Afaq şixli



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə4/19
tarix01.07.2018
ölçüsü0,85 Mb.
#52564
1   2   3   4   5   6   7   8   9   ...   19

_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
16
 ~ 
 
 
 
                 HARDASAN? 
 
Canımı yandırdı  hicrin, ey nigarım, hardasan? 
                                                               İ.Nəsimi 
 
Beş gün... on gün... ömür bitir beləcə... 
Ay qubarım, intizarım, hardasan? 
Xatirələr solur, itir beləcə... 
Ey gizlinim, aşikarım, hardasan? 
 
Bahar gəldi, mənim üzüm gülmədi
Kimsə qüssə-kədərimi bilmədi. 
Hamı gəldi, gözlədiyim gəlmədi... 
Əsib keçən ruzigarım, hardasan? 
 
Bilirsənmi, gizli sevda yamandı... 
Bizi belə ayrı salan - zamandı. 
Gəl, eyləmə, mənə zülüm, amandı! 
İçimdəki ahu-zarım, hardasan? 
 
Yanımdaydın, mən bilmədim qədrini, 
Anlamadım, ucuz tutdum xətrini. 
Bax, gəzirəm dağda-daşda ətrini
Zirvələrdə qalan qarım, hardasan? 
 
Demirəm ki, mənim kimi darda qal, 
Getmə, yarım, getmə, canım, burda qal! 
Qış gəlibdir həyatıma dalbadal... 
Ay gecikən xoş baharım, hardasan? 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
17
 ~ 
 
 
 
ÖZÜN SÖYLƏ 
 
Sevgi dolu sözlərini  
sətir-sətir yazsan belə, 
inanmaram... 
Axşamüstü 
qoy küləklər pıçıldasın  
sənin isti nəfəsinlə. 
Dəli sevdan  
avaz-avaz düşsə belə dildən-dilə, 
inanmaram... 
Qulağıma özün söylə  
o "sevirəm" kəlməsini öz səsinlə! 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
18
 ~ 
 
 
 
                   MİNNƏTDARAM 
 
Sevgim mənim! 
Həyatıma xoş gəlmisən! 
Gəlişinçün minnətdaram Tanrıma mən! 
Bir qış günü ürəyimin Günəş nurlu yazı oldun. 
Qismətimdə,  
Taleyimdə ən mənalı yazı oldun. 
Bir gün dönüb getsən belə, sevəcəyəm, 
Səni xəyal bilə-bilə sevəcəyəm. 
Sağ ol, canım! 
Ey məhəbbət xanimanım! 
Yalnız mənə bəxş etdiyin bu an üçün
Səninlə bir keçirdiyim zaman üçün! 
Sevgi dolu  
Sətir-sətir sözlər üçün. 
Şəfqət dolu  
od baxışlı gözlər üçün. 
Sən olduqca ürəyimdə mən də varam! 
Varlığınçün 
Bir özünə, 
Bir də səni Yaradana minnətdaram! 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
19
 ~ 
 
 
 
 
SƏN GETDİN... 
 
Sən getdin...  
Sənsizlik mənimlə qaldı, 
Üzlü qonaq kimi getmək bilmədi... 
Sən getdin... könlümü qüssə-qəm aldı, 
Günlər aya döndü, ötmək bilmədi... 
 
Sən getdin...  
Dəyişdi fəsillər bir-bir, 
Guya, bu yoxluğa alışdım mən də. 
Silib xəyalları sətirbəsətir, 
Ayaqda qalmağa çalışdım mən də. 
 
Sən getdin...  
Kölgənə dönüm, istədim, - 
Keçdiyin yolları keçə bilməyə. 
Bitib-tükənməyən dözüm istədim
Qəmi damla-damla içə bilməyə. 
 
Sən getdin...  
Köksümdə sevda yarası 
Soyuq birdaş oldu elə o gündən. 
Qarışdı hər şeyin rəngi, sırası... 
Küsdüm səni alan kəm taleyimdən. 
 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
20
 ~ 
 
 
 
 
Sən getdin...  
Ölmədim, yaşadım, niyə? 
Yaşadım lal olan nəğməkar kimi... 
Eşqini könlümdə daşıdım, niyə - 
Sanki həyatımda hələ var kimi...? 
 
Sən getdin...  
Əlimdən, söylə, nə gəlir? 
Guya, bu yoxluğa alışdım mən də. 
Amma ki, hər dəfə qəlbim titrəyir 
Səsinə oxşayan səs eşidəndə. 
  
 
 
 
 


_________________________ Afaq Şıxlı  _________________________ 
                             ~ 
21
 ~ 
 
 
 
 
YAMAN DARIXIRAM... 
 
Pərişan səmada ulduzlar axır, 
Mən aya baxıram, ay mənə baxır... 
Həsrətin qəlbimi yandırır, yaxır, 
Gecələr təkliyi andıran zaman 
Yaman darıxıram mən sənsiz, yaman! 
 
Yadımdan çıxmayır o ilk görüşün, 
Baxışın, söhbətin, şirin gülüşün. 
Nə bu həyatıma yoxdu dönüşün, 
Nə də unutmağa vermirsən aman... 
Yaman darıxıram mən sənsiz, yaman! 
 
Kaş ki, gəlişinə olaydı ümid,  
Bu sınıq könlümə dolaydı ümid. 
İçimdə sönməyib qalaydı ümid, 
Məni ovudaydı bir zərrə güman... 
Yaman darıxıram mən sənsiz, yaman! 
 
 
 


_____________________ Səni düşünürəm... _____________________  
                                ~ 
22
 ~ 
 
 
 
YOLLAR UZAQ... 
 
Yaxın gəlmə!..  
Uzaq durma!.. 
Qoy beləcə  
möhlət kimi,  
aman kimi sevim səni... 
                 Elman Tovuz 
 
Yollar uzaq, 
nə əl çatır, nə ün yetir... 
Nə ayrılıq, 
nə içimdə bu əbədi üsyan bitir... 
Kimə deyim 
ürəyimin sirlərini, sözlərini? 
Razı olsan, 
dərdlərimə ortaq olan 
sirdaş kimi sevim səni! 
 
Bu dünyada 
nə qəribə bir mizan var... 
Bir oyundur, 
bu oyunda həm udan var, uduzan var... 
Büdrəyərkən  
insan hara söykəsin ki kürəyini? 
İcazə ver, 
dar günümdə arxa olan 
yoldaş kimi sevim səni! 
 
 
 
 
 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə