Amea nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/62
tarix13.11.2017
ölçüsü2,8 Kb.
#10320
1   ...   20   21   22   23   24   25   26   27   ...   62

AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
71
 
 
maq  lazımdır.  Digər  proseslər  proqram  dəstəyi  ilə  avto-
matik  şəkildə  həyata  keçir  və  daxil  edilmiş  “açar  kod”a 
uyğun olan bütün məlumatlar müstəqil sayt, qovluq və ya 
sənəd şəklində bufer yaddaşa gətirilir. İstifadəçi bu məlu-
matlardan  məqsədinə  daha  uyğun  olanları  seçir,  “aç” 
komandasını verməklə həmin məlumatı operativ yaddaşda 
tam  şəkildə  açır.  Bu  zaman  araşdırılan  məlumatlar  istifa-
dəçinin tələbinə uyğun olaraq ilkin daxil edildiyi formada 
və ya başqa bir formada açıla bilər.   
Dərketmə  prosesinin  üçüncü  fazasında  nəzərdə  tutul-
muş və ya gözlənilməz bir “komanda” (məsələn, bir çiçək 
qoxusu, musiqi və s.) ilə baş beynimizdə mühafizə olunan 
milyonlarla  intellekt  obrazları  arasından  haqqında  danışı-
lan  dağ  gəzintisi  ilə  bağlı  obrazlar  silsiləsi,  sanki  avto-
matik  olaraq  seçilir  və  digər  həmhüdud  silsilələrlə  birlik-
də, yaxud da ayrılıqda  aktiv yaddaşa gətirilir. 
Qeyd edək ki, haqqında danışılan gerçəklik elementləri 
ilə  bağlı  yaranan  intellekt  obrazlarının  xatırlanması  faza-
sında da dilə heç bir ehtiyac duymuruq.  
Dördüncü  faza.  Haqqında  danışılan  dağ  gəzintisi  göz-
lərimiz  önündə  canlanır.  Ən  xırda  təfərrüatlarına  qədər  o 
ecazkar  gözəlliyi,  o  şahanə  musiqini,  dadını,  ətrini  və 
yumşaqlığını hələ də damağımızda hiss etdiyimiz o cənnət 
meyvəsini yada salırıq.  
Dərketmə  prosesinin  dördüncü  fazası  hesab  olunan  və 
intellekt  kodunun  gerçəklik  elementinə  ekvivalent  olan 
obrazlar  şəklində  açılması  fazası  adlanan  bu  mərhələdə 
aktiv  yaddaşa  gətirilmiş  intellekt  obrazı  bütün  tərkib  his-
sələri ilə aktiv yaddaşda bərpa olunur. 
Haqqında  danışılan  dağ  gəzintisi  ilə  bağlı  intellekt 
obrazının  gerçəklik  elementinə  ekvivalent  olan  görüntü, 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
72
 
 
səs və s. çevrilməsi prosesində də dilə ehtiyac duymuruq.  
 
Biz vahid dərketmə prosesini ayrı-ayrı aktlar və hər bir 
aktın özünü də 4 ayrı faza kimi təqdim etsək də, nəzərə al-
maq  lazımdır  ki,  onlar  tamın  hissələridir  və  çox  vaxt  sıx 
ardıcıllıqla  cərəyan  edir.  Bu  zaman  fazalar  arasında  sər-
hədləri müəyyənləşdirmək çətin olur, bütün proses bir tam 
kimi, bütöv bir axın kimi görünür.  
Bəzən  birinci  və  ikinci  yarımaktlar  arasında  illərlə  fa-
silə olsa belə, əksər halda, birinci (qəbul) və ikinci (yadda 
saxlama),  eləcə  də  üçüncü  (xatırlama)  və  dördüncü 
(tətbiq) fazalar sıx ardıcıllıqla cərəyan edir. Onlar arasında 
olan keçidləri müəyyənləşdirmək çox çətin olur. Sanki ilk 
iki  və  son  iki  faza  öz  aralarında  birləşir.  Gerçəklik  ele-
mentinin  beyin  aparatı  tərəfindən  intellekt  obrazlarına 
çevrilərək  qəbul  edilməsi  (mənimsəmə,  qavrama  prosesi) 
və  qəbul  olunmuş  məlumatın  intellekt  kodları  şəklində 
toplanıb  informasiya  bazasında  (baş  beyində)  mühafizəsi 
(yadda saxlama prosesi) bütöv bir yarımakt kimi baş verir. 
Tələb  edilən  müvafiq  intellekt  obrazının  aktiv  yaddaşa 
gətirilməsi (xatırlama prosesi) və onun beyin aparatı vasi-
təsilə  gerçəklik  elementinə  ekvivalent  olan  görüntüyə, 
səsə və s. çevrilməsi (tətbiq prosesi) də digər bir yarımakt 
kimi görünür.   
İstənilən  halda  qeyd  olunan  bu  4  faza  öz  məzmun  və 
mahiyyətini itirmədiyi kimi, onların sıra ardıcıllığı da heç 
bir zaman pozulmur. Yəni bu fazaların cərəyan ardıcıllığı 
nə  qədər  sıx  da  olsa,  onlar  mütləq  şəkildə  baş  verir.  Heç 
vaxt birinci fazadan üçüncüyə, ikinci fazadan dördüncüyə, 
birinci fazadan dördüncüyə birbaşa keçid mümkün deyil.   
 


AMEA Nəsimi adına Dilçilik İnstitutu, Sosiolinqvistika və dil siyasəti şöbəsi
 
 
___
 
Mayıl B. Əsgərov   
LİNQVO-PSİXOLOJİ VƏHDƏT NƏZƏRİYYƏSİ     
 
Bakı, 2015, s
.
73
 
 
İndiyə  qədər dərketmə  ilə  bağlı  deyilən fikirləri ümu-
miləşdirərək belə bir nəticəyə gəlmək mümkündür:  
Dərketmə dedikdə, gerçəklik elementi ilə bağlı məlu-
matın insanın beyin aparatı vasitəsilə intellekt obrazına və 
ya koduna çevrilərək qəbul edilməsi, baş beyində mühafi-
zəsi,  tələb  olunduqda  lazımi  intellekt  obrazının  və  ya  ko-
dunun axtarılıb tapılması və beyin aktivliyinin daha sonra-
kı  mərhələsinə  uyğun  olaraq  ondan  istifadəni  əhatə  edən 
beyin aktivliyi nəzərdə tutulur. 
 
Düşünərək dərketmə. 
İndi də: 
Düşünərək dərk etmək nə deməkdir?
 – sualına 
cavab verməyə çalışaq.  
Dərketmə  prosesi  yalnız  hiss  orqanlarının  yardımı  ilə 
ətraf aləmdən alınmış informasiyanın yaddaşa qeyd olun-
ması  ilə  məhdudlaşmır.  Kompüterdən  fərqli  olaraq  insan 
beyni daha əvvəl qəbul etmiş olduğu informasiyanın ana-
lizi  nəticəsində,  yəni  düşünmə  yolu  ilə  yeni  gerçəklik 
vahidləri yaratmağa qadirdir. Düşünərək dərketmə nəticə-
sində  yaranan  həmin  gerçəklik  vahidləri  də  bütün  digər 
gerçəklik  vahidləri  kimi  gerçəklik  elementi  səviyyəsində 
yenidən  dərk  olunur  və  onlarla  bağlı  digər  təfəkkür  pro-
sesləri analoji qaydada icra edilir. 
Düşünərək  dərketmə  prosesi  bu  tədqiqat  çərçivəsində 
sinktual  dərketmə  adlandırılır  (think  –  ingilis  sözü  olub, 
Azərbaycan dilində mənası “düşünmək, fikirləşmək”dir).  
Bəzən  bizə  elə  gəlir  ki,  bütün  şüurlu  həyatımız  boyu 
düşünmək  yolu  ilə  dərk  etmişik,  düşünərkən  də  həmişə 
nitqdən  istifadə  etmişik.  Bunun,  həqiqətən  də,  belə  olub-
olmadığına,  yəni  əvvəla,  düşünərək  dərketmənin  digər 
üsullara  nisbətən  məhsuldar  olub-olmadığına,  ikincisi  isə, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə