Aktlar toplusu



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə8/48
tarix28.08.2018
ölçüsü3,38 Mb.
#64988
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

22-  ci Maddə

1.  Tərəflərdən  hər  biri  istədiyi  vaxt  bu  Xartiyanı  Avropa  Şurasının  Baş 

Katibinə xəbərdarlıq məktubu göndərərək etibarsız elan edə bilər

2.  Etibarsız elan etmə Baş Katibin xəbərdarlıq məktubunu aldığı gündən altı 

aylıq vaxt bitdikdən sonra ardınca gələn  ayın  birinci günü qüvvəyə minir.

23-  cü Maddə

Avropa  Şurasının  Baş  Katibi  bu  Şuranın  üzv  dövlətlərinə  və  bu  Xartiyaya 

qoşulmuş hər bir dövlətə aşağıdakılar haqqında məlumat verir:

a) istənilən imzalanma haqqında;

b)  istənilən  təsdiqnamənin,  yaxud  qəbul  etmə,  bəyənmə  və  ya  qoşulma 

sənədinin  təhvil verilməsi haqqında;

c.  19-cu və 20-ci  Maddəyə uyğun olaraq, bu Xartiyanın qüvvəyə mindiyi hər 

bir tarix haqqında;

d) 3-cü Maddənin 2-ci paraqrafına əsasən alınan hə bir xəbərdarlıq məktubu 

haqqında;

e)  bu  Xartiyaya  aid  olan  istənilən  başqa  akt,  xəbərdarlıq  məktubu  və  ya 

məlumat haqqında;

Təsdiq  etmək  üçün  lazımi  vəkaləti  olan  aşağıda  imza  edənlər  bu  Xartiyanı 

imzaladılar.

5  noyabr  1992-ci  il  tarixdə  Strasburqda  fransız  və  ingilis  dillərində 

hazırlanmış  və  hər  iki  mətn eyni  qüvvəyə malikdir,  tək  bir nüsxəsi saxlanılmaq 

üçün Avropa Şurasının arxivinə verilir. Avropa Şurasının Baş Katibi Xartiyanın 

imza  və  möhürlə  təsdiq  edilmiş  surətlərini  Avropa  Şurasının  hər  bir  üzv 

dövlətinə və bu Xartiyaya qoşulmaq təklifi edilən hər bir dövlətə göndərir.

18

MİLLİ  AZLIQLARIN  MÜDAFİuSİ  HAQQINDA 



ÇƏRƏİVƏ  KONVENSİYASI

Strasburq,  1.  11.  1995

Bu  Çərçivə  Konvensiyasını  imzalayan  Avropa  Şurasının  üzv  dövlətləri  və 

digər dövlətlər,

Avropa Şurası  üzvlərinin  ümumi sərvəti olan  ideal  və prinsiplərin  müdafiəsi 

naminə onların arasında daha sıx  birliyə nail olmağı Avropa Şurasının  məqsədi 

hesab edərək,

İnsan hüquqları  və əsas azadlıqların  himayə edilməsi və gələcəkdə də həyata 

keçirilməsini  bu məqsədə çatmağın  vasitələrindən biri hesab edərək,

9  oktyabr  1993-cü  il  tarixdə  Vyanada  qəbul  edilən  Avropa  Şurasının  üzv 

dövlətlərinin  dövlət  və  hökumət  başçılarının  Bəyannaməsindəki  müddəaları 

inkişaf etdirməyi  və həyata  keçirməyi arzu edərək,

öz  müvafiq  ərazilərində  milli  azlıqların  mövcudluğunu  müdafiə  etmək 

əzmində olduqlarını  bildirərək,

Avropa tarixində baş verən sarsıntıları Avropa qitəsində sabitlik demokratik 

təhlükəsizlik  və  sülh  üçün  milli  azlıqları  müdafiə  etməyin  zəruri  olduğunun 

nümayişi  hesab edərək,

plüralist  və  həqiqi  demokratik  cəmiyyətin  milli  azlıqlara  mənsub  istənilən 

şəxsin  nəinki etnik,  mədəni,  dil  və din  özünəməxsusluğuna  hörmət  elməli,  həm 

də bu  özünəməxsusluğu  ifadə etməyə, qoruyub saxlamağa  və inkişaf etdirməyə 

imkan verən şərat yaratmalı olduğunu  nəzərə alaraq,

mədəniyyət  müxtəlifliyinin  hər  bir  cəmiyyətin  parçalanmasının  deyil, 

zənginləşməsinin mənbəyi  və amili olması üçün dözümlülük  və dialoq şəraitinin 

yaradılmasının zəruri  olduğunu nəzərə alaraq,

dözümlü  və  çiçəklənən  Avropanın  inkişafının  nəinki  dövlətlərarasındakı 

əməkdaşlıqdan  asılı  olduğunu,  həm  də,  hər  bir  dövlətin  konstitusiya  və  ərazi 

bütövlüyünə  əməl  etməklə  yerli  və  regional  hakimiyyətlər  arasında  sərhədyanı 

əməkdaşlığa  əsaslandığını hesab edərək,

insan hüquqları  və əsas azadlıqların müdafiəsi haqqında  Kovensiyanı və ona 

əlavə Protokolları  nəzərə alaraq,

Birləşmiş  Millətlər Təşkilatının  konvensiya  və  bəyannamələrindəki,  Avro­

pada  təhlükəsizlik  və əməkdaşlığa  dair Müşavirənin sənədlərindəki,  xüsusilə.  29 

iyun  1990-cı  il  tarixli  Kopenhagen  sənədindəki  milli  azlıqların  müdafiəsinə dair 

öhdəlikləri  nəzərə alaraq,

üzv  dövlətlərdə  və  bu  sənədin  iştirakçısı  ola  biləcək  digər  dövləldlərdə 

hüququn  aliliyinə  əməl,  ərazi  bütövlüyünə  və  dövlət  suverenliyinə  hörmət 

etməklə ıııilli azlıqların  və onlara  mənsub hər bir şəxsin  hüquq və azadlıqlarının 

səmərəli  müdafiəsini  təmin  elmək  üçün  əməl  edilməli  prinsipləri  və  onlardan 

irəli gələn öhdəlikləri müəyyənləşdirmək əzmində olduqlarını bildirərək,

bu  çərçivə  Konvensiyasında  təsbit  edilən  prinsipləri  milli  qanunvericilik  və 

müvafiq dövlət siyasəti əsasında həyata  keçirmək əzmində olduqlarını  bildirərək, 

aşağıdakılar haqqında  razılığa gəldilər:

I  BÖLMƏ


1-ci  Maddə

Milli  azlıqların  və  bu  azlıqlara  mənsub  şəxslərin  hüquq  və  azadlıqlarının 

müdafiəsi insan hüquqlarının beynəlxalq müdafiəsinin ayrılmaz tərkib hissəsidir

19



va bu keyfiyyətdə beynəlxalq əməkdaşlıq sahəsidir.

2-  ci Maddə

Bu  çərçivə  Konvensiyasının  müddəaları  vicdanla  anlaşma  və  dözümlülük 

ruhunda  dövlətlər  arasında  mehriban  qonşuluq,  dostluq  münasibətləri  və 

əməkdaşlıq  prinsiplərinə əməl etməklə həyata  keçirilir.

3-  cü  Maddə

1.  Milli  azlılıqlara  mənsub  istənilən  şəxs  ona  bu  cür  baxılıb  baxılmamasını 

sərbəst  seçmək  hüququna  malikdir  və  bu  seçim,  yaxud  bu  seçimlə  bağlı 

hüquqların  həyata  keçirilməsi  həmin şəxsi  təhqir etməməlidir.

2.  Milli  azlıqlara  mənsub  şəxslər  bu  Konvensiyada  təsbit  edilmiş 

prinsiplərdən  irəli  gələn  hüquq  və  azadlıqlardan  fərdi  qaydada,  eləcə də,  başqa 

şəxslərlə birlikdə istifadə edə bilərlər

II  BÖLMƏ

4-  cü  Maddə

1. Tərəflər milli azlıqlara mənsub istənilən şəxsin qanun qarşısında bərabərlik 

və  qanunla  bərabər  müdafiə  olunmaq  hüququna  təminat  verməyi  öhdələrinə 

götürürlər.  Bununla  əlaqədar  milli  azlıqlara  mənsubluğa  əsaslanan  istənilən 

ayrı-seçkilik yasaq edilir.

2.  Tərəflər  bütün  iqtisadi  sosial,  siyasi  və  mədəni  həyat  sahələrində  milli 

azlıqlara  mənsub şəxslər ilə əhalinin  əsas qrupuna  mənsub şəxslər arasında  tam 

və  həqiqi  bərabərliyi  təşviq  etmək  üçün  zəruri  halda  lazımi  tədbirlər  görməyi 

öhdələrinə  götürürlər.  Bununla  əlaqədar  Tərəflər  milli  azlıqlara  mənsub 

şəxslərin xüsusi vəziyyətini  lazımi qaydada nəzərə alırlar.

3.  Əvvəlki  bəndin  müddəalarına  uyğun olaraq,  qəbul edilən  tədbirlərə ayrı- 

seçkilik aktı  kimi  baxılmır.

5-  ci Maddə

1. Tərəflər milli azlıqlara mənsub şəxslərin öz mədəniyyətlərini dəstəkləmək və 

inkişaf etdirmək,  eləcə  də,  onların  özünəməxsusluğunun  əsas  ünsürlərini,  yəni: 

din.  dil,  ənənə  və  mədəni  irslərini  qoruyub  saxlamaq  imkanlarını  təmin  etmək 

üçün  lazım olan  şəraitin  yaradılmasına  kömək etməyi öhdəlrinə götürürlər.

2. Tərəflər öz ümumi inteqrasiya siyasətlərinin  inkişafı üçün gördükləri tədbir­

lərə zərər  vurmadan  milli  azlıqlara  mənsub şəxslərin  iradələrinin  ziddinə onların 

ascimlyasiyası  məqsədi daşıyan hər hansı siyasi  və praktiki  hərəkətlərdən çəkinir­

lər və bu şəxsləri  belə assimilyasiyaya yönəldilmiş hər bir hərəkətdən qoruyurlar.

6-  cı Maddə

1.  Tərəflər  mədəniyyətlər  arasında  dözümlülük  ruhunu  və  dialoqu  təqdir 

edirlər,  eləcə  də,  ərazilərində  yaşayan  bütün  şəxslər  arasında,  onların  dilindən 

etnik,  mədəni,  yaxud  dini  mənsubiyyətindən  asılı  olmayaraq,  xüsusən  təhsil, 

mədəniyyət  və  informasiya  vasitələri  sahəsində  qarşılıqlı  hörmətə,  qarşılıqlı 

anlaşmaya  və əməkdaşlığa  kömək edən səmərəli  tədbirlər görürlər.

2.  Tərəflər etnik,  mədəni, dil, yaxud  din  mənsubiyyətlərinə görə ayrı-seçkilik 

təhlükəsinin,  yaxud  aktlarının,  düşmənçiliyin,  yaxud  zorakılığın  qurbanı  ola 

biləcək  şəxslərin  müdafiəsi  üçün  bütün  lazımi  tədbirləri  görməyi  öhdələrinə 

götürürlər.

7-  ci  Maddə

Tərəflər  milli  azlıqlara  mənsub  hər  bir  şəxsin  dinc  yığıncaqlar  keçirmək 

azadlığı  və  assosiasiyalar  azadlığı,  fikrini  ifadə  etmək  azadlığı  və  düşüncə, 

vicdan  və din  azadlığı  hüquqlarına hörməti  təmin  edirlər.

20

8-  ci Maddə



Tərəflər milli azlığa mənsub hər bir şəxsi öz dininə açıq şəkildə etiqad etmək, 

yaxud  əqidəsini  açıq  şəkildə  ifadə etmək  hüququnu,  eləcə  də,  dini  müəssisələr, 

təşkilatlar  və  assosiyasiyalar  yaratmaq  hüququnu  qəbul  etməyi  öhdələrinə 

götürürlər.

9-  cu Maddə

1.  Tərəflər  milli  azlıqlara  mənsub  istənilən  şəxsin  öz  fikrini  sərbəst  ifadə 

etmək  hüququna  hər  hansı  bir  fikrə  tərəfdar  olmaq  və  ictimai  hakimiyyət 

orqanlarının  müdaxiləsinə  məruz  qalmadan  və  dövlət  sərhəddindən  asifi 

olmayaraq  azlıqların  dilində  məlumat  və  yaxud  ideyalar  almaq  və  mübadilə 

elmək  azadlığının  daxil  olduğunu  qəbul etməyi  öhdələrinə götürürlər.  Tərəflər 

hüquq  sistemləri  çərçivəsində  milli  azlıqlara  mənsub  şəxslərin  informasiya 

vasitələrindən  istifadəyə  yol  tapmaq  məsələsində  ayrı-seçkiliyə  məruz 

qalmamalarını təmin edirlər.

2.  Əvvəlki  bənd  hər  hansı  bir  ayrı-seçkiliyə  yol  vermədən  və  obyektiv 

meyarlar  əsasında  radio  və  televiziya  verlişlərini,  yaxud  kinomaloqrafiya 

müəssisələrini  lisenziyalaşdırmada Tərəflərə maneçilik  törətmir.

3.  Tərəflər  milli  azlıqlara  mənsub  şəxslərin  informasiya  çap  vasitələrini 

yaratmalarına  va  onlardan  istifadə  etmələrinə  mane  olmurlar.  Radio  və 

televiziya  verlişlərinin  hüquqi  əsasları  çərçivəsində  onlar  mümkün  dərəcədə  və 

əvvəlki  bəndin müddəalarını  nəzərə almaqla,  milli azlıqlara  mənsub şəxslərin öz 

informasiya  vasitlərini  yaratmaq  və  onlardan  istifadə  etmək  imkanını  təmin 

edirlər.


4.  Tərəflər  hüquq  sistemləri  çərçivəsində  dözümlülüyü  təqdir  etmək  və 

mədəni  plüralizmi  təmin  etmək  məqsədilə  milli  azlıqlara  mənsub  şəxslərin 

informasiya  vasitələrindən  istifadəyə  yol  tapmalarını  yüngülləşdirmək  üçün 

lazımi tədbirlər görürlər.

10-  cu  Maddə

1. Tərəflər milli azlıqlara mənsub istənilən şəxsin öz azlıqlarının  dilində şəxsi 

həyatda  və  ictimai  yerlərdə  şifahi  və  yazılı  olaraq  sərbəst  və  maneəsiz  istifadə 

etmək  hüququnu  qəbul etməyi öhdələrinə götürürlər.

2.  Milli  azlıqlara  mənsub  şəxslərin  xeyli  sayda,  yaxud  ənənəvi  olaraq 

yaşadıqları  bölgələrdə bu haqda həmin şəxslər xahiş etdikdə və belə xahişlər real 

tələbata  uyğun  olduqda  Tərəflər  onlarla  inzibati  hakimiyyət 

orqanları 

arasındakı  münasibətlərdə  azlıqların  dilindən  istifadəyə  imkan  verən  şəraiti 

mümkün  dərəcədə təmin etməyə çalışacaqlar.

3.  Tərəflər  milli  azlıqlara  mənsub istənilən şəxsin  həbs edilməsinin  səbəbləri, 

xarakteri  və  ona  qarşı  irəli  sürülən  istənilən  ittihamın  səbəbi  haqqında  qısa 

müddət  ərzində  başa  düşdüyü  dildə  məlumat  almaq,  eləcə  də  lazım  gəldikdə 

tərcüməçinin  köməyindən  pulsuz  istifadə etməklə  bu dildə öz müdafiəsini  təşkil 

etmək hüququna zəmanət  verməyi öhdələrinə götürürlər.

11-  ci Maddə

1.  Tərəflər  milli  azlıqlara  mənsub  istənilən  şəxsin  öz  soyadını,  adını  və 

atasının  adını  bu  azlıqların  dilində 

işlətmək  hüququnu,  eləcə  də  hüquq 

sistemlərində  təsbit  eilmiş  tələblərə  uyğun  olaraq,  onların  rəsmi  şəkildə 

tanınmaq  hüququnu  qəbul etməyi öhdələrinə götürürlər.

2.  Tərəflər  milli  azlıqlara  mənsub  istənilən  şəxsin  ictimai  yerlərdə  öz 

azlıqların  dilində  lövhələr,  yazılar  və  xüsusi  xarakterli  digər  informasiyalar

21



Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə