Akġf aġirli



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə19/84
tarix11.12.2023
ölçüsü1,82 Mb.
#146464
1   ...   15   16   17   18   19   20   21   22   ...   84
AZERBAYCAN METBUATI TARIXI 1875-1920

Rusdilli mətbu orqanlar. 
Bakıda nəşr olunan rusdilli mətbuat orqanları 
Qafqazın digər bölgələrindəki qəzetlərlə eyni siyasi ideyaların daşıyıcısı idi. Bu 
nəşrlərin əsas vəzifəsi Çar Rusiyasının yeritdiyi ruslaşdırma ideyasına xidmət 
edirdi. Azərbaycanda çıxan ilk rusdilli nəşr "Bakinskiy listok" hesab edilir. Bu 
qəzetin baş redaktoru Bakı gimnaziyasının müəllimi Xristian Sink idi. O, Bakı 
qubernatoru, general-leytenant Kalyubaykinə 1870-ci il 25 fevral tarixli ərizəsində 
öz məqsəd və məramını belə izah edir" "Bakı quberniya əhalisinin öz mətbuat 
orqanının olmasına görünən tələbi və şəxsi istəyim, mənə yaxın olan cəmiyyətin 
xeyrinə bütün qüvvəmi sərf etmək arzusu doğurmuşdu. Bu cəhət məni siz ola 
həzrətdən Bakı şəhərində qəzet nəşrinə icazə istəmək cəsarətinə məcbur edir". 
1870-ci il dekabr ayının 3-də qəzetin çapma rəsmi icazə verildi. İlk 
nömrəsi 1871-ci il martın 19-da çıxmış qəzet iyun ayında bağlandı. 1872-ci ilin 
yanvarında qəzetin nəşri yenidən bərpa olundu, həmin ilin iyunun 3-dək 
fəaliyyətini davam etdirdi. Qəzet İçərişəhərdə, Mixail Voliçkin adlı şəxsin xüsusi 
mətbəəsində çap olunurdu. 
X.Sink "Bakinskiy listok"da Azərbaycan şöbəsi açmaq üzərində də 
düşünürdü. Qəzetin nəşrinə verilən icazə şərtlərində bu barədə qeyd də var. 
"Bakinskiy listok"un Azərbaycan dilində ruscadan tərcümə olunmuş məqalələrin 
çapına icazəsi vardı. Lakin senzorun Azərbaycan dilində bilməməsi səbəbindən bu 
iş Azərbaycan dilini yaxşı bilən məmurlardan birinə həvalə olunmalıydı. Qəzetin 
ilk sayındakı baş məqalədə bu məsələyə də toxunulub: "Sevinirik ki, bizim tatar 
dilində (Azərbaycan türkcəsi - red) ilk qəzet yaratmaq səylərimiz səmərəsiz 
qalmadı, bizim elanımız kütlə tərəfindən rəğbətlə qarşılandı, abunəçilərin miqdarı 
gözlədiyimizdən də çox oldu. Abunə hətta ucqar tatar (Azərbaycan - red.) 


44 
kəndlərinə də yayılmışdı və biz tamamilə ümidvarıq ki, öz fəaliyyətimizi kiçik 
qardaşlarımızm rifahına həsr edəcəyik". 
Qəzetin elə həmin sayında "Redaksiyadan" adlı məlumatda deyilirdi: "... 
Qəzetimizin tatar şöbəsinə gəldikdə, haqqında danışdığımız mətbə xahiş etmişdir 
ki, onun buraxılması gələcək aprelə qədər təxirə salınsın". Redaksiya daha sonra 
abunəçilərdən üzr istəyərək mətbə çətinliyini nəzərə almağı xahiş edirdi. 
"Bakinskiy listok" qəzetinin 1872-ci il 26 fevral tarixli sayında Həsən bəy 
Zərdabinin "Cəmiyyəti xeyriyyə" təşkilinə başlaması haqqında məqaləsi dərc 
olunub. 
Bakıdan köçdükdən sonra Xristian Sink Moskvada yaşamış, pedoqoji və 
jurnalistlik fəaliyyətini davam etdirdi. Həsən bəy Zərdabi ilə dost olan X.Sink 
Moskvada yaşadığı illərdə daim onunla məktublaşmışdı. Onun 1878-ci il martda 
H.Zərdabiyə göndərdiyi məktubunda deyilirdi: "Mən böyük bir maraqla sizin son 
zamanlardakı fəaliyyətinizi izləyirdim. Sizin geri çəkilməyə məcbur olduğunuzu 
bildikdə hirsimdən dişlərimi qıcayırdım. Lakin siz mənim nəzərimdə yenə də 
qəhrəmansınız. Biz sizinlə azmı, çoxmu iş görmüşük, bilmirəm, nə bacarmışıqsa, 
onu etmişik və silahı hələ yerə qoymamışıq". 
1876-cı ildə Bakıda "Bakinskiy izvestiya" adlı ikinci bir rus qəzeti nəşrə 
başladı. "Bakinskiy izvestiya" Quberniya İdarəsinin rəsmi orqanı idi və general-
qubernator D.S.Staroselskinin təşəbbüsü ilə nəşr olunurdu. Staroselski 1875-ci ildə 
"Əkinçi" qəzetinin nəşrinə də kömək göstərmişdi. Bu barədə Zərdabi "Rusiyada 
əvvəlinci türk qəzetəsi" məqaləsində yazırdı: "Bəs qəzetəni necə çıxarım? ... 
Dövlət tərəfindən izn almaq da ki, böyük bəladır. Bizim qubernator mütəvəffi, 
doğrudur, xalis rus idi, amma onun övrəti gürcü qızı idi. Ona görə Qafqazın yer 
əhlini artıq dost tuturdu. Mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki
qəzetənin adını "Əkinçi" qoyum ki, guya, məhz əkin və ziraətdən danışacaq və özü 
də boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib izn aldım". 
Staroselskinin çıxardığı "Bakinskiy izvestiya"nın əsas məqsədi Bakı 
Quberniyası haqqında oxuculara məlumat vermək idi. O, hələ qəzet çıxarmazdan 
xeyli əvvəl Quberniya İdarəsinin nəzdində mətbə açmış, çapçılar dəvət etmişdi. 
Həsən bəy Zərdabi də "Bakinskiy izvestiya" ilə əməkdaşlıq edir. 1888-ci ildən 
sonra qəzet "Bakinski torqovo-promışlenin listok" adı ilə çıxmışdır. 1894-cü ilin 
yanvarından "Bakinskiy qubernskiy vedomosti" yeni bir qəzet də fəaliyyətə 
başladı. Qəzetin teleqram və elanlar adlı əlavələri də var idi. Bu teleqarm və 
elanların bir hissəsi Azərbaycan dilində çap olunurdu. "Bakinskiy qubernskiy 
vedomosti" 1916-cı ilə qədər çıxmışdır. 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə