AGBank Açıq Səhmdar Cəmiyyəti
31 dekabr 2014-
cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər
2
Maliyyə hesabatlarının tərtib edilməsinin əsasları, davamı
(e)
Uçot siyasətləri və təqdimatda dəyişikliklər, davamı
(i)
Maliyyə aktivlərinin və maliyyə öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi
BMUS 32 “Maliyyə alətləri: Açıqlama və Təqdimat – Maliyyə aktivlərinin və maliyyə
öhdəliklərinin qarşılıqlı əvəzləşdirilməsi”nə düzəlişlər maliyyə aktivləri və maliyyə öhdəliklərinin
əvəzləşdirilməsi üçün yeni qaydalar tətbiq etmir; əksinə, onların tətbiqi zamanı meydana çıxan
uyğunsuzluqları aradan qaldırmaq üçün əvəzləşdirmə meyarlarını aydınlaşdırır. Düzəlişlərə əsasən,
hüquq
i şəxs o halda hüquqi cəhətdən tətbiq oluna bilən əvəzləşdirmə hüququna malikdir ki, həmin
hüquq gələcək hadisə üzrə şərti deyil və həm biznesin normal gedişində, həm də hüquqi şəxsin və
bütün rəqiblərin ödənişi yerinə yetirməməsi, müflisləşməsi və ya iflası zamanı tətbiq oluna bilir.
Bank maliyyə vəziyyəti haqqında hesabatda maliyyə aktivləri və maliyyə öhdəliklərini xalis əsasda
təqdim etmədiyi üçün, bu düzəlişlərin öz maliyyə hesabatlarına təsir edəcəyini gözləmir.
3
Əsas uçot siyasətləri
Uçot
siyasətlərində dəyişiklikləri əks etdirən Qeyd 2(e)-də təsbit olunanlar istisna olmaqla,
aşağıdakı uçot siyasətləri hazırkı maliyyə hesabatlarında əks olunmuş bütün dövrlərə ardıcıl
qaydada Bank tərəfindən tətbiq olunur.
(a)
Assosiasiya olunmuş müəssisələr
Ass
osiyasiya olunmuş müəssisələr Bankın əhəmiyyətli dərəcədə təsir göstərdiyi, lakin nəzarət
etmədiyi müəssisələrdir. Assosiasiya olunmuş müəssisələrə investisiya qoyuluşları pay iştirakı üzrə
uçot metoduna əsasən qeydə alınır və əvvəlcə ilkin dəyərdə əks etdirilir. Assosiasiya olunmuş
müəssisələrə investisiya qoyuluşlarının uçotdan silinməsi nəticəsində yaranan gəlir və ya zərər satış
tarixində mənfəət və zərərə aid edilir. Alışdan sonra assosiasiya olunmuş müəssisələrin mənfəətində
və zərərində Bankın payı məcmu gəlirlər haqqında hesabatda, alışdan sonra ehtiyatlardakı
dəyişikliklərdə payı isə ehtiyatlarda qeydə alınır. Əgər assosiasiya olunmuş müəssisənin zərərində
Bankın payı, onun assosiasiya olunmuş müəssisədəki payına, eləcə də hər hansı təminatsız debitor
borclarına bərabər və ya ondan artıq olarsa, Bank yalnız həmin assosiasiya olunmuş müəssisənin
adından üzərinə öhdəlik götürdüyü və ya ödənişlər etdiyi halda, gələcək zərərləri qeydə alır.
(b)
Konsolidasiya əməliyyatları
Assosiasiya edilmiş müəssisələrlə əməliyyatlardan əldə edilən qazanılmamış kreditlər müəssisədə
Bankın payından silinir. Assosiasiya edilmiş müəssisələrlə əməliyyatlardan əldə edilən
qazanılmamış gəlirlər müəssisədəki investisiyadan silinir. Qazanılmamış zərərlər də eyni yolla
silinir, bir
istisna ilə ki, heç bir dəyərsizləşmə dəlilləri olmayana qədər.
10
AGBank Açıq Səhmdar Cəmiyyəti
31 dekabr 2014-
cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər
3 Əsas uçot siyasətləri, davamı
(c)
Xarici valyuta
Xarici valyutalardakı əməliyyatlar həyata keçirildiyi tarixlərdə olan məzənnələrlə Şirkətin
əməliyyat valyutasına çevrilir. Hesabat tarixinə xarici valyutalarda əks olunmuş maliyyə aktivləri
və öhdəlikləri həmin tarixdə olan məzənnə ilə yenidən əməliyyat valyutasına çevrilir. Maliyyə
madd
ələri üzrə xarici valyuta gəlir və ya itkisi, dövr ərzində effektiv faiz və ödənişlər nəzərə
alınmaqla, dövrün əvvəlində əməliyyat valyutasının amortizasiya edilmiş dəyərlə hesabat dövrünün
sonunda məzənnə əsasında çevrilmiş xarici valyutada amortizasiya edilmiş dəyər arasında olan
fərqdir. Xarici valyutada ifadə olunan və ədalətli dəyər əsasında qiymətləndirilən qeyri-maliyyə
aktivləri və öhdəlikləri ədalətli dəyər müəyyən edildiyi tarixdə olan məzənnə ilə əməliyyat
valyutasına çevrilir. Xarici valyutada ilkin dəyər əsasında qiymətləndirilən qeyri-maliyyə hissələri
əməliyyat aparıldığı tarixdə olan məzənnə ilə çevrilir.
Satıla bilən səhm alətlərinin konvertasiyası fərqləri istisna olmaqla, konvertasiya zamanı yaranan
xarici valyuta fərqləri mənfəət və ya zərərə aid edilir, fərq dəyərsizləşmə səbəbindən baş verdikdə
isə sair məcmu gəlirdə tanınmış xarici valyuta fərqləri mənfəət və ya zərərə yenidən təsnif edilir.
(d)
Pul vəsaitləri və onların ekvivalentləri
Pul vəsaitlərinə və onların ekvivalentlərinə əskinaslar və sikkə pullar, ARMB-da və sair banklarda
saxlanılan məhdudlaşdırılmamış hesab qalıqları (Nostro hesablar) və ilkin ödəniş müddəti üç aydan
az olan yüksək likvidli maliyyə aktivləri daxildir ki, onların ədalətli dəyərinin dəyişmə riski çox
aşağıdır və Bank tərəfindən qısamüddətli öhdəliklərin idarə olunmasında istifadə edilir. ARMB-da
yerləşdirilmiş məcburi ehtiyatlar onların çıxarılması ilə bağlı məhdudiyyətləri nəzərə alaraq pul
vəsaitlərinin ekvivalentlərinə aid edilmir. Maliyyə vəziyyəti haqqında hesabatda pul vəsaitləri və
onların ekvivalentləri amortizasiya edilmiş dəyər əsasında əks olunur.
(e)
Maliyyə alətləri
(i)
Təsnifat
Mənfəətə və ya zərərə aid edilən ədalətli dəyər əsasında əks olunan maliyyə alətlərinə aşağıdakı
meyarlara cavab verən maliyyə aktivləri və ya öhdəlikləri daxildir:
-
əsasən, yaxın perspektivdə satılmaq və ya geri alınmaq məqsədi ilə alınıb və ya götürülüb
-
birgə idarə olunan, müəyyən edilmiş maliyyə alətləri portfelinə daxildir və yaxın keçmişdə gəlir
gətirdiklərinin dəlili mövcuddur
-
derivativ maliyyə alətləri (maliyyə zəmanəti müqaviləsi və ya effektiv hedcinq alətləri olan
derivativlər istisna olmaqla) və ya,
-
uçota ilk dəfə alındığı zamanı, mənfəət və ya zərərlərdə ədalətli dəyər əsasında əks olunmuşdur.
Bank maliyyə aktivlərini və öhdəliklərini ədalətli dəyər əsasında mənfəətə və ya zərərə aşağıdakı
hallarda aid ed
ə bilər:
-
aktivlərin və ya öhdəliklərin idarə edilməsi, qiymətləndirilməsi və daxili uçotu ədalətli dəyər
əsasında aparılır
-
aktivlərin və ya öhdəliklərin mənfəətə və ya zərərə aid edilməsi əks halda yarana bilən uçot
uyğunsuzluğunu aradan qaldırır, yaxud əhəmiyyətli dərəcədə azaldır, və ya,
-
aktivin və ya öhdəliyin tərkibinə əks halda müqavilə əsasında tələb olunacaq pul vəsaitlərinin
hərəkətinin əhəmiyyətli dərəcədə dəyişdirən derivativ vəsait daxildir.
11