Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə26/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

81 
 

 
Yoxlama  işlərinin  aparılması  üçün  lazımi  işçi  heyyətinin 
mövcudluğu. 

 
Layihə çərçivəsində keyfiyyət üzrə keçirilən iclaslarda iştirak 
etmək. 
 
 
28. Layihələrin idarə edilməsi metodologiyası 
 
İdarəetmə  nəzəriyyəsi  həmişə  təcrübələrin  nəticələrinə 
əsaslanan  prinsiplərin  formalaşması  bazasında  inkişaf  etdirilmişdir. 
Son  zamanlar  isə  idarəetmə  nəzəriyyəsi  digər  elmlərdən  alınmış 
metodologiyalar əsasında qurulur və inkişaf etdirilir. 
Bütün digər proseslər kimi layihələrin idarə edilməsi prosesi 
də  bir  çov  xüsusi  mərhələlərdən  ibarətdir:  istehsalat,  təşkiletmə, 
idarəetmə, rəhbərlik, fəaliyyət, inkişaf, tamamlama. Bu mərhələlərin 
hər  birindən  ehtiyatlar  mənimsənilir,  işlər  bir-birini  əvəz  edir  və 
layihə  idarə  olunur.  Bu  mərhələlərin  hər  birini  tamamladıqca 
müəyyən təcrübə toplanılır, yəni biliklər bazası formalaşır. 
Layihələrin  uğurla  başa  çatdırılmasında  biliklər  bazasının 
böyük  əhəmiyyəti  vardır.  Layihələrin  idarə  edilməsi  metod  və 
vasitələrinin tətbiq edilməsi təkcə nəticənin əldə olunmasına xidmət 
etmir,  eyni  zamanda  dəyərə,  vaxta  və  ehtiyatlara  qənaət  edilir,  risk 
ehtimalını  azaldır  və  etibarlılıq  səviyyəsini  artırır.  Beləliklə, 
layihələrin idarə edilməsi layihəyə olan tələbləri yerinə yetirmək və 
iştirakçıların gözlədiyi nəticələri əldə etmək üçün layihənin icrasında 
bilik,  təcrübə,  metod  və  vasitələrin  tətbiq  edilməsi  deməkdir. 
Kompleks  işlərin  vaxtında  və  keyfiyyətlə  yerinə  yetirilməsi  üçün 
şəraitin  yaradılması  layihələrin  səmərəli  idarə  edilməsində  əsas 
şərtlərdən  biridir.  Layihələrin  müasir  idarə  edilməsində  qabaqcıl  və 
inkiçaf etmiş institutların metodologiyalarından istifadə edilir. 
Layihələr aşağıdakı standart mərhələlərdən təşkil olunmuşdur: 
Təhlil:  Bu  mərhələdə  mütəxəssislər  avtomatlaşdırılmış 
obyekti dərindən öyrənirlər və sifarişçinin biznesinin xüsusiyyətlərini 
təhlil  edirlər.  Təhlil  mərhələsinin  nəticəsində  texniki  tapşırıq 
hazırlanır 
və 
razılaşdırılır. 
Sifarişçinin 
razılığına 
əsasən 
“Avtomatlaşdırılmış obyekt haqqında hesabat” və “Biznes prosesinin 
dəyişdirilməsi  üçün  təkliflər”  ilə  bağlı  sənədlər  də  hazırlana  bilər. 
Texniki  tapşırıq  müvafiq  standartlar  əsasında  hazırlanır  və 
sifarişçinin sistemə olan tələbləri bu sənəddə öz əksini tapır. 


82 
 
Layihələndirmə:  Bu  mərhələdə  sistemin  layihəsi  işlənilir. 
Layihəyə  sistemin  modulları,  verilənlər  bazasının  strukturları, 
istifadəçilər  üçün  təlimatlar  və  interfeyslər  daxildirlər.  Layihə  işlər 
planının tərtib edilməsində əsas sənəd hesab edilir. 
İşləmə: Bu mərhələdə plana ciddi riayət etməklə işlər yerinə 
yetirilir.  Layihənin  tərkibində  və  sifarişçinin  tələbindən  asılı  olaraq 
layihə bir neçə mərhələlərə bölünə bilər. Bu metod sifarişçiyə hər bir 
mərhələnin  nəticəsini  yoxlamağa  şərait  yaradır  və  ümumiyyətlə, 
monitorinq  prosesini  yüngülləşdirir.  Layihənin  mərhələlərə 
parçalanması onun hissə-hissə tətbiq edilməsinə xidmət edir. 
Tətbiqetmə:  Tətbiqetmə  prosesində  sistemin  ötürülməsi, 
istifadəçilərin  hazırlanması  və  sistemin  sınaq  rejimində  işləməsi 
nəzərdə  tutulur.  Adətən,  tətbiqetmə  prosesi  üçün  xüsusi  plan  tərtib 
edilir və bu plan sifarişçi ilə razılaşdırılır. Bu cür yanaşma layihənin 
tətbiqində risk ehtimalını azaldır. 
Dəstəkləmə  və  inkişaf:  Layihə  başa  çatdıqdan  sonra  onun 
dəstəklənməsi  layihənin  həcmindən  və  sifarişçinin  razılığından 
asılıdır.  Layihənin  dəstəklənməsində  “təcili  yardım”  üsulundan 
başlayaraq  “daimi  işçi”  üsuluna  kimi  müxtəlif  digər  üsullar  tətbiq 
etmək olar. Layihənin gələcəkdə inkişaf etməsi üçün sifarişçi bütün 
sənədlər, təlimatlar və xidməti materiallar ilə təmin edilməlidir. 
Bu  fəsil  iki  əsas  paraqrafdan  ibarətdir.  Burada  layihələrin 
idarə  edilməsində  biliklər  modeli,  şlüz  texnologiyası  və  biliyin 
transfer  edilməsi  mexanizmi  açıqlanmışdır.  İkinci  paraqrafda 
layihələrin  idarə  edilməsinin  metodologiyasının  konseptual  modeli 
açıqlanmış və izahı verilmişdir. 
 
 
29. Layihələrin idarə edilməsi metodologiyasının konseptual 
modeli 
 
Layihələrin  idarə  edilməsi  prosesi  bir  vəziyyətdən  digər 
vəziyyətə  keçən,  addım-addım  inkişaf  edən,  eyni  zamanda  yaranan 
və  məhv  olan  bir  prosesdir.  İdarəetmənin  əsas  konsepsiyası 
“vəziyyətdən-vəziyyətədək”  hərəkət  etməkdir.  Belə  bir  hərəkətin 
zərurəti aşağıdakı faktorlar ilə səciyyələnir: 


83 
 

 
layihələrin  idarə  edilməsində  strateji  qərarların  qeyri-
müəyyənliyi  və  alternativ  variantın  seçilməsində  mürəkkəb 
vəziyyət; 

 
layihənin  inisializasiya  dövründə  hər  bir  işin  nadir 
vəziyyətdə olması; 

 
layihənin realizə edilməsi dövründə plandakı nəticələrin əldə 
edilməsində qeyri-müəyyənlik səviyyəsi; 
Konseptual  model  layihələrin  idarə  edilməsi  metodologiyasına 
əsaslanmışdır. Layihələrin idarə edilməsi metodologiyası 
 dedikdə 
konkret  problem  sahəsində 
  layihənin  ümumiləşdirilmiş  modeli 
nəzərdə tuturuq. 
Qeyd  etmək  lazımdır  ki,  layihələrin  idarə  edilməsi 
metodologiyası  ümumi  baza  (base)metodologiyası 
  əsasında 
təsvir  edilir  və  verilmiş  predmet  sahəsində  qaydaları,  terminləri 
sistemini, ramka (piugin) metodologiyasını 
 , nümunəvi (sample) 
metodologiyanı 
  və  verilmiş  predment  sahəsinə  aid  olan  işlərin 
arxivini 
 
formalaşdırır. 
Layihələrin 
idarə 
edilməsi 
metodologiyasının 
 
formalaşdırılması 
prosesində 
bu 
metodologiyalardan  maksimum  istifadə  etməklə  terminlər  sistemi 
,  qaydalar 
  və  əldə  olunmuş  təcrübələr  əsasında  işçi 
modelini  formalaşırmağa nail oluruq.  
Beləliklə, metodologiya modeli aşağıdakı formada təsvir edilir: 
 
Burada 
-layihənin  menecerlər  komandasının  kompetensiyasına 
uyğun 
olan 
metodologiya 
modelinin 
formalaşdırılması 
texnologiyasını əks etdirən funksiyadır. 
      Metodologiyanın 
 formalaşması prosesində struktur aşağıdakı 
hissələrə parşalanır: 
 -layihənin işlər strukturu 
 
 -layihənin məhsullar strukturu 
 -layihədə olunan ehtiyatlar strukturu 
 -layihənin xərclər strukturu 
 -layihənin təşkilatı strukturu 
Beləliklə,  metodologiyanın  struktur  tərkibi  beş  altstruktur  əsasında 
təsvir edilmiş olur: 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə