Mövzu 7. “Damar sistemi (qan və limfa)”
141. İnsan ürəyi hansı hissələrdən ibarətdir?
A) 2 (sağ və sol) qulaqçıqdan və 2 (sağ və sol) mədəcikdən
142. Bədəndə diametrinə görə ən böyük arterial qan damarı hansıdır?
A) aorta
143. Aorta gedişi cəhətcə hansı şöbələrə bölünür?
A) qalxan aorta, aorta gövsü, enən aorta
144. Aortanın qalxan hissəsindən hansı arteriyalar xaric olur?
A) sağ və sol tac arteriyaları
145. Qarın aortası enən aortanın hansı hissəsinin davamıdır?
A) döş aortasının
146. Ürək hansı qan damarı ilə qidalanır?
A) sağ və sol tac arteriyaları ilə
147. Böyük qan dövranı ürəyin hansı kameralarından başlayır?
A) sol mədəcikdən
148. Ən böyük venalar hansılardır?
A) yuxarı və aşağı boş vena
149. Aşağı boş vena venoz qanı haradan yığır?
A) aşağı ətrafdan, çanaqdan, qarın boşluğundan
150. Yuxarı və aşağı boş vena qanı ürəyin hansı kamerasına daşıyır?
A) sağ qulaqcığına
151. Kiçik qan dövranı ürəyin hansı hissəsində qurtarır?
A) sol qulaqcığda
152. Limfa mayesinin vəzifəsi nədir?
A) orqanizmi xəstəliklərdən qoruyur, limfa düyünləri mikrobları tutur, məhv edir
153. Limfa düyünləri harada yerləşir?
A) bədənin çuxurlarında
154. İnsan bədənində hansı limfa axacaqları ayırd olunur?
A) döş qəfəsi limfa axacağı və sağ limfa axacağı
Mövzu 8. “Sinir sistemi”
155. Sinir sisteminin morfo-funksional vahidi nədir?
A) neyron
156.Sadə refleks gövsü nədən ibarətdir?
A) hissi neyrondan (afferent), mərkəzdə yerləşən ara neyrondan və hərəki sinir (efferent) liflərdən
Dostları ilə paylaş: |