Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   13   14   15   16   17   18   19   20   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
50
 
 
fəkkür elementi”, “diferensial element” və “kinakem” ter-
minləri  təxminən  “dərketmə  vahidi”  termini  kimi  həm 
dərk olunan minimal vahid, həm də dərketmə və təfəkkür 
prosesinin reallaşmasına şərait yaradan minimal apellyativ 
vahid  mənasında  işlədilir
1
.  Buna  görə  də  “dərketmə 
vahidi” terminini bunlardan hər hansı biri ilə əvəz etmək, 
mahiyyətcə heç nəyi dəyişmir və eyni dolaşıqlığın olduğu 
kimi qalmasına şərait yaradır.  
“İşə  çevrilmiş  söz”  anlayışını  və  ya  terminini  isə, 
“dərketmə  və  təfəkkür  prosesinin  reallaşmasına  şərait 
yaradan minimal apellyativ vahid” mənasında qəbul etmə-
yimiz, ümumiyyətlə,  mümkün deyil. Çünki həmin termin 
və  ya anlayışı qeyd olunan rakursda təqdim edən L.S.Vı-
qotskinin bu nəzəri mövqeyi ilə bizim nəzəri mövqeyimiz 
arasında  prinsipial  ziddiyyətlər  mövcuddur  və  irəlidə 
dərketmənin  fazalarından  danışarkən,  L.S.Vıqotskinin 
mövqeyinin yanlışlığı bütün çılpaqlığı ilə üzə çıxacaqdır.  
Həmin  terminlərdən  istifadə  etmək  istəməməyimizin 
səbəblərdən biri də odur ki, çox vaxt başqa bir tədqiqatçı 
tərəfindən  yaradılmış  hər  hansı  bir  terminin  qəbul  edil-
məsi,  ən  yaxşı  halda,  həmin  tədqiqatçının  bu  terminlə 
bağlı  bütün  fikir  və  mülahizələrinin  qəbul  edilməsi  kimi 
başa  düşülür.  Bəzi  hallarda  isə  həmin  tədqiqatçının  yol 
verdiyi bütün xətalar avtomatik olaraq bu termindən istifa-
də etməklə yazılmış tədqiqat əsərinə də şamil edilir.  
 Dərketmə  və  təfəkkür  prosesinin  reallaşmasına  şərait 
yaradan  minimal  apellyativ  vahid  anlayışını  ifadə  etmək 
üçün  biz  “intellekt  obrazı”  terminindən  istifadə  edirik. 
                                                           
1
  Спивак  Д.Л.  Лингвистика  измененных  состояний  сознания.  Ленинград, 
«Наука»  Ленинградское  Отделение,  1986,  92  с.;  Стеблин-Каменский  М.И. 
Спорное в языкознании. Ленинград, «ЛГУ», 1974, 141 с. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
51
 
 
Ümumi  şəkildə  qeyd  etməyi  lazım  bilirik  ki,  “intellekt 
obrazı”  gerçəklik  vahidinin  və  ya  onun  hissələrinin  real 
obrazına ekvivalent olan və bu obrazların yadda qalmasını 
təmin edən təfəkkür vahididir.  
İstər  psixologiya,  istərsə  də  dilçilik  elminə  indi  daxil 
olan intellekt obrazı anlayışının şərhində analogiya prinsi-
pindən  başqa  bir  yol  görmürük.  Ona  görə  də  dərketmə 
prosesinin  şərhində  N.Xomski  kimi  məlumatın  kompü-
terin  yaddaşına  daxil  edilməsi  analogiyasından  istifadə 
edirik. Ümid edirik ki, bizim opponentlərimiz A.A.Leont-
yevdən  daha  insaflı,  obyektiv  olacaq  və  bizi  də  kompü-
terlə  insan  beynini  eyniləşdirməkdə  suçlanan  N.Xomski-
nin aqibəti gözləməyəcəkdir.  
Müasir  kompüterlər  insan  beyninin  texniki  modelinə 
bənzəyir.  Hər  hansı  məlumatın  insan  beyninə  daxil 
olması,  mahiyyət  etibarı  ilə  olmasa  da,  proses  ardıcıllığı 
və ya iş prinsipi baxımından məlumatın  kompüterin yad-
daşına  daxil  edilməsi  prosesinə  bənzəyir.  Belə  ki,  həm 
kompüterin, həm də insanın yaddaşında məlumat transfor-
masiya olunmuş və ya çevrilmiş şəkildə qeyd edilir.  
Bu  mövqeyi  “Nitq  fəaliyyəti  nəzəriyyəsi”  tərəfdarları 
da qəbul edirlər. A.A.Leontyev hər cür dərketmə və təfək-
kür  proseslərini  fəaliyyət  adlandırararaq  yazır:  “Fəaliyyət 
insan beynində dünyanın psixi obrazını yaradan prosesdir, 
yəni  əks  olunanlar  psixi  obrazlara  çevrilir,  digər  tərəfdən 
isə bu proses psixi obrazlar vasitəsi ilə idarə olunur”
1
.  
İnsanın  fiziki  şəkildə  və  ya  əqli  formada  təmasda  ol-
duğu  gerçəklik  elementləri  ilə  bağlı  məlumatların  onun 
                                                           
1
  Леонтьев  А.А.  Психология  общения.  Тарту,  «Университет  Тарту»,  1974,  с. 
48. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
52
 
 
yaddaşına  daxil  olmasını  təmin  edən  minimal  vahidlərin 
real təbiəti hələ ki, müəyyən oluna bilməmişdir.  Yəni bu 
vahidlərin  maqnit  dalğasımı,  işıq  şüasımı,  istilik  ener-
jisimi,  başqa  bir  formada  olan  maddi  varlıqmı,  yoxsa 
“ilahi  ruh”mu  olduğunu  müəyyənləşdirmək  istiqamətində 
çox axtarışlar aparılmışdır. Amma bu günə qədər hər kəs 
tərəfindən qəbul edilən konkret nəticə əldə olunmamışdır. 
Təbiəti, mövcudluq forması bilinməyən və bu tədqiqat 
çərçivəsində intellekt obrazı adlandırılan həmin vahidlərə 
kənardan  müdaxilə  və  onlarla  manipulyasiya  etmək,  in-
sandan  xəbərsiz  onun  yaddaşında  olan  məlumatlardan 
istifadə  etmək,  onları  dəyişdirmək,  silmək  və  ya  yenilə-
mək hələ ki, mümkün deyil
1
.  
Linqvo-psixoloji vəhdət nəzəriyyəsinin minimal vahid-
ləri elan etdiyimiz  gerçəklik  elementi və  intellekt obrazı-
nın birləşməsi nəticəsində intellekt kodları yaranır. Beyni-
mizdə  baş  verən  istənilən  dərketmə,  qavrama,  mənimsə-
mə,  düşünmə  və  təfəkkür  prosesləri  məhz  bu  intellekt 
kodları vasitəsilə həyata keçir. 
İntellekt  kodlarının  iki  elementli  və  dörd  elementli 
olmaqla  2  əsas  növü  vardır.  İki  elementli  intellekt  kodu 
adı bilinməyən və ya olmayan gerçəklik vahidlərinin dərk 
edilməsi  nəticəsində  yaranır.  Dörd  elementli  intellekt 
kodu  isə  həm  özü,  həm  də  adı  məlum  olan  gerçəklik 
vahidlərinin dərk edilməsi nəticəsində yaranır. 
Hələlik  biz  yalnız  iki  elementli  intellekt  kodunun 
yaranma  mexanizmindən  bəhs  edəcəyik.  Dörd  elementli 
intellekt koduna isə sadəcə nümunə verməklə kifayətlənə-
                                                           
1
 Bu haqda daha ətraflı bax: Əsgərov M.B. Linqvopsixologiya və ya..., 2011, s. 91-
93. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə