Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə32/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   25   26   27   28   29   30   31   32   33

99 
 

 
Ofis hansı işçilərdən təşkil olunacaq? 

 
Həm  təşkilati,  həm  də  fiziki  baxımdan  ofis  harada 
yerləşəcək? 
Layihə  ofisinin  funksiyaları.  Layihə  ofisləri  ən  müxtəlif 
fəaliyyət növlərini həyata keçirə bilərlər. Müasir səviyyədə onlar bir 
və  ya  iki  funksiyanı,  məsələn,  layihələrin  idarə  edilməsi  üzrə 
standartların  hazırlanması  və  kompüterdə  qrafiklərin  qurulmasını 
təmin etmək kimi funksiyanı yerinə yetirə bilər. Daha böyük planlar 
üzrə  onlar  məsləhət,  treninq,  standartlara  əməl  edilməsi  və  s. 
məsələlər  üzrə  tam  xidmət  sahələrinə  malik  olmalıdırlar.  Layihə 
ofisinin yaradılarkən həll edilməli olan ilkin məsələlərdən biri onun 
nə etməli olduğunu müəyyənləşdirməkdir. 
Layihə  ofisinin  yeri.  Layihə  ofisi  istənilən  müvafiq  yerdə 
fəaliyyət göstərə bilər. Bir çox maliyyə qurumlarında, məsələn, bank 
və daşınmaz əmlakla məşğul olan şirkətlərdə layihə ofisləri məlumat 
sistemləri şöbələrinin nəzdində təsis edilir. Bunun böyük əhəmiyyəti 
vardır, çünki maliyyə təşkilatları tərəfindən icra edilən layihələr işçi 
heyyəti  və  təşkilatların  elektron  əlaqəyə  girməsini  tələb  edir  və 
həmin  işin  kökündə  adətən,  informasiya  xidməti  şöbəsinin  özü 
dayanır.  Mühəndisliyə  əsaslanan  təşkilatlarda  layihə  ofisi  təşkilatın 
sənaye-mühəndislik fəaliyyətləri ilə əlaqələndirilə bilər. Digər başqa 
vəziyyətlərdə layihə ofisi müqavilələrin bağlanması, satış və maliyyə 
şöbələrində müstəqil funksional vahid kimi nəzərdən keçirilə bilər. 
 
33. Kommunikasiya 
 
Layihənin idarə edilməsi onun həyata keçirilməsində iştirak edən 
insanların arasında intensiv ünsiyyət (kommunikasiya) vasitəsilə baş 
verir.  Bu  insanların  daim  ünsiyyətdə  olması  qarşıya  çıxan, 
məsələlərin  uğurla  həll  edilməsini  təmin  edir.  Ünsiyyətin  tələb 
olunan səviyyədə olması üçün aşağıdakı metodlardan istifadə olunur: 

 
Diskusiya metodları; 

 
Təqdimat metodları; 

 
Qiymətləndirmə metodları. 
Diskusiya  metodları.  Diskusiya  insanlararası  ünsiyyətin  ən 
geniş yayılan forması olmasına baxmayaraq onu həyata keçirmək heç 
də  asan  olmur,  çünki  praktikada  partnyorlar  çox  vaxt  razılığa  gələ 


100 
 
bilmirlər,  yaxud  da  istəmirlər.  Ona  görə  də  ünsiyyətdə  uğur 
qazanmaq  üçün  onun  formasından  (kollektiv  müşavirə,  təkbətək 
danışıqlar  və  ya  konfrans)  asılı  olmayaraq  bütün  partnyorlar 
tərəfindən qəbul edilən qaydalar tətbiq olunmalıdır. 
Bu qaydalar aşağıdakılardır: 
Aparıcı  (moderator):  Hər  diskusiya  bir  aparıcı  tərəfindən 
aparılmalıdır. 
Nitqin  davamiyyəti:  İştirakçıların  heç  biri  aramsız  olaraq 
müəyyən  edilmiş  vaxtdan  (məsələn,  30  saniyəlik)  çox 
danışmamalıdır. 
Fasilələr:  Planlaşdırma  haqqında  danışıqlarda  hər  2  saatdan  bir 
istirahət üçün fasilə olmalıdır. 
Vizuallaşdırma:  Aralıq  nəticələr  plakatlarda,  lövhələrdə  və 
ya plyonkada əks olunmalıdır. 
Yerləşdirmə  qaydaları:  Bütün  iştirakçılar  qarşılıqlı  surətdə 
bir-birini görməlidir. 
Protokol:  Əvvəldən  müəyyən  edilmiş  protokol  aparıcısı 
müzakirələrin nəticələrini yazılı qeyd etməlidir. 
Diskusiya  dairəsi  nə  qədər  böyük  olarsa  məqsədyönümlü  diskusiya 
bir o qədər mürəkkəb və davamiyyətli olur. 
Müəyyən  olunmuşdur  ki,  diskusiya  dairəsi  geniş  olanda  ən 
səmərəli  vəziyyət  iclas  boyunca  tərkibin  plenumla  kiçik  qruplar 
arasında  sistematik  dəyişməsində  alınır.  Diskusiyanın  giriş  və  son 
hissələri  plenumda,  diskusiyanın  planlaşdırılmış  hissələri  isə  əksinə 
kiçik  qruplarda  emal  olunur.  Ümumi  kompleks  ayrı-ayrı  mövzulara 
bölünür  və  onlar  müvafiq  kiçik  qruplarda  emal  olunur.  Plenumda 
ayrı-ayrı nəticələr yenidən bir yerdə cəmlənir. 
Aparıcı  (moderator)  xüsusi  vəzifəni  yerinə  yetirir,  o, 
diskusiyanın sərbəst, məqsədyönlü keçməsini və hər bir iştirakçının 
iştirakını təmin etməlidir. 
Aparıcının vəzifələri aşağıdakılardır: 

 
diskusiyanı məqsədə doğru yönəltmək; 

 
məqsəddən yayınmağa yol verməmək

 
konfliktləri aşkar etmək; 

 
məntiqi blokadanı yarmaq; 

 
yeni fikirlər ortaya çıxarkən onları diqqət mərkəzinə çəkmək; 

 
uzun danışanın nitqini kəsmək


101 
 

 
“öldürücü faza”nı blokadaya salmaq; 

 
yaxşı, lakin rədd edilən fikirləri qeyd etmək

 
gərginləşmiş sahələri (cəbhələri) sakitləşdirmək; 

 
diskusiyalardan alınan töhfələri vizuallaşdırmaq; 

 
aralıq nəticələri ümumiləşdirmək. 
Nəticəsi  görünməyən  (dalana  düşən)  diskusiyaları  səlis  (şəffaf) 
“yazılı  suallar”ın  vasitəsilə  zəiflətmək  olar.  Bu  yolla  diskusiyanın 
istənilən  iştirakçısı,  istənilən  an  diskusiyaya  dəvət  oluna  bilər  və 
ondan  müəyyən  suala  yazılı  cavab  vermək  tələb  oluna  bilər.  Ayrı-
ayrı  vərəqlərdə  yazılmış  bu  cavablar  divarda  yerləşdirilir  və  sonra 
plenumda  müzakirə  edilir.  Bu  üsulla  iştirakçıların  rəylərinin 
harmonizasiyası  təmin  olunur  və  sonrakı  diskusiya  üçün  stimul 
yaradılır. 
Şəffaf  (səlif) sualların tipik nümunələri aşağıdakılardır: 
“Siz bugünkü vəziyyətdən nə gözləyirsiniz?” Gözləmə sorğusu. 
“Müzakirə edilən mövzu üzrə hansı problemləriniz vardır?” Problem 
sorğusu. 
“Bu  problemin  həlli  üçün  hansı  fəaliyyət  zəruridir?”  Fəaliyyət 
sorğusu. 
“Bu  an  diskusiya  prosesində  sizə  nə  mane  olur?”  Əhval-ruhiyyə 
sorğusu. 
“Siz təklif olunan alternativləri necə qiymətləndirirsiniz?” Qiymətin 
sorğusu. 
“Bu  gün  hansı  anlarda  sizin  ümidinizi  doğrultdu,  hansılarda  yox?” 
İcranın sorğusu. 
Müzakirə dairəsində vacib aspekt həm də ondan ibarətdir ki, 
bütün söylənilən fikirlər və emal edilmiş nəticələr qeyd olunmalı və 
vizuallaşdırılmalıdır. Vacib  fikirlərin  yaddan  çıxması və  mübahisəli 
məsələlərin  aydın  aşkar  edilməməsi  təhlükəsi  həmişə  mövcuddur. 
Ona  görə  də  iştirakçı,  çox  vaxt  isə  aparıcı  diskusiya  aparmaqla 
yanaşı  paralel  olaraq  nəzərə  çarpan  və  vacib  fikirlərin  plakatlarda, 
lövhələrdə  və  ya  plyonkalarda  qeyd  olunmasını  da  öz  üzərinə 
götürür.  Belə  vizuallaşdırma  diskusiya  iştirakçılarına  aralıq 
nəticələrini  gözləri  qarşısında  görməyə  və  məqsədyönlü  şəkildə 
diskusiyanı davam etdirməyə imkan yaradır. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə