Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
1   2   3   4   5   6   7   8   9   10   ...   19

_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
36
 ~ 
 
 
 
SƏNSİZ YAŞAMAĞI  
ÖYRƏNİRƏM MƏN... 
 
Sənsiz yaşamağı öyrənirəm mən
Dolub-boşalıram, göynəyirəm mən, 
Hələ ki, bu yolda büdrəyirəm mən 
Yenicə yeriyən uşaqlar kimi... 
 
Köhnə şəkillərin solur bənizi, 
Keçmiş səadətin yox olur izi, 
Sevdalı xəyallar yandırır bizi 
Od tutub alışan yanaqlar kimi... 
 
Yadımdan çıxmayıb söylədiklərin... 
Nəğmələr kimiydi şirin sözlərin. 
Axırı yox imiş gözəl günlərin 
Payızda saralan yarpaqlar kimi... 
 
Ən böyük cəzamı səndən almışam, 
Vüsalı dadmamış yola salmışam. 
Əlacsız qalmışam, sənsiz qalmışam 
Suya həsrət qalan dodaqlar kimi... 
 
Bir saman çöpünə söykənirəm mən
Dolub-boşalıram, göynəyirəm mən, 
Sənsiz yaşamağı öyrənirəm mən 
Yarpağı tökülmüş budaqlar kimi... 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
37
 ~ 
 
 
 
SƏNİ NƏYƏ BƏNZƏDİM? 
 
Səni nəyə bənzədim,  
   ətirli baharamı? 
Təzə-tər nəfəs olub  
   ürəyimə dolursan... 
Sənə nəyə bənzədim, 
   zirvədəki qaramı? 
Bu nə sirdi, nə yaxın,  
   nə əlçatmaz olursan? 
 
Səni nəyə bənzədim,  
   küləyəmi, mehəmi? 
Qəlbimi titrədirsən,  
   ruhumu oxşayırsan. 
Səni nəyə bənzədim,  
   çəməndəki şehəmi? 
Gecələrdən səhərə 
   səssizcə yox olursan.  
 
Səni nəyə bənzədim,  
   sevgiyəmi, eşqəmi? 
Ürəyimin içində 
   neçə yuva salırsan. 
Səni nəyə bənzədim, 
   qocaman bir köşkəmi? 
Ümidlərin köçüncə 
   sən də tənha qalırsan... 
 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
38
 ~ 
 
 
 
MƏNİM KİMİ SEVMƏZDİ 
 
Səni - özün sevdiyin, 
Ürəyini verdiyin, 
Önündə əyildiyin 
Mənim kimi sevməzdi. 
 
Hər işini çözdüyün,  
Ədasına dözdüyün, 
Arxasınca gəzdiyin 
Mənim kmi sevməzdi. 
 
Atəşinə yandığın, 
Hər nəfəsdə andığın,  
Bir məleykə sandığın 
Mənim kimi sevməzdi. 
 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
39
 ~ 
 
 
 
DURNA QATARIDIR XATİRƏLƏRİM... 
 
Durna qatarıdır xatirələrim, 
Alır qanadına boş gümanları. 
İstəyə baxmadan uçur illərim, 
Geridə buraxıb o xoş anları... 
 
Günlərim qaranquş, özüm baharam
Kimin nə vecinə sızlayan yaram? 
Sanmıram bir daha bağışlayaram 
Ömrümə yenidən qayıdanları. 
 
Hələ də yuxuda sənə gəlirəm... 
İçimdə ağlayıb, üzdə gülürəm. 
Gah yaxın bilirəm, gah yad bilirəm 
Könlümü yalandan ovudanları. 
 
Nə ola, özümə qayıda biləm, 
Yanan ürəyimi soyuda biləm. 
Mən də birdəfəlik unuda biləm 
Əhdini, andını unudanları! 
 
 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
40
 ~ 
 
 
 
GÜLÜMSƏ DÜNYAYA! 
 
Rəfiqəm Həqiqət xanım Binnətovaya sevgilərimlə 
 
Gülümsə dünyaya - gözəldi dünya!  
Gülümsə, bu kədər gəldi-gedərdi. 
Qoy sevək, sevilək biz doya-doya, 
Sevgidən savayı hər şey hədərdi. 
 
Gülümsə dünyaya - sənindi dünya! 
Günəşli gündüzü, aylı gecəsi... 
Sevincli anların gəlməsin saya, 
Bağlansın ömürlük qəm pəncərəsi! 
 
Gülümsə, əzizim, sən gülüşünlə 
Min bir meydan oxu qismətə bu gün! 
Qurub-yaratdığın hər bir işinlə 
Qəlbin fərəhlənsin, gözlərin gülsün! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
41
 ~ 
 
 
 
              PİANOM 
 
Pianom susubdur, inciyib məndən... 
Bəlkə də qismətə boyun əyibdi. 
Məni qısqanırdı səni sevəndən, 
İndi o da sənsiz qəribsəyibdi. 
 
Pianom üşüyür, donur dilləri, 
Əllərim titrəyir, çala bilmirəm. 
Sevgindən aldığım təsəlliləri 
İndi nəğmələrdən ala bilmirəm. 
 
Sənintək soyuqdur sənsizliyin də! 
Yoxluğun qəlbimi dərdə salıbdır. 
Pianom inləyir səssizliyində, 
O da mənim kimi tənha qalıbdır. 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
42
 ~ 
 
 
 
KAŞ Kİ, SƏN OLAYDIN... 
 
Kaş ki, sən olaydın dərdimə qalan, 
İncidib, sonra da könlümü alan. 
“Ayrılaq” deməyin olaydı yalan,  
Ümidim, gümanım, kaş, sən olaydın! 
 
De, nədən ürəyim istəyir səni?! 
Gündüzdən seçmirəm indi gecəni... 
Həsrətin əlindən alaydın məni, 
Hicrana yamanım, kaş, sən olaydın!  
 
Sevgimə əyildim, anlamadın sən, 
Allah bağışlamaz bu eşqə gülsən. 
Anlasan, darıxsan, qayıda bilsən, 
Gələcək zamanım, kaş, sən olaydın! 
 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə