AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
26
əminliklə belə bir fikirdən çıxış edir ki, istənilən dərketmə və
təfəkkür proseslərinin əsasında birinci sıra intellekt obrazı
dayanır, o, yazır: “Sözün mənasını izah etmək, əslində, həmin
sözün bağlı olduğu və ya əks etdirdiyi gerçəklik elementinin ilkin
obrazını yaratmaqdır” (s.151).
Bu gün belə dilin qrammatik paradiqmalar sistemi ənənəvi
olaraq “dil sistemi” adlandırılır. M.B.Əsgərov bu “dil sistemi”
anlayışını tənqidi şəkildə nəzərdən keçirir və yazır: “Nəzərə
almaq lazımdır ki, istənilən forma və ya nitq beyin aktivliyi
nəticəsində yaranır və əsl mahiyyətini beyin fəaliyyətləri ilə
yenidən birləşdikdə qazanır. Bu səbəbdən qətiyyətlə deyə bilərik
ki, nitqyaratma prosesinin nəticəsi olaraq meydana çıxan nitq,
onun mənbəyi funksiyasını daşıyan dil struktur vahidləri, eləcə də
onların bir fərd tərəfindən yaradılıb digər fərd tərəfindən mənim-
sənilməsini təmin edən beyin fəaliyyəti və təfəkkür prosesləri də
ümumi və aktiv dil sisteminin ayrılmaz tərkib hissələridir. Qısaca
şəkildə belə deyə bilərik ki, dilin struktur vahidləri və beyin
fəaliyyəti ümumi və aktiv dil sisteminin tərkib hissələridir (s.164-
165).
Dilçilik elə mühafizəkar bir elm sahəsidir ki, burada hər
hansı bir yenilik, kəşf, ixtira çox nadir hallarda baş verir. Son yüz
ildə Azərbaycan dilçiliyində heç bir tədqiqatçı alim tam
təşəkküllü yeni nəzəriyyə yaratmağa müvəffəq ola bilməmişdir.
Çox əlamətdar bir haldır ki, bu monoqrafiyada irəli sürülən və
hərtərəfli şərh edilən “Linqvo-psixoloji vəhdət nəzəriyyəsi”
dilçilik elmində tamamilə yeni bir nəzəriyyədir və yeni bir
istiqamətin başlanğıcını qoyur. Bu nəzəriyyənin məhz
Azərbaycanda və məhz Azərbaycanlı alim tərəfindən yaradılması
isə ikiqat xoşdur.
Bahar Cumay qızı Cəfərova
Fövqəladə Hallar Nazirliyi Akademiyası
Filologiya elmlər doktoru, professor
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
27
GĠRĠġ
Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin
adı haqqında bir neçə söz
Ən qədim dövrlərdən bu günə qədər insanlar arasında
ünsiyyətin necə qurulması məsələsi hər kəsin marağına
səbəb olmuşdur. Az adam tapılar ki, aşağıdakı məsələlər
haqqında düşünməmiş olsun:
- biz nəyi başa düşürük və ya dərk edirik;
- dərk edilən və ya yadda qalan şey nədir;
- biz nəyin vasitəsilə başa düşür və ya dərk edirik;
- başa düşmək və ya dərk etmək nə deməkdir;
- ad necə verilir və ya söz necə yaranır;
- eşidilən ad və ya söz necə başa düşülür;
- adı eşidilən əşya haqqında fikir necə yaranır;
- fikir nədir və nitqə necə çevrilir;
- eşidilən nitq (oxunan mətn) necə başa düşülür;
- biz nitq və ya dil vasitəsiləmi düşünürük;
- nitqdən istifadə etmədən düşünmək olarmı;
- fikir nitqi yaradır, yoxsa nitq fikri formalaşdırır;
- dil və dərketmə sistemləri arasındakı əlaqə necədir?
Sualların qoyuluşundan da göründüyü kimi, hər birimizi
daima məşğul edən bu kimi məsələlər həm dilçilik, həm də
psixologiya elmləri ilə birbaşa bağlıdır. Bununla belə,
demək olar ki, bütün elm sahələri üzrə mütəxəssislər öz elmi
istiqamətlərinə əsaslanmaqla buna bənzər suallara cavab
tapmağa çalışmışlar. Bəzi hallarda isə iki və daha artıq elm
sahəsinin tətbiqi ilə belə problemlərin həllinə cəhdlər
göstərilmişdir. Bunun nəticəsi olaraq fəlsəfi-nəzəri dilçilik,
AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
___
Mayıl B. Əsgərov
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ
Bakı, 2015, s
.
28
riyazi dilçilik, psixolinqvistika, sosiolinqvistika və s. kimi
yeni istiqamətlər yaranmışdır. Bu heç də “professional
modabazlıq deyil. Bu, hər şeydən əvvəl dilçilik elminin
təbii, dialektik inkişafının obyektiv nəticəsidir”
1
.
Sözün və nitqin necə yaranması, dinləyən şəxs tərəfindən
onların necə başa düşülməsi hər zaman insanların marağına
səbəb olmuşdur. Heraklit, Demokrit, Aristotel, Platon kimi
antik filosoflar da bu məsələləri fəlsəfi və məntiqi şəkildə
izah etməyə çalışmışlar. Qədim dövrün dilçi alimləri, eləcə
də müasirlərimiz olan bir çox dilçi və psixoloqlar sözün və
nitqin necə yaranması və başa düşülməsi problemlərini izah
etməyə çalışmışlar.
Nitqin həm yaranması, həm də başa düşülməsi problem-
lərini tam elmi şəkildə şərh etməyə çalışan ilk müstəqil elm
sahəsi psixolinqvistika hesab olunur. Onun ilkin məqsədi
nitqin yaranma və mənimsənilmə mexanizmini öyrənmək
olmuşdur. Daha sonra həm ayrı-ayrı sözlərin, cümlələrin,
həm də ümumilikdə nitqin yaranma və mənimsənilmə
mexanizmini öyrənməyə cəhdlər göstərilmişdir. Bu məqsə-
dlə Biheviorizm, Neobiheviorizm, Nitq fəaliyyəti nəzəriyyə-
si, Konneksionist psixolinqvistika, Koqnitiv psixolinqvistika
kimi konsepsiya və nəzəriyyələr işlənib hazırlanmışdır. İndi
də bu istiqamətdə araşdırmalar davam edir, yeni nəzəriyyə
və konsepsiyalar işlənib hazırlanır. Bəzən yeni yaranan
nəzəriyyələr daha əvvəl yaranmış nəzəriyyələrə əsaslanır:
belə ki, neobiheviorizm bir çox məqamlarda biheviorizmə
əsaslanmışdır. Bəzənsə yeni yaranan nəzəriyyələr özündən
əvvəlki nəzəriyyələri tamamilə inkar edir: məsələn, nitq
fəaliyyəti nəzəriyyəsi həm biheviorizm, həm də neobihe-
1
Mahmudov M.Ə. Ənənəvi dilçiliyə qeyri-ənənəvi baxış. АMEA-nın Xəbərləri,
Humanitar elmlər seriyası. N 2-4, Bakı, “Elm”, 2006, 101-113.
Dostları ilə paylaş: |