Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   12   13   14   15   16   17   18   19   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
47
 
 
şımıza,  hər  şeydən  əvvəl,  ən  üzdə  olan  xüsusiyyəti,  əla-
məti əsasında “masa” kimi qeyd edilir. 
Bir-birinə bərkidilmiş və üzərində yazılar olan kağızlar 
“kitab”ın dərk olunması üçün kifayət edirsə, bu əlamət və 
xüsusiyyətlər  kitabın  dərk  olunan  minimal  vahidləri  kimi 
qəbul  edilə  bilər.  Əslində  kitab  ilə  bağlı  yaddaşımızda 
olan ən ümumi cəhətlər də elə məhz budur.  
 
 
 
 
 
 
Kitabın  böyük  və  kiçik,  nazik  və  ya  qalın  olması, 
rəngi, qiyməti, aid olduğu sahə, təzəliyi, köhnəliyi o qədər 
də  əhəmiyyət  kəsb  etmir.  Hansısa  qeyri-adi  bir  xüsusiy-
yətə malik olsa belə, istənilən halda o bizim yaddaşımıza 
ilkin olaraq “kitab” kimi qeyd olunur.  
Nəzərə  almaq  lazımdır  ki,  gerçəklik  dediyimiz  ətraf 
aləm  sonsuz  dərəcədə  böyükdür  və  sonsuz  sayda  vahid-
lərdən ibarətdir. Bu səbəbdən də bu gerçəkliyi insanın bir 
anda  və  tam  şəkildə  dərk  etməsi  mümkün  deyildir. 
Gerçəklik özünün vahidləri əsasında dərk olunur. Gerçək-
liyin vahidlərini də tam şəkildə və bütünlüklə dərk etmək 
mümkün deyil. Hər bir gerçəklik vahidi ən vacib və ya ən 
üzdə olan əlamət və keyfiyyətləri əsasında dərk edilir.  
Əksər hallarda gerçəklik vahidinin ən əsas xüsusiyyəti 
onunla bağlı “dərk olunan minimal vahid” kimi mənimsə-
nilib  yaddaşa  qeyd  edilir.  Amma  bəzi  istisna  hallarda 
ikinci, üçüncü dərəcəli əlamət belə, “dərk olunan minimal 
vahid” kimi yaddaşa daxil ola bilir. Bunun səbəbini həmin 
gerçəklik  vahidinin  özündə  yox,  insanın  bu  gerçəklik 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
48
 
 
vahidinə  yönələn  məqsəd  və  ya  fəaliyyətində  axtarmaq 
lazımdır.  E.F.Tarasov  bu  məsələ  ilə  bağlı  belə  yazır: 
“Kənar  obyektlər  insan  psixikasında  onun  fəaliyyətinə 
uyğun şəkildə  əks olunurlar. Yəni insan psixikasında ob-
yektə  göstərilən  təsir  nəticəsində  müəyyənləşən  cəhətlər 
əks  olunur.  Əşyaların  insana  təsir  edən  xarici  effektləri 
birbaşa  əşyaların  özündən  yox,  bu  əşyaya  yönəlmiş 
fəaliyyətdən asılıdır”
1
 Onun bu fikri dərk olunan minimal 
vahidlə bağlı bizim dediklərimizi təsdiq edir.  
Dərk olunan minimal vahid heç də həmişə birbaşa hiss 
orqanlarımıza  təsir  edən  və  ya  belə  bir  təsir  imkanına 
malik  olan  real,  əşyavi  gerçəklik  vahidinə  bağlı  olmur. 
Nəzərə almaq lazımdır ki, varlığı qəbul edilən, təsəvvür və 
ya  güman  edilən  bütün  irreal  varlıq,  hadisə  və  substansi-
yalar  da  özünə  məxsus  dərk  olunan  minimal  vahidlərə 
malikdirlər.  İfadə  etdiyi  məna  baxımından  materialist 
mövqedən  yanaşanlara  bir  qədər  ziddiyyətli  görünsə  də, 
biz  dərk  olunan  minimal  vahid  anlayışını  “gerçəklik 
elementi” adlandırırıq.  
Elə buradaca qeyd edək ki, irreal varlıqları və ona ek-
vivalent hesab edilən anlayışları gerçəklik elementi adlan-
dırmağımızı yalnız materialistlər ziddiyyət kimi qəbul edə 
bilər.  Bunun  səbəblərini  başqa  bir  tədqiqat  əsərimizdə 
ətraflı şəkildə şərh etdiyimizə görə
2
 burada onları yenidən 
təkrarlamağa ehtiyac duymuruq. 
Bu tədqiqat çərçivəsində “gerçəklik elementi” – dedik-
də,  obyektiv  aləmdə  real  şəkildə  mövcud  olan  və  ya 
mövcud  olduğu  qəbul  edilən  əşya,  varlıq  və  hadisələr, 
                                                           
1
 Tarasov Y.F, göstərilən əsəri, s. 102. 
2
 Daha ətraflı bax: Əsgərov M.B. Linqvopsixologiya və ya..., 2011, s. 88-89. 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
49
 
 
anlayış,  norma və  prinsiplər, həmçinin onların real  və  ya 
təsəvvür olunan əlamət, xüsusiyyət, keyfiyyət və hərəkət-
lərinə ekvivalent olan abstrakt təsəvvürlər nəzərdə tutulur.  
Buraya qədər deyilənlər əsasında: Biz nəyi başa düşü-
rük və ya dərk edirik? Dərk edilən və ya yadda qalan şey 
nədir?  suallarına  artıq  cavab  verə  bilərik:  Başa  düşülən, 
dərk edilən, yadda qalan şey gerçəklik elementidir
 
İntellekt obrazı. 
İndi  də:
  Biz  nəyin  vasitəsilə  başa  düşür  və  ya  dərk 
edirik? - 
sualına cavab verməyə çalışaq. 
Dini elmlər dərketmə və ya təfəkkür proseslərinin real-
laşmasını  təmin  edən  minimal  vahidlərin  “ilahi  ruh” 
olduğunu iddia edirlər. Bu  proseslərin əsasını təşkil edən 
ilkin  meyar və  vahidlər haqqında  həmin elmlər  daxilində 
heç  bir  əlavə  izahata  təsadüf  olunmur.  Dini  elmlər  ba-
xımından buna təsadüf edilməsi mümkün də deyil.  
Ətraf  aləmdə  mövcud  olan  əşya  və  hadisələrin  insan 
tərəfindən  dərk  olunmasını  təmin  edən  ilkin  vahid  və  ya 
elementlərin məhz nə olması ilə bağlı psixologiya və psi-
xolinqvistika  tarixində  müxtəlif  fikirlər  mövcuddur.  Bəzi 
tədqiqatçılar  onu  təfəkkür  elementi
1
,  bəziləri  diferensial 
element və ya kinakem
2
, bəziləri “işə çevrilmiş söz”
3
, bə-
ziləri isə “real və virtual işarə”
4
 adlandırmışlar.  
Bizim bu terminlərdən istifadə etmək istəməməyimizin 
bir sıra obyektiv və subyektiv səbəbləri var.  Belə ki, “tə-
                                                           
1
  Wundt  W.  Völkerpsychologie.  Eine  untersuchung  der  Entwicklungsgesetze  von 
Sprache, Mythus und Sitte. Die Sprache. Stuttgart, 1900. 318 s. 
2
 Леонтьев А.А. Психолингвистика. Москва, “Наука”, 1967, с. 96. 
3
  Выготский    Л.С.  Психология.  Москва,  “Апрель  Пресс,  ЭКСМО-ПРЕСС”, 
2000, с. 469. 
4
 Леонтьев А.А. Слово в речевой деятельности. Москва, “Наука”, 1965, с. 26.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə