AGBank Açıq Səhmdar Cəmiyyəti
31 dekabr 2014-
cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər
3
Əsas uçot siyasətləri, davamı
(j)
Ehtiyatlar
Ehtiyat o zaman maliyyə vəziyyəti haqqında hesabatda əks olunur ki, Bankın, keçmiş dövrlərdə baş
vermiş bir hadisə nəticəsində müəyyən hüquqi və ya konstruktiv öhdəliyi yaranmış olsun və həmin
öhdəliyin ödənilməsi üçün iqtisadi faydaların məxaricinin tələb olunacağı ehtimal olunsun. Təsiri
əhəmiyyətli olduqda, ehtiyatlar pul vəsaitlərinin vaxt baxımından dəyərinin cari bazar
qiymətləndirmələrini əks etdirən vergiqoymadan qabaq dərəcə və, müvafiq olarsa, həmin öhdəliyə
aid olan xüsusi risklər əsasında gözlənilən gələcək pul vəsaitlərinin hərəkətinin diskontlaşdırılması
yolu ilə müəyyənləşdirilir.
Restrukturlaşdırma üzrə ehtiyat o zaman uçota alınır ki, Bank ətraflı və rəsmi restrukturlaşdırma
planını qəbul etmiş olsun və restrukturlaşdırma ya başlamış, ya da ictimaiyyətə elan edilmiş olsun.
Gələcək əməliyyat xərcləri üzrə ehtiyatlar yaradılmır.
(k)
Kreditlə bağlı öhdəliklər
Bank, adi ko
mmersiya fəaliyyəti çərçivəsində, kredit vermək öhdəlikləri, akkreditivlər və
zəmanətlər kimi kreditlər ilə bağlı öhdəlikləri üzərinə götürür, və sair formalarda kredit sığortasını
təmin edir.
Maliyy
ə zəmanətləri müştərinin üçüncü şəxslər qarşısında öz öhdəliklərini
yerinə yetirə bilmədiyi
v
ə kreditlər kimi eyni kredit riskinə məruz qaldığı halda, ödənişlərin aparılması üzrə dəyişilməz
öhd
əlikləri əks etdirir.
Maliyyə zəmanəti öhdəliyi xalis əlaqəli əməliyyat xərcləri çıxılmaqla ilkin olaraq ədalətli dəyərdə
uçota alınır və yığılan amortizasiya çıxılmaqla ilkin uçota alındığı məbləğdən və ya qarantiyalar
üzrə zərərlər üçün ehtiyatların məbləğindən yüksək qiymətlə ölçülür. Maliyyə zəmanətləri üzrə
zərərlər üçün ehtiyatlar və sair kreditlə bağlı öhdəliklər o zaman uçota alınır ki, zərərlər mümkün
hesab olunsun və ya etibarlı qaydada ölçülə bilsin.
Maliyyə zəmanəti öhdəlikləri və sair şərti kredit öhdəlikləri üzrə ehtiyatlar sair öhdəliklərə daxildir.
Aşağıdakı hallar istisna olmaqla, kredit öhdəlikləri uçota alınmır:
-
Bankın ədalətli dəyər əsasında mənfəətə və ya zərərlərə aid etdiyi kredit öhdəlikləri;
-
Bankın, kredit vermək öhdəlikləri ilə əlaqədar yaranan aktivlərin öhdəlikləri verdikdən sonra qısa
müddət ərzində satılmasında təcrübəsi vardırsa, eyni sinfə daxil olan kredit vermək öhdəlikləri
derivativ alətlər kimi qəbul edilir;
-
əvəzi nağd pulla yaxud digər maliyyə alətinin buraxılması ilə ödənilə bilən kredit vermək
öhdəlikləri;
-
krediti bazar faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə vermək öhdəliyi.
(l)
Nizamnamə kapitalı
(i)
Adi səhmlər
Adi səhmlər kapital kimi təsnifləşdirilir. Adi səhmlərin və səhm opsionların buraxılmasına
bilavasitə aid edilə bilən xərclər vergiqoyma baxımından heç bir nəticə olmadan kapitaldan tutulma
kimi uçota alınır.
20
AGBank Açıq Səhmdar Cəmiyyəti
31 dekabr 2014-
cü il tarixində tamamlanmış il üzrə maliyyə hesabatlarının tərkib hissəsini təşkil edən Qeydlər
3
Əsas uçot siyasətləri, davamı
(l)
Nizamnamə kapitalı
(ii)
Dividentlər
Bankın dividentləri elan edib ödəmək imkanları Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş qaydada tənzimlənir. Adi səhmlərə aid olan dividendlər elan ediliyi müddətdə
bölüşdürülməmiş mənfəətdə əks olunur.
(m)
Vergiqoyma
M
ənfəət vergisi xərci cari və təxirə salınmış mənfəət vergisindən ibarətdir. Mənfəət vergisi bu və
ya dig
ər dövrdə vergi təsiri sair məcmu gəlirlərdə və ya bilavasitə kapitalda qeydə alınan
əməliyyatlar istisna olmaqla mənfəət və zərərdə tanınır, birinci halda isə sair məcmu gəlirdə və ya
bilavasit
ə kapitalda qeydə alınır.
Cari vergi xərcləri il üzrə vergilərə cəlb olunan gəlir üzrə gözlənilən ödənilməli vergilər və əvvəlki
illər üçün ödənilməli vergilərdə hər hansı düzəlişlər daxildir. Həmin xərclər hesabat tarixində
qüvvədə olan və ya hesabat dövrünün sonunda qüvvəyə minmiş vergi dərəcələrinə əsasən
müəyyənləşdirilir.
Təxirə salınmış vergi aktivləri və öhdəlikləri maliyyə hesabatlığı məqsədləri üçün istifadə olunan
aktivlərin və öhdəliklərin balans dəyərləri ilə vergiqoyma məqsədləri üçün istifadə olunan
məbləğləri arasında olan müvəqqəti fərqlər üzrə hesablanır. Təxirə salınmış vergi aktivləri və
öhdəlikləri aşağıdakı müvəqqəti fərqlər üzrə uçota alınmır: nə uçot, nə də ki, vergilərə cəlb edilən
mənfəətə təsir göstərməyən aktivlərin və ya öhdəliklərin ilkin uçotu.
Təxirə salınmış vergi aktivləri və öhdəliklərinin müəyyənləşdirilməsi hesabat dövrünün sonuna
Bankın öz aktiv və öhdəliklərinin balans dəyərini bərpa etməyi gözlədiyi formanı izləyən vergi
nəticələrini əks etdirir.
Təxirə salınmış vergi aktivləri və öhdəlikləri, hesabat tarixinə qüvvədə olan və ya hesabat dövrünün
sonunda qüvvəyə minmiş qanunlara uyğun olaraq, müvəqqəti fərqlərə onlar ləğv ediləcəyi zaman
tətbiq ediləcək gözlənilən vergi dərəcələri əsasında müəyyən olunur.
Təxirə salınmış vergi aktivi yalnız o zaman uçota alınır ki, müvəqqəti fərqlərin, istifadə edilməmiş
vergi itkilərin və kreditlərin əvəzini ödəyə biləcək vergilərə cəlb edilən gələcək gəlirlərin mövcud
olacağı ehtimal olunsun.
(n)
Gəlirlərin və xərclərin uçota alınması
Faiz gəlirlərinin və xərclərinin uçotu mənfəətdə və ya zərərlərdə effektiv faiz üsulu ilə aparılır.
Kreditlərin rəsmiləşdirilməsi haqları, kreditlərin xidmət olunması haqları və kreditin ümumi
mənfəətliliyini təmin edən digər haqlar, müvafiq əməliyyat xərcləri ilə birlikdə təxirə salınaraq
effektiv faiz üsulu ilə maliyyə aktivin təxmin edilən faydalı istifadə müddəti üzrə faiz gəlirlərində
amortizasiya olunur.
Digər haqlar, komissiyalar və digər gəlir və xərc maddələri mənfəət və ya zərərlərdə müvafiq
xidmətlər göstərildiyi zaman əks olunur.
Divident gəliri dividentlər elan edildiyi tarixdə mənfəət və ya zərərlərdə əks olunur.
Əməliyyat lizinqləri çərçivəsində edilmiş ödənişlər lizinq müqaviləsinin müddəti üzrə düz xətt
prinsipi əsasında mənfəətdə və ya zərərlərdə əks olunur. Alınmış lizinq mükafatları lizinq
müqaviləsinin müddəti üzrə ümumi lizinq xərclərinin ayrılmaz hissəsi kimi əks olunur.
21