Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə11/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   7   8   9   10   11   12   13   14   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Nəcəf bəy 
Vəzirov 
hələ tələbəlik illərindən "Əkinçi"nin səsinə səs vermiş, onun yaradıcı 
heyətinə qatılmış, publisist məqalələri ilə çıxış etmişdir. 
"Əkinçi"nin ilk sayı işıq üzü görəndə N.Vəzirov Moskvada Petrovski-
Razumovsk Kənd Təsərrüfatı Akademiyasında təhsil alırdı. Bakıda real 
gimnaziyada oxuyan vaxt Zərdabi onun müəllimi olmuşdu. Müəlliminin ana 
dilində qəzet nəşr etməsini Moskvada eşidən Vəzirov "Əkinçi"də yaxından iştirak 
etməyi qarşısına əsas məqsəd qoymuşdu. 1875-ci il avqust ayının 28-də Zərdabinin 
ünvanına göndərdiyi məktubunda N.Vəzirov yazırdı: "Əvvəlinci iki nömrəni 
aldım. "Əkinçi" mənim ana dili müəllimimdir. Tərcümə üçün orijinal bir şey 


23 
tapmıram. Özümünkünü yazıram. Davamı da olacaq. Qəzetin proqramını göndərin 
ki, nədən yazacağımı bilim". Məktubla bərabər Zərdabiyə Şuşanın həyatından, 
mövhumatın və islam dəyərlərindən uzaq fanatizmin burada geniş yayılmasından 
bəhs edən "Ağıçı" adlı felyeton göndərən Vəzirovun bu yazısı "Əkinçi"də çap 
olunmadı. Bu onu ruhdan salmamış, öz yazıları üzərində çalışmış, "Əkinçi" ilə 
daim əlaqə saxlamışdı. 
Xalqın tərəqqisinə mane olan adət-ənənələri, mövhumatçılığı ciddi tənqid 
edən Vəzirov "Bənd məxsusi" məqaləsində yazırdı: "Hərdən tənha oturub fikir 
edirəm, xudavəndə, bizim axırımız necə olacaq? Əqlimiz ata-baba əqli, getdiyimiz 
ata-baba yolu, heç bir dəyişiklik yoxdur. Ata-babamız xoruz və qoç döyüşdürüb, it 
boğuşdurub, qurşaq tutdurub, dərviş nəqlinə qulaq asıb, qızıl quş saxlayıb, günlərin 
keçirdib, biz də ki, bu yolu gedirik, tələf olacağıq". 
Dövrünün maarifçilər nəslinin nümayəndəsi olan N.Vəzirov təhsil 
sistemində islahatlara ciddi ehtiyac olduğunu düşünür, tərəqqini mədəniyyətin 
inkişafında görürdü. O, xalqın düşüncələrinə pərçimlənən köhnə lazımsız adətlərin 
islahının tərəfdarı idi: "İnsan bir şeyə adət edəndə onun yamanlığını bilməz. 
Məsələn, burunotu çəkmək bir yaman adətdir. Amma onu çəkən üçün ondan xoş 
şey olmaz, habelə bizim məktəbxanalarımızdan yaman məktəbxana dünyada 
tapılmaz, amma ona elə adət etmişik ki, guya ondan əla məktəbxana dünyada 
olmaz". 
Məktəblərdə tədris olunan dərs kitablarının keyfiyyətsizliyindən, dövrün 
tələblərinə cavab vermədiyindən gileylənən Vəzirov dünyəvi elmlərin tədrisini 
vacib hesab edirdi. O, məqalələrinin birində yazırdı: "Elmi coğrafiya kitabını 
oxusaq, həm yazıb oxumağı öyrənərik, həmi dünya üzündə olan vilayətlərdən 
xəbərdar olarıq". 
"Əkinçi"də dərc etdiyi məqalələrdə N.Vəzirov ədəbiyyat və sənət 
məsələlərinə də toxunmuş, gerçəkliyi özündə ehtiva edən nümunələrin yerini 
həcvlərin, mədhiyyələrin tutmasına mənfi münasibət bildirmişdi. 1876-ci il noyabr 
ayının 27-də Moskvadan göndərdiyi bir məktubunda N.Vəzirov yazırdı: "Bu 
günlərdə Qarabağdan mənə iki dəftər göndəriblər. Birisi cənab Mirzə Əli Əsgərin 
qəzəliyyatı və həcvidir ki, gəncəli cənab Mirzə Mehdinin üstə yazıb və birisi cənab 
Mirzə Mehdinin cavabıdır. İnşa Mirzə Mehdiyə 22 vərəq üstə tamam olub. Mirzə 
Əli Əsgərin inşası dəxi ziyadədir. Xudaya, bu cənabların ağzından nə qədər nalayiq 
sözlər çıxıb". Özünün ilk bədii əsərlərini qələmə almış Vəzirov təhqirlə dolu 
həcvləri, mədhiyyələri qəbul etmir, dövrün tələbinə uyğun olaraq ədiblərin yeni 
forma və məzmun axtarışlarını vacib bilirdi. Ənənəvi Şərq şeir üslubundan əl 
çəkməyən şairələrə üz tutan müəllif yazırdı:"... Siz çəkən zəhmət nahaq zəhmətdir. 
Ondan nə bizə, nə bizim övladımıza bir nəf yoxdur. Belə zəhməti öz millətimizin 
yolunda çəkin ki, malı yoxdur, elmi yoxdur, elm tapmaq ona müşküldür". 


24 
Vəzirov dövrün dəyişdiyini, dünyanın tərəqqi yolunda olduğunu görür və 
məhz buna görə də şairləri bu tələblərə cavab verən əsərlər yazmağa səsləyirdi. 
Bakı gimnaziyasında Həsən bəy Zərdabinin şagirdi olmuş, sonra isə 
təhsilini Moskvada Petrovski-Razumovsk Kənd Təsərrüfat Akademiyasında davam 
etdirmiş 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə