247
XVII əsrin sonları
Fransa Hindistan uğranda mübarizəyə qoşuldu və Benqaliyada ilk istehkam
məntəqəsi yaratdı.
XVIII əsrin birinci yarısı
Aud knyazlığı Moğol dövlətindən ayrıldı. Hindistanda Benqaliya və Heydərabad
dövlətləri yarandı.
1739-cu il
Nadir şah Əfşar Moğol ordularına qalib gələrək Dehlini tutdu.
1747-ci il
Əhməd şah Dürraninin tərəfindən müstəqil Əfqan dövləti yadadıldı.
Əfqanlar
Şimali Hindistanı (Pəncabı, Kəşmiri, Dehli və Hind çayı arasındakı əraziləri) ələ
keçirdi.
1757-ci il
Plessi döyüşü. İngilislər moğolları məğlub edərək Benqaliyanı ələ keçirdi,
Hindistanın İngiltərə tərəfindən işğalına başlanıldı.
1761-ci il
Panipat döyüşü. Maratxlar əfqanlara məğlub oldu və maratxların Hindistandakı
hökmranlığına son qoyuldu, Böyük Moğol imperiyasının dağılmasının başlanğıcı
qoyuldu.
1767-1799-cu illər
İngiltərə-Maysor müharibəsi baş verdi. Maysor dövləti öz istiqlaliyyətini itirdi.
1774-cü il
İngiltərə parlamenti işğal olunmuş Hindistan torpaqlarının idarə olunması
haqqında ilk qanun qəbul etdi.
XVIII əsrin ikinci yarısı
Hindistanın varlı vilayətləri və bütün cənub hissəsi İngiltərənin müstəmləkəsinə
çevrildi. Hindistanın İngiltərə tərəfindən tamamilə müstəmləkəyə çevrilməsi
prosesi başa çatdı.
***
1626-1644-cü illər
Çində kəndli üsyanı baş vermdi.
1644-cü il
Çində Tsin (Mancur) sülaləsi hakimiyyətə gəldi.
1644-1912-ci illər
Çində Tsin (Mancur) sülaləsini hakimiyyəti dövrü.
1715-ci il
Çinin
Kanton şəhərində ilk ingilis məskəni
salındı.
XVIII əsrin 20-ci illəri
Rusiya ilə Çin arasında ticarət müqavilələri imzalandı.
1757-ci il
İmperator fərmanı
ilə Mancur hökuməti «özünütəcrid
» siyasətini elan etdi.
1689-1758-ci illər
Çin ilə Cunqariya (oryat) xanlığı arasında müharibə baş verdi. Cunqar xanlığı və
Qaşqar şəhəri Çin tərəfindən işğal edildi.
XVIII əsrin ikinci yarısı
Çin Şərqi
Tibeti işğal etdi.
XVIII əsrin sonları
Mancur qoşunları Hind-Çinə yürüşlər etdilər.
Birma, Vyetnam, Butan və Nepal
mancurlardan asılı vəziyyətə düşdü. Koreya Çinə tabe edildi. Çin vahid dövlətdə
birləşdirildi.
***
XVI əsrin ortaları
Avropalılar ilk dəfə Yaponiyaya gəlməyə başladılar.
XVI əsrin sonları
Knyaz Oda Nobunaqa mərkəzləşdirmə siyasəti yeritməyə başladı.
1582-ci il
Knyaz Oda Nobunaqa vasalları tərəfindən öldürüldü.
1582-1603-cü illər
Yaponiyanı siyasi cəhətdən birləşdirmək uğrunda mübarizə baş verdi.
1603-cü il
İmperator sərəncamı ilə Tokuqava İyeyasu özünü syoqun elan etdi.
Yaponiyanı
siyasi cəhətdən birləşdirmək uğrunda 30 illik mübarizə başa çatdı.
Yaponiyada
üçüncü syoqun sülaləsinin - Tokuqava sülailəsinin hakimiyyəti başladı.
1603-1867-ci illər
Yaponiyada Tokuqava sülailəsinin hakimiyyəti dövrü.
XVII əsrin əvvəlləri
Yaponiya
«özünütəcrid
» siyasəti yeritməyə başladı.