkliklər göstərilmişdir. 

Sevindirici haldır ki, 

Azərbaycan Respublikasında çay, 

çəltik və sitrus meyvəçiliyinin in-

kişafına dair Dövlət Proqramının 

icrası ilə əlaqədar cənab İlham 

Əliyev bu ilin fevral ayında 

mühüm sərəncamlar imzalamış-

dır. Bu sahələrə dövlət dəstəyinin 

daha da gücləndirilməsi, potensi-

al imkanlardan səmərəli istifadə 

edilməsi, çay, çəltik və sitrus 

meyvələri istehsalına marağın 

gücləndirilməsi əhalidə böyük 

nikbinlik yaratmışdır. 

İlin ilk rübündə rayonda ümu-

mi məhsul istehsalı və xidmətlərin 

həcmi ötən ilin müvafiq dövrünə 

nisbətən 14,5 faiz artaraq 36,5 

milyon manata çatmışdır. Bunun 

11 faizi sənayeyə, 24,3 faizi kənd 

təsərrüfatına, 20,3 faizi tikintiyə, 

41,3 faizi ticarət və nəqliyyat 

vasitələrinin təmiri üzrə xidmətlər 

sahəsinə aid olmuşdur.

Rayonda inşaat işlərinin 

aparılması üçün bütün maliyyə 

mənbələrindən əsas kapitala 

7601,6 min manat məbləğində 

vəsait yönəldilmişdir. 

Əvvəlki ilin müvafiq dövrü 

ilə müqayisədə bu göstərici 

2,1 dəfə artmışdır. Astara 

şəhərindəki gözəl dənizkənarı 

park-bulvar kompleksi sürətlə 

genişlənməkdədir. Mənzil 

fonduna daxil olan ictimai-ya-

şayış binalarında təmir-tikinti 

işləri də davam etdirilir. Ra-

yon ərazisindəki magistral və 

yerli əhəmiyyətli yolların təmiri, 

abadlaşdırılması işi rüb ərzində 

davam etmişdir. Hazırda 11 ki-

lometr uzunluğu olan Ojakəran-

Tüləküvan-Təngərüd avtomobil 

yolunun tikintisinə başlanmışdır. 

Bu yolun asfaltlaşdırılması ilə 

bir neçə iri yaşayış məntəqəsinin 

çoxsaylı sakinlərinin rahatlığı 

təmin olunacaq. Astara şəhəri 

və ətraf qəsəbələrin su təchizatı 

və kanalizasiya sistemlərinin 

yenidən qurulması regionların 

2014-2018-ci illərdə sosial-iqti-

sadi inkişafı Dövlət proqramına 

salınaraq, layihənin icrasına 

başlanmış və bu sahədə müəyyən 

işlər görülmüşdür.

 Astaranın qaz təchizatını 

daha da yaxşılaşdırmaq məqsədi 

ilə rüb ərzində işlər davam etdi-

rilmiş, 323 ədəd yeni qaz sayğacı 

quraşdırılmışdır ki, bununla da 

rayonda sayğacların ümumi 

sayı 17007-yə çatdırılmışdır. 

Ölkə Prezidentinin yaşayış 

məntəqələrinin qazlaşdırılma-

sı və əhalinin təbii qaza olan 

tələbatının ödənilməsi məqsədilə 

bu ilin mart ayında imzaladığı 

sərəncamda Astara rayonunun 

Rinə kəndinin qazlaşdırılması 

nəzərdə tutulur. Bununla əlaqədar 

mütəxəssislər ilkin hazırlıq işləri 

görmüşlər. 

Rayonda istehlakçıların 

fasiləsiz və dayanıqlı elektrik 

enerjisi ilə təmin olunması daim 

gündəmdədir. Telekommunika-

siya Qovşağı tərəfindən geniş-

zolaqlı internet xidmətlərinin 

genişləndirilməsi layihəsi 

əsasında Ərçivan və Pensər 

EATS-də 128 port tutumu olan 

DSLAM avadanlığı quraşdırıla-

raq istifadəyə verilmişdir. Bala 

Şahağac kəndində 96 şagird yer-

lik modul tipli məktəb quraşdırıl-

mışdır və Siyətük kənd 56 şagird 

yerlik belə bir ibtidai məktəbin 

tikintisi yekunlaşmaq üzrədir. 

Azərbaycan Prezidentinin 21 

mart 2018-ci il tarixli sərəncamı 

ilə Şəmətük kəndində 20 şagird 

yerlik və Doli kəndində 40 şagird 

yerlik modul tipli binaların 

tikintisi üçün vəsait ayrılmışdır. 

Əhalinin sağlamlığına qayğı da 

diqqətdədir. Yaz aksiyasında 

indiyədək 40 min nəfərə qədər 

vətəndaş tibbi müayinədən keçi-

rilmişdir. 

 Ötən payız-qış mövsümündə 

1554 hektar sahədə şum aparıl-

mışdır. Həmin sahələrin 240 hek-

tarında çəltik əkini üçün hazırlıq 

işləri davam etdirilir. Bu ilin 

məhsulu üçün xeyli buğda, arpa, 

paxlalı bitkilər, qarğıdalı, kartof, 

faraş tərəvəz, bostan bitkiləri, 

yonca əkilmişdir. İlk rübdə 

iribuynuzlu mal-qaranın sayı 40 

min 549 baş, xırda buynuzluların 

sayı 23 min 989 baş olmuşdur. 

949 ton diri çəkidə ət, 6 min 777 

ton süd, 2255 min ədəd yumurta 

istehsal olunmuşdur. Arıçılıq 

gəlirli sahə olduğu üçün arı 

ailələrinin sayı 12 minə çatdırıl-

mışdır. Azərbaycan Prezidentinin 

bu sahənin stimullaşdırılması 

haqqında imzaladığı sərəncam 

arıçılıqla məşğul olanlara əsl 

müjdədir. Cənab İlham Əliyevin 

ötən ay imzaladığı başqa bir 

sərəncamda rayonun Təngərüd 

kəndində də subartezian quyusu-

nun qazılması nəzərdə tutulmuş-

dur. Rüb ərzində 6 hektar sahədə 

aqromeyvə bağları salınmışdır... 

Məruzə ətrafında rayon 

Su-kanal idarəsinin müdiri 

Anar Baxşıyev, 49 nömrəli 

“Yol İstismarı” MMC-nin rəisi 

Qurban Əliyev və başqaları çıxış 

etmişlər. 

Yekunda Qəzənfər Ağa-

yev qarşıda duran vəzifələrdən 

danışıb və görüləcək işlərin heç 

də az olmadığını diqqətə çatdırıb. 

Rayon rəhbəri müvafiq tövsiyə və 



tapşırıqlarını verib. 

Əli NƏCƏFXANLI, 

“Xalq qəzeti”nin  

bölgə müxbiri

Astara: Uğurlara etibarlı bünövrə qoyulur

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə