Anpassung des lehrbetriebs an den



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə29/33
tarix11.07.2018
ölçüsü0,79 Mb.
#54838
1   ...   25   26   27   28   29   30   31   32   33

90 
 
zamanda layihənin başlanması üçün ilk görüşləri necə planlaşdırmağı 
izah  edə  bilərlər.  Komanda  üzvlərinin  iki  və  daha  çox  görüşlərin 
keçirilməsi  sahəsində  təcrübə  qazanmasından  sonra  onların  daha 
layihə məsləhətçilərinin təlimatlarına ehtiyacı olmayacaqdır. 
Layihə ehtiyaclarının təmin edilməsi. Layihələr icra edilərkən 
bir  çox  gözlənilməyən  hadisələr  meydana  çıxa  bilər.  Məsələn,  çox 
böyük əhəmiyyət aşıyan satıcılardan biri iflasa uğraya bilər, kontakt 
ilə əlaqəli münaqişələr baş alıb gedə bilər, yaxud sifarişçi layihənin 
daha  tez  bir  zamanda  başa  çatdırılması  məqsədilə  yeni  pul  vəsaiti 
ayıra bilər. Bu zaman gözlənilən problemlər də meydana çıxa bilər. 
Yeni layihə işçi heyəti layihə üzrə cəhdləri, layihə komandasından az 
şedən  çox  şey  yaratmağı  tələb  edən,  büdcənin  səviyyəsinin  aşağı 
düşməsini və təşkilatın strukturuna daxil edilən yeni layihə idarəçilik 
proseduralarını necə planlaşdırmaq sahəsində köməyə ehtiyac duyur. 
Layihə məsləhətçilərinin və mentorların ən zəruri funksiyası sadəcə 
orda  olmaqdır-  işçi  heyətinin  ehtiyac  duyduqları  layihə  idarəçiliyi 
dəstəyi ilə təmin etməkdir. 
Layihə  məsləhətçiləri  layihə  üzrə  ehtiyacların  vaxtında 
ödənilməsinə  borcludurlarsa,  onlar  ən  müxtəlif  layihə  tipləri  üzrə 
bilgi və təsrübəyə malik olmalıdırlar. Onlar hər hansı bir problemin 
həll edilməsi sahəsində şəxsi biliyə malik deyillərsə, bu halda həmin 
məsələləri  həll  etmək  məqsədilə  onların  və  komandanın  ixtiyarında 
olan məlumat mənbələrinə müraciət etməlidirlər. 
Riskin    müəyyənləşdirilməsi.  Layihələrin  yerinə  yetirilmə 
prosesi  başlandıqca  verilən  vədlər  və  müqavilələr  tam  gücü  ilə 
işləmədikləri  üçün  uğursuzluqla  nəticələnir.  İcraçı  sifarişçiyə  altı 
aylıq  işi  dörd  ayda  çatdırmağı  vəd  edir.    Əgər  bu  doğurdanda  altı 
aylıq bir işdirsə, demək layihənin öz daxilinə uğursuluq virusu daxil 
edilmişdir.  Layihə  komandası  vəd  edilən  vaxt  çərçivəsində  məhsul, 
yaxud  xidmətin  təhvil  verilməsinə  nail  ola  bilməyəcəkdir.  Qrafikə 
əməl olunmadığı üçün layihə də həddini aşan xərclərlə üz-üzə gəlir. 
Bundan başqa, sifarişçi layihə komandasına olan etibarını itirir, çünki 
onlar verdikləri vədə əməl edə bilməmişlər.  
Təşkilatlar  kontraktlar  imzalamamışdan  qabaq  sifarişçilərə 
verdikləri  vədləri  müəyyənləşdirmək  məqsədilə  risk  məsələlərini 
təhlil  edirlər.  Layihə  idarəçiliyi  üzrə  məsləhətçilər  real  olub-
olmadığını  müəyyənləşdirmək  məqsədilə  vəd  edilmiş  tədarük 
tarixlərini  və  büdcə  qiymətləndirilməsini  nəzərdən  keçirirlər. 


91 
 
Məsləhətçilərin  öz  tapşırıqlarını  yerinə  yetirdikləri  zaman  hesabata 
müvafiq  qeydlər aparılır.  
Layihənin  bərpası.    İnformasiya  texnologiyası  sahəsində 
aparılmış  tədqiqatlardan  görünür  ki,  layihə  komandalarının  yalnız 
çox  cuzi  hissəsi  işi  vaxtında,  budcə  çərçivəsində,  həm  də  mövcud 
göstəricilərə  uyğun  olaraq yerinə  yetirilir.  Bir  çoxları  aekvat  olaraq 
ən  azı  üç  nöqsanın  müşayəti  ilə  işin  yerinə  yetirilməsində 
uğursuzluğa  uğrayır.  Buna  görə  də,  layihələrin  çoxu  bərpa 
səciyyəsinə malik olur ki, bu da həmin layihənin təkrar şəkildə necə 
deyərlər, yoluna salınması üçün xüsusi cəhdlərin göstərilməsini tələb 
edir. 
Layihənin  işə  salınması  yüksək  iş  təcrübəsi  və  müdriklik  tələb 
edir.  Məsələn,  layihələr  müvafiq  qrafiklərdən  kənara  çıxdıqda 
həmişə  müəyyən  mənbələrin  tapılması  problemi  ortaya  çıxır.  Hər 
hansı  bir  problemi  həll  etməkdən  belə  bir  həll  üsulu    daha  asandır. 
Təcrübəli  layihə  idarəçəliyi  üzrə  məsləhətçilər  layihənin  bərpası 
metodu  üzrə  zəngin  təcrübəyə  malik  olmalıdır.  Onlar  hansı  işlərin 
lazım  olduğunu,  hansılarınsa  lazım  olmadığını  bilirlər.  Onlar 
layihənin  yerinə  yetirilmə  səviyyəsini  yüksəltmək  məqsədilə 
öhdələrinə düşən vəzifəni daha da nümunəvi şəkildə yerinə yetirmək 
üçün qrafiklər qururlar (məsələn, RERT/CRM) 
İdarəçiliyin  monitorinqi.    Təşkilatlarda  layihə  idarəçəliyi 
metodunun  həyata  keçirilməsi  vaxtaşırı  olaraq  mahiyyət 
dəyişiklikləri  ilə  bağlıdır.  Layihə  idarəçiliyi  metodunu  işə  salmaq 
məqsədilə baş idarədən tam dəstək alınmalıdır. Bir çox təşkilatlarda 
problemlərin yaranması idarəçilik haqqında ya düzgün məlumatların 
olmamasındadır,  yaxud  bundan  xəbərsizdirlər.  Layihə  ofisini  təmsil     
edən  layihə  idarəçiliyi  üzrə  məsləhətçilər  və  mentorlar  menecerlərə 
layihə  idarəçiliyi  və  həmin  idarəşilik  üsulu  ilə  bağlı  irəli  sürülən 
tələbələri  tədris  etməlidirlər.  Məsələn,  layihələr  üzərində  səmərəli 
nəzarət  təşkilatların  mövcud  fəaliyyətə  əsaslanan  mühasibat  sistemi 
qəbul etməsini  tələb  edir. Layihə  idarəçiliyi  mentorları  menecerlərə 
fəaliyyətə  əsaslanan  mühasibat  sistemini  öyrədə  bilərlər.  Bu  əsasda 
tədris  aparılmadan  onlar  ümumi  mühasibat  qaydalarına  tam  şəkildə 
uyğunlaşa bilməzlər. 
Məsləhətçilərin  və  mentorların  xüsusiyyətləri.  Layihə  ofisini 
layihə  idarəçiliyi  üzrə  məsləhətçilər  və  mentorlarla  təmin  etmək 
məqsədilə iki əsas vəzifə nəzərdə tutulmalıdır: 


92 
 

 
Standart  məsləhətçilər-  layihənin  idarə  edilməsi  üzrə  ən  azı 
beş  illik  təcrübəyə  malik  olmalı  və  qrafiklərin  qurulması, 
budcənin  tərtib  edilməsi  və  ehtiyatların  paylanması 
bacarığına malik olmalıdırlar; 

 
Baş məsləhətçilər – standart məsləhətçilər üçün şamil edilən 
tələblərdən  başqa,  mühim  əhəmoyyət  kəsb  edən,  layihələrin 
icrası üzrə 10-15 illik təcrübəyə malik olmalıdır. 
Layihə  idarəçiliyi  üzrə  məsləətçilərin  və  mentorların  səmərəli 
fəaliyyət  göstərməsi  üçün  onların  ən  yüksək  ixtisas  səviyyəsinə 
malik olması zəruridir. Onlar etibarlı olmalıdırlar. Onların idarəetmə 
sahəsində  bilik  və  təcrübəsi  onların  nüfuzunu  qaldıran  ilkin 
şərtlərdən  biri  olmalıdır.  Təşkilata  daxil  olan  işçi  heyyəti  həmin 
şəxsləri layihə idarəçiliyi üzrə yüksək səviyyəli mütəxəssis kimi işə 
cəlb etməzsə, təşkilat buna görə çox şey itirə bilər. 
Onların  ekspert  kimi  nüfuzunu  müəyyənləşdirən  yollardan  biri 
yalnız  layihə  idarəçiliyi  ixtisasına  yiyələnmiş  şəxsləri  işə 
görütməkdir.  Həmin  şəxslərin  layihə  idarəçiliyi  üzrə  biliklərə 
yiyələnməkdə  yüksək  səviyyəni  nümayiş  etdirməsi  buna  əyani 
sübutdur. Bundan başqa, məsləhətçilər və mentorlar uzun illər boyu 
qazandıqları təcrübəyə söykənənbiliklərini nümayiş etdirməklə məhz 
nəzəriyyəçi yox, praktik olduqlarını sübut etməlidirlər. 
Məsləhətçi  və  mentorların  qrafik  qurulması  ,  büdcə  və 
ehtiyatların  bölüşdürülməsi  kimi  standart  sahələrdə  ekspert  olması 
zəruriyyəti  meydana  çıxdıqda  ,  onlar  marketinq  ,  maliyyə 
müqavilələrinin  bağlanması  və  insan  münasibətləri  prinsiplərini 
mənimsəmiş  mütəxəssislər  olmalıdırlar.  Məsləhətçilərin  malik 
olduğu  dəyərlərin  bir  çoxu  onların  layihə  məsələlərini  çox  geniş 
biznes konteksinə inteqrasiya etmək bacarığı ilə əlaqələndirilir. 
Bəzi  təşkilatların  güclü  məsləhətçi  və  mentorlar  qrupuna  malik 
olması  ona  görə  meydana  çıxır  ki,  həmin  şəxslər  onlara  ucuz  başa 
gəlmir.    Baş  məsləhətçilərin  və  mentorların  maaşı  texniki 
təşkilatlarda  əksər  baş  mühəndislərin  maaşından  aşağıdır.  Bununla 
belə,  uğurlu  şəkildə  seçilmiş  məsləhətçi  və  mentorlarla  istədikləri 
məvacib ödənilməlidir. Bunu da dərindən dərk etmək üçün aşağıdakı 
əhvalatı nəzərdən keçirək: 
Sistemin  inteqrasiyası  firmasının  layihə  ofisinin  rəhbəri  bankın 
komputer  şəbəkəsi  administratorundan  telefon  vasitəsi  ilə  mətiqsiz 
bir  təklif  alır.  Layihə  çox  tələsik  şəkildə  planlaşdırılmış  və  hal-


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə