Аллаһын елчиси



Yüklə 1,48 Mb.
səhifə16/40
tarix06.05.2018
ölçüsü1,48 Mb.
#42568
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

BəŞəRİ RİSALəT


Həyat yolunda heç bir zəif nöqtəsi olmayan insanlar peyğəmbərlik məsuliyyətini qəbul etməyə layiqdirlər. Peyğəmbərlik icra ilə yanaşı bildirişdir. Mümkündür ki, kimsə uca mənəvi məqama çatsın, övliyalar zümzüməsinə qovuşsun, amma peyğəmbərlik ləyaqəti əldə edə bilməsin. Bu ləyaqət ömür boyu məsum olmuş, doğru yoldan sapmamış insanlara nəsib olur. Bütün bu əlamətlər Allaha məlumdur və peyğəmbərləri də Allah seçir: «Allah peyğəmbərliyi kimə göndərəcəyini Özü daha yaxşı bilir». («Ənam» 128). Bu ləyaqət öz şəxsi ləyaqətini heç zaman alçatmamış insanlara tapşırılır.

İlahi peyğəmbərlik insan yer üzünə qədəm qoyan gündən başlamışdır və bəşər həyatının son anınadək davam edəcəkdir. Peyğəmbərlik silsiləsi həzrət Məhəmməddə (s) sona yetsə də, bu peyğəmbər silsiləsinin sona yetməsidir. Amma həzrət Məhəmmədin risaləti bəşəri bir risalət olduğundan dünya durduqca duracaq. İnsan həmişəlik vəhyə möhtacdır və bu vəhy hər zaman onunla olacaq.

İlahi risalət və səmavi göstərişlər ictimai həyatla yanaşı inkişaf edib, bəşərin istəklərinə tam cavab verəcək son peyğəmbərlə başa çatır. Ondan sonra isə digər bir risalət düzgün ehtimal deyildir. Silsilə peyğəmbərlərin imanı, ilahi dinin kamilliyi həzrətin (s) risaləti ilə kamala çatır. «Allah yanında din daim islamdır». («Ali-imran» 19(?)). Risalətin sonuncu olmasının fələfəsi budur ki, risalət istəklərin təmini üçündür və həzrətin (s) risaləti bu istəklərə tam cavab verirsə, demək yeni bir risalətə ehtiyac qalmır.

Peyğəmbərin (s) risalətinin başlanğıcı bəşər tarixində çox böyük hadisədir. Allah tərəfindən bəşəriyyət üçün bundan böyük hadisə, bundan böyük nemət göndərilməmişdir. Bu risalət cəmiyyətə yeni bir etiqadi və siyasi quruluş gətirir. Ləyaqət baxımından bu risalət peyğəmbərin qırx yaşından rəsmi olaraq başlayır. Bunu da qeyd edək ki, rəvayətlərə əsasən hələ qırx yaşınadək ona mələklər nazil olmuş, röya aləmində mələklərlə görüşmüşdür. Rəsmi olaraq isə Quran həzrətin (s) qırx yaşında nazil olmuşdur.



Sünni və şiə əhli tərəfindən qəbul olunmuşdur ki, Quran «Ələq» surəsinin ilk beş ayəsi nazil olmağa başlamışdır. Eləcə də əksəriyyət qəbul edir ki, besətin başlanğıcı 27-si Rəcəbə düşür. Amma sünnə əhlinə görə bu tarix fərqlidir. Belə məsələlərin araşdırılması Quran elmlərinin mövzusudur və öz vaxtında izah ediləcək. Burada isə məqsədimiz besətin səbəblərini araşdırmaq, eləcə də, həzrətin (s) keçdiyi yolu, ibadi, ictimai və siyasi həyatını təsvir etməkdir. Bu nöqtə də işıqlandırılmalıdır ki, belə bir böyük məsuliyyəti qəbul edən şəxsin hansı xüsusiyyətləri olmuşdur. Bütün həyatı nümunə olmuş belə bir fəzilətli şəxsin öyrənilməsi faydalı olacaq. Çünki düzgün təhlillər və onun həyatının təsviri ona ardıcıl olmaq imkanını yaradacaq.

GİZLİ RİSALəT


Həzrətin (s) risaləti gizli şəkildə başlayır. Əvvəlki peyğəmbərlər hazırlıq görsələr də, həzrətin əvvəlki parlaq həyatı hamıya məlum olsa da, şərait münasib olmadığından, bütün ixtiyarlar bütpərəstlərə məxsus olduğundan bu risalət məhdud və gizli şəkildə başlayır. «ən yaxın qohumlarını qorxut». («Şüəra» 214). Vəhy göstərişləri kiçik bir cəm arasında məxfiyanə açıqlanır və barmaqla sayılası qədər az insan Peyğəmbərin buyuruqlarına iman gətirirlər. Həzrətin risaləti şirkə etiraz etməklə, «Allahdan başqa məbud yoxdur, deməklə nicat tapın» şüarı ilə başlanır. Bu ideya insanların pak fitrətindən qalxdığından aram-aram genişlənir və ürəklərdə yer tapır. Bu şüarlar genişləndikcə müxalifət də güclənir. Bu müddətdə həzrətə yaxınların və Qüreyş böyüklərinin çoxu Peyğəmbərə iman gətirirlər. Bu gizli dəvət, risalət üç il davam edir.

AŞKAR DəVəT


Şərait yaranan zaman, həzrətin (s) risalətinə bir dəstə insan iman gətirdiyi vaxt məsuliyyət daha da artır. «Öz dəvətini aşkar et» əmrinə əsasən peyğəmbərlik aşkar edilir və Səfa dağı kimi bir minbərə qalxıb, öz ilahi səsi ilə insanların xürafat, şirk, alçaqlıq caynağından qurtuluşu üçün nida edir. İndi bir tərəfdən Peyğəmbər (s) və onun yaxınlarının təlaşı, digər tərəfdən müxaliflərin düşmənçilikliyi alovlanır. Düşmən həzrətin risalətinə qarşı o qədər həssasdır ki, bütün vasitələrə əl atır. Peyğəmbərə məcnun, sehrkar, şair, bəşərdən təlim almış deməklə böhtanlar atılır. Peyğəmbər və onun tərəfdarları böhtanlarla, istehzalarla, cismi əzablarla qarşılaşır, bəziləri şəhadətə yetirilir. Amma Allah-taala Peyğəmbərə (s) ümid verir: «Sənə əmr olunan Quranı açıq-aşkar təbliğ et müşriklərdən üz döndər». («Hicr» 94).

Peyğəmbərin (s) artan təlaşı və onun gözəl səslə Quran qiraəti hamını özünə cəzb edir. Peyğəmbərlə bir görüş, onun oxuduğu Quranı bir dəfə dinləmək kifayət edir. Bir görüşlə onun gözəlliklərinə cəzb olunurlar. Onun cazibəsi qəlbləri ovsunlayır və yumşaldır. Quranın şirinliyi ən bərk qəlbi də titrədir. Ona görə də düşmən çalışır ki, Quranın avazı qulaqlara çatmasın. Göstəriş verilir ki, «Məscidül-haram a» daxil olanda qulaqlarınızı tutun ki, Quran səsini eşitməyəsiniz. Quranın səsini eşitmək ona cəzb olmağa bərabərdir.

Kafirlər dedilər: Bu Quranı dinləməyin, o oxunduqda səs-küy, şuluqlar salın ki, bəlkə qalib gələsiniz. («Fussilət» 26).

Necə ki, Nuhun qövmü paltarlarını başlarına qaldırdılar ki, onun dəvətini eşitməsinlər. «Sənin onları bağışlamağın üçün zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar». («Nuh» 7).

Lakin Quranın cazibəsi elə bir həddə idi ki, başqalarının eşitməsinə mane olanlar da onu eşitməkdən, ona qulaq asmaqda vaz keçə bilmirdilər. Çünki onun gözəlliyi, şirinliyi, cazibəsi hədsiz idi. Ona görə də Quran özünü ən gözəl söz adlandırır. («Zumər» 23).

Peyğəmbərin (s) qatı düşməni Vəlid ibni Müğeyrə bütün qüvvəsi ilə çalışır ki, kimsə həzrətə yaxınlaşmasın. Lakin özü Kəbənin yanından keçərkən həzrətin (s) təlavətini eşidir və təlatümə gəlir. Pərişan halda öz tərəfdarlarının məclisinə daxil olur. Dostları Vəlidin bu halına istehza edib, səbəbini soruşurlar. Nə qədər düşmən olsa da Vəlid Quranın gözəlliyini gizlədə bilmir və etirafa məcbur olur: «Məhəmmədin sözləri o qədər cazibəli, şirin, gözəldir ki, ondan gözəli olmaz». Yenə də deyir: «Qurana qulaq asmayın, səs-küylə ona mane olun, kimsənin eşitməsinə imkan yol verməyin».



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə