Anar İsayev. Ramil Rəhimov. Ümumi tarix xronologiya



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix11.09.2018
ölçüsü0,76 Mb.
#67812
növüYazı
1   ...   14   15   16   17   18   19   20   21   22

XVIII əsrin 60-cı illəri

 

Rusiya Qızlyardan Azov dənizi sahillərinə kimi uzanan Qafqaz xəttini yaratmağa 

başladı. Xəttin üzərində qalalar və çoxlu müdafiə istehkamları inşa edildi. 

1774-cü il

 

 



Rusiya Azov dənizi sahillərini ələ keçirdi. 

1783-cü il

 

 

Krım xanlığı, Taman yarımadası və Kubanboyu ərazilər Rusiyaya birləşdirildi. 



XVIII əsrin sonları

 

Kabarda knyazları, Çeçen-İnquş hakimləri, Tarku şamxalı Rusiya çarına sədaqət 

andı içdilər. 

1785-ci il

 

Şeyx 


Mənsur 

Çeçenistanda 

Qafqaz 

xalqlarını 



yadelli 

işğalçılara 

qarşı cihada çağırdı  və  Rusiyanın  müstəmləkəçilik  siyasətinə  qarşı  üsyan 

qaldırdı.  



1722-1723-cü illər

 

 

I Pyotr Xəzərsahili bölgələri ələ keçirdi. 



1783-cü il

 

Kartli-Kaxetiya  çarı  II  İrakli  Georgiyevsk  müqaviləsini  imzalamaqla  Şərqi 



Gürcüstan Rusiyanın himayəsinə keçdi. Rus ordusu Tiflisə göndərildi. 

1795-ci il

 

Ağa  Məhəmməd  xan  Qacar    Cənubi  Qafqaza,  o  cümlədən  Şərqi  Gürcüstana 

yürüş etdi 

1796-cı il

 

Rus  ordusu  Valerian  Zubovun  başçılığı  ilə  Cənubi  Qafqaza  və  Azərbaycana 

yürüşə başladı. Lakin noyabrda II Yekaterinanın qəfldən vəfatı rus qoşunlarının 

Cənubi Qafqazdan geri çağırılmasına səbəb oldu. Odur ki, XVIII əsrin sonlarında 

Cənubi  Qafqazın  Rusiya  tərəfindən  işğal  edilməsi  və  çarizmin  öz  planlarını 

gerçəkləşdirməsi mümkün olmadı. 

 

 

Türk, Şərq və Qafqaz xalqlarının mədəniyyəti 



 

XVII əsr

 

Çin  memarlığında  monumental  binaların  inşasına  başlanıldı.  Pekin  sarayı, 



Mukdendəki (indi Şenyan) imperator mavzoleyi inşa edildi. 

XVII  əsr

 

   

Yaponiyada «şəkilli hekayələr» janrı meydana gəldi. 



1609-1616-cı illər

 

   

Memar Mehmet Ağa tərəfindən Sultan Əhməd məscidi inşa edildi. 



XVII-XVIII əsrlər

  

   


Dellidə Cümə məscidi, Vicapurda və  Qolkondda məscidlər inşa edildi. 

XVII-XVIII əsrlər

  

   

Ağn şəhərində İshak Paşa sarayı inşa edildi. 



1709-cu il

 

   

Gürcüstanda mətbəənin əsası qoyuldu. 



1712-ci il

 

XII əsrin böyük gürcü şairi Şota Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» 

əsəri daşbasma üsulu ilə çap edildi. 

1727-ci il

 

   

Osmanlı dövlətində ilk mətbəə yaradıldı. 



1784-cü il

 

   

Uilyam Consun «Benqal-Asiya cəmiyyəti»ni (Kral cəmiyyəti) yaratdı. 



XVIII əsr

 

Mirzə Mehdi xan tərəfindən «Dünyanı fəth edən Nadirin tarixi»,   Məhəmməd 

Kazım tərəfindən  «Dünyanı bəzəyən Nadirin tarixi» əsəri yazıldı. 

XVIII əsr

 

Dövrün tanınmış rəssamları olan Məhəmməd Zaman Təbrizinin, Mülkünün və 



dövrün məşhur şairləri olan Məcmər, Cəndəqinin  həyat və fəaliyyəti dövrü. 

XVIII əsr

 

   

Avar və çuvaş əlifbaları tərtib olundu. 

 

 

 



 


Avropa, ABŞ  və Rusiya 

 

 



İngiltərə 

 

XVI əsr 

 

 

 



İngiltərədə ilk manufakturalar meydana gəldi. 

XVI əsr 

 

 



 

İngiltərədə Puritan təriqəti geniş yayıldı. 



1603-cü il

 

İngiltərədə Tüdorlar sülaləsinin hakimiyyəti sona çatdı və  və  Stüartlar sülaləsi 

hakimiyyətə  gəldi.  Hakimiyyətə  gəldiyi  andan  etibarən  Stüartlar  sülaləsinin 

ingilis parlamenti və  puritan kilsəsi  ilə münaqişəsi  başladı. 



1603-1714-cü illər

 

 



Stüartlar sülaləsinin hakimiyyəti dövrü. 

1603-1625-ci illər

 

 

I Yakov  Stüartın hakimiyyəti. 



1625-1649

 

 

I Karlın hakimiyyəti 



1629-cu il

 

 

I Karl tərəfindən parlament buraxıldı. 



1640-cı il

 

I  Karl  tərəfindən  uzunmüddətli  parlament  çağırıldı.  Uzunmüddətli  parlamentin  

çağırılması  ilə  İngiltərə  burjua  inqilabı  başladı.  İnqilabın  qarşısında  duran  əsas 

vəzifə mütləqiyyəti və feodal qaydalarını ləğv etmək idi. 



1640-1653-cü illər

 

İngiltərə  burjua  inqilabı    və  Uzunmüddətli  parlamentin  fəaliyyəti  dövrü. 



Uzunmüddətli  parlament  fəaliyyətə  başlayarkən  aşağıdakı  islahatları  həyata 

keçirdi: feodal töycüsünü ləğv etdi, kral və kilsə məhkəməsinin dünyəvi şəxsləri 

mühakimə  etmək  səlahiyyətini  ləğv  etdi,  kral  nazirlərini  məhkəməyə  verdi, 

icmalar palatasının kral tərəfindən buraxılmasını qadağan edən qanun qəbul etdi, 

kilsə parlamentə tabe edildi, zadəgan və  burjuaziyanın torpaqdan istifadəyə görə 

krala haqq vermələri ləğv edildi.  



1642-ci il, avqust

 

 

I Karl parlamentə müharibə elan etdi. İngiltərədə vətəndaş müharibəsi başladı. 



1642-1646-cı illər

 

İngiltərədə vətəndaş müharibəsi baş verdi. 



1645-ci il

 

 

İcmalar palatası   Oliver Kromvelə yeni tipli ordu  təşkil etməyi tapşırdı. 



1945-ci il

 

 

Neyzbi döyüşü. Vətəndaş müharibəsinin taleyi həll olundu. 



1646-cı il, iyun

 

İngiltərədə  vətəndaş  müharibəsi    parlamentin  qələbəsi  ilə  başa  çatdı.  Müharibə 

nəticəsində ölkədə bütün  hakimiyyət yeni  zadəganların və  burjuaziyanın əlinə 

keçdi. 


1648-ci il

 

«Prayd  təmizləməsi»  hadisəsi  baş  verdi.  Polkovnik  Prayd  tərəfindən  kral 

tərəfdarı  olan  deputatları  parlament  binasına  buraxmaması  İngiltərə  tarixində 

«Prayd  təmizləməsi»  adlanır.  «Prayd  təmizləməsi»  hadisəsindən  sonra  kral 

əleyhdarları parlamentdə üstünlük qazandılar. 

1649-cu il

 

Diggerlər  -  «həqiqi  levellerlər»  hərəkatı  baş  verdi.  Krala  və  parlamentin 



aristokratlardan  təşkil  olunmuş  lordlar  palatasına  qarşı  çıxan  levellerlər 

(bərabərçilər) lordlar palatasının ləğv edilməsini, respublika yaradılmasını, seçki 

hüququnun verilməsində dəyişikliklər edilməsini, qanun qarşısında bərabərlik və 

din  azadlıq  tələb  edirdilər.  Diggerlər  levellerlərədən  fərqli  olaraq  təkcə  siyasi 

bərabərlik  deyil,  iqtisadi  bərabərlik  də  tələb  edirdilər.  Diggerlər  xüsusi 

mülkiyyətin  əleyhinə  idilər.  Torpaq  sahibliyinə  qarşı  çıxan  diggerlər  dinc  yolla 

mübarizə aparırdılar. 



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə