Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   21   22   23   24   25   26   27   28   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
74
 
 
düşünərək  dərketmənin  həmişə  dil  struktur  vahidlərindən 
istifadə yolu ilə reallaşıb-reallaşmadığına nəzər salaq.  
Bu  və  bunun  kimi  digər  məsələlərə  tam  təfərrüatı  ilə 
aydınlıq  gətirə  bilmək  üçün,  hər  şeydən  əvvəl,  sinktual 
dərketmənin  mahiyyətini, onun üsul və  yollarını psixoloji 
proseslər baxımından araşdırmaq lazımdır.   
Sinktual  dərketmənin  digər  üsullara  nisbətən  daha 
məhsuldar olması haqqında yaranan  yanlış təsəvvürün sə-
bəblərindən  biri  budur  ki,  bəzən  biz  dərketmə  aktının 
birinci  fazasında  yazılı  və  şifahi  nitqdən  bir  vasitə  kimi 
istifadə  edilməklə
1
  baş  verən  müxtəlif  təfəkkür  proses-
lərini sinktual dərketmə olaraq qəbul edirik.  
Amma  nəzərə  almaq  lazımdır  ki,  biz  hər  hansı  bir 
ədəbiyyatı oxuyarkən və ya mühazirə dinləyərkən, əslində 
hazır məlumatı qəbul edirik, kodlaşdırırıq və yaddaşımız-
da  mühafizə  edirik.  Doğrudur,  bəzi  yazılı  və  şifahi  məlu-
matların qəbulu zamanı düşünmək lazım gəlir. Bu, adətən, 
yazanla oxuyan və ya danışanla dinləyən arasında səviyyə 
fərqinin  olması,  şifahi  və  yazılı  mətn  formalaşdırılarkən 
bu  fərqin  nəzərə  alınmaması  nəticəsində  əmələ  gəlir. 
Amma  istənilən  halda,  bu  təfəkkür  proseslərini  sinktual 
dərketmə hesab etmək olmaz.  
Müxtəlif  elm  sahələrində  elə  ilk  oxunuş  və  ya  ilk  ta-
nışlıqdan anlaya bilmədiyimiz bir çox çətin qanun, teorem 
və  düsturlar  vardır.  Bəzən  onları  yaddaşımıza  həkk  edə 
bilmək  üçün  saatlarla,  günlərlə  düşünür,  müxtəlif  yol  və 
üsullardan  istifadə  edirik.  Bu  səbəbdən  bizə  elə  gəlir  ki, 
bu  təfəkkür  prosesləri  məhz  düşünərək  dərketmədir,  yəni 
                                                           
1
  Bununla  bağlı  daha  ətraflı  məlumat  almaq  üçün  bu  tədqiqatın  Nitqin 
mənimsənilməsi hissəsinə baxın.  


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
75
 
 
sinktual dərketmədir. 
Məsələn,  “Elementlərin  dövrü  sistemi”  və  “Atomun 
parçalanması reaksiyası”nı anlamaq üçün biz xeyli düşün-
məli oluruq. Amma “Cazibə qanunu”nu bir dəfə oxuyuruq 
və  uzun  düşünməyə  ehtiyac  duymadan  dərhal  anlayırıq. 
Bu  səbəbdən  bizə  elə  gəlir  ki,  “Elementlərin  dövrü  siste-
mi”ni  və  “Atomun  parçalanması  reaksiyası”nı  düşünmə 
yolu  ilə  (sinktual  dərketmə  yolu  ilə),  “Cazibə  qanunu”nu 
isə  sadəcə  oxumaqla  (vizual-vokal  mənimsəmə  üsulu  ilə) 
dərk  edirik.  Belə  bir  qənaətə  gəlmək,  təbii  ki,  yanlışdır. 
Onları  anlamaq  üçün  aylarla  düşünmək  lazım  gəlsə  belə, 
artıq  kəşf  olunmuş,  elm  aləminə  məlum  olan  ən  çətin 
qanunların  mənimsənilməsi  belə  sinktual  dərketmə  üsulu 
ilə deyil, vizual-vokal mənimsəmə üsulu ilə baş verir. 
Sinktual  dərketmə  məlumatların  sadəcə  qəbulu,  qrup-
laşdırılıb  yerləşdirilməsi,  bölüşdürülməsi  və  s.  deyildir. 
Sinktual dərketmənin nəticəsi  yalnız elmi  yenilik, kəşf və 
ya ixtira ola bilər. Onun böyüklüyünün, kiçikliyinin, qəbul 
edilib yadda saxlanılmasının asanlıq və ya çətinliyinin isə 
mətləbə heç bir dəxli yoxdur.   
Qoyulan  çoxsaylı  eksperimentlərdən  alınan  nəticələr 
və  statistik  hesablamalar  belə  deməyə  əsas  verir  ki, 
insanın dərketmə və təfəkkür proseslərinin 86 faizə qədəri 
vizual  və  vokal  dərketmənin,  qalan  14  faizdən  bir  qədər 
çoxu  sinktual,  friktual,  tastual,  attaral  və  s.  dərketmə 
növlərinin payına düşür. Qeyd olunan 14 faizdən friktual, 
tastual,  attaral  və  s.  üsullarla  dərketmənin  payına  düşən 
miqdarlar  çıxılarsa,  o  halda  sinktual dərketmənin payının 
nə  qədər  azaldığını  görə  bilərik.  Sinktual  dərketmənin 
payı  fiziki  əməklə  məşğul  olan  insanlarda,  təxminən,  3-
5%,  zehni  əməklə  məşğul  olanlarda,  təxminən,  4-7%, 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
76
 
 
fenomenal  düşünmə  qabiliyyətinə,  fitri  istedada  malik 
insanlarda isə, təxminən, 7-10%-ə qədərdir. Sonuncularda 
dərketmə  növlərinin  pay  nisbəti  digərlərindən  fərqlənir. 
Onlarda  vizual  və  vokal  dərketmənin  payı,  təxminən,  82 
faizə  qədər,  sinktual,  friktual,  tastual,  attaral  və  s. 
dərketmələrin ümumi payı isə, təxminən, 18 faiz olur. 
Anadangəlmə və sonradan qazanılan anomal, həmçinin 
fenomenal faktorlar dərketmə növləri ilə bağlı qeyd edilən 
faiz  nisbətlərinə  əsaslı  şəkildə  təsir  göstərir.  Məsələn, 
korluq anadangəlmə olduqda, vizual dərketmə sıfıra bəra-
bər  hesab  olunur.  Sonradan  yaranan  korluq  zamanı  isə 
orta  insan  ömrünün  70  yaşa  bərabər  götürülməsi  şərti  ilə 
vizual dərketmə imkanın hər 10 yaş üçün 8%-nin itirilmiş 
olduğu təxmin edilir. 
İnsanın  bir  dərketmə  növündə  hər  hansı  səbəbdən 
itirilən  imkanı  başqa  bir  dərketmə  növündə  qismən  əvəz-
lənsə də (məsələn, korlarda vokal, friktual, tastual, attaral 
dərketmə  aktivləşir),  bunu  adekvat  əvəzlənmə  hesab  et-
mək,  əlbəttə  ki,  sadəlövhlük  olardı.  Etiraf  etmək  lazımdır 
ki,  itirilən  heç  bir  dərketmə  imkanının  başqa  dərketmə 
növləri  hesabına  tam  və  adekvat  əvəzlənməsi  mümkün 
deyil. Ən məhsuldar  dərketmə növü olan vizual və vokal 
dərketmə  imkanlarının  itirilməsi,  yəni  karlıq  və  korluq 
ümumi  idrak  qabiliyyətinin  60%-ə  qədər,  sinktual  dərk-
etmə imkanınınsa 40-50%  azalmasına səbəb olur.    
 Vizual və vokal dərketmə təsviri xarakter daşıyır, yəni 
gerçəklik elementi qəbul olunur, intellekt obrazına çevrilir 
və mühafizə olunur. Əslində, sinktual dərketmədən başqa 
bütün digər dərketmə növləri bu qaydada baş verir və on-
ların qəbul yarımaktı bu iki faza ilə başa çatmış olur. Növ-
bəti  iki  faza  isə  mövcud  məlumatın  verilməsi  və  ya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə