Ali təhsil müəssisəsinin fakültə Elmi Şurası haqqında



Yüklə 499,66 Kb.
Pdf görüntüsü
tarix13.02.2023
ölçüsü499,66 Kb.
#100764
Ali-t-hsil-m-ssis-nin-Elmi-uras-haqq-nda-sasnam-nin-t-sdiqi-bar-d-AR-TN-nin-mri



Ali təhsil müəssisəsinin fakültə Elmi Şurası haqqında 
əsasnamə 
Ali təhsil müəssisəsinin fakültə Elmi Şurası haqqında əsasnamənin təsdiqi barədə 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri
Ali 
təhsil müəssisəsində fakültə Elmi Şurasının fəaliyyətini nizama salmaq məqsədilə
ƏMR EDİRƏM:
1.
“Ali təhsil müəssisəsinin fakültə Elmi Şurası haqqında Əsasnamə” təsdiq edilsin.
2. 
Əmr imzalandığı gündən qüvvəyə minsin və həmin tarixdən Təhsil Nazirliyinin 04 yanvar 1994-cü il tarixli, 
10 
nömrəli əmri ilə təsdiq olunmuş “Ali məktəbin fakültə Elmi Şurası haqqında müvəqqəti Əsasnamə” qüvvədən 
düşmüş hesab edilsin.
 
 
Azərbaycan Respublikasının
Təhsil naziri
10 noyabr 1997-ci il
№ 794
Ali təhsil müəssisəsinin fakültə Elmi Şurası haqqında 
 
əsasnamə
1. Ali 
təhsil müəssisələrinin fakültəsinə ümumi rəhbərlik seçkili orqan - dekan başçılıq etdiyi fakültə Elmi 
Şurası tərəfindən həyata keçirilir. Fakültə Elmi Şurası ali təhsil müəssisəsinin başçısının əmrinə əsasən 3 il 
müddətinə seçilir. Fakültə Elmi Şurasının sədri dekandır. Fakültə Elmi Şurasının vaxtından əvvəl yenidən seçilməsi 
onun 
üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə, həmçinin müstəsna hallarda ali təhsil müəssisəsinin başçısının 
(rektorun) 
təqdimatına görə həyata keçirilə bilər.
2. 
Fakültənin Elmi Şurasına tutduqları vəzifələrinə ğörə dekan müavinləri (onlardan biri sədr müavini), 
fakültənin tərkibindəki bütün kafedraların müdirləri, fakültə Tələbə Elmi Cəmiyyətinin sədri daxil olurlar. Elmi Şuranın 
digər üzvləri fakültənin professor-müəllim heyətinin ümumi iclasında gizli səsvermə yolu ilə seçilir. Elmi Şura 
üzvlərinin həmin seçilən say miqdarı ali təhsil müəssisəsinin başçısı (rektoru) tərəfindən müəyyənləşdirilir.
1.
Fakültənin Elmi Şurasının tərkibi ali məktəbin rektoru tərəfindən təsdiq olunur.
2.
Fakültə Elmi Şurası:
-
fakültədə mütəxəssis hazırlığına, fakültənin elmi-tədqiqat fəaliyyətinə və kafedraların
maddi-texniki 
təchizatı ilə bağlı məsələlərə baxır;
-
fakültənin dekanını seçir və müəyyən olunmuş qaydada professor-müəllim heyətinin
vəzifələrini tutmaq üçün müsabiqələr keçirir;
-
tədris planlarının və proqramlarının layihələrinin, kafedraların tədris-metodiki və
elmi-
tədqiqat işləri haqqında hesabatlarını dinləyib müzakirə edir;
-
elmi-
tədqiqat və tərbiyə işlərinin planlarını, fakültənin professor-müəllim heyətinin
ixtisaslarının artırılması planlarını müzakirə edir;
-
hər il dekanın hesabatını dinləyir;
-
tədris və istehsalat təcrübələrinin yekunlarını müzakirə edir;

fakültə heyətində olan dosent, baş müəllim və assisentlərin, aparıcı və elmi işçilərin seçkilərini aparır, 
onlara elmi ad 
verilməsi üçün ali təhsil müəssisəsinin Elmi Şurası qarşısında məsələ qaldırır;
-
doktorluq 
dissertasiyası üzərində işləyən elmlər namizədləri olan müəllimlərdən elmi
işçilər vəzifələrini tutmaq istəyən namizədləri müzakirə edir və müvafiq rəy verir;
-
həmin ali təhsil müəssisəsinin məzunlarından aspiranturaya və magistraturaya qəbul


olunmaq 
üçün namizədlərə zəmanət verir, həmçinin aspirantların və magistrlərin fərdi planlarını və namizədlik 
dissertasiyalarının mövzularını təsdiq edir, hər il onların attestasiyalarının materiallarına baxır;
-
tələbələrin elmi-tədqiqat işlərinin vəziyyətini və onun yaxşılaşdırılması tədbirlərini
müzakirə edir;

fakültənin fəaliyyəti ilə bağlı olan digər məsələlərə baxır.
3.
Fakültə Elmi Şuranın işi hər semestr üçün hazırlanan plan əsasında həyata keçirilir.
Fakültə Elmi Şuranın iş planı Şuranın iclasında müzakirədən sonra həyata keçirilir.
4.
Elmi 
Şuranın qərarları fakültənin tədris və elmi işlərinin bütün məsələləri üzrə sadə
səs çoxluğu əsasıda açıq səsvermə, professor-müəllim heyətinin və dekanların seçilməsi zamanı isə mövcud 
qaydada gizli 
səsvermə yolu ilə qəbul edilir.
5.
Fakültə Elmi Şuranda hər hansı bir məsələyə baxılması üçün Şura üzvlərinin ümumi
sayının 2/3-dən az olmayaraq iştirakı vacibdir.
8. 
Fakültə Elmi Şurasının açıq səsvermə yolu ilə qəbul olunmuş qərarları fakültənin dekanı tərəfindən təsdiq 
edildikdən sonra qüvvəyə minir.
9. Elmi 
Şuranın qərarlarını və öz vəzifə borcunu sistematik olaraq yerinə yetirmədikdə, onun üzvlərinin ən 
azı 2/3 hissəsinin tələbi ilə dekana etimadsızlıq məsələsi fakültə Elmi Şurasının müzakirəsinə verilə bilər.
10. Elmi 
Şuranın iclasları protokollaşdırılır. Protokollar sədr və elmi katib tərəfindən imzalanılar.
11. Elmi 
Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın 
üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.
12. 
Fakültə Elmi Şuranın qərarı düzgün olmadıqda ali təhsil müəssisəsinin başçısı (rektoru) və ya təhsil 
müəssisəsinin tabe olduğu mərkəzi orqanın rəhbəri tərəfindən ləğv oluna bilər.

Yüklə 499,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə