104. Daxili orqanlardan bəhs edən şöbə necə adlanır?
A) splanxnologiya
105. Həzm aparatına nələr aiddir?
A) həzm kanalı və həzm aparatı vəziləri
106. Həzm vəziləri hansılardır?
A) qaraciyər, mədəaltı vəzi, ağız suyu vəziləri
107.Süd dişləri neçə ədəddir?
A) 20
108.Daimi dişlərin miqdarı neçə ədəddir?
A) 32
109.Dişin hissələri hansılardır?
A) tacı, boynu, kökü
110.Dilin neçə hissəsi vardır?
A) zirvəsi (ucu), cismi, kökü
111.Ağız suyu vəziləri hansılardır?
A) qulaqaltı, çənəaltı, dilaltı
112. Udlaq hansı hissələrə bölünür?
A) burun, ağız, qırtlaq
113. Qida borusunun hissələrini göstər?
A) boyun, döş, qarın
114. Mədənin hansı hissələri var?
A) girəcəyi, çıxacağı, cismi, dibi, böyük və kiçik əyriliyi
115. Mədə divarı hansı qişalardan təşkil olunub?
A) selikli, selikaltı, əzələ, seroz
116. Bağırsaqlar neçə cür olur?
A) nazik, yoğun
117. Nazik bağırsaqlar hansılardır?
A) 12 barmaq bağırsaq, acı bağırsaq, qalça bağırsaq
118. Nazik bağırsaqlardan hansına qaraciyər və mədəaltı vəzin axacaqları açılır?
A) 12 barmaq bağırsaq
119. Yoğun bağırsaqlar hansılardır?
A) korbağırsaq, çənbər bağırsaq, düz bağırsaq
120. Qaraciyərin çəkisi neçə qrama bərabərdir?
A) 1500
121.Ödlük və yaxud öd kisəsi harada yerləşir?
A) qaraciyərin sağ payının alt səthində
122.Mədəaltı vəzin hissələri hansılardır?
A) başı, cismi, quyruğu
123.Periton nədir və harada yerləşir?
A) bədəndə olan seroz qişaların ən böyüyü olub, qarın boşluğunda yerləşir və onun divarlarını daxildən və oradakı orqanları xaricdən örtür
Dostları ilə paylaş: |