239
VIII əsrin 30-cu illəri
Ərəb xilafətinin parçalanması nəticəsində
Tiflis müsəlman əmirliyi yarandı.
VIII-IX əsrlər
Ərəb xilafəti parçalandı və Qafqazda ilk müstəqil feodal dövlətlər
(Azərbaycanda Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Rəvvadilər, Şəki
hakimliyi, Tiflis əmirliyi, Dərbənd əmirliyi Gürcüstan ərazisində isə Abxaziya,
Kartli-Kaxetiya çarlıqları, Tao-Klarceti knyazlığı) meydana gəldi.
XI əsrin əvvəlləri
Gürcüstan vahid dövlətdə birləşdirildi.
XI əsrin əvvəlləri
Səlcuq türklərinin Qafqaza axınları baş verdi. Cənubi Qafqaz və Dağıstan Böyük
Səlcuq imperatorluğunun tərkibinə qatıldı.
XIII əsr
Qafqaz xalqları monqolların yürüşlərinə məruz qaldı.
Cənubi
Qafqaz Hülakü
imperatorluğunun tərkibinə qatıldı. Şimali Qafqaz Hülakülər və Qızıl Ordu
dövlətləri arasında bölüşdürüldü.
XIV əsrin 80-ci illəri
Qafqaz Teymurilər dövləti tərəfindən işğal olundu.
XV əsr
Azərbaycanda Qaraqoyunlu və Ağqoyulu sülalələri hakimiyyətdə oldu.
XV əsrin sonları
Gürcüstanda Kartli, Kaxetiya və İmeretiya çarlıqları meydana gəldi.
***
610-cu il
İslam dini meydana gəldi.
622-ci il
Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə hicrət etdi.
630-cu il
Ərəb dövləti yarandı.
630-1258-ci illər
Ərəb dövlətinin mövcud olması dövrü.
630-632-ci illər
Məhəmməd Peyğəmbərin hakimiyyəti dövrü.
632- 661-ci illər
Ərəb dövlətində Xəlifələr dövrü.
661-ci il
Ərəb dövlətində Əməvilər sülaləsi hakimiyyətə gəldi.
732-ci il
Ərəblərlə franklar arasında Puatye döyüşü baş verdi.
750-ci il
Ərəb dövlətində Əməvilər sülaləsinin hakimiyyəti başa çatdı.
750-1258-ci illər
Abbasilər sülaləsinin hakimiyyəti dövrü.
IX əsr
Ərəb dövlətində və orduda türklər mühüm rol oynamağa başladılar.
IX əsr
Ərəb xilafəti parçalandı.
861-ci il
Xəlifənin Şirvandakı canişini Şirvanı müstəqil elan etdi.
875-999-cu illər
Samanilər dövlətinin mövcud olması dövrü.
879-cu il
Azərbaycan ərazisində Sacilər dövləti
meydana gəldi
941-ci il
Sacilər dövləti süqut etdi. Salarilər dövləti yarandı.
981-ci il
Salarilər dövləti süqut etdi. Rəvvadilər dövləti yarandı.
927-ci il
Qaraxanlı dövləti yarandı.
962-ci il
Qəznəvilər
dövləti yarandı.
998-1030-cu illər
Sultan Mahmud Qəznəvinin hakimiyyəti dövrü.
999-cu il
Samanilər dövlətinin varlığına son qoyuldu.
1187-ci il
Qəznəvilər
dövləti süqut etdi.
1212-ci il
Qaraxanlı dövləti Xarəzmşahlar dövləti tərəfindən süquta uğradıldı.
XII əsrin 70-ci illəri
Gurlu tayfaları Qəznəviləri məğlub edərək onları Şimali Hindistana sıxışdırdı.
1187-ci il
Qəznəvilər dövləti süqut etdi.
***
1038-ci il
Toğrul bəy tərəfindən Səlcud dövlətinin əsası qoyuldu.
1038-1157-ci illər
Böyük Səlcuq dövlətinin mövcud olması dövrü.
1040-cı il
Səlcuqlarla qəznəvilər arasında Dəndənəkan döyüşü baş verdi.
1040-1063-cü illər
Sultan I Toğrulun hakimiyyəti.
1040-cı il
Mərv qurultayı keçirildi.
1043-cü il
Səlcuq dövlətinin paytaxtı Nişapurdan Rey şəhərinə köçürüldü.
1054-cü il
Səlcuqlar Cənubi Qafqaza hücum etdilər.