Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   22

XVIII əsrin sonları

 

«Şərq məsələsi» Rusiya xarici siyasətinin ana xəttinə çevrildi. Müəllifi rus çari II 



Yekaterina  (1762-1796)  olan  «Şərq  məsələsi»nin  əsasını  Osmanlı  dövlətini 

parçalamaq  və  onun  ərazilərini  bölüşdürmək  planı  təşkil  edirdi.  Bu  məsələnin 

həyata  keçirilməsində  Rusiya  başlıca  rol  oynayırdı.  II  Yekaterinanın  bu  planı 

sonralar digər böyük Avropa dövlətləri üçün maraqlı olmadığı üçün tədricən öz 

əhəmiyyətini itirdi. 

1783-cü il

 

   

Krım xanlığı Rusiyanın tərkibinə qatıldı. 



1787-1791-ci illər

 

Rusiya-Osmanlı müharibəsi. Müharibənin səbəbi Krımın Rusiya tərəfindən işğal 

olunması idi. Balkan yarımadasında yeni ərazilər ələ keçirməyə çalışan Avstriya 

Rusiyanın müttəfiqi kimi müharibəyə qoşulması ilə  Osmanlı dövləti iki cəbhədə 

müharibə  aparmalı  oldu.  Müharibənin  gedişində  Avstriya  ordusu  Belqradı, 

Rusiya  isə  Akkerman,  Bender  və  Dunay  çayının  mənsəbində  yerləşən  İzmayıl 

qalalarını  ələ  keçirdi.  Müharibədə  ağır  məğlubiyyətə  uğrayan  Osmanlı  dövləti 

Yassı sülhünü imzalamağa məcbur oldu. 



1791-ci il, dekabr

 

Yassı  sülhü.  Sülhün  şərtlərinə  görə  Osmanlı  dövləti  Krım  xanlığının  Rusiya 

tərəfindən işğalını təsdiq etdi, Dnestr çayı iki dövlət arasında sərhəd oldu. Yassı 

sülhünün nəticəsi olaraq Rusiya Qara dənizdə qəti olaraq möhkəmləndi, Osmanlı 

dövlətinin  qüdrətini  daha  da  sarsıldı  və  Rusiyanın  yeni  işğalları  üçün  şərait 

yarandı. 



1792-1793-cü illər

 

Sultan  III  Səlimin  islahatları.  Sultan  III  Səlim  «Nizami-cədid»  (yeni  qayda) 



adlanan islahatları həyata keçirməyə başladı. Sultan III Səlimin İsveç və Fransa 

hərbçilərinin iştirakı ilə həyata keçirdiyi  islahatlarına əsasən ordunun xərclərini 

ödəmək üçün xüsusi xəzinə yaradıldı, donanmanın yenidən təşkili üçün yeni tipli 

gəmilər  hazırlandı,  hərbi  mühəndislik  məktəbi  genişləndirildi,  imperiyan  28 

əyalətə  bölündü,  qanunlara  əməl  etməyən  şəxslər  vəzifədən  uzaqlaşdırıldı, 

Avropa ölkələrindəki yenilikləri vaxtında öyrənmək üçün London, Paris, Vyana 

və  Berlin şəhərlərində  daimi  səfirliklər açıldı,  yerli  məhsullardan istifadə  təbliğ 

olunmağa  başlanıldı,  israfçılığın  qarşısını  almaq  üçün  addımlar  atıldı.  Lakin 

əvvəlki  islahatlar  kimi,  III  Səlimin  islahatları  da  mühafizəkar  qüvvələrin 

müqaviməti  nəticəsində  uğursuzluqla  nəticələndi  və  yarımçıq  qaldı.  Bunun 

başlıca  səbəbi  islahatı  həyata  keçirən  kadrların  olmaması  və  III  Səlimin 

qətiyyətsizliyi idi.  



 

 

Mərkəzi Asiya xanlıqları. Volqaboyu, Ural və Sibir türkləri 



 

XV əsr

   

 

  

Qazax xanlığı meydana gəldi. 



XVI əsr

 

Qazax  xanlığı  iki  orduya,  daha  sonra  üç  müstəqil  orduya  (juza)  bölündü:  Ulu 



(böyük)  Ordu  -  indiki  Qazaxıstanın  cənub-şərqini  əhatə  edirdi.  Orta  Ordu  – 

Qazaxıstanın mərkəz və şimal hissəsini əhatə edirdi. Kiçik Ordu  - Qazaxıstanın 

qərb  hissəsini  əhatə  edirdi.  XVII  əsrin  sonu  -XVIII  əsrin  əvvəllərində  Tauke 

xanın  dövründə  üç  ordu  birləşərək  vahid  Qazax  dövlətini  qurdular.  Odur  ki, 

Tauke xanın hakimiyyət dövrü Qazax xanlığının «qızıl əsri» hesab edilir. 

XVI əsrin əvvəlləri

 

 

Xivə xanlığı yarandı. 




XVI-XVII əsrlər

 

 

Sibir türkləri Rusiyanın müstəmləkə əsarətinə düşdülər. 



XVII əsrin II yarısı 

 

Xakaslarda feodal münasibətləri yarandı. 



XVIII əsrin əvvəlləri

 

 

Kokand xanlığı yarandı. 



XVIII əsrin əvvəlləri

 

Volqaboyu  və  Ural  türklərinin  azadlıq  mübarizəsi  yeni  mərhələyə  daxil  oldu. 

Seyid  Batırın  baçşılığı  ilə    Rusiyanın    müstəmləkə  siyasətinə  qarşı  üsyan  baş 

verdi. 


1723-cü il

 

Qazax  orduları  Qərbi  Monqolustanda  yaranan  Cunqar  xanlığının  qarətçi 

hücumlarına  məruz  qaldı.  Hücum    nəticəsində    qazaxlar  məğlub  oldular,  Orta 

Ordunun  mərkəzi  Türküstan  şəhəri  ələ  keçirilərək  dağıdıldı,  Böyük  Ordu  (juz) 

cunqarların  hakimiyyəti  altına  keçdi,  üç  ordu  arasında  Tauke  xanın  vaxtında 

yaranan  ittifaq  dağıldı.    Bu  dağıntı  və  qarətlər  qazax  tarixinə  «böyük  fəlakət» 

kimi daxil oldu. 

1731-ci il

 

 

 

Sibirin yerli türk xalqları müstəmləkə zülmünə qarşı  üsyan qaldırdılar. 



1731-ci il

 

Kiçik Ordunun başçısı Əbülxeyir xan Rusiyanın tərkibinə daxil olmaq haqqında 

akt imzaladı. Or çayının Ural çayına töküldüyü yerdə Orenburq şəhər-qalası 

salındı.  



1740-cı il

 

Orta  Ordu,  ondan  sonra  isə  Böyük  Ordunun  şimal  hissələri  Rusiyaya  qatıldı. 

Qazaxıstanın cənubu isə Kokand və Buxara xanlıqları arasında bölüşdürüldü.  

1740-cı il

 

Nadir şah Əfşar Xivə xanlığına hücum etdi. Xivə xanının Əfşarlar imperiyasının 

şimal  vilayətlərinə  basqını  Nadir  şahın  Xivə  xanlığına  hücum  etməsinə  səbəb 

olmuşdu.  Hücum  nəticəsində  Nadir  şah  Xivəni  tutaraq  xanlığı  özünə  tabe  etdi. 

Buxara xanlığı isə müqavimət göstərmədən Nadirə tabe oldu. Lakin Nadir şahın 

ölümündən sonra  Məhəmməd Əmin Xivə xanlığını yenidən bərpa etdi. 



XVIII əsrin ortaları

 

Tatar  və  başqırdlar  Abdulla  Qaliyanın  (Batirşahın)  başçılığı  ilə  Rusiyaya  qarşı 

üsyan qaldırdı. Lakin bu üsyan da Rusiy tərəfindən amansızlıqla yatırıldı. 

XVIII əsr

 

 

 

Rusiyanın Avropa hissəsindən ruslar Sibirə köçürüldü. 



XVIII əsr

 

Sibirdə ilk sənaye müəssisələri işə salındı. Sibir kəndləri təhkimli işçilərə 

çevrildi. 

1783-cü il

 

Kiçik  Orduda  Batır  Srımın  başçılığı  ilə  rus  müstəmləkəçiliyinə  və  yerli 

hakimiyyətə  qarşı  üsyan  başladı.  Üsyanın  birinci  mərhələsində  Srımın 

müstəmləkəçilər üzərində qələbələri xan hakimiyyətinin bərpa edilməsinə səbəb 

oldu.  Lakin  çar  hökumətinin  köməyi  ilə  sultanlar  Srıma  qarşı  çıxdılar.  1797-ci 

ildə  Batır  Srım  Xivəyə  tərəf  geriyə  çəkilməyə  məcbur  oldu.  Üsyandan  nəticə 

çıxaran çarizm müstəmləkəçilik siyasətini bir qədər yumşaltmağa məcbur oldu. 

 

 



Qafqaz xalqları 

 

XVII-XVIII əsrlər



 

Şimali  Qafqaz  müstəqil  və  yarımmüstəqil  siyasi  qurumlara  parçalandı.  Bu 

dövrdə  Dağıstan  ərazisində  Tarku  şamxallığı,  Qaytaq  usmiliyi,  Tabasaran 

maysumluğu,  Avar  və  Qazıqumuq  xanlıqları  var  idi.  Dağıstan  hakimlərindən 

fərqli olaraq, çeçen və inquşların vahid siyasi birliyi yox idi. Onlar tayfa prinsipi 

ilə yaşayır və ağsaqqallar şurası tərəfindən idarə edilirdilər.  




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə