Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə3/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   2   3   4   5   6   7   8   9   ...   48

II  HİSSƏ.  2-Cİ  MADDƏNİN  1-Cİ  PARAQRAFINA 

UYĞUN MƏQSƏDLƏR  VƏ  PRİNSİPLƏR

7-ci Maddə - Məqsədlər və Prinsiplər

Ərazilərində  işlədilən  bölgə, yaxud  azlıqların dillərinə münasibətdə  və hər 

bır dilin statusuna müvafiq  olaraq  Tərəflər öz siyasətini, qanunvericiliyini  və öz 

əməli  fəaliyyətini  aşağıdakı  məqsəd  və prinsiplərə uyğun olaraq  qurmalıdırlar:

a)  bölgə  dillərinin,  yaxud  azlıqların  dillərinin  mədəni  sərvətin  ifadə  vasitəsi 

olduğunun etiraf edilməsi;

b)  mövcud,  yaxud  gələcəkdə  ola  biləcək  inzibati  bölgünün  bölgə  və  ya 

azlıqların  dilinin  inkişafına  maneələr yaralmamasına  diqqət yetirməklə,  hər  bir 

bölgə  və ya azlıqların dilinin coğrafi məkanına riayət edilməsi;

c)  bölgə dillərinin,  yaxud  azlıqların dillərinin  qorunub saxlanması  məqsədilə 

bu dillərin  inkişaf etdirilməsi üçün qəti əməllərin zəruriliyi;

d) ictimai  və şəxsi  həyatda  bölgə dillərinin və ya azlıqların dillərinin şifahi və 

ya yazılı şəkildə işlədilməsino yardım və/yaxud  bu  işlədilməyə təşviq etmə;

e)  bu Xartiyanın  tətbiq dairəsinə daxil olan sahələrdə bölgə, yaxud azlıqların 

dilini işlədən qruplar, həmin dövlətin eyni dildə, yaxud yaxın dildə danışan digər 

qrupları  arasında  əlaqələrin  dəstəklənməsi  və inkişaf etdirilməsi, eləcə də dövlət 

daxilində  başqa dilləri  işlədən  digər qruplar ilə mədəni əlaqələrin qurulması;

f)  bütün  təhsil  mərhələlərində  bölgə  dillərinin,  yaxud  azlıqların  dillərinin 

tədrisinin  və öyrənilməsinin müvafiq  forma  və vasitələrinin verilməsi;

g)  bölgə,  yaxud  azlıqların  dilinin  işləndiyi  yerdə  yaşayan,  ancaq  bu  dildə 

danışmayanlara,  onu  öyrənmək  istədikləri halda onlara  vəsaitlərin  ayrılması;

h)  universitetlərdə  və ya  anoloji  təhsil  müəsisələrində bölgə dillərinin,  yaxud 

azlıqların  dillərinin 

öyrənilməsi  və  araşdırılmasının  inkişafına  yardım 

göstərilməsi;

i)  iki  və  ya  daha  çox  dövlətdə  eyni,  yaxud  yaxın  formada  işlənilən  bölgə 

dilləri,  yaxud  azlıqların  dilləri  üzrə  bu  Xartiyanın  tətbiq  dairəsinə  daxil  olan 

sahələrdə millətlərarası  mübadilənin  müvafiq  formalarının  inkişaf etdirilməsi;

2.  Tərəflər,  bölgə dilinin,  yaxud  azlıqların  dilinin  işlədilməsiylə  bağlı  özünü 

doğrultmayan 

fərqlərin,  istisnaların,  məhdudlaşdırmaların  və  ya  üstün 

tutulmanın  dilin  qorunub saxlanılmasının  və ya  inkişaf etdirilməsinin  təşviqinə 

qarşı,  yaxud  şübhə  altına  qoyulmasına  yönəlikli  istənilən  formalarını  aradan 

qaldırılmayıbsa. aradan qaldıracaqlarını öhdələrinə götürürlər.  Bölgə dillərində

yaxud  azlıqların  dillərində danışanlar ilə əhalinin  qalan  hissəsi  arasında  böyük 

bərabərliyə nail olmaq üçün və ya bölgə, yaxud azlıqların dillərində danışanların 

xüsusi  statusu  nəzərə alınmaqla  bu  dillərin  xeyrinə xüsusi  tədbirlərin  görülməsi 

daha geniş yayılmış dillərin daşıyıcılarına  qarşı  ayrı-seçkilik hərəkəti sayılmır.

3.  Tərəflər,  xüsusilə  bölgə dilləri,  yaxud  azlıqların  dilləri  barəsində  hörmət, 

anlaşma  və dözümlülüyü dövlətin  təhsil  və peşə hazırlığının  məqsədlərindən  biri 

kimi  qəbul  edərək,  ölkənin  bütün  dil  qrupları  arasında  böyük  qarşılıqlı 

anlaşmaya  müvafiq  tədbirlərin  köməyilə  yardım  etməyi,  eləcə  də  bu  məqsəd 

üçün  kütləvi  kommunikasiya  vasitələrinin  inkişafını  təşviq  etməyi  öhdələrinə 

götürürlər.

4.  Bölgə  dilləri,  yaxud  azlıqların  dilləri  sahəsində  öz  siyasətlərini  müəyyən­

ləşdirərkən  Tərəflər  bu  dilləri  işlədən  qrupların  ehtiyac  və  istəklərini  nəzərə 

almağı  öhdələrinə  götürürlər.  Lazım  gələrsə  Tərəflərin  bölgə  dillərinə,  yaxud 

azlıqların  dillərinə aid  bütiin  məsələlər üzrə hakimiyyət orqanlarına  məsləhətlər

8

verə bilən orqanlar yaratması alqışlanır.



5. 

Tərəflər  bu  maddənin  1  və  4-cü  paraqraflarında  ifadə  edilən  prinsipləri 

ərazisi olmayan dillərə mutatisınutandis (lazımi dəyişikliklər irəli  sürərək) tətbiq 

etməyi  öhdələrinə  götürürlər.  Ancaq  bu  dillərin  konkret  hallarında 

bu 

Xartiyanı  həyata  keçirmək  məqsədilə  görülən  tədbirlərin  xarakter  və  miqyası 



belə  dillərdə  danışan  qrupların  ehtiyac  və  istəkləri  nəzərə  alınmaqla,  onların 

ənənələri  və  səciyyəvi  xüsusiyyətləri  gözlənilməklə  çevik  şəkildə  müəyyən 

edilməlidir.

Ill  HİSSƏ.  BÖLGƏ  DİLLƏRİNİN,  YAXUD AZLIQLARIN  DİLLƏRİNİN 

İCTİMAİ  HƏYATDA İŞLƏDİLMƏSİNƏ  DAİR,

2-Cİ MADDƏNİN  2-Cİ  PARAQRAFI  ÜZRƏ  ÖHDƏLİKLƏRƏ  UYĞUN 

OLARAQ  GÖRÜLƏN TƏDBİRLƏR

8-ci  Maddə - Təhsil

1. 

Təhsil sahəsində Tərəflər bu dillərin hər birinin statusunu  nəzərə almaqla, 



eləcə  də  dövlətin  rəsmi  dilinin  (dillərinin)  tədrisinə  ziyan  vurmadan,  bölgə 

dillərinin  işləndiyi  ərazilər  bərəsində aşağıdakı  öhdəlikləri  götürürlər:

a) i  müvafiq  bölgə dillərində, yaxud azlıqların dillərində məktəbəqədər tərbi­

yənin  mümkünlüyünü  nəzərdə tutmaq; yaxud

ii  məktəbəqədər  tərbiyənin  xeyli  hissəsinin  müvafiq  bölgə dillərində,  yaxud 

azlıqların dillərində  həyata  keçirmənin  mümkünlüyünü  nəzərdə  tutmaq;  yaxud

iii bu maddənin  i və ii yarımbandlərində nəzərdə tutulan tədbirlərin hər hansı 

birini ən  azı  ailəsi  istəyən  və sayları  kifayət qədər olacaq  uşaqlara  tətbiq  etmək: 

yaxud

iv  dövlət  hakimiyyəti  orqanlarının  məktəbəqədər  təhsil  sisteminə  bilavasitə 



təsiri  yoxdursa,  bu  Maddənin  i-iii  bəndlərində  nəzərdə  tutulan  tədbirlərin 

tətbiqinə kömək etmək və  yaxud  təşviq etmək; yaxud

b)  i  ibitidai  təhsilin  müvafiq  bölgə  dillərində,  yaxud  azlıqların  dillərində 

mümkünlüyünü nəzərdə  tutmaq;  yaxud

ii  ibtidai  təhsilin  xeyli  hissəsinin  müvafiq  bölgə  dillərində,  yaxud  azlıqların 

dillərində həyata  keçirilməsinin mümkünlüyünü  nəzərdə  tutmaq;  yaxud

iii 

ibtidai  təhsil  çərçivəsində  müvafiq  bölgə  dillərinin,  yaxud  azlıqların 



dillərinin  öyrənilməsinin  tədris  proqramın  tərkib  hissəsi  kimi  cədvələ  daxil 

edilməsini  təmin etmək; yaxud

iv.  i-iii bəndlərində nəzərdə tutulan tədbirlərin hər hansı birini ən azı ailəsinin 

istəyinə uyğun  olaraq və sayları  kifayət  qədər olacaq şagirdlərə tətbiq etmək:

c)  i  orta  təhsilin  müvafiq  bölgə  dillərində,  yaxud  azlıqların  dillərində 

mümkünlüyünü  nəzərdə  tutmaq; yaxud

ii  orta  təhsilin  xeyli  hissəsinin  müvafiq  bölgə  dillərində,  yaxud  azlıqların 

dillərində  həyata  keçirilməsinin  mümkünlüyünü  nəzərdə  tutmaq;  yaxud

iii orta  təhsil çərçivəsində bölgə dillərinin, yaxud azlıqların dillərinin tədrisini 

tədris proqramının  tərkib hissəsi  kimi  nəzərdə  tutmaq; yaxud

iv  i-iii  bəndlərində nəzərdə tutulan  tədbirlərin  hər hansı  birini ən azı  bunları 

istəyən,  yaxud  zəruri  halda  bunları  ailəsi  arzulayan  və  sayları  kil ayət  qədər 

olacaq şagirdlərə  tətbiq etmək;

d)  i  texniki  və  peşə  təhsilinin  müvafiq  bölgə  dillərində,  yaxud  azlıqların 

dillərində mümkünlüyünü  nəzərdə tutmaq; yaxud

ii  texniki  və  peşə  təhsilinin  xeyli  hissəsinin  müvafiq  bölgə dillərində,  yaxud

9



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə