Anlayış verməkdən ibarətdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/28
tarix11.10.2017
ölçüsü5,01 Kb.
#4251
1   ...   17   18   19   20   21   22   23   24   ...   28

 
 
77
 
süxurlarn bircinsli olduğu yerdə  bərabər olur və qalan hallarda 
süxurun müqavimətindən, Yerləşdiyi mühitin geoloji tərkibindən, 
formasından və digər amillərdən asılıdır. Ölçmələrin nəticələri 
qurğunun mərkəzi “0
,,
 nöqtəsinə görə aparılır (şəkil 28). 
Qidalandırıcı  və  qəbuledici elektrodlar mərkəzdən hər iki 
tərəfə simmetrik olaraq Yerləşdirilir. Bu qurğuya elektrik 
profilləmədə simmetrik qurğu deyilir (SEP üsulu).  
 
         
 
 
Şək. 28.
 Simmetrik elektrik profilləməsində istifadə olunan 
elektrik kəşfiyyat qurğusu (izahı mətndə verilir). 
 
Bir nöqtədə ölçmələr qurtardıqdan sonra bütün qurğu paralel 
olaraq profil üzrə başqa nöqtəyə köçrülür (bu halda elektrodlar 
arasındakı məsafə dəyişməməlidir) və ölçmə işləri yenidən təkrar 
olunur. 
Həndəsi formalarına görə elektrik kəşfiyyat qurğuları uyğun 
olaraq elektrik profilləmələrində bir neçə növə bölünür: dipol 
elektrik profilləməsi (DEP), kombinasiyalı elektrik profilləməsi 
(KEP) və orta qradient üsulu (OQ) və s. 
Simmetrik və başqa növ elektrik profilləmələri dik düşən 
layların geoloji xəritəyə alınmasında geniş istifadə olunur. 
29-cu  şəkildə simmetrik elektrik profilləmədə mürəkkəb 
geoloji kəsiliş üçün 
f
ρ
-nun qrafiki göstərilmişdir. Burada 
qurğunun müxtəlif vəziyyətində  cərəyan xətlərinin paylanması 
aydın görünür. I nöqtədə qranit günbəzi üzərində  fərz olunan 
müqavimətin anomal yüksək qiyməti aydın görünür. II nöqtədə 


 
 
78
 
süxurun üstünü örtən qatın qalınlığının artması hesabına yaranan 
kiçik qiymətli müqavimət, nəhayət, III nöqtədə qrafikdə 
ρ
f
 kəskin 
dəyişən, yaxşı elektrik keçiriciliyinə malik olan şistlər ayrılır. 
Elektrik profilləmə üsulu təkcə dik yatan, şaquli lwizy 
obyektləri etibarlı ayırıb izləməklə yanaşı eyni zamanda qızıl və 
kvars damarlarını, çökmə süxurlar içərisində püskürmə süxur 
kütlələrini, dağılıb aralanan pozulmuş zonaları, filiz yataqlarını, 
çoxillik buz linzalarını aşkar etməyə imkan verir. 
 
 
Şək.29. Simmetrik qurğu ilə elektrik profilləmə.  AMNB. a-
ρ
f
 –in 
qrafiki; b-geoloji kəsiliş; 1-qranit; 2-şistlər; 3-əhəngdaşları; 4-
qumdaşları; 5-xüsusi müqavimət, Om.m-lərlə. 
 
Elektrik profilləmə üsulu böyük səmərəliliyinə görə arxeoloji 
işlərdə geniş tətbiq olunur. YUNESKO-nun təşəbbüsü ilə 1972-ci 
ildə qalın torpaq qatları altında qalmış  qədim Karfogen 
stadionunun aşkar edilməsində geniş istifadə olunmuşdur (stadion 
Tunis şəhərinin kənarında Yerləşir). Bu üsulun köməyi ilə 4 aylıq 
iş  ərzində stadionun dəqiq olaraq planı, üstü torpaqla örtülmüş 
divarlar aşkar edilmişdir. Planda 1 metr dəqiqliyi ilə qaçış yolları, 
tribunalar və at tövləsi aşkar olunmuşdur. Stadionun oturaq Yeri 


 
 
79
 
130 mindən az deyilmiş, bu da indiki ən nəhəng stadionlar 
ölçüsündədir. Bu məlumatlar tarixçilər və arxeoloqlar üçün çox 
əhəmiyyətli və qiymətlidir. 
Elektrik profilləməsi ilə yanaşı geniş tətbiq sahəsi tapan  elek-
trik zondlama üsuludur. Bu üsul üfüqi yatan laylardan ibarət dərin 
geoloji kəsilişləri öyrənmək məqsədilə tətbiq edilir. 
Şaquli elektrik zondlaması (ŞEZ) simmetrik qurğu ilə aparılır, 
AMNB (şəkil 28 bax). Qidalandırıcı A və B elektrodları arasında 
ardıcıl olaraq məsafəni artırmaqla bir nöqtədə bir neçə qiymət 
alınır və bu qiymətlər ardıcıl olaraq qidalandırıcı A və B 
elektrodlar arasındakı  məsafəni artırmaqla aparılır. A və B 
arasındakı məsafə nə qədər böyük olsa, cərəyan daha dərin qatlara 
keçər və bu ölçü Yerin daha dərin qatlarını  və orada Yerləşən 
süxurlar yüksək dəqiqliklə müəyyən etməyə imkan verir. Praktiki 
olaraq A və B elektrodları arasındakı məsafə bir neçə metrdən 1 
km-ə  qədər dəyişə bilər və bu tələb olunan tədqiqatın 
dərinliyindən asılıdır. 
ŞEZ üsulunda faktiki olaraq simmetrik qurğunun AMNB 
dərinliyə girmə qabiliyyəti AB elektrodları arasındakı maksimum 
məsafənin аltıda birini təşkil edir. 
Ölçmələrin köməyi ilə hər bir zondlama nöqtəsi üçün ŞEZ əyrisi 
qurulur. Bu da fərz olunan müqavimətin dərinlikdən asılı olaraq 
dəyişməsini təsvir edir. ŞEZ  əyrilərini təhlil etmək üçün xüsusi 
paletka işlənilib hazırlanıb ki, bunun köməyi ilə  də  həm layın 
qalınlığını  və  həm də  fərz olunan müqavimətin qiymətini təyin 
etmək olur. Bu nəticələrlə istinad qurğularından alınan 
materialları birləşdirərək geoelektrik kəsiliş tərtib edilir (şəkil 30). 
ŞEZ üsulu duz neft və qaz ehtiyatına meyilli günbəzlərini, 
antiklinal strukturaları  və Yeraltı suları  aşkar etmək üçün 
müvəfəqiyyətlə  tətbiq edilir. Bununla yanaşı  həmin üsuldan 
sənaye mərkəzləri, tikinti sahələrinin geoloji şəraitinin öyrənilmə-
sində, çökmə süxurlarn qalınlığının təyin edilməsində, 
platformalarda kristallik özülün dərinliyinin təyin olunmasında, 
daşkömür hövzələrinin kəşfiyyatında və axtarışında, yanar şistləri 


 
 
80
 
və daşduz, boksit, fosforit və digər faydalı qazıntıların axtarışında 
geniş istifadə edilir. 
 
 
 
 
    
Şək. 30. ŞEZ üsulu ilə qurulan geoelektrik kəsiliş. 
   1-gilli qumdaşları; 2-çınqıl; 3-əhəngdaşı; 4-gil. 
 
 
5.3. Yüklü kütlə üsulu (YKÜ) 
 Faydalı qazıntıların kəşfiyyatı  və Yerləşdiyi sahənin 
sərhədlərinin aşkar edilməsi üçün istifadə olunur. Buraya qrafit 
layları, maqnetit və sulfid filiz kütlələri yataqları, mineral duzlarla 
zənginləşmiş su linzaları və s. daxildir. 
Əgər tədqiq olunan elektrik keçirici obyekt ən azı bir nöqtədə 
xəndək, quyu qazmaqla üzə  çıxarılırsa, yüklü kütlə üsulu ilə 
tezliklə onun ölçülərini və  sərhədlərini təyin etmək mümkündür 
və  bəzi hallarda əvvəl məlum olmayan digər anoloji obyektlərlə 
əlaqəsini öyrənmək olur. 
Yükləndirilmiş kütlə üsulu ilə  işləri aşağıdakı sxem üzrə 
aparırlar.  Əvvəlcə yüklü kütlə düzəldilir: qidalandırıcı 
elektrodlardan biri A tədqiq olunan filiz kütləsində Yerləşdirilir, 
ikincisi B elektrod A elektrodundan kütlənin ehtimal olunan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə